Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə159/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   155   156   157   158   159   160   161   162   ...   187

Şəmailü’l-Osmaniyyə‛,  ‚Silsilənamə‛  və  ‚Zübdətü’t-Təvarix‛  adlı  əsərləri  mühafizə 

edilir.  British  Library-də  isə  Loqman  Urməvinin  ‚Şahnaməyi  Ali-Osman‛  və 

‚Mücməlü’t-Tomar‛ adlı əsərləri saxlanılır. 

 

İmam Əbü’l-Fəzl Surxab ibn Əbü’l-Qərib ibn Yəhya Urməvi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Bir  müddət  Hələbdə  yaşamış  və  buradakı 

mədrəsələrdən  birinə  rəhbərlik  etmiş,  müdərris  olmuşdu.  Hələb  şəhərinin  tarixini 

yazmış  Kəmaləddin  ibnü’l-Adim  onunla  bağlı  maraqlı  bir  hadisəni  öz  əsərində  qeyd 

etmişdir.  İmam  Əbü’l-Fəzl  Surxab  Urməvinin  müdərrisi  olduğu  Hələbəki  mədrəsənin 

həyətində bulaq var idi. Bulağın ətrafında içində balıqların olduğu hovuz tikilmişdi. Bir 

gün həmin mədrəsənin müəllimi olan fəqihlərdən bir neçəsi öz paltarlarını bu hovuzda 

yumuşdular.  Sabunun  təsirindən  hovuzdakı  balıqlar  ölmüş  və  Əbü’l-Fəzl  Surxab 

Urməvi bundan xəbər tutan kimi həmin fəqihləri mədrəsədən qovmuşdu. Mədrəsədəki 

işlərindən  qovulan  şəxslər  bununla  bağlı  Hələb  hakimi  Məlikü’z-Zahirə  (öl.  1216) 

şikayət etmişdilər. Məlikü’z-Zahir isə xeyli ədalətsiz bir qərar verərək imam Əbü’l-Fəzl 

Surxab  Urməvini  tutduğu  vəzifədən  azad  etmiş  və  Ərbilə  göndərmişdi.  Əbü’l-Fəzl 

Surxab  Urməvi  buradakı  Müzəffəriyyə  mədrəsəsinə  müəllim  təyin  olunmuşdu.  Lakin 

o,  bu  mədrəsədə  dərs  verdiyi  vaxtlarda  xəstələnmişdi.  İbnü’l-Adim  alimlə  həmin 

mədrəsədə  görüşdüyünü  qeyd  etmişdi.  Bir  müddət  sonra  Əbü’l-Fəzl  Surxab  Urməvi 

Ərbildəki  Darü’l-Zayf  qonaq  evinə  aparılmış  və  burada  yaşamağa  başlamışdı.  O, 

vəfatından  bir  müddət  əvvəl  sahib  olduğu  qul  və  kənizləri  azad  etmiş,  bütün  var-

dövlətini onlara və ehtiyacı olan insanlara paylamışdı. O, cümlədən şəxsi kitabxanasını 

da  xeyriyyə  məqsədiylə  bağışlamışdı.  Onun  kimsəsi,  yəni  övladı  yox  idi.  Alim  h.  11 

cəmadiəlaxir 607-ci ildə (30 noyabr 1210) Ərbildə, Darü’l-Zayfda vəfat etmişdi

1646


 

Şeyx Fəxrəddin Əbu Əli İbrahim ibn Yusif ibn Abdullah Urməvi 

Mühəddis  idi.  H.  642-ci  ildə  (1244)  qardaşı  Şərəfəddin  Muhəmmədlə  birlikdə  Misirdə 

şeyxü’ş-şərif Kəmaləddin Əbü’l-Həsən Əli ibn Şüca’ əl-Abbasidən hədis dərsləri almış, 

                                                 

1646


 İBNü’l-ADİM, Buğyətü’t-Tələb, C. VIII, s. 225-226.  


onun yanında imam Buxarinin ‚Səhih‛ini oxumuşdu

1647


. Ölüm tarixi məlum deyil. XIII 

əsrdə yaşamışdır. 

 

Zeynəddin Əli ibn Əhməd ibn Əli ibn Urməvi 

Hənbəli  məzhəbinə  mənsub  fəqih  idi.  Həyatı  haqqında  ətraflı  məlumat  yoxdur. 

Zeynəddin Əli Urməvi ‚Cəvahirü’t-Təbsir fi İlmü’r-Ruya‛ adlı əsərin müəllifi idi. Alim 

h. 835-ci ildə (1432) vəfat etmişdir

1648



 



Əbu’r-Ruh Fərəc ibn Əbu Bəkr ibn Fərəc Urməvi 

Şafi’i məzhəbinə mənsub fəqih idi. Əbu’r-Ruh Fərəc Urməvi fəzilətli, saleh və xoşrəftar 

insan idi. Xorasanın Nəvqan

1649


 şəhərində təhsil almış, Muhəmməd ibn Əbü’l-Abbasdan 

fiqh öyrənmişdi. Əbu Səd Nasir ibn Səhl Bağdadi, Muhəmməd ibn Əbu Sə’d ibn Həfs 

Nəvqani  və  Əbu  Səid  Fərruxzadədən  hədis  və  təfsir  dərsləri  almışdı.  Mərv  və  İraqa 

səyahət etmiş və burada tədrislə məşğul olmuşdur

1650

. Ölüm tarixi məlum deyil. XI-XII 



əsrdə yaşamışdır. 

 

Fəxrəddin Həsən ibn Əli ibn Əhməd ibn Əli ibn Hüseyn əl-Hüseyni Urməvi 

Seyyid Şərəfəddin Əbü’l-Hüseyn Əli Urməvinin (öl. 1356) nəticəsi idi. Ulu babası kimi 

o,  da  naqibü’l-əşraflığa  təyin  olunmuşdu.  Bir  müddət  Misir  Məmlüklü  dövlətində 

qaziəsgər  müvini  vəzifəsini  də  icra  etmişdi.  Fəxrəddin  Həsən  Urməvi  yaxşı  təhsil 

almasına və alim olmasına baxmayaraq bədxərc idi. Bədxərcliyi onun müflisləşməsinə 

səbəb  olmuşdu.  Fəxrəddin  Həsən  Urməvi  büdcədən  ayrılmış  vəsaitin  aidiyyatı  üzrə 

xərclənməməsi  səbəbiylə,  əmir  Ərənbuğa  adlı  başqa  bir  məmurla  birlikdə,  tutduğu 

vəzifədən azad edilmişdi. H. 853-cü ilin səfər ayında (aprel 1449) vəfat etmişdi

1651


.  

 

Həkim Əbu Səid Urməvi 

                                                 

1647


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 67-78. 

1648


 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 396. 

1649


 Nəvqan-İranın şimali-şərqində, Tus şəhəri yaxınlığında, indiki Məşhəd vilayəti ərazisində yerləşirdi.  

1650


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 74-75. 

1651


 SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 44. 


XII  əsrdə  yaşamış  tanınmış  azərbaycanlı  təbiblərindən  biri  idi.  Nişaburda  yaşayan 

həkim  Əbu  Səid  Urməvi  burada  Fəxrülmülkün

1652

  övladlarına  müxtəlif  fənnlərdən 



xüsusi  dərslər  vermişdi.  O,  Fəxrülmülkdən  aldığı  məvacibi  toplayaraq  1000  dinara 

çatdırdıqdan  sonra  tədrisdən  və  insanlarla  ünsiyyətdən  uzaqlaşaraq  sadəcə  elmi 

tədqiqatla məşğul olmaq istəmiş, lakin 880 dinar toplaya bildikdən sonra vəfat etmiş və 

arzusuna  qovuşa  bilməmişdi.  Həkim  Əbu  Səid  Urməvi  kəlama  dair  ‚Kitab  fi’l-Alih‛, 

fəlsəfə  sahəsində  ‚Kitabü’l-Məntiq‛,  ehtimal  ki,  həndəsəyə  dair  ‚Şərhü’l-Məqaləti’l-

Əvvəli və’s-Saniyə min Kitabi-Uqlidis‛ adlı əsərlərin müəllifi idi. Bunlardan sonuncusu 

qədim  yunan  alimi  Evkidin  əsərlərindən  birinə  yazılmış  şərhdir.  Ölüm  tarixi  məlum 

deyil. Vəzir Fəxrülmülkün ölüm tarixi ilə müqayisə edərək həkim Əbu Səid Urməvinin 

XII  əsrdə  yaşadığını  söyləmək  olar.  Zəhirəddin  Beyhəqi  öz  əsərində  həkim  Əbu  Səid 

Urməvinin söylədiyi dəyərli kəlamlardan iqtibaslar etmişdi

1653

.  


 

Qiyasəddin Əbü’l-Fəzl Muhəmməd ibn Muhəmməd ibn Əbu Bəkr Urməvi 

XIII  əsrdə  yaşamış  təsəvvüf  əhlinə  mənsub  qari  idi.  Vətəni  Urmiyəni  tərk  edib  şərq 

ölkələrinə  gedərək  buradakı  alimlər  və  fəzilətli  insanlarla  görüşüşdü.  Daha  sonra 

Bağdada gəlmiş və h. 650-ci  ildə (1252) Bağdadın mühəddislərindən hədis dinləmişdi. 

H.  666-cı  ildə  (1268)  Marağaya  qayıtmışdı.  İbnü’l-Fuvati  onun  mülayim  və  xoşrəftar 

insan  olduğunu,  gündüzlər  demək  olar  ki,  əksər  hallarda,  oruclu  oldğunu  qeyd 

etmişdir

1654


. Ölüm tarixi məlum deyil. 

 

Şeyx Əbdürrəhim ibn Əbdülkərim Urməvi 

Hənəfi  məzhəbinə  mənsub  mühəddis  idi.  Dəməşqdə  yaşamışdı.  Şeyx  Şihabəddin  əl-

Hisbaninin  tələbəsi  olmuş,  ondan  hədis  dərsləri  almışdı.  Şəmsəddin  Səxavi  h.  865-ci 

                                                 

1652


  Fəxrülmülk  1094-cü  ilə  qədər  Suriya  Səlcuqlu  sultanı  Tutuşun  vəziri  olmuşdu.  Bu  tarixdən  sonra  isə  Böyük 

Səlcuqlu  imperatorlarından  Rüknəddin  Börkyaruqun  (1093-1104)  vəziri  olmuşdu.  1095-1096-cı  illərdə  Böyük 

Səlcuqlu imp-nda baş vəzir olan Fəxrülmülk atası vəzir Nizamülmülk kimi batıni-xaşxaşilər tərtib etdikləri sui-qəsdə 

uğrayaraq  öldürülmüşdü.  Daha  ətraflı  məlumat  üçün  bax:  Aydın  TANERİ,  ‚Büyük  Selçuklu  İmparatorluğu’nda 

Vezirlik‛ , AÜTAD, C. V/8, İstanbul 1967, s. 75-187. 

1653


 BEYHƏQİ, Tətimmət Səuəni’l-Hikmə, v

b

 47; həmçnn bax: TƏRBİYƏT, Danişməndan, s. 106. 



1654

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1214-1215. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə