Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə314/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   310   311   312   313   314   315   316   317   ...   335

 

NAXÇIVAN DİALEKT V

Ə ŞİVƏLƏRİNDƏ VƏ IĞDIR 

AĞIZLARINDA SAİTL

ƏRİN ƏVƏZLƏNMƏSİ 

907 


 

fərqli  cəhətləri  göstərmək  üçün  olduqca  qiymətli  material  verir  (Şirəliyev, 

2008:39). 

Naxçıvan dialekti Azərbaycan dili dialekt və şivələrinin cənub qrupuna 

daxildir. Bu qrupu dialekt və şivələrimizin digər qruplarından fərqləndirən bir 

sıra xarakterik fonetik, leksik, qrammatik xüsusiyyətlər vardır ki, bunlardan 

biri də məhz səs əvəzlənmələri, o cümlədən saitlərin əvəzlənməsidir. Dialekt 

və şivələrimizin cənub qrupu məhz sözlərdə a səsinin ə səsi ilə, e səsinin ə səsi 

ilə,  ö  səsinin  ə  səsi  ilə,  i  səsinin  ü  səsi  ilə,  o  səsinin  a  səsi  ilə  əvəzlənməsi 

hadisəsi ilə xarakterizə olunur. Eyni sözləri Iğdır ağızları haqqında da demək 

mümkündür.  Səs  əvəzlənmələri  həm  Azərbaycan  dilinin  dialekt  və 

şivələrində,  həm  də  Türk  ağızlarında  çox  geniş  yayılmış  fonetik 

hadisələrdəndir.  Hər  iki  dildə  qalın  saitlərin  incələşməsi,  incə  saitlərin 

qalınlaşması,  dodaqlanmayan  saitlərin  dodaqlanan  saitlərlə,  dodaqlanan 

saitlərin dodaqlanmayan saitlərlə, açıq saitlərin qapalı saitlərlə, qapalı saitlərin 

açıq saitlərlə əvəzlənməsi hadisələri mövcuddur. 

Bir  qayda  olaraq  alınma  sözləri  dillin  daxili  qayda-qanunlarına 

uyğunlaşdırmaq  məqsədi  daşıdığından  həm  Iğdır,  həm  də  Naxçıvan 

ağızlarında incələşmə və qalınlaşma hadisələri geniş yayılmışdır. Ona görə də 

hər  iki  ağızda  bu  əvəzlənmələrin  maraqlı  nümunələrinə  rast  gəlirik  ki,  bu 

nümunələr çox vaxt eyni leksik vahiddə müşahidə  olunur. Bu paralellikləri 

tədqiqatçılar  müxtəlif  cür  izah  etmişlər. 

Ə.A.Quliyev yazır: “Bunu da qeyd 

etmək  lazımdır  ki,  XX  əsrin  20-ci  illərində  erməni  təcavuzunun  get-gedə 

şiddətlənməsi  nəticəsində  Naxçıvan  bölgəsinin  əhalisinin  bir  qismi  Araz 

çayının o biri tərəfinə köç etmiş, Türkiyə Cumhuriyyətinin indiki Iğdır və Kars 

illərinin müxtəlif ilçələrində məskunlaşmışlar”. Məhz buna görə də hələ keçən 

əsrin  30-cu  illərində  prof.  Ahmet  Caferoğlu  Doğu  Anadolu  ağızlarına  aid 

materiallar  toplayan  zaman  Kars  və  onun  ətrafındakı  ərazilərdə  gəlmə  türk 

ağızlarını  təsnif  edən  zaman  Azəri  ağızları  ilə  yanaşı  Naxçıvanlı  ağzını  da 

qeyd etmişdir (

Ə.A.Quliyev, 2009, s. 72). 

Naxçıvan  bölgəsinin  dialekt  və  şivələrində  qalın  saitlərin  incələşməsi 

geniş  rast  gəldiyimiz  hadisələrdən  biridir.  Faktlar  göstərir  ki,  dialekt 

fonetikasında incələşmə xüsusiyyəti uzun tarixi inkişaf nəticəsində meydana 

çıxmışdır. Bu hadisənin tarixinin öyrənilməsində yazılı abidələrin müstəsna 

əhəmiyyəti vardır. Yazılı abidələrin faktlarına əsaslanaraq, artıq orta əsrlərdə 



908 

NURAY 


ƏLİYEVA 

 

 



Azərbaycan  dilində  incələşmə  fonetik  xüsusiyyətinin  mövcudluğunu 

söyləmək olar (

Əzizov, 1999:137). 

Həm  Naxçıvan,  həm  də  Iğdır  ağızlarında  bu,  a  >  ə,  a  >  e,  ı  >  i,  u  >  ü 

hadisələrində daha çox özünü göstərir. Bunların içərisində a > ə ve a > e daha 

çox  müşahidə  olunur:  qəymax  <  qaymax,  qəynana//qaynənə  <  qaynana, 

qəynata  <  qaynata,  cəməhət  <  camaat,  qəçi  <  qayçı,  ərəbə  <  araba,  əyax  < 

ayaq,  yeylax  <  yaylaq,  qəleyçi  <  qalayçı.  Iğdır  ağızlarında  birez  <  biraz, 

zehmet  <  zahmet,  lire  <  lira,  ziyeret  <  ziyaret,  eqrebe  <  akraba,  mehçup  < 

mahçup sözlərində a > e əvəzlənməsi var. Bu əvəzlənməyə Ordubad və Təbriz 

dialektlərində daha çox rast gəlirik. Bu, dilimizin demək olar ki, bütün inkişaf 

dövrlərində özünü göstərir və söz köklərinin ilk hecasında, sonor samitlərdən 

və y səsindən əvvəl, bəzən də sonra təsadüf edilir.  

Naxcıvan  dialekti üçün səciyyəvi fonetik əlamət sayılan a > ə hadisəsi 

Azərbaycan dilinin, demək olar ki, əksər dialekt və şivələrində var. Ancaq bəzi 

dialekt və şivələrdə geniş şəkildə özünü göstərir (şərq və cənub qrupu dilalekt 

və şivələrində olduğu kimi), bəzi dialekt və şivələrdə isə (şimal və qərb qrupu 

dialekt və şivələri kimi) zəif görünür. 

Iğdır ağızlarında da sait əvəzlənmələri içərisində ən geniş yayılanı məhz 

bu hadisədir. Burada ilk hecada a > e əvəzlənməsinə daha çox rast gəlinir. Bu, 

müxtəlif  şəkillərdə  izah  olunur.  “a  səsinin  e  səsinə  çevrilməsinin  əsas 

səbəblərindən  biri  alınma  sözlərdə  ilk  hecada  h  və  g  səslərinin  yanındakı  a 

səsini incələşdirərək e-yə çevirməsidir: mehle, heber, heyir və s.” (Ercilasun, 

2002, s. 83). 

a səsinin ə səsi ilə əvəzlənməsi Azərbaycan dilinin cənub və şimal-şərq 

şivələrində geniş yayılmışdır və bəzən bütün sözü, bəzən isə bir hecanı əhatə 

edir  (

Əzizov,  1999:138).  Dil  tariximizdə,  qədim  abidələrin  dilində  də  həm 



şəkilçidə, həm də kökdə ə saiti a saitinin yerində geniş şəkildə işlənmişdir. Bu 

hadisə  “Kitabi-Dədə  Qorqud”un  dilindən  başlamış,  yazılı  abidələrin  dilində 

də  özünü  göstərir.  “Kitabi-Dədə  Qorqud”un  F.Zeynalov  və  S.

Əlizadə 


tərəfindən hazırlanmış nəşrində a > ə hadisəsinə rast gəlmək olur. Məsələn; 

Ərəbəyə  möhkəm  yorğanla  sarıdılar.  Gedərkən  ərəbə  qıcırdısından  Qazan 

oyandı  (Kitabi-Dədə  Qorqud,  1988:116);  Kafirə  qılınc  urdu,  basdı  qələyə 

qoydu (Kitabi-Dədə Qorqud, 1988:136). 




 

NAXÇIVAN DİALEKT V

Ə ŞİVƏLƏRİNDƏ VƏ IĞDIR 

AĞIZLARINDA SAİTL

ƏRİN ƏVƏZLƏNMƏSİ 

909 


 

a > ə hadisəsindən bəhs edərkən E.

Əzizov yazır: a > ə hadisəsinin orta 

əsrlər  abidələrinin  dilində  özünü  göstərməsini  və  müasir  şivələrdə  canlı 

olmasını nəzərə alaraq, bu hadisənin Azərbaycan dili şivələrində XIV əsrədək 

mövcud olduğunu söyləmək mümkündür (

Əzizov, 1999:140). Ümumiyyətlə, 

Azərbaycan  dili  digər  türk  dilləri  ilə  müqayisədə  incələşməyə  daha  çox 

meyllidir.  İncələşmə  xüsusiyyəti  Azərbaycan  dilinin  formalaşdığı çağlardan 

cənub  və  şimal-şərq  şivələrinin  səciyyəvi  əlamətlərindən  biri  olmuşdur 

(Şirəliyev, 2008:140). Deyilənlərdən aydın olur ki, Naxçıvan dialektində və 

Iğdır ağızlarında ə saiti sərbəst surətdə a saitini əvəz edə bilir və bu zaman 

sözün mənasına heç bir təsir göstərmir, məna dəyişikliyi əmələ gəlmir.  

ı > i: ı saitinin i saiti ilə əvəzlənməsi Naxçıvan dialekti üçün o qədər də 

xarakterik  deyildir.  Bu  hadisə  sözün  son  açıq  hecasında  ə  önsıra  saitinin 

assimilyasiyası nəticəsində meydana gəlir: qəyin < qayın, qəçi < qayçı, şəfdəli 



<  şaftalı.  Burada  həmin  hadisənin  məhdud  olması  bu  şivədə  incələşmənin 

qalınlaşmadan üstün olması ilə izah olunur. Belə ki, Naxçıvanda a saitin ə saiti 

ilə əvəzlənməsi sözün son saitinin incə olmasını tələb edir. Məsələn: qəyin, 

qəçi  sözlərinin  ədəbi  dildəki  fonetik  şəkli  qayın,  qayçı-dır.  Dialektdə  bu 

sözlərdəki son hecanın i ilə işlənməsi bu sözlərin birinci hecasındakı incə ə 

saiti  ilə  bağlıdır.  Bu,  Naxçıvan  bölgəsinin  dialekt  və  şivələrində  ahəng 

qanunun davamlı olmasının nəticəsidir. 

Iğdır ağızlarında heyir < hayır, qarşi < karşı. “ı > i dəyişməsi Iğdırda işıh, 

il,  ilan  kimi  sözlərdə  daha  çox  yayılmışdır  və  kəskindir.  Təbii  ki,  bu 

əvəzlənmədə ı səsinin zəif bir səs olmasının da böyük rolu var” (Ercilasun, 

2002, s. 84). 

u > ü əvəzlənməsi həm Naxçıvan, həm də Iğdır ağızlarında az rast gəlinən 

hadisədir. Naxçıvanda: Fürüzə < Firuzə, Müxdər < Muxtar, Şüküfə < Şükufə. 

Iğdır ağızlarında bu əvəzlənmə daha çox alınma sözlərdə müşahidə olunur: 

Mühemmed < Muhammet. 

İncə  saitlərin  qalınlaşmasında  müşahidə  olunan  bir  sıra  fonetik 

xüsusiyyətlər Naxçıvan və Iğdır ağızlarını xarakterizə edən xüsusiyyətlərdən 

hesab oluna bilər. Bu əvəzlənmə özünü ə > a, i > ı, ö > o, ü > u hadisələrində 

göstərir. Heydar < Heydər, düşman < düşmən. Iğdır ağızlarında bu əvəzlənmə 

e > a şəklində müşahidə olunur: sada < sade, bafat < vefat, tacızatı < teçhizat, 

mamır < memur, barabar < beraber, kamara < kamera. 



Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   ...   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə