Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə164/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   160   161   162   163   164   165   166   167   ...   187

idi,  çox  gözəl  şerlər  yazırdı.  İbn  Tağrıbirdi  onun  bioqrafiyasını  yazarkən  şe’rlərindən 

bəzi  nümunələri  qeyd  etmişdi.  Qahirəyə  qayıdandan  sonra  Qarasunquriyyə 

mədrəsəsində  dərs  vermiş  və  eyni  zamanda  İbn  Əbdüzzahir  camesində  xətiblik 

etmişdi. Alim h. 16 şaban 772-ci ildə (5 mart 1371) Qahirədə vəfat etmişdi

1696

.     


 

Şeyx Sədrəddin Əbu Abdullah Muhəmməd ibn Həsən ibn Yusif ibn Musa əl-Firuzi 

Urməvi 

Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. H. 610-cu ildə (1213) Urmiyədə anadan 

olmuşdu. Təhsil almaq üçün Dəməşqə gəlmiş və Təqiyəddin Əbu Əmr Osman ibnü’s-

Səlahla (öl. 1245) görüşüb ondan hədis elmlərinə dair dərslər almışdı. Bundan başqa o, 

Tacəddin  ibn  Həmmuyə  və  İbn  Qumeyrə  kimi  alimlərdən  də  hədis  dinləmiş  və  nəql 

etmişdi.  İmam  Şəmsəddin  Zəhəbi  tələbəlik  illərində  şeyx  Sədrəddin  Urməvidən  dərs 

almışdı. Alim h. 700-cü ildə (1300) vəfat etmişdi

1697


.  

 

Şeyx Səfiyəddin Əbü’s-Səna Mahmud ibn Muhəmməd ibn Hamid Urməvi 

Şafi’i  məzhəbinə  mənsub  mühəddis  və  filoloq  idi.  H.  647-ci  ilin  cəmadiələvvəl  ayında 

(avqust 1249) Qirafədə

1698

 anadan olmuşdu. Hədis sahəsində təhsil almıq üçün səyahət 



etmişdi.  İbn  Ə’laq,  İbnü’s-Sabuni,  İbn  Qəstəlani  və  Fəxrəddin  Hərrani  kimi 

mühəddislərdən  hədis  dinləmiş  və  hədis  elminə  dair  bilikləri  öyrənmişdi.  Qahirədə 

İbnü’l-Fəratdan, İsgəndəriyyə və Dəməşqdə Kəmaləddin İbn Əbd və İbnü’d-Dərəcidən 

hədis  dinləmişdi.  Uzun  müddət  Dəməşqdə,  Sümeysatiyyədə  yaşamışdı.  Şəmsəddin 

Zəhəbi  şeyx  Səfiyəddin  Mahmud  Urməvidən  hədis  dərsləri  almışdı.  İki  dəfə  həcc 

ziyarəti  üçün  Məkkəyə  getmiş  və  həcc  sonrası  bir  müddət  Mədinədə  mücavir  olaraq 

qalmışdı. Aşağıda haqqında məlumat verdiyimiz şeyx Şihabəddin Əbü’l-Abbas Əhməd 

Urməvi  onun  böyük  qardaşı  idi.  Şeyx  Səfiyəddin  Mahmud  Urməvi  h.  723-cü  ilin 

                                                 

1696


 İBN TAĞRIBİRDİ, Mənhəlü’s-Safi, C. I, s. 433-431. 

1697


  SƏFƏDİ,  Vafi  bi’l-Vəfayat,  C.  II,  s.  274;  SƏFƏDİ,  Ə’yanü’l-Əsr,  C.  IV,  s.  409;  ZƏHƏBİ,  Mu’cəmü’l-Muxtəs,  s.  89; 

ZƏHƏBİ, Mu’cəmü’ş-Şüyux, C. II, s. 184. 

1698

  Qirafə-bu  adla  tanınan  iki  coğrafi  məkan  vardır.  Babü’l-Qirafə,  yəni  Qirafə  qapısı  Misirdə,  qədim  Qahirənin 



səmtlərindən birinin adı idi. Digəri isə Əlcəzairin şimalında yerləşən kənddir. Səfiyəddin Əbü’s-Səna Urməvi böyük 

ehtimalla Qahirədə anadan olmuşdu.  




cəmadiəlaxir  ayında  (iyun  1323)  Dəməşqin  Nuri  xəstəxanasında  76  yaşında  ikən  vəfat 

etmişdi


1699

.  


 

Seyyid  Şərəfəddin  Əbü’l-Hüseyn  Əli  ibn  Həsən  ibn  Muhəmməd  ibn  Hüseyn  ibn 

Muhəmməd əl-Hüseyni Urməvi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  İmam  Hüseynin  (ا)  nəslindən  idi.  H. 

691-ci  ildə  (1292)  anadan  olmuşdu.  Hədis,  fiqh,  fiqh  üsulu  və  ərəb  filologiyası  üzrə 

tanınmış  mütəxəssis  idi.  Qahirədə  imam  Hüseynin  (ا)  mübarək  başının  dəfn  edildiyi 

məqbərənin  yanındakı  məsciddə  dərs  verirdi  və  orada  fətva  mərcii  idi.  Həmçinin 

Qahirədəki  Fəxriyyə  və  Təbərsiyyə  mədrəsələrində  dərs  verirdi.  Misir  Məmlüklü 

dövləti tərəfindən naqibü’l-əşraflığa təyin edilmiş, daha sonra beytü’l-mal vəkaləti

1700


 və 

hisbə təşkilatının

1701

 rəisliyi vəzifəsini icra etmişdi. O, fəzilətli, dərin zəkalı, elm və bilik 



sahibi, alicənab, nəzakətli, istedadlı və bacarıqlı insan kimi tanınmışdı. Bütün bunlarla 

yanaşı seyyid Şərəfəddin Əli Urməvi, şeyx Cəmaləddin ibn Nəbatə və qazi Şihabəddin 

ibn  Fəzlullahla  birgə,  yaşadığı  dövrdə  Misirin  ən  görkəmli  ədibi  idi.  Nəzm  və  nəsrdə 

mahir olan seyyid Şərəfəddin Əli Urməvi müxtəlif elm sahələrinə aid bir sıra əsərlərin 

müəllifi idi. Seyyid Şərəfəddin Əli Urməvi, Fəxrəddin Razinin ‚Məalim fi Üsuli’l-Fiqh‛ 

adlı  əsərinə  şərh  yazımışdı.  Alim  h.  757-ci  ilin  cəmadiəlaxir  ayında  (iyun  1356) 

Qahirədə vəfat etmişdi

1702


.  

 

Vaiz Əbü’l-Qasım Rüstəm ibn Sərhəng ibn Ömər əl-Bəzzaz Urməvi 

                                                 

1699


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. III, s. 49, 52; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 614; ZƏHƏBİ, Mu’cəmü’l-

Muxtəs, s. 111-112; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. V, s. 366-367. 

1700


 Beytü’l-mal vəkili-Baş xəzinədar.  

1701


  Hisbə  təşkilatı-Orta əsr  müsəlman  dövlətlərində  iqtisadi  və  ticari  işlərə  nəzarət  edən  təşkilat.  Bu  təşkilatın əsas 

vəzifəsi  süni  qiymət  artımı,  kiyfiyyətsiz  mal  sıtışı,  möhtəkirlik,  inhisarçılıq,  yalan  reklam,  haqsız  rəqabət,  çəki  və 

ölçüdə  aldatma  kimi  halları  müəyyən  edib  qarşısını  almaq  idi.  Bazarlarda  bu  işə  nəzarət  edənlər  möhtəsiblər, 

qurumun rəisi isə baş möhtəsib idi. Hisbə və ehtisabla bağlı daha ətraflı məlumat üçün bax:  Cengiz KALLEK, Asrı-



Saadette Yönetim Piyasa İlişkisi, s. 175-200, İstanbul 1997. 

1702


  İBN  QAZİ  ŞUHBƏ,  Təbəqatü’ş-Şafi’iyyə,  C.  III,  s.  12;  İBNü’l-İMAD,  Şəzəratü’z-Zəhəb,  C.  VI,  s.  686;  SƏFƏDİ, 

Ə’yanü’l-Əsr, C. III, s. 334-335. Buradakı mənbələrdə alimin ata və babasının adlarında müəyyən fərqliliklər var. Biz 

Səlahəddin Səfədinin qeydini əsas götürdük. Çünki Səlahəddin Səfədi ‚Ə’yanü’l-Əsr‛ adlı əsərində müasiri olduğu 

şəxslərin bioqrafiyasını qələmə almışdır. Səfədi həmçinin seyyid Şərəfəddin Əli Urməvinin, yuxarıda haqqında bəhs 

etdiyimiz, şeyx Şihabəddin Əbü’r-Rəkəb Urməvinin əmisi oğlu olduğunu qeyd etmişdir.    




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə