Ön söz 5 GiriĢ


AZƏRBAYCAN MƏDƏNLƏRĠNDƏ (ARDNġ ÜZRƏ) NEFT EHTĠYATLARI HAQQINDA MƏLUMAT



Yüklə 4,05 Mb.
səhifə10/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   6   7   8   9   10   11   12   13   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

AZƏRBAYCAN MƏDƏNLƏRĠNDƏ (ARDNġ ÜZRƏ) NEFT EHTĠYATLARI HAQQINDA MƏLUMAT


Cədvəl I.1.

G Ö S T Ə R Ġ C Ġ L Ə R

Respublika üzrə

Quru mədənləri

Dəniz mədənləri

MƏDƏNLƏRİN SAYI

54

37

17

İSTİSMAR OBYEKTLƏRİNİN SAYI

584

430

154

NEFTİN İLK BALANS EHTİYATI, MLN.T.

3752

2568

1184

NEFTİN İLK ÇIXARILABİLƏN EHTİYATI, MLN.T.

1690

1135

555

ÇIXARILMIŞ NEFT HASİLATI, MLN.T.

1400

945

455

NEFTİN QALIQ BALANS EHTİYATI, MLN.T.

2062

1433

629

NEFTİN QALIQ ÇIXARILABİLƏN EHTİYATI, MLN.T.

290

190

100

YENİ TEXNOLOGİYANIN TƏTBİQİ NƏTİCƏSİNDƏ
ÇIXARILABİLƏN EHTİYAT, MLN.T.

120

80

40

CARİ NEFTVERMƏ ƏMSALI

0,37

0,37

0,38

SON NEFTVERMƏ ƏMSALI

0,45

0,44

0,47

Beləliklə, ARDNŞ-nin istismar etdiyi yataqlar üzrə mövcud texnologiyanın tətbiqi ilə 290 milyon ton neft hasil edilə biləcəyi şübhə doğurmur. Lakin burada bir vacib problemin üzərində dayanmaq lazımdır. Bu, dünya neftçıxarma texnologiyasında son 15-20 ildə baş vermiş proseslərlə əlaqədardır. Belə ki, inkişaf etmiş ölkələrdə layların istismarı prosesində onların neftverimini artıran mütərəqqi üsullar geniş tətbiq olunur (M.M.İvanova və b., 2000; M.L.Surquçov, 1985). Qeyd etmək lazımdır ki, göstərilən fiziki-kimyəvi, istilik və digər üsulların sayı, onların tətbiq dairəsi daim artmaqdadır. Aparılan ümumiləşdirmələr göstərir ki, bu üsullar neftvermə əmsalını 3-20% artırır. Onu da qeyd edək ki, ölkəmizdə də istifadə edilmiş bir sıra üsullar üzrə effektivlik göstərilən səviyyədə olmuşdur. Deməli, res- publika yataqlarında layların neftverimini artıran üsullar tətbiq olunarsa və onlardan hətta orta hesabla ən azı 5% effekt alınarsa, onda qalıq balans ehtiyatlarının 120 milyon tonu da real çıxarıla biləcək ehtiyatlara aid edilə bilər. Belə olduqda ARDNŞ üzrə ehtiyatların ümumi qalıq çıxarılabilən hissəsi 400 milyon tondan da artıq olar. Nəzərə alsaq ki, neft şirkəti ildə 9-10 milyon ton səviyyəsində neft hasil edir, onda göstərilən ehtiyatın ölkəmizdə neftə olan tələbatın 40-45 il müddətində təmin edə biləcəyini təsdiqləyir.
Lakin yataqların ehtiyatlarından səmərəli istifadə problemini sadə məsələlərdən hesab etmək olmaz. Burada xeyli sayda bir-biri ilə sıx əlaqədə olan kompleks məsələlərin həlli tələb olunur. Belə ki, uzun müddət işlənilmədə olan yataqların geoloji-texnoloji şəraitinin (o cümlədən, cari dövrlərdə) öyrənilməsi, işlənilmə prosesində yüksək neftverməyə imkan verməyən səbəblərin araşdırılması, dünya neftçıxarma təcrübəsində analoji geoloji şəraitdə işlənilmə yeniliklərinin və s. tədqiqi tələb olunur. Başqa sözlə, bu yataqların bundan sonra da uzun müddət işlənilən sənaye əhəmiyyətli obyekt kimi saxlanılması kompleks tədqiqatların sistemli aparılması ilə əlaqədardır. Buraya aşağıdakı tədqiqat blokları daxil edilməlidir:

      1. Geoloji tədqiqatlar. Nəzərə almaq lazımdır ki, istismarın gələcək dövrlərini hər şeydən əvvəl iqtisadi göstəricilər müəyyənləşdirir. Bu isə yatağın istismarını təmin edəcək müxtəlif geoloji-texniki tədbirlərin yüksək səmərə ilə həyata keçirilməsini tələb edir. Bu tələbləri yerinə yetirmək üçün isə yatağın və

onun kəsilişindəki ayrı-ayrı layların daxili quruluşu etibarlı öyrənilməlidir. Tələbatın yerinə yetirilməsində bir sıra məsələlərin ardıcıl həlli təmin olunmalıdır. Bunların arasında baxılan yataqların üçölçülü modellərinin tərtibi, cari neft yığımlarının hidrodinamiki vəziyyətinin aşkar edilməsi və regionda oxşar obyektlərin təsnifat üsulları ilə qruplaşdırılması və işlənilmələrinin təhlil edilməsi, oxşar qrup obyektlərində neftverməyə təsir edən amillərin aşkar edilməsi və onların məqsədyönlü tənzimləndirilməsi, layların neftverimini artıran üsulların tətbiqi üçün müvafiq işlənilmə obyektlərin seçilməsi və s. kimi məsələlər mühüm yer tutur.
Aydındır ki, yataqların uzun müddət müxtəlif texnologiya ilə işlənilməsi onların geoloji şəraitini xeyli mürəkkəbləşdirmiş və burada sistematik dəyişmələr çox hallarda lokal fluktuasiyalarla əvəz olunmuşdur. Odur ki, yataqların qalıq ehtiyatlarının maksimum mənimsənilməsi üçün seçiləcək optimal yollar və onların operativ həlli geoloji-riyazi modellərin tərtibini və onların müasir kompüterlərdə realizəsini tələb edir.

      1. Texnoloji tədqiqatlar. Azərbaycanda çoxdan işlənilmədə olan yataqlarda tətbiq olunan texniki vəsait və texnoloji proseslər artıq müasir tələblərə cavab vermir. Burada layların hidrodinamiki vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq işlər son vaxtlar çox az aparılır. Məsaməli mühitdə qalmış neftin yuyularaq quyu dibinə aparılması süni təsir üsullarının (səthi aktiv maddələr, polimerlər, miselyar məhlullar, istilik üsulları və s.) və horizontal quyuların qazılması və istismarını tələb edir. Beləliklə, yataqlarda ehtiyatların, o cümlədən, onun çıxarılabilən hissəsinin tam mənimsənilməsinin buradakı işlənilmə texnikası və texnologiya- sının təkmilləşdirilməsindən asılı olması şübhə doğurmur.

      2. İqtisadi tədqiqatlar. Azərbaycan yataqlarının gələcəkdə istismarının iqtisadi cəhətdən səmərəliliyini təmin etmək üçün dünya neft təcrübəsində istifadə edilən müxtəlif geoloji-işlənilmə-iqtisadi modellərin yaradılması və onların əsasında konkret geoloji-mədən və ya təşkilatı tədbirlər vaxtaşırı həyata keçirilməlidir.



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə