934
ABBAS SEYİDOV – SEVİNC İMANOVA
Araz çayı Naxçıvan Muxtar Respublikasının cənub hissəsindən
keçməklə, İran (düz xətlə-163 km, qıvrılma ilə-184 km) və Türkiyə (düz xətlə-
11 km, qıvrılma ilə-13 km) ilə sərhədləri müəyyən edir (foto 1). Çayın axdığı
ərazidə onlarla neolit, eneolit və tunc dövrlərinə aid abidə qeydə alınıb. Həmin
abidələrin bir neçəsi tərəfimizdən arxeoloji qazıntılarla öyrənilib. Məlumdur
ki, ibtidai insanların əsas təsərrüfat sahəsi əkinçilik və maldarlıq olub ki, buna
görə də qədim yaşayış yerləri şirin su mənbələri, həm də suvarma üçün yararlı,
münbit torpaqlar olan ərazilərdə salınıb. Burada sənətkarlığın müxtəlif
sahələrinin inkişafını da yaddan çıxarmaq olmaz.
Tərəfimizdən 40 ilə yaxındır ki, Arazboyu qədim yaşayış məskənlərindən
Şərur rayonu ərazisində yerləşən
Ərəbyengicədə 1984, 2008 və 2013-cü
illərdə, Maxta Kültəpəsində 1986-cı ildə, Xələcdə 1982-1983 və 2009-cu
illərdə, Şortəpədə 1986 və 2012-ci illərdə, Aşağı Daşarxda 2011-2012-ci
illərdə (Seyidov, Baxşəliyev və b., 2012:41-213), Babək rayonu ərazisində
yerləşən II Kültəpədə Vəli
Əliyevin rəhbərliyi altında 1978-1987-ci illərdə
(
Сеидов, 1993:20-42), I Qaraçuğ nekropolunda 1985-ci ildə, Sədərəkdə
2010-cu ildə (Seyidov, Baxşəliyev, 2011:15-54) arxeoloji qazıntı işləri
aparılmış, qədim tayfaların iqtisadi həyatına dair qiymətli materiallar
toplanmışdır.
Arazboyu məkanda məskunlaşmış qədim Naxçıvan tayfalarının oturaq
həyat sürməsi, iqtisadi həyatın əsasını təşkil edən əkinçilik və maldarlıq kimi
təsərrüfat sahələri ilə məşğul olması çoxsaylı maddi dəlillərlə sübuta yetirilib.
Qafqazda həqiqi eneolit dövrü abidəsi ilk dəfə XX əsrin 50-ci illərində
O.H.Həbibullayev tərəfindən Kültəpədə aşkar edilib öyrənilmişdir. Bu dövrdə
əkinçiliyin yüksək inkişafı burada təbii şəraitlə bağlı olub. Abidələrdən yabanı
taxıl bitkilərinin, iri təsərrüfat küplərinin, taxıl quyularının aşkar olunması
göstərir ki, Naxçıvan ərazisində yumşaq və bərk buğda, çoxcərgəli
butulkaşəkilli arpa və digər taxıl növlərindən istifadə edilmişdir. E.ə. V-IV
minilliklərdə şübhəsiz ki, dəmyə əkinçilik geniş yayılmışdır. İlk zamanlar süni
suvarma olmadan da əkinçilik mövcud olmuşdu.
Cəmiyyətin inkişafının sonrakı mərhələsi-İlk tunc dövrü Kür-Araz
mədəniyyəti Naxçıvan ərazisində e.ə.IV minilliyin ortalarından e.ə.III
minilliyin ikinci yarısınadək davam etmişdir.
Ərazinin münbit torpaqları,
dağətəyi və dağlıq zonaları, Araz, Arpaçay, Cəhriçay, Naxçıvançay, Gilançay
ARAZBOYU Q
ƏDİM NAXÇIVAN TAYFALARININ İQTİSADİ
H
ƏYATI (E.Ə. V-II MİNİLLİKLƏR)
935
və s. su mənbələri hələ eneolit dövründən (e.ə.VI-V minilliklərdən) burada
təsərrüfatın müxtəlif sahələrinin, xüsusilə əkinçilik və maldarlığın inkişafı
üçün zəmin yaratmışdır. Qeyd edək ki, bu günə qədər Cənubi Qafqaz
ərazisində arxeoloji qazıntılarla öyrənilmiş qədim əkinçi-maldar tayfaların
təsərrüfat həyatını əks etdirən abidələrin sayı üç yüzü ötüb.
Təsərrüfat sahəsində baş vermiş əsas əlamətlərdən biri iribuynuzlu
heyvanlardan qoşquda istifadə olunmasıdır. Gildən düzəldilmiş öküz fiqurları
(foto 2) və diskvari araba təkərlərinin (foto 3) ilk tunc dövrü abidələrindən
tapılması bunu təsdiq edir. Eneolit dövrü abidələrindən əldə edilən çoxsayda
sümük, buynuz və çox güman ki, ağacdan (ağac material çürüyüb, qalmayıb)
hazırlanmış toxalara tunc dövrü abidələrində də rast gəlinir. Kür-Araz
mədəniyyəti dövründə Azərbaycan ərazisində yaşayan tayfalar xış
əkinçiliyinə keçməklə, qoşquda iribuynuzlu heyvan olan öküz qüvvəsindən
istifadə etmiş və geniş sahələri becərərək, bol ərzaq məhsulu əldə etmişlər.
Maldarlıq sahəsində də çox böyük irəliləyşilərin olmasını arxeoloji
material təsdiq edir. İribuynuzlu heyvan olan öküzün qoşquda istifadə
olunması dağa-arana köçmə maldarlığının başlanması deməkdir. Bu dövrdən
etibarən nehrələr meydana çıxır və yağ istehsal edilir. Tunc dövründə
təsərrüfatın əkinçilik və maldarlıq kimi sahələrində xüsusi irəliləyiş nəzərə
çarpır.
Arazboyu zonalarda əkinçiliyin dövrünə görə yüksək inkişafı yalnız təbii
şəraitlə deyil, həmçinin burada yabanı taxıl bitkilərinin olması ilə bağlı
olmuşdur. Naxçıvan ərazisində yumşaq və bərk buğda, çoxcərgəli
butulkaşəkilli arpa və digər taxıl növlərinə rast gəlinmişdir. İlk tunc dövründə
becərilən taxıl qalıqları I Kültəpə və II Kültəpədən (
Сеидов, 1993:117-121),
tapılmışdır. Azərbaycanın bu dövrə aid arxeoloji qazıntı işləri aparılmış
abidələrinin əksəriyyətində taxıl quyularına və taxıl qalıqlarına rast
gəlinmişdir. I Kültəpədən hətta noxud və darı dənləri də aşkar olunmuşdur. I
Kültəpədən dörd növ taxıl qalıqları: yumşaq buğda (Friticum Sativum L.),
bərk buğda (Friticum Compactum Dest), kiçik, cırtdan buğda (Friticum
Compactum Hest), yumru buğda (
Friticum steriococum), həmçinin qılcıqsız
(Hordeum sativum L.) və butılkaşəkilli (Hordeum laqunculiforme Bacht) arpa
növləri tapılmışdır. Bu abidədən Azərbaycan ərazisində indiyədək qeydə
alınmayan paxla növlü (Gicor archinum L) bitki də tapılmışdır (
Абибуллаев,