Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə320/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   316   317   318   319   320   321   322   323   ...   335

 

NAXÇIVAN AZ

ƏRBAYCAN ATABƏYLƏR DÖVLƏTİNIN 

M

ƏRKƏZLƏRİNDƏN BİRİ KİMİ 



925 

 

“məhərrəm  582”  -  (1186)-ci  ilin  yaz  çağı  olduğunu  aydınlaşdıran 



Ə.Ələsgərzadə  türbə  yaxınlığında  olmuş  baştağın  kitabəsindəki  məlumata, 

eləcə də tarixi qaynaqlara əsaslanaraq belə bir məntiqi nəticəyə gəlmişdi ki, 

“...türbə Cahan Pəhləvanın ölümündən bir az öncə bitmiş, baştağ isə onun ölü-

mündən sonra tikilmişdir. Şübhəsiz ki, Cahan Pəhləvanın özü də bu türbədə 

dəfn edilmişdir” [5, s. 90; 15, s. 57]. Azərbaycan Atabəyləri dövləti Şəmsəd-

din  Eldənizin  oğlu  Məhəmməd  Cahan  Pəhləvanın  (1175-1186)  hakimiyyəti 

illərində daha da gücləndi. O, Səlcuq sultanı III Toğrulun (1176-1194) atabəyi 

idi. Azyaşlı III Toğrul Azərbaycan hökmdarının himayəsi altında Naxçıvanda 

yaşayırdı  [1,  s.  222].  Məhəmməd  Cahan  Pəhləvanın  hakimiyyəti  dövründə 

Azərbaycanı onun kiçik qardaşı Qızıl Arslan idarə edirdi. Qızıl Arslan həm də 

Məhəmməd Cahan Pəhləvanın oğulları 

Əbubəkrin və Özbəyin atabəyi idi. Va-

lideynlərinin vəfatından sonra, o vaxtadək Həmədanda, sultan sarayında ya-

şayan,  sultanlıqda  vəzirdən  sonra  üçüncü  vəzifə  olan  “hacib”  (kamerger) 

vəzifəsini alaraq “əmir əl-hacib əl-kəbir” titulunu daşıyan Cahan Pəhləvan ata 

mülkünə - Naxçıvana qayıtdı. Dövlətin buradakı xəzinəsini, taxt-tacın əmla-

kını, eləcə də bütün süvari və piyada qoşunlarını nəzarəti altına aldı [4, s.73]. 

Məhəmməd Cahan Pəhləvan bütün dövlət vəzifələrinə özünün ən yaxın adam-

larını təyin etdi. Öz tərəfdarlarına çoxlu torpaq mülkləri paylamaqla mərkəzi 

hakimiyyəti xeyli qüvvətləndirdi. Atası kimi onun da 50 min nəfərlik nizamlı 

və  güclü  atlı  ordusu  vardı.  Ölkədə  əsil  hakimiyyət  Cahan  Pəhləvanın  əlinə 

keçdi. 


Ətraf torpaqların sahibləri və vassallarından heç biri buna müqavimət 

göstərmirdi,  çünki  Pəhləvandan  “bütün  hakimlər  qorxurdular”  [13,  s.  97]. 

Ölkə əmirləri və xəzinə -  hamısı Cahan Pəhləvanın sərəncamında idi [6, s. 

119]. İbn əl-

Əsirin məlumatına görə, Cahan Pəhləvana “Arran, Azərbaycan, 

Həmədan,  əl-Cibal  ölkəsi,  İsfahan,  Rey  və  bunların  arasında  yerləşən  tor-

paqlar  tabe  idi  və  ona  Farsın  və  Xuzistanın  hakimləri  itaət  edirdilər”  [6,  s. 

118]. Cahan Pəhləvanın çox böyük uğurlarından biri Ağsunqurilər xanədanına 

mənsub Təbriz şəhərini mülklərinə qatması idi. Atabəy Cahan Pəhləvanın in-

zibati  bacarığı  və  sərt  tələbkarlığı  sayəsində  dövlət  idarəsinin  bütün 

sahələrində qayda-qanun möhkəmləndirilmişdi. Atabəyin hakimiyyətinin on 

ili ərzində dövlət heç bir xarici basqına məruz qalmamışdı. Məhz onun haki-

miyyəti dövründə “gürcülər onunla sülh bağlamış, onun tələblərini qəbul et-

mişlər”.  Bu  dövrdə  Azərbaycan  torpaqlarını  Məhəmməd  Cahan  Pəhləvanın 

kiçik  qardaşı  Qızıl  Arslan  (1186-1191)  idarə  edirdi.  Məhəmməd  Cahan 

Pəhləvan  Azərbaycan  və  Arranı  tərk  edərək  sultanlığın  paytaxtı  Həmədana 




926 

İSMAYIL HACIYEV 

 

 

gəldiyi  üçün,  ilk  vaxtlar  qardaşı  Müzəffərrəddin  Qızıl  Arslanı  öz  yerinə 



qoydu.  Cahan  Pəhləvanın  oğlanları 

Əbubəkr  və  Özbəyin  hakimiyyəti  döv-

ründə paytaxt Təbriz olsa da, Naxçıvan iqtisadi və mədəni mərkəz kimi mü-

hüm  rol  oynamışdır.  Bu  dövrə  aid  Naxçıvanda  möhtəşəm  abidələr  vardır. 

Əbubəkr hələ atasının sağlığında Azərbaycan və Arrana vali təyin olunduğu 

vaxtdan Naxçıvanda yaşayırdı. Naxçıvan sərhəd vilayətində yerləşən xüsusi 

rejimli bölgə olduğu üçün, buraya, demək olar ki, həmişə Eldənizlər xanədanı 

üzvlərindən olan valilər təyin olunurdu [11, s. 109]. Şəhərləri isə valinin adın-

dan  “adətən  tanınmış  yerli  nəsildən  olan”  rəislər  idarə  edirdilər.  Onların 

vəzifəsi irsən atadan oğula keçirdi. İlk Azərbaycan atabəyləri dövründə Naxçı-

vanda yaşayan Yusif Küseyir oğlu belə rəislərdən olmuşdur. Ona “xacə, ta-

nınmış rəis” titulu verilmişdir [15, s. 51]. Məhəmməd Cahan Pəhləvan 1186-

cı il martın 23-də  vəfat etdi [4, s. 83]. Atabəyin müasiri İbn əl-

Əsir Cahan 

Pəhləvan haqqında bunları söyləyib: “...O, xoş xasiyyətli insan, ədalətli, müd-

rik və səbirli hakim idi. Onun hakimiyyəti illərində [tabeliyində olan] ölkələr 

əmin-əmanlıq, təbəələri isə dinclik şəraitində yaşayırdılar” [6, s. 118]. Eyni 

zamanda  məlumdur  ki,  o,  misilsiz  miras  qoymuşdur:  onun  5000-dən  artıq 

şəxsi məmlükü və 70 min atı, qatırı və dəvəsi var idi. Cahan Pəhləvan özündən 

sonra  kimsənin  yığa  bilmədiyi  miqdarda  var-dövlət  qoyub  getmişdir.  Onun 

var-dövlətinin  bir  hissəsi  Deyləm  dağlarında  yerləşən  Sərcahan  qalasında, 

qalanı  isə  Naxçıvan  yaxınlığındakı 

Əlincə  qalasındakı  xəzinədə  qorunurdu. 

Sərcahandakı xəzinəyə onun yoldaşı İnanc xatın sahib olmuş, 

Əlincə qalasın-

dakı xəzinə isə Cahan Pəhləvanın Naxçıvanda yaşayan ikinci yoldaşı Zahidə 

xatının ixtiyarında qalmışdı [13, s. 154, 156]. Cahan Pəhləvandan sonra İnanc 

xatının və tərəfdarlarının təşəbbüsünə baxmayaraq, hakimiyyətə atabəy Qızıl 

Arslan keçdi (1186-1191). Cahan Pəhləvan sağlığında “Azərbaycan və Arra-

nın idarə olunmasını oğlu 

Əbubəkrə tapşırmış və onun tərbiyəsini əmisi Qızıl 

Arslana  həvalə  etmişdi.  Qızıl  Arslanın  hakimiyyəti  dövründə  də  Naxçıvan 

özünün Azərbaycan atabəylərinin mərkəzi şəhəri statusunu saxlayırdı. Naxçı-

vanda yaşayan Zahidə xatın həm şəhərin idarəsini, həm də 

Əlincə qalasındakı 

dövlət xəzinəsini ələ keçirir [13, s. 154]. Bu bacarıqlı qadın dövrünün tanınmış 

şəxsiyyətlərindən olub, Eldənizlər dövlətinin siyasi həyatında mühüm mövqe 

tutmuşdu. Zahidə xatın əsasən, Naxçıvanda yaşamış, hakim kimi Azərbayca-

nın bu vilayətini idarə etmişdir. Zahidə xatın vəfat etdikdən sonra müəyyən 

müddət Naxçıvanın hakimi əl-Cəlaliyyə olmuşdur. Ehtimala görə əl-Cəlaliyyə 




Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   316   317   318   319   320   321   322   323   ...   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə