Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə162/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   158   159   160   161   162   163   164   165   ...   187

alim  onun  tələbələri  arasında  yetişmişdi.  Zeynəddin  Urməvi  ‚Təriqü’l-Vazihat  fi 

Əməlü’l-Münasixat‛,  ‚Haşiyə  ələ  Nüzhətü’n-Nizar  fi  Qələmü’l-Ğubar‛,  ‚Haşiyə  ələ’l-

Lüma’  li-İbnü’l-Haim‛  və  ‚Şərhi-Mənzumə  Fəthü’l-Vəhhab  fi’l-Hisab‛  adlı  əsərlərin 

müəllifi idi. Alim 11 şəvval 930-cu ildə (11 avqust 1524) vəfat etmişdi

1681

.  


 

Əbü’l-Qənaim Qanim ibn Hüseyn əl-Muşeyli Urməvi 

Şafi’i məzhəbinə mənsub fəqih və mütəkəllim idi. Bağdadda Nizamiyyə mədrəsəsində 

təhsil  almış,  şeyxülislam  Əbu  İshaq  Şirazinin  tələbəsi  olmuşdu.  Təhsilini  başa 

vurduqdan sonra Bağdaddan Nişapura getmiş və burada İmamu’l-Hərameyn ləqəbi ilə 

tanınmış  əş’ari  kəlamçısı  Rüknəddin  Əbü’l-Məali  Əbdülməlik  Cüveyni  ilə  tanış 

olmuşdu. O, Nişapurda İmamü’l-Hərameyndən kəlam elminin incəliklərini öyrənmişdi. 

Tez-tez  elmi  diskussiyalarda  iştirak  edən  Əbü’l-Qənaim  Urməvi  İslam  hüququ 

sahəsindəki  dərin  biliyi  ilə  tanınmışdı.  Alim  h.  525-ci  ildə  (1131)  Urmiyədə  vəfat 

etmişdi

1682




 

Şeyx  Zəkiyəddin  Əbdülqadir  ibn  İbrahim  ibn  Muhəmməd  ibn  İbrahim  ibn 

Abdullah ibn Yusif Urməvi 

Yaşadığı  dövrün  tanınmış  mühəddislərindən  idi.  Şeyx  Əbu  İshaq  İbrahim  Urməvinin 

(öl.  1292)  nəticəsi,  Əbu  Abdullah  Muhəmməd  Urməvinin  (öl.  1312)  isə  nəvəsi  idi.  H. 

735-ci  ildə  (1334)  alim  ailəsində  anadan  olmuşdu.  Onun  anası  Zeynəb  məşhur 

mühəddislərdən  birinin  qızı  idi.  Təəssüf  ki,  Şəmsəddin  Səxavi  bu  şəxsin  adını  sadəcə 

‚Kamaləddin‛  olaraq  qeyd  etmişdir.  Lakin  müəllif  Zəkiyəddin  Urməvinin  uşaq 

yaşlarından etibarən babasının dostları olan Yusif ibn Əbdürrəhman əl-Mizzi (öl. 1341), 

Elməddin  Qasım  ibn  Muhəmməd  əl-Birzali  (öl.  1338),  Muhəmməd  ibn  Əhməd  ibn 

Təmmam,  Əbu  Bəkr  ibn  Muhəmməd  ibnü’r-Rza,  Muhəmməd  ibn  Yusif  ibn  Dəvalə, 

Muhəmməd  ibn  Əbi  Zöhr,  Muhəmməd  ibn  Əbu  Bəkr  ibn  Əbdüddaim,  Əhməd  ibn 

Hazim Dəməşqi kimi mühəddislərin məclislərində iştirak etdiyini bildirmişdir. Zeynəb 

                                                 

1681

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 99; BAĞDADLI, Hədiyyətü’l-Arifin, C. I, s. 663; ZİRİKLİ, Ə’lam, C. IV, s. 



331. 

1682


 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 62; İBN KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, v. 114a. 


bintü’l-Xubbaz,  Sittülərəb  bint  Əhməd  ibn  Bədr,  Fatimə  bint  İzzəddin  ibn  Cəmaə  əl-

Kinani  kimi  qadın  hədis  alimlərindən  də  hədis  dinləmişdi.  Ümumiyyətlə  o,  qadınlı-

kişili  24-dən  çox  alimdən  hədis  dərsləri  almışdı.  Zəkiyəddin  Urməvi  hədis  dərsləri 

vermiş  və  onun  dərslərində  çox  sayıda  tələbə  iştirak  etmişdi.  İbn  Həcər  Əsqəlani,  İbn 

Musa  əl-Mərakeşi,  Şihabəddin  ibn  Zeyd  kimi  alimlər  onun  tələbəsi  olmuşdular. 

Zəkiyəddin Urməvi h. 821-ci ilin şəvval ayında (noyabr 1418) vəfat etmişdi

1683

.  


 

Muhəmməd ibn İbrahim ibn Muhəmməd ibn Abdullah Urməvi 

Mühəddis  idi.  Fatimə  bint  İzzəddin  ibn  Cəmaə  və  başqa  alimlərdən  hədis  dərsləri 

almışdı. İbn Həcər Əsqəlani, Muhəmməd ibn İbrahim Urməvinin dərslərini dinləmişdi. 

Alim h. 804-cü ildə (1402) Dəməşqdə vəfat etmişdi

1684

.      


 

Hafiz Əbu Bəkr Əbdürrəzzaq ibn Əbdülqadir ibn Əbu Saleh Urməvi 

Hənbəli məzhəbinə mənsub siqa hədis hafizi, mühəddis idi. H. 18 zilqədə 528-ci ildə (9 

sentyabr  1134)  Bağdadda  anadan  olmuşdu.  Atası  şeyx  Əbdülqadir  Urməvi  Bağdadın 

tanınmış  hədis  alimlərindən  idi.  Atasından  və  Bağdadın  məşhur  mühəddislərindən 

hədis dinləmişdi. Ziya əl-Məqdisi onun haqqında ‚hədis isnadı və mətnin araşdırılması 

sahəsindəki etina və dəqiqliyinə görə Bağdadda onun misli bərabəri yox idi‛ demişdi. 

Mühəddis olmaqla yanaşı o, həm də hənbəli məzhəbi üzrə tanınmış fəqih idi. Əbu Bəkr 

Əbdürrəzzaq Urməvi mömin, mütədəyyin insan idi. O, mütaliə və tədqiqat xaricindəki 

vaxtını  ibadətlə  keçirirdi.  Tələbələrinə  evində  dərs  verir,  ehtiyacı  olmadıqca  evindən 

çıxmır və insanlarla çox az ünsiyyətdə olurdu. Onun tələbələri arasından Əbu Abdullah 

əd-Dübeysi,  Muhəmməd  ibn  Mahmud  ibnü’n-Nəccar  (öl.  1245),  Ziya  əd-Dəməşqi, 

Nəcib Əbdüllətif, Təqi əl-Yeldani kimi alimlər yetişmişdi. Sonralar baş qazi olmuş oğlu 

Əbu  Saleh  ibn  Əbdürrəzzaq  Urməvi  də  atasından  hədis  və  fiqh  dərsləri  almışdı.  Əbu 

Bəkr Əbdürrəzzaq Urməvi son dərəcə təvazökar və gözəl əxlaqlı insan idi. Sələfi-salihin 

mənhəcinə  sıx  bağlı  olan  Əbu  Bəkr  Əbdürrəzzaq  Urməvi  kasıb  və  bəsit  məişətə  sahib 

idi.  Buna  baxmayaraq  izzəti-nəfsindən  ötrü  heç  kimdən  heç  bir  şey  istəməmiş  və 

                                                 

1683


 SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 367. 

1684


 SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 311. 


fəqirliyinə səbr etmişdi. Alim h. 6 şəvval 603-cü ildə (5 may 1207) vəfat etmiş və imam 

Əhməd ibn Hənbəlin (//780-855) qəbrinin yanında dəfn edilmişdi

1685

.  


 

Müzəffər ibn Yusif Urməvi 

Mühəddis  idi.  Əbü’l-Qasım  Hibətullah  ibn  Muhəmməd  ibnü’l-Husayn  əş-Şeybanidən 

(1041-1131) hədis dinləmiş və hədis elmlərinə dair bilikləri öyrənmişdi

1686


. Ölüm tarixi 

məlum  deyil.  Lakin  onun  tarixçi  və  mühəddis  Əli  ibn  Həsən  ibn  Əsakirin  (öl.  1175) 

müasiri olduğunu nəzərə alaraq XII əsrdə yaşadığını təxmin etmək olar. İbn Əsakir də 

Əbü’l-Qasım  Hibətullah  ibnü’l-Husaynın  tələbəsi  olmuş  və  onun  yanında  imam 

Əhməd ibn Hənbəlin (/) ‚Müsnəd‛ adlı hədis külliyatını oxumuşdu.  

 

Yusif ibn Müzəffər ibn Yusif Urməvi 

Müzəffər  ibn  Yusif  Urməvinin  oğlu  idi.  Katiblik  və  münşəat  işlərində  ixtisaslaşmışdı. 

Abbasi xəlifələrindən Nasir Li-Dinillah (1180-1225) onu işrafu’d-divan təyin etmişdi

1687



Ölüm tarixi məlum deyil. XII-XIII əsrlərdə yaşamışdır.  



İşrafu’d-Divan  və  ya  divan  müşrifi  orta  əsrlər  müsəlman  dövlətlərində  xeyli  mühüm 

vəzifə idi. İşrafu’d-divan dövlətin baş maliyyə müfəttişi idi. Bu vəzifəyə təyin olunmaq 

üçün sadəcə hesab və maliyyə işlərində ixtisaslaşmaq kifayət etmirdi. Divan müşrifləri, 

maliyyə  işlərini  mükəmməl  bilməklə  yanaşı,  mömin,  saleh  əməlli,  ədalətli,  dürüst  və 

insaf sahibi insanların arasından seçilirdi. Çünki baş maliyyə müfəttişi istənilən dövlət 

orqanını  təftiş  edərək  dövlətin  ayırdığı  maliyyə  vəsaitinin  aidiyyatı  üzrə  xərclənib-

xərclənmədiyini, hər hansı bir maliyyə fırıldağı və korrupsiya halının olub-olmadığını 

müəyyən  edirdi.  Mülki  və  hərbi  dövlət  məmurlarının  taleyi  işrafu’d-divanın  dövlət 

başçısına  təqdim  etdiyi  raportlardan  aslı  olurdu.  Maliyyə  fırıldağı  və  korrupsiya 

səbəbiylə edam olunmuş bir çox yüksək rütbəli dövlət məmuru olmuşdur. Bu vəzifə o 

qədər  mühüm  idi  ki,  raşid  xəlifələrdən  Ömər  ibn  Xəttab  (ا,  634-644),  başqasını  təyin 

etməyərək, bu işi şəxsən özü icra etmişdi.  

                                                 

1685


 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 447. 

1686


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 154. 

1687


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 154. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə