Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə317/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   313   314   315   316   317   318   319   320   ...   335

916 

NURAY 


ƏLİYEVA 

 

 



Ədəbiyyat 

1.

 



Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələri. Bakı: Azərb. SSR 

EA nəşriyyatı, 1962, 326 s. 

2.

 

Azərbaycan  dilinin  dialektoloji  lüğəti.  Ankara:  Kılıçaslan  Matbaacılık, 



1999, 661 s. 

3.

 



Ercilasun A. Kars ili ağızları. Ankara: Türk Dil Kurumu Yayınları, 2002, 

385 s. 


4.

 

Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, Bakı Univer-



siteti nəşriyyatı, 1999, 354 s. 

5.

 



Kitabi-Dədə Qorqud. Bakı: Yazı nəşriyyatı, 1988, 263 s. 

6.

 



Quliyev 

Ə.A.  Doğu  Anadolu  ağızları  ile  Nahçıvan  ağızları  arasında 

etkileşim meseleleri. Türkiye Türkcesi ağız araştırmaları çalıştayı, 25-30 

mart Şanlıurfa, 2008, s. 71-74. 

7.

 

Şirəliyev  M.  Azərbaycan  dialektologiyasının  əsasları.  Bakı:  Şərq-Qərb, 



2008, 415 s. 


NAXÇIVAN AZ

ƏRBAYCAN ATABƏYLƏR DÖVLƏTİNIN 

M

ƏRKƏZLƏRİNDƏN BİRİ KİMİ 

İsmayıl HACIYEV

*

 

 



Özet  

Məqalədə ilk əvvəl Səlcuq imperiyasının yaranmasının Azərbaycanın si-

yasi həyatına göstərdiyi təsirdən, Naxçıvanın bu imperiyanın tərkibinə daxil 

edilməsindən, Alp Arslanın Naxçıvana yiyələnməsindən, Naxçıvan şahlığının 

süqutundan, səlcuq əmirinin Naxçıvana hakim təyin edilməsindən, Naxçıva-

nın iqta hüququnda Toğrul bəyə verilməsindən bəhs edilir. 

Aydın  olur  ki,  ilk  səlcuq  hücumları  dövründən  başlayaraq  Naxçıvan 

səlcuq  əmirlərinin  iqamətgahı  olub.  Səlcuq  sultanlarından  I  Məlikşah, 

Məhəmməd  Tapar,  Məsud,  Toğrul  bu  mühüm  bölgədə  fəaliyyət  göstərmiş, 

Möminə xatın və oğlu Arslan şah Naxçıvanda yaşamışlar. 

Naxçıvanın rol və nüfuzu Şəmsəddin Eldənizin dövründə daha da artmış, 

onu öz mülklərinə birləşdirmiş, iqamətgahını Naxçıvana köçürmüşdür. 1146-

cı  ildən  Naxçıvan  şəhəri  və  vilayəti  Eldəniz  nəslinin  irsi  iqtasına  çevrilir. 

Naxçıvan şəhəri səlcuq əmirlərinin əsas iqamətgahlarından biri idi. Şəmsəddin 

Eldəniz ailəsi və övladları ilə birlikdə Naxçıvanda yaşayır. Naxçıvan vilayəti 

divan əl-xassə və ya divan əl-əla adlanan Ali divana tabe idi. Naxçıvan şəhəri 

bir müddət Eldənizlərin paytaxtı olmuş və XII əsrin 70-ci illərindən (1175-ci 

ildən) mərkəzi şəhər kimi fəaliyyət göstərmişdir. 

Yekun olaraq onu qeyd etməliyik ki, Eldəniz nəslinin şəxsi mülki statu-

sunu  saxlayan  Naxçıvan  siyasi-mədəni  mərkəz  və  strateji  mövqe  kimi 

əhəmiyyətini itirməmişdir.  

Açar  Sözlər:  Səlcuq  imperiyası,  Azərbaycan  atabəyləri,  Arran,  Naxçı-

van, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan 

                                                      

*

 AMEA Naxçıvan Bölməsi, ismayil_haciyev@yahoo.com 




918 

İSMAYIL HACIYEV 

 

 

НАХЧЫВАН КАК ОДИН ИЗ ЦЕНТРОВ АЗЕРБАЙДЖАНСКОГО 



ГОСУДАРСТВА АТАБЕКОВ 

В  статье,  в  первую  очередь,  рассказывается  о  влиянии 

государства Сельджуков на политическую жизнь Азербайджана, о 

вхождении  Нахчывана  в  состав  этой  империи,  о  завоевании 

Нахчывана  Альп  Арсланом,  о  падении  нахчыванского  шахства,  о 

назначении  сельджукского  эмира  правителем  Нахчывана,  о 

передаче Нахчывана по праву игта Тогрул беку.  

Становиться  ясно,  что  начиная  с  первых  нашествий 

сельджуков,  Нахчыван  превратился  в  резиденцию  сельджукских 

эмиров.  Деятельность  сельджукских  султанов  Меликшаха, 

Мухаммед  Тапара,  Масуда,  Тогрула  проходила  в  этом  важном 

регионе, Момине хатын и её сын Арслан шах жили в Нахчыване. 

Роль  и  влияние  Нахчывана  выросли  в  период  правления 

Шемседдина Эльдениза, который присоединил Нахчыван к своим 

владениями и перенёс сюда свою резиденцию. С 1146-го года город 

и  область  Нахчыван  превратился  в  наследственную  игту 

Эльденизов. Город Нахчыван стал одной из основных резиденций 

сельджукских  эмиров.  Шемседдин  Эльдениз  вместе  с  семьей  и 

детьми  жил  в  Нахчыване.  Нахчыванская  область  подчинялась 

Верховному дивану, называемому диван аль-хассе или диван аль-

ела. Город Нахчыван некоторое время был столицей Эльденизов и 

с 70-х годов века (с1175-го года) действовал как центральный город.  

В  конце  надо  отметить,  что  Нахчыван  ,  сохранивший  статус 

наследственного  владения  Эльденизов,  не  потерял  свою 

стратегическую важность как политико-культурного центра. 

Ключевые  Слова:  империя  Сельджуков,  Азербайджанские 

атабеки, Арран, Нахчыван, Шемседдин Эльдениз, Магомед Джахан 

Пехлеван  



 

NAXÇIVAN AZ

ƏRBAYCAN ATABƏYLƏR DÖVLƏTİNIN 

M

ƏRKƏZLƏRİNDƏN BİRİ KİMİ 



919 

 

Səlcuq imperiyasının təşəkkülü və yaranması Azərbaycanın siyasi həya-



tına da ciddi təsir göstərmişdi. Azərbaycanda mövcud olan siyasi pərakəndəlik 

aradan qaldırılmış, Azərbaycan torpaqları, o cümlədən Naxçıvan Səlcuq im-

periyasının  tərkibinə  daxil  edilmişdi.  Səlcuq-oğuz  türkləri  1018-1021-ci 

illərdə Araz çayını keçərək cənub istiqamətində Arran torpaqlarına daxil ol-

muş,  Naxçıvan,  sonra  isə  Dəbil  şəhərlərini  tutmuşdular.  30-cu  illərin 

əvvəllərində  Qəznəvilərin  təqibindən  qurtarmağa  çalışan  təqribən  iki  min 

oğuz  ailəsi  Rəvvadilərin  Cənubi  Azərbaycandakı  mülklərinə  gəlmişdilər. 

Xorasanda qalan oğuzlar isə Qəznəvilərə qarşı mübarizəni davam etdirmişdi 

[3,  s.  350].  Azərbaycan  oğuzları  sözsüz  ki,  bu  mübarizəyə  fəal  köməklik 

göstərmiş,  sonrakı  tarixi  hadisələr  zamanı  isə  onların  Azərbaycanda  möh-

kəmlənməsinə çalışmışdır. 

Səlcuq imperiyasının əsasını Toğrul bəy (1038-1063) qoymuşdur. Toğrul 

bəyin zamanında Azərbaycan da ələ keçirildi. İbn əl-

Əsir yazır ki, hicri 446-

cı  ildə  (1054/55) Toğrul  bəy  Azərbaycana  hərəkət  edərək  Təbrizə  gəldi.  O 

vaxt Təbrizin hakimi olan 

Əmir Əbu Mənsur Vəhsudan ibn Məhəmməd Rəv-

vadi Toğrul bəyə tabe olduğunu bildirdi, adına xütbələr oxutdurdu və sikkələr 

üzərində zərb etdirdi, hədiyyələr göndərərək qəlbini ələ aldı və oğlunu girov 

olaraq onun yanına göndərdi” [6, s. 223].  

Toğrul  bəy  buradan  Naxçıvana  yollandı  və  Naxçıvanşah 

Əbu  Düləfin 

səlcuqiləri  süzeren  (vassal)  kimi  tanımasına  nail  oldu.  İkinci  səlcuq  sultanı 

Alp  Arslan  (1063-1072)  Azərbaycanda  təsir  gücünü  artırmaq  ucun  Cənubi 

Qafqaza  yürüş  etdi  [3,  s.  391].  Alp  Arslan  Səlcuq sultanı  olduğu  illərdə ilk 

səfəri  Təbriz-Mərənd  yolu  ilə  Naxçıvan  bölgəsinə  oldu.  O,  1064-cü  ildə 

Naxçıvana yiyələndi və burada xüsusi iqamətgah tikdirdi [10, s. 105]. 

Alp Arslan Naxçıvanda olarkən özünü orduya və ölkəyə tanıtmaq ucun 

14 yaşlı oğlu Məlikşahı vəliəhd elan etdi və ordunun bir hissəsini onun ixtiya-

rına verdi. Baş vəzir Nizamülmülk və Gəncə-Dvin hakimi əmir Şavur da or-

dusu  ilə  birlikdə  şahzadəyə  yardım  göstərdi.  Alp  Arslan  oğlu  Məlikşahı  və 

vəziri Nizamülmülkü öz yerində qoyub şəhəri tərk etdi. Məlikşah və Nizamül-

mülk Naxçıvanda olan müddət ərzində bir sıra qalaları, o cümlədən Sərmari, 

Kulp-Tuzluca  qalalarını  fəth  edib,  Naxçıvan  əmirinin  sərəncamına  verdilər. 

Az  sonra  onlar  da  Naxçıvanı  tərk  etməli  oldular.  Buradan  məlum  olur  ki, 



Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   313   314   315   316   317   318   319   320   ...   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə