Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə316/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   312   313   314   315   316   317   318   319   ...   335

 

NAXÇIVAN DİALEKT V

Ə ŞİVƏLƏRİNDƏ VƏ IĞDIR 

AĞIZLARINDA SAİTL

ƏRİN ƏVƏZLƏNMƏSİ 

913 


 

Iğdır ağızlarında isə bu hadisəyə təsadüf hallarda rast gəlinir: evle < öğle. 

u  >  ı.  u  saitinin  ı  saiti  ilə  əvəzlənməsi  hadisəsi  Naxçıvanda  geniş 

yayılmışdır. Bu əvəzlənmə çox zaman sözün birinci hecasında sonor və y, c, 

z, s samitlərindən əvvəl özünü göstərir: bıra < bura, vır < vur, zırna < zurna, 

bılax < bulaq, tırp < turp, bılaşıx < bulaşıq, bızav < buzov, bıxav < buxov, 

qahım  <  qohum,  qavın  <  qovun,  armıd  <  armud,  Mahmıt    <  Mahmud, 

savırmax < sovurmaq, qavdı < qovdu. 

A.B.Ercilasun  yazır  ki,  dodaq  samitlərinin  təsiriylə  və  ya  qədim 

şəkillərini mühafizə edərək yazıda ahəng qanununun pozulduğu bir çox kəlmə 

Iğdır ağızlarında uyuma girmiş və u > ı əvəzlənməsi meydana gəlmişdir: çamır 

<  çamur,  yağmır  <  yağmur,  barıt  <  barut,  havız    <  havuz,  navrız  <  nevruz, 

tavıh < tavuk (Ercilasun, 2002, s.91). 

ü  >  i.  Cənub  qrupu  dialekt  və  şivələrində,  o  cümlədən  Naxçıvanda  ü 

saitinin  i  saiti  ilə  əvəzlənməsi  hadisəsi  o  qədər  də  geniş  yayılmış  hadisə 

deyildir.  Bu  hadisə  çox  zaman  sözün  müxtəlif  yerlərində  süzgün  sonor 

samitlərindən  (l,  r)  əvvəl  özünü  göstərir:  bitəv  <  bütöv,  sümbil  <  sümbül, 

Miseyib  <  Müseyib,  milayim  <  mülayim,  kömir  <  kömür,  kiflət  <  külfət, 

sibut// subut < sübut, 

Əbdil < Əbdül, Zileyxa < Züleyxa, Zilfiqar < Zülfüqar. 

Iğdır  ağızlarında  da  bu  hadisəyə  çox  az  rast  gəlinir:  bilbil  <  bülbül, 

miselman < müsliman, bitün < bütün. 

u  >  i.  Qalın  dodaqlanan  u  saitinin  incə,  dodaqlanmayan  i  saiti  ilə 

əvəzlənməsi  hadisəsi  hən  Naxçıvan  şivələri,  həm  də  Iğdır  ağızları  üçün 

xarakterik  fonetik  hadisə  deyildir.  Aparılan  müşahidələr  zamanı  u  >  i 

əvəzlənməsinə bir neçə sözdə təsadüf etdik: bizov < buzov, Temir < Teymur, 

məlimat < məlumat; Iğdırda: nitgi < nutku. 

Açıq  saitlərin  qapalı  saitlərlə  əvəzlənməsi.  Azərbaycan  dilinin  saitlər 

sistemi  özünün  bütün  tarixi  inkişafı  boyu  qapalılıq,  açıqlıq  fərqləndirici 

əlamətini qorumuşdur. Qapalı və açıq saitlərin bir-birini əvəzləməsinə demək 

olar ki, təsadüf edilməmişdir (Şirəliyev, 2008:23). Ona görə də həm Naxçıvan 

dialektində, həm də Iğdır aığzlarında açıq saitlərin qapalı saitlərlə əvəzlənməsi 

o qədər də geniş yayılmış hadisə deyil. Burada az da olsa a > ı, ə > i, o > u 

hadisələri təzahür edir. 



914 

NURAY 


ƏLİYEVA 

 

 



a  >  ı  Azərbaycan  dilinin  Qərb  qrupu  dialekt  və  şivələrinə  məxsus olan 

səciyyəvi  xüsusiyyətdir.  Bu  hadisəyə  söz  köklərində az  təsadüf edilir.  a  > ı 

əvəzlənməsi  daha  çox  saitlə  bitən  isimlərə  y  səsi  ilə  başlayan  şəkilçi 

artırıldıqda  baş  verir.  Belə  ki,  bu  zaman  y  səsinin  təsiri  altında 

dodaqlanmayan,  qalın,  açıq  a  saiti  darlaşaraq  qapalı  ı  səsi  ilə  əvəz  olunur: 

manıt < manat, sırmaşmax < sarmaşmaq, başdıyır < başlayır, kasıya < kasaya, 

yaşdıyır < yaşlayır.  

Iğdırda bu əvəzlənmə geniş şəkildə işlənir. Burada da Naxçıvanda olduğu 

kimi,  daha  çox  bitişdirici  y  samitinin  təsiri  ilə  meydana  çıxır:  avlıyıp  < 

avlayıp, satmıya < satmaya, mandıyı < mandayı, Irızıya < Rızaya. 

ə > i, e > i. ə saitinin i saiti ilə əvəzlənməsi Azərbaycan dilinin dialekt və 

şivələrində az təsadüf olunan fonetik hadisələrdəndir. Bu hadisə də y səsinin 

təsiri  ilə  baş  verir.  y  səsinin  təsiri  altında  açıq  ə  səsi  qapalı  i  səsi  ilə  əvəz 

olunur: zincir < zəncir, ginə < yenə, bir qədir < bir qədər, midaxil < mədaxil, 

yihər < yəhər, şikil < şəkil, çimən < çəmən, təpiyə < təpəyə, meşiyə  < meşəyə. 

Iğdır ağızlarında da bu hadisə eynilə Naxçıvanda olduğu kimi, y samitinin 

təsiri  ilə  baş  verir.  Belə  ki,  dodaqlanmayan,  incə  saitlə  bitən  sözlər  saitlə 

başlanan şəkilçi qəbul edən zaman y bitişdirici samiti bu səs əvəzlənməsini 

meydana gətirir: neniye < neneye, deviye < deveye. 

o > u əvəzlənməsi Naxçıvanda olduğu kimi, Iğdırda da çox az müşahidə 

olunur.  Naxçıvanda:  paprus  <  papiros,  telfun  <  telefon,  traxdur//tıraxdur  < 

traktor, dirextur//direxdur  < direktor, balqun < balkon, unbir < on bir. Iğdırda: 

dohdur < doktor, foturaf < fotoraf, tumates  < domates, urman < orman. 

Qapalı saitlərin açıq saitlərlə əvəzlənməsi Naxçıvan və Iğdırda ı > a, i > 

ə hadisələrində özünü göstərir. 

ı  >  a.  ı  satinin  a  saiti  ilə  əvəzlənməsi  hadisəsi  Naxçıvanda  az  təsadüf 

olunan fonetik hadisələrdən biridir. Bu hadisəyə bir neçə sözdə sözün kökündə 

təsadüf edilir: kağaz < kağız, aşağa < aşağı, xarman//xərmən < xırman, sayax 



< sayıx, ahaldamax < ahıldamaq (inildəmək). 

Iğdırda da bu hadisə o qədər geniş yayılmamışdır. A.B.Ercilasun yazır: 

“Iğdırın  Erhacı  kəndində  birinci  şəxs  cəm  şəkilçilərində  bu  əvəzlənmə 



 

NAXÇIVAN DİALEKT V

Ə ŞİVƏLƏRİNDƏ VƏ IĞDIR 

AĞIZLARINDA SAİTL

ƏRİN ƏVƏZLƏNMƏSİ 

915 


 

qaydaya çevrilmişdir: yaşıyırah < yaşayırıq, burdayah < burdayıq” (Ercilasun 

2002, s.94). 

Nümunələrdən də görünür ki, ı saitinin a saiti ilə əvəzlənməsinə səbəb 

tam irəli və ya geri assimilyasiyadır. Belə ki, a səsi özündən sonra və ya əvvəl 

gələn ı səsini öz məxrəcinə salır. 

i > ə. i saitinin ə saiti ilə əvəzlənməsi hadisəsi Azərbaycan dilinin dialekt 

və şivələrində az təsadüf edilən fonetik xüsusiyyətlərdəndir. i səsinin ə səsi ilə 

əvəzlənməsinə bir neçə sözdə təsadüf edilmişdir. Bu fonetik hadisə iki hecalı, 

sonuncu hecada ə saiti olan sözlərə y səsi ilə başlanan şəkilçi artırıldıqda y 

səsinin təsiri altında baş verir: meşiyə < meşəyə, meyviyə  < meyvəyə. 

Iğdırda  bu  əvəzlənmə  i > e  şəkilndə  heş <  hiç,  getdi  <  gitdi,  beçera  < 

biçare, peşman  < pişman, beçara < biçare sözlərində var. 

Ümumiyyətlə,  həm  Naxçıvan  qrupu  dialekt  və  şivələri,  həm  də  Iğdır 

ağızları fonetik cəhətdən olduqca mürəkkəbdir. Belə ki, dilimizin əksər dialekt 

və şivələrində müşahidə edilən bir sıra fonetik xüsusiyyətlər eynilə burada da 

mövcuddur,  lakin  burada  elə  fonetik  xüsusiyyətlərə  də  təsadüf  olunur  ki, 

onlara tədqiq olunmuş digər dialekt və şivələrimizdə ya rast gəlmirik, ya da 

çox təsadüfi hallarda rast gəlirik. 

Nümunələrdən  də  göründüyü  kimi,  həm  Naxçıvan,  həm  də  Iğdır 

ağızlarında  saitlərin  əvəzlənməsi  çox  geniş  yayılmışdır  və  hər  iki  bölgədə 

ortaq  dil  hadisələri  mövcuddur.  Bu  hadisələrin  öyrənilməsi  dil  tarixi  üçün 

mühüm faktlar verir. Həm dillərin eyni kökdən gəlməsi, həm də Azərbaycan 

müstəqillik eldə etdikdən sonra Türkiyə ilə əlaqələrin genişlənməsi Naxçıvan 

dialekt  və  şivələri  ilə  Iğdır,  ümumilikdə  Şərqi  Anadolu  ağızları  arasında 

fonetik, leksik və qrammatik baxımdan çoxlu ortaq xüsusiyyətlərin meydana 

çıxmasına səbəb olmuşdur. Bunların öyrənilməsi, həmin dalekt və şivələrin 

müqayisəli  şəkildə  tədqiqata  cəlb  olunması  müasir  dialektologiyamızın 

qarşısında duran ən mühüm məsələlərdəndir. 



Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   ...   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə