Ön söz 5 GiriĢ



Yüklə 4,05 Mb.
səhifə52/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   48   49   50   51   52   53   54   55   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Qaz üsulları.


Karbon qazı (СО2 ) ilə təsir üsulu.
Laylara CO2-nin vurulması onların neftverimini artıran effektiv üsullardan biridir. CO2 karbohidrogen həllediciləri kimi yüksək neftçıxarılma prosesini təmin edir və ucuzdur. Üsulun tətbiq prinsipi ondan ibarətdir ki, laya vurulan CO2 neftdə həll olaraq onun həcm əmsalını 50%-ə qədər artırır; neft-su sərhədində səthi gərilməni azaldır, neftin özlülüyünü aşağı salır və onun hərəkət sürətini artırır.
Bu üsul layların yatma dərinliyi 1000-1200 m, qalınlığı 10-15 m, neftlərin özlülüyü 10-15 mPa*s, neftlədoyma əmsalı 40% çox, lay təzyiqi isə 8-9 MPa olduqda daha yüksək effekt verə bilər. Onu da qeyd etmək lazımdır ki, keçiriciliyi aşağı olan laylarda suvurma prosesinin tətbiqi mümkün olmadıqda karbon qazı ilə təsir üsulu lay neftinin sıxışdırılmasında əsas üsul hesab olunur.
Üsulun tətbiqini mürəkkəbləşdirən amillər sırasında aşağıdakıları göstərmək olar: layların qeyri-bircinsliliyi, çatlılığı, neftlərdə asfalt və qatranın mövcudluğu, yataqda qaz papağının olması.
Bu üsul effektli tətbiq olunarsa yatağın son neftvermə əmsalını 10-15% artırmaq mümkündür.

Yüksək təzyiqlə qaz təsiri üsulu


Neftin layda qazla sıxışdırılması yatağın lay təzyiqinin saxlanılması ilə yanaşı lay süxurlarında kapillyar qüvvələrin gücünün azalmasına yönəldilmişdir. Bu prosesin nəticəsində məsaməli mühitdə neftçıxarmanın tempi artır.
Yüksək təzyiqlə yatağa qazın vurulması üçün əlverişli geoloji şərait aşağıdakı kimidir: layın qalınlığı 10-50 m, lay təzyiqi 20 MPa-dan çox, neftlədoyma 60-70%, neftin sıxlığı 825 kq/m3, özlülüyü isə 10 mPa*s az, süxurların keçiriciliyi zəif. Layın yatım dərinliyinin 1700 m qədər olması üsulun tətbiqi üçün daha əlverişlidir. Lakin laylarda çatlılıq və qaz papağının olması bu üsulun tətbiqini çətinləşdirə bilər.
Üsulun tətbiqi nəticəsində layların son neftvermə əmsalını 10-15% artırmaq mümkündür.

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə