Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə157/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   153   154   155   156   157   158   159   160   ...   187

kitabxana, Amasiya Bəyazid İHK və Çorum Həsən paşa İHK-də mövcuddur. ‚Kitabü’l-

Qəvafi‛  ədəbiyyat,  şe’r  və  qafiyə  qaydalarına  dair  əsərdir.  Müəllif  bu  əsərini  1189-cu 

ildə yazıb bitirmiş və sultan İzzəddin II Qılıncarslana ithaf etmişdir.  

Astronomiyaya  dair  əsərləri:  ‚Bəyanü’n-Nücum‛,  ‚Mədxəl  ilə  İlmü’n-Nücum‛, 

‚Məlhamətü’d-Daniyal‛.  Bu  son  əsərinin  əlyazma  nüsxəsi  İstanbul  Aya  Sofiya 

kitabxanası  Nr.  2706-da  saxlanılır.  Həmçinin  Çorum  Həsən  paşa  İHK-də  bir  nüsxəsi 

mövcuddur.  ‚Kamilü’t-Tə’bir‛  adlı  əsəri  isə  yuxu  yozmaları  sahəsində  yazılmışdır. 

‚Kamulü’t-Tə’bir‛in  bir  nüsxəsi  Antaliya  Təkəlioğlu  kitabxanası  Nr.  2142-də 

saxlanılmaqdadır.  Həmçinin  İstanbul  Süleymaniyyə  əlyazma  əsərlər  kitabxanası  və 

Konya Yusifağa kitabxanasında da əlyazma nüsxələri mövcuddur. 

Rus  şərqşünası  Georgi  Mixaleviç  Kəmaləddin  Hübeyş  Tiflisinin  ‚Bəyanü’s-  Sənə‘ət‛ 

adlı  əsərini  rus  dilinə  tərcümə  və  nəşr  etmişdir.  Bu  əsərin  molla  Qurban  ibn  Cəlil 

tərəfindən h. 1217-ci (1802) ildə istinsax edilmiş əlyazma nüsxəsi AMEA Əİ Fondu Nr. 

B-796/3830-da  saxlanılan  məcmuənin  (vərəq  301b-321a)  içində  yerləşir.  Əsər  iyirmi 

fəsildən  ibarətdir.  Kəmaləddin  Tiflisi  əsərin  müqəddiməsində  belə  yazır:  ‚Mən 

Bəyanü’n-Nücum adlı əsəri yazıb bitirəndən sonra bu kiçik risaləni yazmağa başladım. 

Məqsədim  müxtəlif  sən’ətlər  haqqında  söhbət  açmaqdır.  Onlar  haqqında  müxtəlif 

ərəbcə  risalələrdən  məlumatlar  topladım  və  müxtəlif  sirrləri  bəyan  etdim.  Hansı  ki, 

bunları  müəlliflər  öz  əsərlərində  sirr  kimi  saxlamışdılar.  Kitabı  ‚Bəyan-üs-Sən’ət‛ 

adlandırdım.  Hər  bir  başlığın  altında  haqqında  danışılan  sən’ətin  müdrikliyini  izah 

etdim ki, inşaallah oxucu asan dərk etsin. Əgər bu kitab hər hansı bir şəxsin əlinə keçsə 

və  həmin  şəxs  bu  kitabdan  fayda  hasil  etsə  qoy  məni  xeyirli  dualarla  yada  salsın.  Bu 

mənim  haqqımda  xoş  xatirə  olaraq  qalsın.  Bu  kitabda  20  fəsil  var.  Mən  onları  sıra  ilə 

sadalayacağam. İnşaallah oxucu istədiyini asanlıqla tapa bilər‛

1626

.  


Müəllif  ilk  fəsil  olan  əl-Kimyada  misi  və  ya  qalayı  gümüşə  çevirə  bildiyini  iddia 

edənləri tənqid edərək onları yalançı adlandırır, sonra isə onların bu saxtakarlığı necə 

etdiklərini  açıqlayır

1627


.  Əsərin  yeddinci  fəsli  isə  o  dövrdə  silah  industriyasının  inkişaf 

səviyyəsi haqqında təsəvvür yaranması üçün yetərli məlumatı ehtiva edir. Kəmaləddin 

                                                 

1626


 TİFLİSİ, Bəyanü’s-Sənə‘ət, s. 65. 

1627


 Həmin əsər, s. 66-67. 


Tiflisi  burada  qılınc,  ox  ucu,  nizə  və.s  silahların  necə  daha  kəskin  və  öldürücü  gücə 

sahib  ola  biləcəyini  və  bunların  yollarını  açıqlayır.  Oxların  və  nizələrin  hədəfdən 

yayınmaması üçün alim maqnitin odda qızarana qədər saxlanılıb sonra suya atılmasını, 

daha sonra isə ox, nizə ucları və ya qılıncın da odda qızarana qədər saxlanaraq həmin 

suda  soyudulmasını  təklif  edir.  Belə  edildikdə  silahların  dəmir  əşyaları  maqnit  kimi 

özünə  çəkəcəyini  və  zirehləri  daha  asan  deşəcəyini  bildirir.  Bununla  yanaşı  müəllif 

zirehli  döyüş  geyimləri,  ox  və  nizə  uclarının  hazırlanma  qaydalarını  da  izah  edir

1628


Əsərin  digər  fəsillərində  isə  Kəmaləddin  Hübeyş  Tiflisi  rəngli  və  şəffaf  şüşələrin 

istehsalı,  qiymətli  daşların  müəyyən  edilməsi  və  emalı,  şüşə  qablar,  stəkanlar  və 

çıraqların hazırlanma üsullarını açıqlayır. 

Kəmaləddin  Hübeyş  Tiflisi  1204-cü  ildə  vəfat  etmişdir

1629


.  Alimin  öldüyü  və  dəfn 

edildiyi yer haqqında mənbələrdə heç bir məlumata rast gəlmək mümkün olmamışdır. 

Ehtimal  ki,  Kəmaləddin  Hübeyş  Tiflisi  Kayseri  şəhərində  vəfat  etmiş  və  orada  dəfn 

edilmişdir. 



 

Əbu  Abdullah  Hüseyn  ibn  Abdullah  ibn  Hüseyn  ibn  Muhəmməd  ibn  Hüseyn  ibn 

Muhəmməd ibn Şuveyx Urməvi 

Mühəddis  idi.  Bağdadda  və  Bəsrədə  təhsil  almışdı.  Bağdadda  Əbu  Muhəmməd 

Abdullah  ibn  Übeydullah  ibn  Yəhya  İbnü’l-Bəyi’dən,  Bəsrədə  Əbu  Əmr  Muhəmməd 

ibn  Muhəmməd  ibn  Bəkr  əl-Hizanidən  hədis  dərsləri  almış,  hədis  dinləmişdi.  Misirə 

getmiş və orada hədis dərsləri vermişdi. Hafiz Əbü’l-Qasım Hibətullah ibn Əbdülvaris 

Şirazi,  Əbü’l-Fityan  Ömər  ibn  Əbdülkərim  ər-Rəvvasi  ondan  hədis  dinləmiş  və  nəql 

etmişdilər. H. 460-cı ildə (1068) Misirdə vəfat etmişdi

1630


.  

 

Əbu Bəkr Muhəmməd ibn Hüseyn ibn Ömər Urməvi 

                                                 

1628


 Həmin əsər, s. 90-91. 

1629


 Səid Nəfisiyə görə Kəmaləddin Hübeyş Tiflisinin h. 629-cu (1232) ildə vəfat etmişdi. Bax: Tarixi-Nəzm və Nəsr, C. I, 

s. 128. 


1630

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 74-75; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 154; İBNü’l-ƏSİR, Lübab fi 



Təhzibü’l-Ənsab, C. I, s. 44-45. 


Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  H.  465-ci  ildə  (1073)  Bağdada  gəlmiş,  Nizamiyyə 

mədrəsəsində  oxumuş  və  Əbu  İshaq  Şirazidən  fiqh  təhsili  almışdı.  Əbü’l-Hüseyn  ibn 

Mühtədi  Billah  əl-Haşimi  və  Əbü’l-Hüseyn  ibnü’n-Nuqəvvərdən  hədis  elmlərini 

öyrənmiş  və  hədis  dinləmişdi.  Təhsilini  başa  vurduqdan  sonra  Bağdadda  qalmış  və 

buradakı mədrəsələrdə tədris fəaliyyəti ilə məşğul olmuşdu. Əllamə Əbu İshaq İbrahim 

ibn  Mənsur  əl-Misri  Əbu  Bəkr  Muhəmməd  Urməvinin  tələbəsi  olmuş,  ondan  fiqh 

elmini  öyrənmişdi

1631


.  Əbu  Müəmmər  əl-Ənsari  isə  ondan  hədis  dinləmişdi.  Alim  h. 

537-ci  ilin  məhərrəm  ayında  (avqust  1142)  vəfat  etmiş  və  Kərəc  qəbrisatnında  dəfn 

edilmişdi

1632


 

 

Əbü’l-Fəzl Muhəmməd ibn Ömər ibn Yusif Urməvi 

Mühəddis  idi.  Əbü’l-Qənaim  Əbdüssəməd  ibn  Əli  ibn  Mə’mun,  Əbu  Cə’fər  ibnü’l-

Məsləmə, Əbu Ömər əl-Adəmi kimi mühəddislərdən hədis dinləmişdi. Əbü’l-Həsən Əli 

ibn  Ömər  Darəqutni  (öl.  995)  Əbü’l-Fəzl  Muhəmməd  Urməvidən  hədis  dinləmiş 

alimlərdən biridir

1633

. Alimin ölüm tarixi məlum deyil. IX-X əsrlərdə yaşamışdır.  



 

Əbu Cə’fər Muhəmməd ibn Hibətullah ibn Firuz Urməvi 

Mühəddis idi. H. 529-cu ildə (1135) Qəzvinə getmiş və bu şəhərdə təhsil almışdı. Onun 

hədis  dinlədiyi  alimlərdən  Əbu  İshaq  əş-Şəhhazinin  adını  çəkmək  olar.  Əbu  Cə’fər 

Muhəmməd  Urməvi  Əbu  Mə’şər  Əbdülkərim  ət-Təbəri  kimi  ravilərdən  hədis  nəql 

etmişdi

1634


. Ölüm tarixi məlum deyil. XII əsrdə yaşamışdır.   

 

Hafiz  Əbu’n-Nəcib  Əbdülğəffar  ibn  Əbdülvahid  ibn  Muhəmməd  ibn  Əhməd  ibn 



Nəsr ibn Hişam ibn Ruzman Urməvi 

                                                 

1631

 İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 5. 



1632

 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, c.6, s.52; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 62; İBN KƏSİR əl-ƏNSARİ, Zeyl 



Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, v. 119b. 

SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 74-75. Səm’ani, Əbu Bəkr Muhəmməd Urməvinin h. 636-cı ildə (1239) vəfat etdiyini 

qeyd etmişdir.  

1633


 RAFİ’İ, Tədvin, C. I, s. 122. 

1634


 RAFİ’İ, Tədvin, C. II, s. 41. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə