Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə318/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   314   315   316   317   318   319   320   321   ...   335

920 

İSMAYIL HACIYEV 

 

 

səlcuqlar artıq Naxçıvan şahlığına son qoyaraq, oraya öz əmirlərini təyin et-



mişdilər. 

Məlikşahın hakimiyyəti dövründə (1072-1092) Səlcuq imperiyasının əra-

ziləri  daha  da  genişləndirilir.  O,  Azərbaycanı,  Arranı,  o  cümlədən  səlcuq 

əmirlərinin strateji yeri hesab etdikləri Naxçıvanı da əmisi oğlu İsmayıla verdi 

[11, s. 88; 12, s. 94]. İsmayıl ibn Yaquti Məlikşahın vəfatından sonra da bir 

müddət  Naxçıvanın  valisi  olmuşdur.  Səlcuqların  Azərbaycan  üzrə  canişini 

Naxçıvanda əyləşirdi [7, s. 72; 10, s. 105]. 

Məlikşahın  ölümündən  sonra  imperiyada  ara  çəkişmələri  başladı. 

Əsas 

mübarizə Məlikşahın oğlanları Börküyarıq (1092-1104) və Mahmud (1092-



1093) arasında idi. Sonra mübarizəyə Məlikşahın digər oğlu Məhəmməd Ta-

par  da  qoşuldu.  Bu  mübarizədə  də  Börküyarıq  (1092-1104)  üstünlüyə  nail 

oldu. 1104-cü ildə tərəflər arasında anlaşma bağlandı. Anlaşmaya görə Börkü-

yarıq sultanlıqda qaldı, Məhəmməd Tapar isə varis elan olundu. Diyarbəkir, 

Əl-Cəzirə, Mosul, Azərbaycan və eləcə də Naxçıvan Məhəmməd Taparın ha-

kimiyyəti altında qaldı. Barışıq çox çəkmədi və qarşıdurma davam etdi. 

Börküyarıq  öldükdən  sonra  hakimiyyətə  oğlu  II  Məlikşah  (1104-1105) 

gəldi. II Məlikşahın hakimiyyəti ancaq ay yarım davam etdi. İmperiyanın bir 

hissəsinə, o cümlədən Naxçıvana sahib olan Məhəmməd Tapar (1105-1118) 

hakimiyyəti ələ aldı. 

Məhəmməd Taparın ölümü ilə sultanlıq taxt-tacı üstündə mübarizə yeni-

dən qızışdı. Mahmud və qardaşları arasında olan hakimiyyət çəkişməsi birin-

cinin  hakimiyyətə  gəlməsinə  imkan  vermədi.  Save  döyüşündə  (1119) Mah-

mudun ordusunun məğlub olması Səncər ibn Məlikşahın (1118-1157) Səlcuq 

dövlətinin  sultanı  olması  yolunu  asanlaşdırdı.  Məğlubiyyətdən  sonra  döyüş 

meydanından qaçan Mahmud ilə Səncər arasında aparılan danışıqlar 1119-cu 

ilin noyabr ayında tamamlandı. Səncər ilə Mahmudun görüşməsi nəticəsində 

Böyük  Səlcuq  dövləti  iki  hissəyə  bolundu:  Şərqi  Səlcuqlular  və  Qərbi 

Səlcuqlular. Şərqi Səlcuqluların başında duran Səncər ibn Məlikşah, eyni za-

manda, “böyük sultan” sifətiylə bütün Səlcuq coğrafiyasının hakimi oldu. Bu 

danışıqlarda torpaqlar da paylaşdırılmışdı. Gəncə ilə birlikdə “bütün Arran və 

Araz çayınadək Naxçıvan Toğrula tabe olur”. Sultan Mahmud vəfat edənədək 

(1131)  Toğrul  Naxçıvanda  qalaraq,  ona  iqta  hüququnda  verilmiş  bu  ərazini 

idarə edir. 




 

NAXÇIVAN AZ

ƏRBAYCAN ATABƏYLƏR DÖVLƏTİNIN 

M

ƏRKƏZLƏRİNDƏN BİRİ KİMİ 



921 

 

Beləliklə,  ilk  səlcuq  hücumları  dövründən  başlayaraq  hərbi-strateji 



əhəmiyyətinə  görə  Naxçıvan  səlcuq  əmirlərinin  iqamətgahı  olub.  Sultanlıq 

taxtına  çıxanadək,  səlcuq  sultanlarından  I  Məlikşah,  Məhəmməd  Tapar, 

Məsud, Toğrul imperiyanın bu mühüm bölgəsində fəaliyyət göstərmişlər [12, 

s. 98]. Toğrul hələ Naxçıvanın əmiri olub, sultanlığın paytaxtına gedənədək, 

arvadı Möminə xatın və oğlu Arslan şahla Naxçıvanda da yaşamışdır. Naxçı-

van bu illərdə Atabəy Qara Sunqurun vasitəsi ilə bölgəyə sahiblik edən 

Əmir 

Məsudun  idarə  sisteminə  daxil  idi.  Göründüyü  kimi,  Səlcuqlar  dövlətinin 



meydana  çıxması,  çiçəklənməsi  və  nəhayət,  parçalanma  dövrləri  Yaxın  və 

Orta Şərqin bir çox ölkələrinin, o cümlədən Azərbaycanın, eləcə də Naxçıva-

nın tarixi taleyində mühüm yer tutur. 

Böyük Səlcuq imperiyasının tənəzzülü dövründə bir sıra müstəqil döv-

lətlər meydana gəlmişdi. Belə dövlətlərdən biri də Azərbaycan atabəylərinin 

idarə etdiyi Eldənizlər dövləti idi. Eldənizlər dövlətinin ərazisi əvvəllər İraq 

Səlcuq sultanlığının tərkibində idi. İraq Səlcuq sultanlığı (1118-1194) İraqı, 

İranı və Kür çayından cənubdakı Azərbaycan torpaqları daxil olmaqla, Cənubi 

Qafqazın bir hissəsini əhatə edirdi. 

Azərbaycan Atabəyləri dövlətinin banisi Şəmsəddin Eldəniz (1136-1175) 

olmuşdur. Tədqiqatlara görə dövlətin yaradılması tarixi kimi 1136-cı il, yəni 

sultan II Toğrulun (1132-1135) ölümündən sonra hakimiyyətə gələn Məsud 

tərəfindən (1135-1152) Arranın iqta kimi Şəmsəddin Eldənizə verilməsindən 

götürülür.  Şəmsəddin  Eldəniz  Arranda  hələ  də  nüfuz  sahibi  olan  Qara 

Sunqurun Gəncədəki və Naxçıvandakı mövqeyinin möhkəm olduğunu nəzərə 

alaraq, artıq əvvəlki qüdrətini əldən vermiş Bərdə şəhərində qərarlaşır. Bu za-

man Gəncə, Naxçıvan və Arranın Arazdan şimalda bir çox torpaqları sultan 

Məsudun atabəyi Qara Sunqurun idarəsində idi. Şəmsəddin Eldəniz Şirvanı 

da  bir  suzeren-vassal  kimi  öz  hakimiyyətinə  tabe  etmişdi.  Qara  Sunqurdan 

sonra onun yerini tutan əmir Çavlının qəfil ölümündən sonra (1146) Şəmsəd-

din  Eldəniz  Naxçıvan  vilayətini  mülklərinə  birləşdirir  və  iqamətgahını 

Bərdədən Naxçıvana köçürür. O, sultan sarayından iqta aldığı Arrandan başqa, 

Azərbaycanın  bütün  cənub  rayonlarını,  habelə  Naxçıvanı  müstəqil  idarə 

etməyə və öz adından pul kəsdirməyə başlayır. 1146-cı ildə Atabəy Naxçıvan 

vilayətini  torpaqlarına  birləşdirir  və  həmin  dövrdən  başlayaraq  Naxçıvan 

şəhəri və vilayəti Eldəniz nəslinin irsi iqtasına çevrilir. Bəhs edilən dövrün 

hadisələrində  Şəmsəddin  Eldənizin  adı  “Gəncə  və  Arranın  sahibi”  (İbn  əl-



922 

İSMAYIL HACIYEV 

 

 

Əsir),  “Naxçıvan  şəhəri  və  vilayətinin  hakimi”  (Mxitar  Qoş)  kimi  çəkilir. 



Mənbələr  Eldənizin  bu  dövrdə  Naxçıvanda  möhkəmlənməsi,  “daim  Naxçı-

vanda  olması”  haqqında  məlumat  verir.  XI  əsrin  II  yarısından  başlayaraq 

Naxçıvan şəhəri səlcuq əmirlərinin əsas iqamətgahlarından biri idi. Yaqut-əl 

Həməvinin  Azərbaycanın  böyük  şəhəri  adlandırdığı  “Naxçıvan  (Nəşavə)” 

şəhəri  artıq  XII  əsrin  40-cı  illərindən  başlayaraq  Eldənizlər  sülaləsinin  nü-

mayəndələri olan Azərbaycan atabəylərinin doğma (xass) mülk-tac şəhərinə 

çevrilir. Şəmsəddin Eldəniz ailəsi Möminə xatın və övladları ilə birlikdə bu-

rada  yaşayır.  Azərbaycan  Atabəyləri  dövləti  dövründə  Naxçıvan  sərhəd  vi-

layəti kimi xüsusi rejimdə idi. Burada başqa dinə - xristianlığa etiqad edənlərin 

nüfuzu məhdudlaşdırılmışdı və islamın mühafizəsi üçün ciddi nəzarət mövcud 

idi [4, s. 170-181]. Naxçıvan vilayəti divan əl-xassə və ya divan əl-əla adlanan 

Ali  divana  tabe  idi  [3,  s.  404].  Şəmsəddin  Eldəniz  müstəqil  hökmdar  kimi 

fəaliyyət göstərdiyi dövrdə (1136-1175) dövlətin idarə olunmasında fəal işti-

rak edirdi. O, səlcuq sarayında görkəmli sərkərdə və uzaqgörən siyasi xadim 

kimi  böyük  nüfuza  malik  idi.  Şəmsəddin  Eldəniz  1160-cı  ildə  “Böyük 

Atabəy” titulu aldı və oğulluğu Arslan şahın sultan elan edilməsinə nail oldu. 

1160-cı ilin noyabr ayında Eldəniz Arslan şahla Həmədana gəldi, burada Ars-

lan şahı sultan taxtında əyləşdirdi və başına tac qoydu. Şəmsəddin Eldənizin 

böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nüsrətəddin Cahan Pəhləvan sul-

tanın əmir-hacibi oldu, ikinci oğlu Müzəffərəddin Osman Qızıl Arslan isə sul-

tan  ordularının  ali  baş  komandanı  təyin  edildi.  Eldəniz  özünün  bütün 

əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi. Beləliklə, İraq Səlcuq sultan-

lığı Eldənizlər evinin hakimiyyəti altına düşdü. Bundan sonra İraq Səlcuq sul-

tanlığı  əslində  Azərbaycan  sultanlığına  çevrildi.  Azərbaycan  torpaqları,  əs-

lində, vahid dövlət halında birləşdirildi. Şəmsəddin Eldəniz bütün İraq sultan-

lığının gerçək sahibi, sultan Arslan şah isə dövlət başçısı rolunun formal icrası 

ilə  məhdudlaşdırılmış  şəxs  idi.  “Atabəy  Eldəniz  əsl  hökmdar  idi. 

Əmrləri o 

verir, torpaqları o paylayır, dövlət xəzinəsinə o nəzarət edirdi. Toğrulun oğlu 

sultan Arslanşahın isə ancaq adı hökmdar idi” [9, s. 303]. Sultanın adından 

fəaliyyət göstərmək imkanını əldə etmiş Eldəniz mövqeyindən sülalə mülk-

lərini  genişləndirmək  ucun  istifadə  edirdi.  O,  Qafqaz  dağlarından  Fars 

körfəzinədək uzanan böyük ərazini hakimiyyətinə tabe etdi: “Bağdad və ətraf 

istisna olmaqla bütün ölkələr” Eldənizin hakimiyyəti altına düşdü. 

Əl-Hüsey-

ninin məlumatına görə, onun mülkləri “Tiflis qapılarından Məkranadək” uza-




Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə