Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə319/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   315   316   317   318   319   320   321   322   ...   335

 

NAXÇIVAN AZ

ƏRBAYCAN ATABƏYLƏR DÖVLƏTİNIN 

M

ƏRKƏZLƏRİNDƏN BİRİ KİMİ 



923 

 

nırdı. O, Azərbaycan, Arran, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İs-



fahan və Rey vilayətlərinin sahibi idi. Eldənizin vassalları olan Mosul, Kirman 

və Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, 

Ərzən ər-Rum və Marağa hakimləri 

onun adını xütbələrdə çəkir, adına pul kəsdirirdilər [3, s. 406; 6, s. 119]. Azər-

baycan Atabəyləri – Eldənizlər dövləti o vaxta qədər Azərbaycanda yaranan 

bütün feodal dövlətlərdən hərbi-siyasi və iqtisadi baxımdan ən güclüsü olmuş-

dur. Bu dövlət Azərbaycanda məhsuldar qüvvələrin inkişafının və onun da-

vamı olaraq feodal istehsal üsulunun tam hakim mövqeyə keçməsinin nəticəsi 

idi.  Tədqiqatçılar  Azərbaycan  Eldənizlər  dövlətinin  və  onu  idarə  edən  sü-

lalənin  tarixini  təşəkkül  (1136-1160),  çiçəklənmə  (1161-1191)  və  tənəzzül 

(1191-1225)  dövrünə  bölürlər.  Birinci  və  ikinci  dövrlərdə  əldə  edilən  nai-

liyyətlər Eldənizin və oğlanlarının adı ilə bağlıdır. İraq Səlcuq sultanı Arslan 

şahın  iqamətgahı  olan  Həmədan  Azərbaycan  Atabəylər  dövlətinə  başçılıq 

edən Şəmsəddin Eldənizin əsas şəhəri, dövlətin paytaxtı olur. Bununla belə, 

özünün  ilkin  paytaxt  və  Eldəniz  nəslinin  şəxsi  mülki  statusunu  saxlayan 

Naxçıvan siyasi-mədəni mərkəz və strateji mövqe kimi əhəmiyyətini itirmədi. 

Məlumdur ki, Naxçıvan şəhəri bir müddət Eldənizlərin paytaxtı olmuş və XII 

əsrin  70-ci  illərindən  mərkəzi  şəhər  kimi  fəaliyyət  göstərmişdi.  Bu  zaman 

Atabəylərin xəzinəsi həmişə atabəyin olduğu yerdə saxlanılır, əsas xəzinə isə 

Naxçıvan  yaxınlığındakı 

Əlincə  qalasında  mühafizə  olunurdu.  Şəmsəddin 

Eldənizin  hakimiyyəti  dövründən  dövlətin  bütün  gəlirləri  burada  toplanırdı 

[10, s. 7]. Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvanın dövründə 

(1174-1186)  paytaxt  Naxçıvandan  Həmədana  (1175),  sonra  isə  Təbrizə  kö-

çürülür. Bununla belə, Şəmsəddin Eldəniz vaxtaşırı Naxçıvanda olur, ölkəni 

buradan da idarə edirdi. Mənbələrdən bu da məlumdur ki, Sultanın anası və 

atabəyin arvadı olan Möminə xatının əsas iqamətgahı Naxçıvan şəhəri olmuş-

dur. Şəmsəddin Eldənizin hakimiyyəti illərində Azərbaycan Atabəyləri döv-

lətinin bir sıra əraziləri və şəhərləri qonşu gürcülərin intensiv xarakter daşıyan 

hücumlarına məruz qalırdı. Gürcü çarı III Georgi 1161-ci ilin yayında 30 min 

nəfərlik  qoşunla  Gəncəyə  və  Dəbil  şəhərinə  soxulub  oranı  qarət  etdi  [2,  s. 

313]. Gürcü hakiminin bu vəhşi hərəkətinə cavab olaraq Atabəy Eldəniz 1163-

cü ilin yanvarında vassalları ilə birlikdə Gürcüstana hücum edərək xeyli adam 

öldürdü,  əsir  götürdü  və  hərbi  qənimət  ələ  keçirdi.  Bu  məğlubiyyətin  acı 

nəticələrindən ibrət dərsi almayan gürcü çarı 1164 və 1166-cı illərdə yenidən 

Azərbaycana hücumlar etmiş, Gəncəyə gəlmiş, qətlə və talana başlamışdı [2, 

s.  313].  Eldənizlər  hər  dəfə  gürcülərin  hücumlarını daha  ağır  zərbələrlə  dəf 



924 

İSMAYIL HACIYEV 

 

 

etmişlər. 1174-cü ildə gürcü qoşunları Naxçıvana hücum etdi. Gürcü qoşun-



larını geri oturdan Şəmsəddin Eldəniz Ağşəhər qalasını ələ keçirdi və Naxçı-

vana qayıtdı [4, s. 64]. Gürcü qoşunları 1174-cü ildə Aniyə, 1175-ci ildə isə 

Dvinə  hücum  etdilər.  Atabəy  Eldənizin  rəhbərliyi  ilə  gürcü  qoşunları  ağır 

məğlubiyyətə düçar edildi, “car III Georgi güc-bəla ilə əsir düşməkdən qur-

tardı, abxazlar darmadağın edildi, müsəlmanlar elə bir qələbə çaldı ki, beləsini 

kimsə  xatırlaya  bilmirdi”  [4,  s.  66].  1175-ci  ilin  noyabrında  Şəmsəddin 

Eldənizin arvadı və Səlcuqlu tarixinin ən məşhur xatınlarından olan Möminə 

xatın Naxçıvanda vəfat etdi. Dövlətin təşəkkül və ilkin inkişaf mərhələsində 

mühüm rol oynayan, siyasi həyatında fəal iştirak edən bu qadın İraq sultanlı-

ğının başçısı olmuş, böyük oğlu Arslan şahla atabəy Şəmsəddin arasında mü-

nasibətlərin tənzimlənməsinə nail ola bilmişdi [11, s. 102]. Möminə xatının 

oğluna  müraciətində  bu  cəhətlər  özünü  göstərir:  “Fikir  vermə!  Bu  adam 

(Eldəniz – İ.H.) öz həyatını təhlükə altına qoyub, dəfələrlə amansız döyüşlərə 

atılıb. Bundan  başqa, səni sultan edənədək özünün  ən əziz malından keçib, 

neçə qulamını və adamını ölümə göndərib. Səndən də yaşca böyük, nə qədər 

səlcuqlar  var  ki,  həbsxanalardadır,  dara  düşüblər.  Yerlərindən  hərəkət  edə 

bilsəydilər,  muradlarına  çatardılar.  Ancaq  edə  bilmirlər.  Sən  isə  sultanlıq 

taxtındasan, o və onun hər iki oğlu sənin xidmətində və sənin əlinin altındadır. 

Sənin düşmənlərinlə döyüşür, sənin rəqiblərinə qalib gəlirlər. Sənin canın bü-

tün bunlardan azaddır. Atabəy nə qərar qəbul etsə - bağışlasa və ya əlindən 

tutub alsa, bunlar sənin dövlətinin möhkəmlənməsi, hakimiyyətinin davamlı 

olması  üçündür.  Qoy  onun  əməlləri  səni  sıxmasın,  onun  tədbirləri  səni  da-

rıxdırmasın: axı o, sənin məmlükündür” [11, s. 102]. Azərbaycan Atabəyləri 

dövlətinin siyasi həyatında mühüm rol oynayan, bu ağıllı qadın Naxçıvanda 

torpağa tapşırıldı. Atabəy Eldəniz onun qəbri üzərində məqbərə tikdirməyə 

başladı.  Lakin  Möminə  xatından  bir  ay  sonra,  zəmanəsinin  böyük  siyasi 

xadimi,  Azərbaycan  Atabəyləri  dövlətinin  yaradıcısı,  bu  dövlətin,  eləcə  də 

Naxçıvanın ictimai-siyasi həyatında mühüm rol oynamış Şəmsəddin Eldəni-

zin özü də vəfat etdi [8, s. 49]. Məqbərənin tikintisi Atabəy Cahan Pəhləvanın 

vaxtında başa çatdırıldı. Türbənin uca gövdəsini yuxarıda qapayan yazı qur-

şağında  – abidənin  baş  kitabəsində  yazılmışdır: “...Bu  məqbərəni dünyanın 

elmli adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl-islam və vəl-müslimin Ca-

han Pəhləvan atabəy 

Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz... dünyanın 

və  dinin  cəlalı,  islamın  və  müsəlmanların  namusu  Mominə  xatının  xatirinə 

tikməyi  əmr  etdi!..”  Baştağ  çərçivəsinin  üstündə  abidənin  tikilmə  tarixinin 




Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   ...   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə