Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə160/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   156   157   158   159   160   161   162   163   ...   187

ildə  (1461)  onun  dərslərini  dinlədiyini  qeyd  etmişdir.  Ölüm  tarixi  məlum  deyil.  XV 

əsrdə yaşamışdır

1655

 



 

Əbü’l-Fəth Nəsr ibn Əhməd ibn Sinat Urməvi 

Fəqih idi. Təhsil almaq üçün Mərvə getmiş və burada Yusif ibn Əyyub Həmədani (öl. 

1141)  və  Əbu  Mənsur  əl-Kərrainin  tələbəsi  olmuşdur.  Daha  sonra  doğma  şəhəri 

Urmiyəyə qayıtmış və bu şəhərin qazisi təyin olunmuşdu

1656

. Ölüm tarixi məlum deyil. 



XII əsrdə yaşamışdır.  

 

Əbü’l-Ənəs Xəlil ibn Osman ibn Məkki Urməvi 

Təsəvvüf  əhlinə  mənsub  mühəddis,  zahid  və  abid  insan  idi.  Bağdadda  Əbü’l-Hüseyn 

əl-Əbbadidən hədis dinləmiş və onun söhbət məclislərində iştirak etmişdi. Bir müddət 

Fələstinin Əsqəlan şəhərində yaşamış, daha sonra Misirin Dimyat şəhərinə köçmüş və 

burada ailə qurub yaşamışdı. Misirin məşhur alimləri ilə görüşmüş və onların elmindən 

faydalanmışdı. Əbu Tahir Əhməd əs-Süləfi İsfəhani onun haqqında ‚o, Qur’an əhlindən 

idi‛ demişdi. Əbü’l-Ənəs Xəlil Urməvi h. 536-cı ildə (1142) vəfat etmişdi

1657

.  


 

Fəxrü’l-quzat Əbü’l-Fəzl Muhəmməd ibn Ömər ibn Yusif ibn Muhəmməd Urməvi 

Şafi’i  məzhəbinə  mənsub  mühəddis  və  fəqih  idi.  İbnü’l-İmad  onun  siqa,  mötəbər 

mühəddislərdən  biri  olduğunu  qeyd  etmişdi

1658


.  H.  459-cu  (1066-1067)  ildə  anadan 

olmuş və o, azyaşlı ikən ailəsi ilə birlikdə Bağdada köçmüşdü

1659

. Bağdadda təhsil almış, 



şeyxülislam  Əbu  İshaq  İbrahim  Şirazinin  tələbəsi  olmuşdu.  Şərif  Əbü’l-Hüseyn 

Muhəmməd ibn Əli ibnü’l-Mühtədi Billah əl-Haşimi, şərif Əbü’l-Qənaim Əbdüssəməd 

ibn  Əli  ibnü’l-Mə’mun  əl-Haşimi,  Əhməd  ibn  Muhəmməd  ibnü’n-Nəfur  əl-Bəzzaz, 

                                                 

1655

 SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 245. 



1656

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 74-75. 

1657

 ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 76. 



1658

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. IV, s. 403. 

1659

 Səm’ani onun h. 457-ci ildə (1065) anadan olduğunu, atası ilə birlikdə Bağdada köçdüyünü (Kitabü’l-Ənsab, C. I, s. 



75), YAQUT əl-HƏMƏVİ h. 459-cu ildə (1067) anadan olduğunu (Mu’cəmü’l-Büldan, C. I, s. 154), Tacəddin Sübki isə 

h.  459-cu  ilin  səfər  ayında  (dekabr  1066)  və  Bağdadda  anadan  olduğunu  qeyd  etmişdirlər  (Təbəqatü’ş-Şafi’iyyə  əl-



Kübra, C. VI, s. 91). 


Əbü’l-Qasım  Yusif  ibn  Muhəmməd  əl-Mehrvani,  Əbu  Cə’fər  ibnü’l-Məsləmə  əl-

Müəddəl  və  hafiz  Əbu  Bəkr  Əhməd  ibn  Əli  ibn  Sabitdən  hədis  elmlərinə  dair  dərslər 

almış,  hədis  dinləmişdi.  Daha  sonra  Deyru’l-Aqul

1660


  qaziliyinə  təyin  olunmuş  və  bir 

müddət  bu  vəzifəni  icra  etmişdi.  İbn  Əsakir

1661

,  İbnü’s-Səm’ani,  Əbu  Tahir  əs-Süləfi 



İsfəhani,  Əbdülxaliq  ibn  Əsəd  ibn  Təbərzəd,  Fəth  ibn  Əbdüssəlam  ondan  hədis 

dinləmişdilər.  Şeyx  Əbü’l-Fərəc  ibnü’l-Cəvzi  ondan  fiqh  dərsləri  almışdı.  Əbü’l-Fəzl 

Muhəmməd Urməvi siqa hədis ravisi olmaqdan başqa, çox ibadət edən, fəzilətli, saleh, 

xoşrəftar  insan  idi  və  Qur’ani-Kərimi  çox  tilavət  edərdi

1662

.  O,  uzun  ömür  yaşamış,  85 



yaşında  vəfat  etmişdi.  Səm’aninin  qeyd  etdiyinə  görə  onunla  həmyaş  olan  hədis 

ravilərinin  hamısı  vəfat  etmişdilər

1663

.  Bağdadda  hədis  təhsili  almış  ravi  və 



mühəddislərin bir çoxu fəxrü’l-quzat Əbü’l-Fəzl Urməvidən hədis dinləmişdilər. Alim 

h. 547-ci ilin rəcəb ayında (oktyabr 1152) vəfat etmişdi

1664

.  


 

Əbu İshaq Yusif ibn Muhəmməd ibn Muhəmməd ibn Ömər ibn Yusif Urməvi 

Yaşadığı  dövrdə  Bağdadın  tanınmış  mühəddislərindən  olan  Əbu  İshaq  Yusif  Urməvi 

yuxarıda  haqqında  danışdığımız  fəxrü’l-quzat  Əbü’l-Fəzl  Muhəmməd  Urməvinin 

nəvəsi  idi.  Babasından  və  şeyx  Əbü’l-Həsən  ibn  Əbdüssəlamdan  hədis  dərsləri  almış, 

hədis dinləmişdi. Bağdadda hədis dərsləri vermişdi. Ziya əd-Dəməşqi, Nəcib Əbdüllətif 

kimi  hədis  alimləri  onun  tələbəsi  olmuşdular.  Alim  h.  612-ci  ilin  rəbiəlaxir  ayında 

(avqust 1215) Bağdadda vəfat etmişdi

1665


 

                                                 



1660

  Deyru’l-Aqul-İraqda,  təqribən  indiki  Vasit  vilayətinin  ərazisində  yerləşirdi.  Deyru’l-Aqul  haqqında  daha  ətraflı 

məlumat üçün bax: Əbü’l-Qasım Übeydullah ibn Əhməd İBN XORDADBEH, Məsalikü’l-Məmalik, s. 19, Leiden 1889; 

İbrahim ibn Muhəmməd İSTƏXRİ, Məsalikü’l-Məmalik, s. 34, 39, Leiden 1927. 

1661

  İbn  Əsakir  öz  əsərində  qazi  Əbü’l-Fəzl  Muhəmməd  Urməvi  ilə  Bağdadda  görüşdüyünü  və  onun  dərslərini 



dinlədiyini qeyd etmişdir. Bax: Mu’cəmü’ş-Şüyux, s. 260. 

1662


 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, c.6, s. 91; İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 358. 

1663


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 75. 

1664


  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  I,  s.  64;  SƏM’ANİ,  yenə  orada;  İBNü’l-FUVATİ,  Məcməü’l-Adab  ,  C.  IV/3,  s.  358; 

YAQUT əl-HƏMƏVİ, yenə orada; SÜBKİ, yenə orada; İBNü’l-İMAD, yenə orada; İBN KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-



Füqəhai’ş-Şafi’iyyə,  v.  125b-126a;  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  I,  s.  154.  Yaqut  əl-Həməvi  və  Tacəddin 

Sübki alimin h. 547-ci ilin rəcəb ayında (oktyabr 1152) vəfat etdiyini qeyd etmişdir.  

1665

 ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, s. 379. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə