Urməvinin nəvəsi idi.
Fəxrəddin ibnü’l-Buxari kimi Şam diyarınını məşhur hədis
alimlərindən hədis dinləmiş və hədis elmlərinə dair bilikləri öyrənmişdi. Qısa
müddətdə Dəməşqin tanınmış hədis alimlərindən birinə çevrilmişdi. Çox ibadət edən,
zahid və saleh insan idi. H. 14 şəvval 755-ci ildə (31 oktyabr 1354) Dəməşqdə vəfat
etmişdi
1715
.
Şeyx Abdullah ibn Yunis Urməvi
Şəmsəddin Zəhəbi onun son dərəcə təvazökar, dünya işlərindən üz çevirmiş, mömin və
saleh insan olduğunu qeyd etmişdir. Şeyx Abdullah Urməvi Dəməşqdə, Qasiyyun
dağındakı bir bağın içində yerləşən və öz adı ilə tanınan ‚Zaviyətü’l-Urməviyyə‛də
yaşayırdı. Şeyx Abdullah Urməvi h. 631-ci ilin şəvval ayında (iyul 1231) tədrislə məşğul
olduğu bu zaviyədə vəfat etmişdi
1716
.
Qaziü’l-quzat Siracəddin Əbü’s-Səna Mahmud ibn Əbu Bəkr ibn Hamid ibn Əhməd
Urməvi
Şafi’i məzhəbinə mənsub fəqih və mütəkəllim idi. H. 594-cü ildə (1198) anadan
olmuşdu. Mosuldakı mədrəsələrdən birində təhsil almış, Kəmaləddin ibn Yunisin
1717
və
Fəxrəddin Razinin tələbəsi olmuşdu. Mənbələrdə onun bu iki alimin hansından daha
əvvəl dərs aldığını qeyd edilmir. Ümumiyyətlə onun Fəxrəddin Razinin tələbəsi
olduğunu qeyd edən yeganə mənbə İbnü’l-İbridir
1718
. Fəxrəddin Razinin 1209-cu ildə
vəfat etdiyini nəzərə alaraq bunun mümkün olmadığını deyə bilərik. Çünki Siracəddin
Mahmud Urməvi bu vaxt cəmi 10 yaşında uşaq idi. Onun bu yaşda mədrəsəyə getməsi
və ya başqa bir şəraitdə Fəxrəddin Razidən kəlam və fiqh dərsləri almasını düşünmək
çətindir. Ehtimal ki, Siracəddin Urməvi kəlam, məntiq və fəlsəfədə Fəxrəddin Razi
məktəbinin davamçısı və onun tələbələrindən birinin tələbəsi olmuşdu. Hətta onun,
yuxarıda haqqında bəhs etdiyimiz, Fəxrəddin Razinin tələbsi olmuş, bir müddət
1715
İBN HƏCƏR,
Dürərü’l-Kaminə, C. II, s. 117; İBN RAFİ’,
əl-Vəfayat, s. 72.
1716
ZƏHƏBİ,
İbər fi Xəbər mən Ğəbər, C. III, s. 114; NUEYMİ,
Daris fi Tarixi’l-Mədaris, C. II, s. 152-153.
1717
ƏSNƏVİ,
Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 80; SÜBKİ,
Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s. 205; İBN QAZİ ŞUHBƏ,
Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 61.
1718
İBNü’l-İBRİ,
Tarixu Müxtəsərü’d-Düvəl, s. 212.
Konyada yaşayıb sonra Bağdada köçərək 1258-ci ildə vəfat etmiş, əllamə Tacəddin
Əbü’l-Fəzail Muhəmməd Urməvinin tələbəsi olduğunu da təxmin etmək mümkündür.
Muhəmməd Sivasinin qeyd etdiyinə görə Siracəddin Urməvi Anadoluya Misirdən
gəlmişdi. Onun bu diyara gəlişi Anadolu Səlcuqluları sultanı Əlaəddin I Keyqubadın
(1220-1237) hakimiyyəti dövrünə təsadüf edir. Özünün dediyinə görə Anadoluya
getməkdə əsas məqsədi tanınmış fütuvvət şeyxi Əvhədəddin Kirmaniyə xidmət etmək
şərəfinə nail olmaq olmuşdu. Əlaəddin I Keyqubadın əmri ilə o, Malatya şəhərinin
cümə məscidinin qarşısındakı mədrəsəyə müdərris təyin olunmuşdu. Əsr namazına
qədər mədrəsədə tədrislə məşğul olan Siracəddin Urməvi, namazdan sonra şeyx
Əvhədəddin Kirmaninin xidmətində olurdu
1719
.
Sultan Rüknəddin IV Qılıncarslanın (1259-1266) hakimiyyəti dövründə Konya qazisi
olan
1720
Siracəddin Urməvi 1266-cı ildə sultan Qiyasəddin III Keykavusun (1266-1284)
əmri ilə Anadolu Səlcuqlu dövlətinin qaziü’l-quzatlığına, yəni baş qaziliyinə təyin
edilmişdi
1721
. Cimri hadisəsi
1722
vaxtı qazi Siracəddin Urməvi verdiyi bir fətva ilə Konya
xalqını Qaramanoğlu Mehmed bəy və Əlaəddin Səyavuşa qarşı mübarizəyə çağırmışdı.
Konya qalası Qaramanoğlu Mehmed bəy və Səyvuşun əsgərələri tərəfindən
mühasirədə saxlanarkən (1276) qazi Siracəddin Urməvi şəxsən şəhərin müdafiəsində
iştirak etmiş və qala divarlarının üzərindən mühasirəçilərə ox atmışdı
1723
.
İbn Bibi Siracəddin Urməvi haqqında belə yazırdı: ‚qazilər qazisi, alimlərin hökmdarı,
imamların sultanı, dövrün şarihi, məliklər və sultanların atası, İslamın hüccəti
Siracəddin
Əbü’s-Səna
Mahmud
əl-Urməvi
alimlərin
və
mütəfəkkirlərin
qabaqcıllarından idi. Bütün fənni və nəzəri elmlərdə, üsul, məntiq, fiqh və cədəl
elmində yaşadığı dövrdə onun misli-bərabəri yox idi‛
1724
. Kəriməddin Aqsarayi isə onu
1719
SİVASİ,
Mənaqibi-şeyx Əvhədəddini-Kirmani, s. 91; BAYRAM,
həmin əsər 171.
1720
ƏFLAKİ
, Ariflerin Menkıbeler, C. I, s. 373.
1721
Kəriməddin Mahmud AQSARAYİ,
Müsamərətü’l-Əxbar və Müsayərətü’l-Əxyar, (nşr. Osman Turan), s. 90, Ankara
1944.
1722
Cimri (xəsis) hadisəsi-Qaramanoğlu Mehmed bəyin 1276-cı ildə cimri ləqəbi ilə tanınan Səyavuş adlı bir şəxsi,
onun Səlcuqlu ailəsinə mənsub şahzadə olduğunu iddia edərək, taxta oturtmağa cəhd etməsi və bunun ətrafında
cərəyan edən hadisələrdir. Bu saxta şahzadə daha sonra qətlə yetirilmişdi.
1723
İBN BİBİ, Əvamirü’l-Əlaiyyə, s. 690-701. İbn Bibi bu hadisənin 1277-ci ildə baş verdiyini qeyd edir. Prof. Osman
Fərid Sağlam tərəfindən aşkar və tədqiq edilmiş Əlaəddin Səyavuşun adına zərb edilmiş sikkənin üzərində isə h.
675/1276-cı il həkk olunmuşdur. Ətraflı məlumat üçün bax: Osman F. SAĞLAM, ‚Şimdiye Kadar Görülmeyen Cimri
Sikkesi‛, TTK, Belleten, C. IX, S. 35, Ankara 1945, s. 301-302.
1724
İBN BİBİ,
Əvamirü’l-Əlaiyyə, s. 700.