Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə315/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   311   312   313   314   315   316   317   318   ...   335

910 

NURAY 


ƏLİYEVA 

 

 



Bu  fonetik  hadisələr  içərisində  ən  geniş  yayılanı  ə  səsinin  a  səsi  ilə 

əvəzlənməsidir.  Bu  hadisə  Azərbaycan  dilinin  qərb  qrupu  dialekt  və 

şivələrində,  yəni  ahəngi  gözləyən  dialekt  və  şivələrdə  daha  çox  müşahidə 

olunsa da, Naxçıvanda da müəyyən sözlərdə rast gəlinir.  

ə > a hadisəsinə sözün müxtəlif yerlərində və bir çox hallarda ərəb, fars 

mənşəli sözlərdə rast gəlmək olar (Azərbaycan dilinin Naxçıvan qrupu dialekt 

və şivələri, 1962:22). Belə ki, bu zaman alınma sözlər ahəng qanununa tabe 

olunaraq tələffüz edilir. Eyni hal Naxçıvan dialektinə də aiddir, yəni burada 

da belə sözlər müşahidə olunur: imarat < imarət, lala < lalə, bafa < vəfa və s.  

Iğdır ağızlarında digər saitlərin təsiri ilə e səsi a səsi ilə əvəzlənir: halva 



< helva, fana < fena, casur < cesur. Bəzən isə burada h, ğ, v kimi samitlərin 

qalınlaşdırıcı təsiri ilə də e > a hadisəsi baş verir: havas < heves, novat < nöbet, 

nerdivan < merdiven (Ercilasun, 2002, s.86). 

Bu  hadisə  söz  köklərindən  başqa  şəkilçilərdə  də,  əsasən,  Ordubad 

dialektində  və  Culfa  rayonunun  bəzi  kəndlərində  özünü  göstərir:  gəlmax  < 

gəlmək,  işdiyacax  <  işləyəcək,  qəyidax  <  qayıdaq  və  s.  Eyni  hal  Cənubi 

Azərbaycanda  da  müşahidə  olunur.  E.

Əzizov  yazır:  Azərbaycan  dili 

şivələrində saitlər ahənginin pozulmasında özünü göstərən meyllədən biri incə 

saitlərdən  sonra  qalın  saitlərin  gəlməsidir.  Cənub  ləhcəsinə  xas  olan  bu 

xüsusiyyəti “Kitabi-Dədə Qorqud” və “Dastani-

Əhməd Hərami”nin dilində də 

görürük: Hə yirdə isə od pinhan dögüldür, Bular gizlənmağa imkan dögüldür 

(

Əzizov, 1999:167).  



i  incə,  dodaqlanmayan  saitin  ı  qalın,  dodaqlanmayan  saiti  əvəz  etməsi 

Naxçıvan  dialekti  və  Iğdır  ağızları  üçün o  qədər  də xarakterik  deyildir.  Bu 

əvəzlənmə bir neçə sözdə tam ı deyil, yarımçıq ı kimi səslənir. Ümumiyyətlə, 

dillərin  ilkin  formalaşmasında  özünü  göstərən  bu  fonetik  hadisə  Naxçıvan 

dialektində və Iğdır ağızlarında dildən çıxmaqdadır. Lakin Azərbaycan dilinin 

digər  dialekt  və  şivələrində  olduğu  kimi  burada  da  bir  sıra  qədim  türk 

sözlərində və alınma sözlərdə i > ı əvəzlənməsi özünü göstərir: ışıx < işıq, ılıx 

< ilıq, yanı  < yəni, kafır < kafir, sınıf < sinif, Iğdırda: hapısa < hapise, barım 

< bari, padışah < padişah, zalım  < zalim. 

i saitinin ı saiti ilə əvəzlənməsinə aid göstərilən nümunələrdən görünür 

ki, bu əvəzləmə, əsasən, türk mənşəli qədim sözlərdə özünü göstərir. Bu isə 



 

NAXÇIVAN DİALEKT V

Ə ŞİVƏLƏRİNDƏ VƏ IĞDIR 

AĞIZLARINDA SAİTL

ƏRİN ƏVƏZLƏNMƏSİ 

911 


 

türk dillərinin tarixi ilə əlaqədardır. Müasir dilimizdə i səsi ilə deyilən bir çox 

sözlər runi yazılarında ı saiti ilə işlənmişdir. Məsələn: bın < min, bıç, yıl, yılan. 

ö > o. Dodaqlanan ö incə saitinin dodaqlanan o qalın saiti ilə əvəzlənməsi 

Azərbaycan  dili  dialekt  və  şivələrində,  o  cümlədən  Iğdır  ağızlarında  geniş 

yayılmış  fonetik  hadisələrdən  sayılmır.  Iğdır  ağızlarında  bu  hadisə  gonul  < 

gönül,  koyda  <  köyde  sözlərində  müşahidə  olunmuşdur  ki,  bu  da  tarixən 

bölgəyə Qıpçaq axınının təsiri ilə izah oluna bilər (Ercilasun, 2002, s. 87).  

Naxçıvan  dialekt  və  şivələrində  təsadüf  edilən  bir  neçə  sözdəki 

əvəzlənmə isə əsasən sözün birinci hecasında özünü göstərir. Məsələn: toba < 

tövbə, g

ōlu < könlü, nobat < növbə, gora < görə, xorək < xörək. Qeyd edək 

ki,  könül  sözündəki  ö  >  o  əvəzlənməsi  Naxçıvanın  Şahbuz  şivələrində 

müşahidə edilmişdir və bu sözə qrammatik şəkilçi artırıldıqda daha aydın hiss 

olunur. Məsələn: g

ōlum, gōlumda. Burada k samiti də g samitinə keçir. 

ö > o əvəzlənməsi “Kitabi-Dədə Qorqud” dastanlarında da mövcuddur: 

Tovla-tovla şahbaz atlarım gətirib durursan (Kitabi-Dədə Qorqud, 1988:38). 

Dodaqlanmayan  saitlərin  dodaqlanan  saitlərlə  əvəzlənməsi  həm 

Naxçıvanda, həm də Iğdırda o qədər də geniş yayılmamışdır. Lakin burada az 

da olsa a > u, i > ü əvəzlənmələrinə rast gəlmək olur.  

a  >  u  hadisəsi  həm  Naxçıvan,  həm  də  Iğdır  ağızları  üçün  o  qədər  də 

xarakterik  fonetik  hadisə  deyil.  Bu  hadisəyə  söz  köklərində  nadir  hallarda 

təsadüf  olunur:  cuab  <  cavab,  suab  <  savab.  Şəkilçilərdə  isə  söz  köklərinə 

nisbətən  özünü  daha  fəal  göstərir:  qoxluyur  <  qoxulayır,  suluyur  <  sulayır, 

kosuya < kosaya, yuvuya < yuvaya, xonçuya < xonçaya, qonçuya < qönçəyə, 

duvuya < duaya. Iğdırda olmuyacah < olmayacak, ortuya < ortaya, buruya < 

buraya.  

i > ü əvəzlənməsi də adı çəkilən şivələrdə çox da geniş yayılmamışdır. 

Naxçıvanda  çərçüvə  <  çərçivə,  çəküş  <  çəkic,  Fürüzə  <  Firuzə,  Iğdırda 

fakürrere < fakirlere, mevsüm < mevsim, şüven < şiven.  

Dodaqlanan saitlərin dodaqlanmayan saitlərlə əvəzlənməsi Naxçıvan və 

Iğdır  dialekt  və  şivələrində  o  >  a,  ö  >  ə,  u  >  ı,  ü  >  i,  u  >  i  hadisələrində 

mövcuddur.  




912 

NURAY 


ƏLİYEVA 

 

 



o səsinin a səsi ilə əvəzlənməsi Naxçıvan və Iğdır ağızlarının əsas fonetik 

xüsusiyyətlərindən biridir. Bu hadisə çox vaxt v, bəzən isə n və digər sonor 

səslərdən sonra özünü göstərir (Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və 

şivələri, 1962:24). 

o səsinin a səsi ilə əvəzlənməsi dilimizdə tarixən də mövcud olmuş bir 

hadisədir.  Belə  ki,  ədəbi  dilimizdə  bu  xüsusiyyət  XVIII  əsrə  qədər  davam 

etmişdir (Şirəliyev, 2008:87). Ov, ovçu sözlərinin bir çox türk dillərində ədəbi 

dil  səviyyəsində  av,  avçı  formasında  işlənməsi  bu  sözün  qədim  formasının 

məhz a ilə olduğunu deməyə əsas verir. Belə ki, dil tariximizə nəzər salsaq bu 

sözlərin  ov  və  av  şəklinin  paralel  işləndiyini  görərik.  Deməli,  sözün  ilkin 

forması av şəklində olmuş, daha sonra dilin inkişafı prosesində ov variantı da 

tədricən meydana çıxmışdır. Qədim forma isə özünü dialekt və şivələrdə, bəzi 

türk dillərində mühafizə etmişdir.  

Azərbaycan  dilinin  cənub  qrupu  dialekt  və  şivələrinin,  o  cümlədən 

Naxçıvan dialekt və şivələrinin ən səciyyəvi fonetik xüsusiyyəti olan o saitinin 

a saiti ilə əvəzlənməsi bölgədə geniş yayılmışdır. Bu fonetik hadisəyə çox vaxt 

v, bəzi hallarda isə h və sonor samitlərdən əvvəl təsadüf edilir. Məsələn: av < 

ov, avçı < ovçu, qavın < qovun, avıç//avış < ovuc, qavırma < qovurma, malla 



< molla, havız < hovuz, avdıx < ovduq, avmax < ovmaq, yavşan < yovşan, 

davşan//dafşan < dovşan, Navrız//Narvız < Novruz, qahım < qohum, çavqın 



< çovğun, qavalamax < qovmaq, tavlamax < tovlamaq, savırmax < sovurmaq, 

uzunsav < uzunsov, qirqavıl < qırqovul, oxlav < oxlov. 

Iğdır ağızlarında isə bu əvəzlənmənin nümunələrinə az rast gəlinmişdir: 

isdansiya < istasyon, sağuğ < soğuk (Ercilasun, 2002, s. 91). 

o > a əvəzlənməsi “Kitabi-Dədə Qorqud” dastanlarının dilində də özünü 

göstərir:  -  Av  avladılar  avladılar,  quş  quşladılar;  -Oğlun  sağdır,  əsəndir. 

Avdadır (Kitabi-Dədə Qorqud, 1988:21,23). 

ö > ə. ö saitinin ə saiti ilə əvəzlənməsi hadisəsi cənub qrupu dialekt və 

şivələrinə  məxsus  olan  fonetik  hadisələrdəndir.  Bu  hadisəyə  əsasən 

diftonqlarda  v  samitindən  əvvəl  rast  gəlmək  olur:  əvlat  <  övlad, 

kəfşən//kəvşən < kövşən, dəvlət < dövlət, məviz < mövüc, bənəvşə  < bənövşə, 

dəvri-qədim < dövrü-qədim, həfsələ//həvsələ < hövsələ. 




Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   311   312   313   314   315   316   317   318   ...   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə