Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə166/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   162   163   164   165   166   167   168   169   ...   187

Urməvinin  nəvəsi  idi.  Fəxrəddin  ibnü’l-Buxari  kimi  Şam  diyarınını  məşhur  hədis 

alimlərindən  hədis  dinləmiş  və  hədis  elmlərinə  dair  bilikləri  öyrənmişdi.  Qısa 

müddətdə Dəməşqin tanınmış hədis alimlərindən birinə çevrilmişdi. Çox ibadət edən, 

zahid  və  saleh  insan  idi.  H.  14  şəvval  755-ci  ildə  (31  oktyabr  1354)  Dəməşqdə  vəfat 

etmişdi

1715


.   

 

Şeyx Abdullah ibn Yunis Urməvi 

Şəmsəddin Zəhəbi onun son dərəcə təvazökar, dünya işlərindən üz çevirmiş, mömin və 

saleh  insan  olduğunu  qeyd  etmişdir.  Şeyx  Abdullah  Urməvi  Dəməşqdə,  Qasiyyun 

dağındakı  bir  bağın  içində  yerləşən  və  öz  adı  ilə  tanınan  ‚Zaviyətü’l-Urməviyyə‛də 

yaşayırdı. Şeyx Abdullah Urməvi h. 631-ci ilin şəvval ayında (iyul 1231) tədrislə məşğul 

olduğu bu zaviyədə vəfat etmişdi

1716



 



Qaziü’l-quzat Siracəddin Əbü’s-Səna Mahmud ibn Əbu Bəkr ibn Hamid ibn Əhməd 

Urməvi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mütəkəllim  idi.  H.  594-cü  ildə  (1198)  anadan 

olmuşdu. Mosuldakı mədrəsələrdən birində təhsil almış, Kəmaləddin ibn Yunisin

1717


 və 

Fəxrəddin  Razinin  tələbəsi  olmuşdu.  Mənbələrdə  onun  bu  iki  alimin  hansından  daha 

əvvəl  dərs  aldığını  qeyd  edilmir.  Ümumiyyətlə  onun  Fəxrəddin  Razinin  tələbəsi 

olduğunu  qeyd  edən  yeganə  mənbə  İbnü’l-İbridir

1718

.  Fəxrəddin  Razinin  1209-cu  ildə 



vəfat etdiyini nəzərə alaraq bunun mümkün olmadığını deyə bilərik. Çünki Siracəddin 

Mahmud Urməvi bu vaxt cəmi 10 yaşında uşaq idi. Onun bu yaşda mədrəsəyə getməsi 

və ya başqa bir şəraitdə Fəxrəddin Razidən kəlam və fiqh dərsləri almasını düşünmək 

çətindir.  Ehtimal  ki,  Siracəddin  Urməvi  kəlam,  məntiq  və  fəlsəfədə  Fəxrəddin  Razi 

məktəbinin  davamçısı  və  onun  tələbələrindən  birinin  tələbəsi  olmuşdu.  Hətta  onun, 

yuxarıda  haqqında  bəhs  etdiyimiz,  Fəxrəddin  Razinin  tələbsi  olmuş,  bir  müddət 

                                                 

1715


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 117; İBN RAFİ’, əl-Vəfayat, s. 72. 

1716


 ZƏHƏBİ, İbər fi Xəbər mən Ğəbər, C. III, s. 114; NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. II, s. 152-153.  

1717


  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  I,  s.  80;  SÜBKİ,  Təbəqatü’ş-Şafi’iyyə  əl-Kübra,  C.  VIII,  s.  205;  İBN  QAZİ  ŞUHBƏ, 

Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 61. 

1718


 İBNü’l-İBRİ, Tarixu Müxtəsərü’d-Düvəl, s. 212. 


Konyada  yaşayıb  sonra  Bağdada  köçərək  1258-ci  ildə  vəfat  etmiş,  əllamə  Tacəddin 

Əbü’l-Fəzail Muhəmməd Urməvinin tələbəsi olduğunu da təxmin etmək mümkündür. 

Muhəmməd  Sivasinin  qeyd  etdiyinə  görə  Siracəddin  Urməvi  Anadoluya  Misirdən 

gəlmişdi.  Onun  bu  diyara  gəlişi  Anadolu  Səlcuqluları  sultanı  Əlaəddin  I  Keyqubadın 

(1220-1237)  hakimiyyəti  dövrünə  təsadüf  edir.  Özünün  dediyinə  görə  Anadoluya 

getməkdə əsas məqsədi tanınmış fütuvvət şeyxi Əvhədəddin Kirmaniyə xidmət etmək 

şərəfinə  nail  olmaq  olmuşdu.  Əlaəddin  I  Keyqubadın  əmri  ilə  o,  Malatya  şəhərinin 

cümə  məscidinin  qarşısındakı  mədrəsəyə  müdərris  təyin  olunmuşdu.  Əsr  namazına 

qədər  mədrəsədə  tədrislə  məşğul  olan  Siracəddin  Urməvi,  namazdan  sonra  şeyx 

Əvhədəddin Kirmaninin xidmətində olurdu

1719

.   


Sultan  Rüknəddin  IV  Qılıncarslanın  (1259-1266)  hakimiyyəti  dövründə  Konya  qazisi 

olan


1720

  Siracəddin  Urməvi  1266-cı  ildə  sultan  Qiyasəddin  III  Keykavusun  (1266-1284) 

əmri  ilə  Anadolu  Səlcuqlu  dövlətinin  qaziü’l-quzatlığına,  yəni  baş  qaziliyinə  təyin 

edilmişdi

1721

. Cimri hadisəsi



1722

 vaxtı qazi Siracəddin Urməvi verdiyi bir fətva ilə Konya 

xalqını Qaramanoğlu Mehmed bəy və Əlaəddin Səyavuşa qarşı mübarizəyə çağırmışdı. 

Konya  qalası  Qaramanoğlu  Mehmed  bəy  və  Səyvuşun  əsgərələri  tərəfindən 

mühasirədə  saxlanarkən  (1276)  qazi  Siracəddin  Urməvi  şəxsən  şəhərin  müdafiəsində 

iştirak etmiş və qala divarlarının üzərindən mühasirəçilərə ox atmışdı

1723



İbn Bibi Siracəddin Urməvi haqqında belə yazırdı: ‚qazilər qazisi, alimlərin hökmdarı, 



imamların  sultanı,  dövrün  şarihi,  məliklər  və  sultanların  atası,  İslamın  hüccəti 

Siracəddin 

Əbü’s-Səna 

Mahmud 


əl-Urməvi 

alimlərin 

və 

mütəfəkkirlərin 



qabaqcıllarından  idi.  Bütün  fənni  və  nəzəri  elmlərdə,  üsul,  məntiq,  fiqh  və  cədəl 

elmində yaşadığı dövrdə onun misli-bərabəri yox idi‛

1724

. Kəriməddin Aqsarayi isə onu 



                                                 

1719


 SİVASİ, Mənaqibi-şeyx Əvhədəddini-Kirmani, s. 91; BAYRAM, həmin əsər 171.  

1720


 ƏFLAKİ, Ariflerin Menkıbeler, C. I, s. 373.  

1721


 Kəriməddin Mahmud AQSARAYİ, Müsamərətü’l-Əxbar və Müsayərətü’l-Əxyar, (nşr. Osman Turan), s. 90, Ankara 

1944. 


1722

  Cimri  (xəsis)  hadisəsi-Qaramanoğlu  Mehmed  bəyin  1276-cı  ildə  cimri  ləqəbi  ilə  tanınan  Səyavuş  adlı  bir  şəxsi, 

onun  Səlcuqlu  ailəsinə  mənsub  şahzadə  olduğunu  iddia  edərək,  taxta  oturtmağa  cəhd  etməsi  və  bunun  ətrafında 

cərəyan edən hadisələrdir. Bu saxta şahzadə daha sonra qətlə yetirilmişdi.  

1723

 İBN BİBİ, Əvamirü’l-Əlaiyyə, s. 690-701. İbn Bibi bu hadisənin 1277-ci ildə baş verdiyini qeyd edir. Prof. Osman 



Fərid  Sağlam  tərəfindən  aşkar  və  tədqiq  edilmiş  Əlaəddin  Səyavuşun  adına  zərb  edilmiş  sikkənin  üzərində  isə  h. 

675/1276-cı il həkk olunmuşdur. Ətraflı məlumat üçün bax: Osman F. SAĞLAM, ‚Şimdiye Kadar Görülmeyen Cimri 

Sikkesi‛, TTK, Belleten, C. IX, S. 35, Ankara 1945, s. 301-302. 

1724


 İBN BİBİ, Əvamirü’l-Əlaiyyə, s. 700. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə