NAXÇIVAN AZ
ƏRBAYCAN ATABƏYLƏR DÖVLƏTİNIN
M
ƏRKƏZLƏRİNDƏN BİRİ KİMİ
927
Cahan Pəhləvan və Zahidə xatının qızıdır. Qızıl Arslan hakimiyyətdə möh-
kəmlənməmiş sultan III Toğrul, İnanc xatın və bir sıra əmirlər ona qarşı çıxır-
lar. Qızıl Arslan qardaşı arvadı İnanc xatınla evlənməklə onun özü və oğlan-
ları ilə barışığa nail ola bilir. Sultan III Toğrul isə Qızıl Arslanın hakimiyyətdə
olması ilə barışmaq istəmir. Nəticədə, 1188-1190-cı illərdə III Toğrulla əmisi
Qızıl Arslan arasında qarşıdurma birincinin məğlubiyyəti ilə qurtarır. “III
Toğrulun əl-qolu qandallanıb, Naxçıvan yaxınlığındakı Qəhrəm qalasına salı-
nır” [4, s. 94; 11, s. 110]. Qızıl Arslan İraq sultanlığının müttəfiq hakimi olur.
Atabəy Azərbaycan, Arran, Həmədan, İsfahan, Rey vilayətlərinə, onlara biti-
şik ərazilərə sahiblik edir, Fars və Xuzistan hakimləri vassal kimi ona tabe
olur. Qızıl Arslanın mövqeyi möhkəmlənir, ordu onun tərəfinə keçir və haki-
miyyəti az qala əlindən çıxacaq Atabəy o dərəcədə qüvvətlənir ki, artıq ciddi
rəqib görmürdü [11, s. 89]. Xəlifə ən-Nasirin məsləhəti ilə Atabəy Qızıl Ars-
lan sultan taxtını tutur. İnanc xatın və onun tərəfdarları Qızıl Arslana qarşı sui-
qəsd hazırlayırlar. 1191-ci il sentyabrın 21-də o, yatağında öldürüldü.
Eldənizlərin yaratdığı mərkəzi hakimiyyət parçalandı. İraq, Rey, Mosul, İsfa-
han onların asılılığından xilas oldu. Eldənizlərin əlində, ancaq Azərbaycan
torpaqları qaldı. Azərbaycanda hakimiyyəti Qızıl Arslanın qardaşı oğlu, həm
də onun qəyyumluğu altında tərbiyə olunmuş
Əbubəkr (1191-1210) ələ ke-
çirdi.
Əbubəkr tezliklə Naxçıvana gəlir. Əlincəqalaya və xəzinəyə sahib olur
[4, s. 98]. Atabəy
Əbubəkrin hakimiyyətə gəlməsi ilə Naxçıvan şəhəri yenidən
ölkənin əsas idarə mərkəzinə çevrilir. Naxçıvanın və
Əlincənin valiləri
Əbubəkrin ali hakimiyyətini tanıyırlar. Bu işdə analığı Zahidə xatın ona yar-
dımçı olur. “Bütün Azərbaycan və Arran”
Əbubəkrə tabe olur [12, s. 115].
Atabəy
Əbubəkr öz sələflərindən fərqli olaraq hakimiyyətinin əksər illərini
Naxçıvanda qalır, yalnız Azərbaycana və Arrana hakimlik etməklə ki-
fayətlənməli olur [3, s. 419]. Ara müharibələri və feodal çəkişmələri, xüsusilə
də gürcü qoşunlarının Azərbaycan torpaqlarına dağıdıcı yürüşləri dövlətin
tənəzzülünü sürətləndirir. 1202-1203-cü illərdə gürcü qoşunları Gəncəni mü-
hasirəyə alır, Dvini işğal və qarət edərək, Naxçıvana doğru istiqamət götürür.
Gürcülərin Dvini tutduğunu bilən və onların ölkənin içərilərinə soxulacağın-
dan qorxan
Əbubəkr Naxçıvandan Təbrizə yola düşür [4, s. 110]. Zəif iradəli
Əbubəkr sələflərinin ənənələrini yaşada bilmədi, təmsil etdiyi sülalənin nüfu-
zunu zəiflətdi, dövlətin süqutunun qarşısını ala bilmədi. Atabəy
Əbubəkrin
ölümündən sonra (1210) ona tabe olan torpaqlar qardaşı Müzəffərəddin Öz-
bəyin ixtiyarına keçdi [2, s. 317]. Onun hakimiyyətinin ilk ilində (1210-1211)
928
İSMAYIL HACIYEV
gürcü qoşunları yenidən Azərbaycana hücum edirlər. Bu, gürcülərin Azərbay-
cana təşkil etdikləri ən böyük hərbi yürüşlərdən idi.
Əvvəlcə Naxçıvana hü-
cum edən gürcülər şəhəri ələ keçirə bilmir, Culfaya doğru yönələrək Dəvədüz
dərəsini keçib Mərəndi talayır və Təbrizi mühasirəyə alırlar [3, s. 426]. Şəhər
hakimi Zahidə xatın çoxlu pul, daş-qaş və sənətkarlıq məhsulları verib şəhəri
dağıntıdan qurtarır. Atabəy
Əbubəkrdən fərqli olaraq Naxçıvanda deyil,
Təbrizdə yaşayan “...Özbək Xarəzmşahın adına xütbə oxutdurub tabeliyinə
daxil olur” [6, s. 180]. Atabəylərin bütün xəzinəsi Xarəzmşahın əlinə keçir.
Naxçıvanda isə bu zaman Özbəyin anadangəlmə lal-kar olduğu üçün Xamuş
ləqəbli oğlu atabəy Qızıl Arslan, yəni əl-Məlik Xamuş hakimlik edirdi. Gürcü
hücumlarının səngidiyi bu illərdə Naxçıvanda da nisbi əmin-amanlıq hökm
sürürdü. 1221-ci ilin yanvarında Xorasan və İraq
Əcəmindən keçərək Azər-
baycan ərazisinə soxulan monqolların dağıdıcı və viranedici hücumları,
nəhayət Naxçıvana da yetişdi. Monqolların hücumlarının davam etdiyini
görən Özbək “Təbrizi tərk edib, Naxçıvana gedir...” [4, s. 128]. Atabəy Özbək
Əlincə qalasında gizlənir. Qırğınlar yalnız Atabəyin Naxçıvanın sahibi olan
oğlu Qızıl Arslan Xamuş monqollara üzrxahlıqla “günahı boynuna götürüb”
müraciətindən sonra dayandırılır [4, s. 128]. Bununla belə, atabəylərin böyük
zövqlə abadlaşdırdıqları Naxçıvan şəhəri və onun ətrafı böyük dağıntılara
məruz qaldı, insanları məhv edildi, əsir aparıldı. Atabəy Özbəyin müasiri İbn
əl-
Əsir onun bir dövlət başçısı kimi bu dövr fəaliyyətini kəskin tənqid etmiş-
dir. Çünki monqollar Azərbaycanı tərk etdikdən sonra Özbək Naxçıvanı tərk
edərək yenidən Təbrizə qayıtmış, arvadı, III Toğrulun qızı Məleykə xatın isə
ərinin ölkəsinə hakimlik etmişdir [6, s. 147]. Naxçıvan isə bu zaman Zahidə
xatının qızı, Özbəyin atabir bacısı məlikə Cəlaliyyənin əlində idi [12, s. 118].
Xarəzmşahlar dövlətinin hökmdarı sultan Məhəmmədin oğlu Qiyasəddin Pir-
şah Azərbaycana yürüş etdikdə, bu hücumların qarşısını ala bilməyən atabəy
Özbək bacısı Cəlaliyyəni ona ərə verir və bu yolla barışıq əldə edir. Beləliklə,
Naxçıvan Qiyasəddin Pirşahın tabeliyinə keçir. Atabəy Özbək
Əlincə qala-
sında olarkən arvadı Məlikə xatının Cəlaləddin ilə evləndiyini eşidir. Bu
xəbərdən sonra Özbək vaxtını içki içməklə keçirir və 1225-ci ilin ikinci yarı-
sında
Əlincə qalasında vəfat edir. Atabəy Özbəyin vəfatı ilə dövrün ən qüdrətli
dövlətlərindən olan Azərbaycan Atabəyləri dövlətinə son qoyuldu.