Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə165/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   161   162   163   164   165   166   167   168   ...   187

Bağdada  yaşamış  və  buradakı  məscidlərdə  insanlara  və’z  vermişdi.  O,  şeyx  Əbü’l-

Həsən Əli ibn Übeydullah ibnü’z-Zağuni Bağdadinin tələbəsi və yaxın dostlarından biri 

olmuşdu.  Əbü’l-Həsən  ibnü’z-Zağuni  və  Əbü’l-Qasım  ibnü’l-Husayndan  hədis 

dinləmişdi. Alim h. 569-cu ildə (1174) 60 yaşında vəfat etmişdi

1703

.  


 

Şeyx Əbu Abdullah Muhəmməd ibn Qəhtan ibn Əbi Abdullah Urməvi 

Mühəddis  idi.  Quru  və  dəniz  ticarəti  ilə  məşğul  olan  Əbu  Abdullah  Muhəmməd 

Urməvi  böyük  sərvət  və  var-dövlət  sahibi  idi.  Buna  baxmayaraq  o,  saleh  əməlli  və 

xoşrəftar  insan  idi.  Səm’ani  onun  çox  ibadət  etdiyini,  Qur’an  tilavəti  və  təhəccüd 

namazlarını  buraxmadığını  qeyd  etmişdir.  Böyük  Səlcuqluların  hakimiyyətinin  ilk 

illərində  oğuzlar  Nişapurda  onun  ticarət  mallarını  qarət  etmişdilər.  Əbu  Abdullah 

Muhəmməd  Urməvi  Buxara,  Mərv  və  Sərəxs  şəhərlərini  gəzmiş  və  buralarada  hədis 

nəql etmişdi

1704

. Ölüm tarixi məlum deyil. Təqribən XI əsrdə yaşamışdır. 



 

Əbu Əli Həsən ibn Hüseyn ibn Şəhham əl-Fərfəqabadi

1705


 Urməvi 

Mühəddis və şafi’i məzhəbinə mənsub fəqih idi. Təhsil almaq üçün Nişapura getmiş və 

burada öz həmyerlisi, mühəddis Əbu Bəkr Muhəmməd ibn Əli əl-Fərfəqabadidən hədis 

dərsləri almışdı

1706

. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.  



 

Şihabəddin Əbü’l-Abbas Əhməd ibn Muhəmməd ibn Hamid əl-Muqri Urməvi 

Qur’ani-Kərim  qarisi  idi.  Mühəddis  və  filoloq  Səfiyəddin  Əbü’s-Səna  Muhmud  ibn 

Muhəmməd ibn Hamid Urməvinin qardaşı idi. H. 716-cı ildə (1316) vəfat etmişdi

1707


 

Əbü’l-Həsən Əli ibn Muhəmməd ibn Əli Urməvi 

                                                 

1703


 SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. XIV, s. 81. 

1704


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 74-75. 

1705


 Fərfəqabad-Urmiyə şəhərinin kəndlərindən biri idi. Bax: SÜYUTİ, Lübbü’l-Lübab, s. 62.  

1706


 SEYRƏFİNİ, Müntəxəb, s. 196; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 242. 

1707


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. I, s. 126; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. V, s. 367. 


Mühəddis  idi. Onun xanımı Sittülərəb  məşhur mühəhddis Muhəmməd  ibn Fəxrəddin 

Buxarinin qızı idi. Bu qadın da tanınmış hədis alimi, mühəhddisə idi. Şeyx Əbü’l-Fəzl 

ibnü’l-İraqi  (1325-1404)  xanım  Sittülərəbin  tələbəsi  olmuş,  ondan  hədis  dinləmişdi

1708


Əbü’l-Həsən Əli Urməvinin ölüm tarixi məlum deyil. XIV əsrdə yaşamışdır. 

 

Hafiz Əbu İshaq İbrahim ibn Muhəmməd ibn Əhməd ibn Əli Urməvi 

Yaşadığı  dövrdə  siqa  hədis  hafizi  və  dərin  biliyə  malik  fəqih  kimi  tanınmışdı.  Əbu 

İshaq İbrahim Urməvi imam Buxari və imam Müslimin hədis külliyatlarındakı hədisləri 

əzbər  bilirdi.  Əbu  Əhməd  əl-Qutrifi  və  Əbü’l-Qasım  Abdullah  ibn  Əhməddən  hədis, 

Həsən  ibn  Süfyandan  isə  fiqh  dərsləri  almışdı.  Azərbaycan,  Xorasan  və  İraqın  bir  çox 

şəhərlərini gəzərək buradakı alimlərin dərslərində iştirak etmişdi. H. 428-ci ildə (1037) 

Nişapurda  vəfat  etmiş  və  buradakı  Şahənbər  qəbristanında  dəfn  edilmişdi.  Vəfat 

edərkən yaşı xeyli irəliləmişdi

1709

.  


 

Şeyx Əbu İshaq İbrahim ibn Abdullah ibn Yusif ibn İbrahim ibn Süleyman Urməvi 

Mühəddis  idi.  H.  615-ci  ildə  (1218)  Dəməşqin

1710

  Qasiyyun  dağı  ətəklərindəki 



məhəllərdən birində anadan olmuşdu. Onun atası Abdullah Urməvi də hədis alimi idi 

və  h.  631-ci  ildə  (1234)  Şam  diyarından  Misirə  köçmüşdü.  Əbu  İshaq  İbrahim  Urməvi 

şeyx  Müvəffəqəddin  Abdullah  İbn  Qudamə

1711


  və  Əbu  Abdullah  Hüseyn  ibnü’z-

Zübeydinin tələbəsi olmuş, onlardan hədis dinləmişdi. Suriyada İbnü’l-Bəngu ləqəbi ilə 

tanınan şeyx Əbu İshaq İbrahim Urməvi abid və zahid insan idi. Vaxtının çoxunu elm 

öyrətmək,  ibadət  və  zikr  etməklə  keçirirdi.  Dəməşq  əhalisi  onu  çox  sevir  və  ehtiram 

göstərirdilər.  Əkkə  qalası  fatehi  Misir  Məmlüklü  sultanı  Əşrəf  Səlahəddin  Xəlil  (1290-

1293)  də  ona  dərin  hörmət  və  ehtiram  bəsləyirdi.  Sultan  səlibçilərin  yaxın  və  orta 

şərqdəki  son  istinadgahı  olan  Əkkə  qalasını  30  günlük  mühasirənin  ardından  h.  11 

rəcəb 691-ci ildə (28 iyun 1291) fəth edib İslam coğrafiyasını səlibçi işğalından tamamən 

                                                 

1708


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 126. 

1709


 SEYRƏFİNİ, Müntəxəb, s. 129. 

1710


  Təqiyəddin  Məqdisi  şeyx  Əbu  İshaq  İbrahim  Urməvinin  615-ci  ildə  (1218)  Qüdsdə  anadan  olduğunu  qeyd 

etmişdir. bax: Kitabü’l-Müqəffa, C. I, s. 238. 

1711

  Müvəffəqəddin  Əbu  Muhəmməd  Abdullah  ibn  Əhməd  ibn  Muhəmməd  İbn  Qudamə  əl-Məqdisi  (öl.  1213)  öz 



dövrünün tanınmış hənbəli mühəddisi idi.  


təmizləyənədən sonra Dəməşqə gəlmiş

1712


 və şeyx Əbu İshaq İbrahim Urməvini ziyarət 

edərək  ondan  xeyir-dua  istəmişdi.  Alim  h.  692-ci  ilin  məhərrəm  ayının  12-sində  (23 

dekabr 1292) vəfat etmişdi. Onun dəfn mərasimində sultan Əşrəf, eləcə də bütün Şam 

vilayətinin  əmirləri  və  qaziləri  iştirak  etmişdilər.  İnsanlar  onun  cənazəsini  dəfn 

ediləcəyi  yerə  qədər  başlarının  üzərində  daşımışdılar.  Tarixçi  Təqiyəddin  Məqdisi 

alimin  dəfn  mərasimində  iştirak  etdiyini  qeyd  etmişdir.  Şeyx  Əbu  İshaq  İbrahim 

Urməvi  Qasiyyun  dağındakı  Səfih  qəbristanında,  atasının  məzarının  yanında  dəfn 

edilmişdi

1713

.  


 

Şeyx Əbu Abdullah Muhəmməd ibn İbrahim ibn Abdullah ibn Yusif ibn Yunis ibn 

İbrahim ibn Süleyman Urməvi 

Mühəddis  idi.  H.  645-ci  ildə  (1274)  anadan  olmuşdu.  Şeyx  Əbu  İshaq  İbrahim 

Urməvinin oğlu idi. Əhməd ibn Əbdüddaimin tələbəsi olmuş, ondan hədis dinləmişdi. 

Əbu  Abdullah  Urməvi  həmçinin  öz  dövrünün  tanınmış  ədiblərindən  biri  idi. 

Səlahəddin  Səfədi  alim  haqqında  məlumat  verərkən  onun  zahirən  yaraşıqlı  insan 

olmaqla  yanaşı  böyük  alim,  arif,  tədqiqatçı,  fəzilət  sahibi,  saleh  insan  kimi  tövsif 

etmişdi.  Məşuh  tarixçi,  mühəddis,  bioqraf  və  filoloq  imam  Şəmsəddin  Zəhəbi 

Türkmani,  Əbu  Abdullah  Muhəmməd  Urməvinin  tələbəsi  olmuş,  ondan  hədis 

dinləmişdi.  Alim  h.  711-ci  ilin  ramazan  ayında  (yanvar  1312)  Dəməşqdə  vəfat 

etmişdi


1714

 

 

Şeyx Əlaəddin Əbü’l-Həsən Əli ibn Muhəmməd ibn İbrahim ibn Abdullah ibn Yusif 

ibn Yunis ibn İbrahim ibn Süleyman Urməvi 

Mühəddis  idi.  H.  677-ci  ilin  rəcəb  ayında  (dekabr  1278)  anadan  olmuşdu.  Mühəddis 

Əbu  Abdullah  Muhəmməd  ibn  İbrahim  Urməvinin  oğlu,  şeyx  Əbu  İshaq  İbrahim 

                                                 

1712

 Sultan Əşrəfin Dəməşqə gəlişi şəhər əhalisində böyük coşğunluğa səbəb olmuşdu. Əhali küçələrə çıxıb bu fateh 



hökmdarı  salamlamış,  onun  üçün  dualar  etmiş  və  3  gün  şənliklər  tərdib  edilmişdi.  Sultan  Əşrəf  paytaxt  Qahirəyə 

gələrkən bundan daha möhtəşəm mərazimlərlə qarşılanmışdı. İbn Kəsir bu mərasimləri təfərrüatı ilə qeyd etmişdir. 

Bax: Bidayə və’n-Nihayə, C. XIII, s. 541-546.  

1713


 MƏQDİSİ, Kitabü’l-Müqəffa, C. I, s. 238-239; İBN ŞAKİR, Fəvatü’l-Vəfayat, C. I, s. 9; İBN KƏSİR, Bidayə və’n-Nihayə

C. XIII, s. 550; SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. VI, s. 11; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 669. 

1714

 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 216; MƏQDİSİ, Kitabü’l-Müqəffa, C. V, s. 100; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. IV, 



s. 215-216; ZƏHƏBİ, Mu’cəmü’ş-Şüyux, C. II, s. 132. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə