Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə158/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   154   155   156   157   158   159   160   161   ...   187

Yaşadığı dövrün tanınmış hədis hafizlərindən idi. Hədis dinləmək üçün səyahət etmiş, 

Bağdad,  Şam  diyarı,  İsfəhan,  Misir  və  Məkkədəki  ravilərdən  hədis  dinləmişdi.  Onun 

ulu əcdadı Ruzman, Cərir ibn Abdullah əl-Bəcəlinin

1635


 köləsi olmuş, daha sonra Cərir 

ibn  Abdullah  əl-Bəcəli  tərəfindən  azad  edilmişdi

1636

.  Hafiz  Əbu’n-Nəcib  Əbdülğəffar 



Urməvi  Misirdə  Muhəmməd  ibn  Nuzeyf  əl-Misridən,  Bağdadda  Əbü’l-Qasım 

Əbdülməlik  ibn  Muhəmməd  ibn  Buşran,  Əbu  Abdullah  Əhməd  ibn  Abdullah  əl-

Mühamili,  Əbu  Əmr  Osman  ibn  Muhəmməd  ibn  Yusif  ibn  Dostdan,  İsfahanda  Əbu 

Nueym  əl-İsfəhanidən  (947-1039)  və  daha  onlarla  ravidən  hədis  dinləmiş  və  nəql 

etmişdi.  Bir  müddət  Dəməşqdə  yaşamış  və  burada  hədis  nəql  etmişdi.  Əbdüləziz  ibn 

Əhməd əl-Kinani, Əbu’n-Nəcib Muhəmməd ibn Mənsur Maraği, Nəca ibn Əhməd, Əbu 

İmran  Musa  əs-Səqəli  və  daha  onlarla  ravi  ondan  hədis  dinləmişdilər.  Əbu’n-Nəcib 

Əbdülğəffar ibn Əbdülvahid Urməvi həm də şair idi və gözəl şerlər yazırdı. İbn Əsakir 

onun h. 433-cü ilin şəvval ayında (iyun 1042) Dəməşq yaxınlığında vəfat etdiyini qeyd 

etmişdir


1637



 



Vaiz  Əbü’l-Vəfa  Reyhan  ibn  Əbdülvahid  ibn  Əhməd  ibn  Nəsr  ibn  Hişam  ibn 

Ruzman Urməvi 

Səduq hədis ravisi və hafiz Əbu’n-Nəcib Əbdülğəffar Urməvinin qardaşı idi. Bağdada 

gəlmiş və burada təhsil almış, hədis dinləmişdi. Xətib Bağdadi əsərində onun Əbu Əli 

ibn Həbəş Dinəvəridən hədis nəql etdiyini və özünün də ondan hədis dinlədiyini qeyd 

etmişdir. Əbu Tahir Muhəmməd ibn Əli əl-Əşnani ondan hədis dinləmişdi. Əbü’l-Vəfa 

Reyhan Urməvi h. 430-cu ildə (1039) Urmiyədə vəfat etmişdi

1638



 



Şeyx Fəthəddin Əbü’l-Fəzl Əbdülhəmid ibn Muhəmməd ibn Səid Urməvi 

                                                 

1635

  Cərir  ibn  Abdullah  əl-Bəcəli  (ا.  öl.  674)  Allah  Rəsulunun  (م)  səhabələrindən  idi.  Buveyb  döyüşü 



qəhrəmanlarından  biri,  Hulvan  şəhərinin  fatehi  idi.  İranın  və  Azərbaycanın  fəthi  vaxtı  Səid  ibn  Əsin  (ا) 

başkomandanlığı  altındakı  İslam  ordusundakı  hərbi  hissələrdən  birinə  əmirlik  etmişdi.  Bax:  NƏSIROV,  Raşidi 



Xəlifələr Dövründə Azərbaycanın Fəthi, s. 42, 46. 

1636


 XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. II, s. 116. 

1637


  İBN  ƏSAKİR,  Tarixu-Mədinəti-Diməşq,  C.  XXXVI,  s.  389-391;  İBN  MAKULA,  İkmal,  C.  I,  s.  65;  KƏTTANİ,  Zeyl 

Tarixi-Məvlid, s. 181.  

1638


 XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. VIII, s. 427. 


Fütuvvət  əhlinə  mənsub  şeyx  idi.  İbnü’ş-Şəhir  adı  ilə  məşuh  olmuşdu.  Onun  ata  və 

babaları  da  zöhd  və  abidlikləri  ilə  tanınmış  təsəvvüf  şeyxlərindən  idilər.  İbnü’ş-Şəhir 

Urmiyədə  öz  adı  ilə  tanınan  zaviyədə  irşad  və  mənəvi  tərbiyə  ilə  məşğul  olmuşdu. 

Bundan  başqa  onun  zaviyəsində  şəhərə  gəlmiş  qonaqlar,  kimsəsizlər,  qəriblər  və 

yetimlər sığınacaq tapırdılar. Şeyx İbnü’ş-Şəhir gözəl əxlaq, həya sahibi, saleh insan idi. 

Əxi  şeyx  Ömər  ibn  Muhəmməd  əl-Xubbaz  əş-Şirazi  onun  yaxın  dostu  idi

1639

.  Ölüm 


tarixi məlum deyil. Təqribən XIII əsrdə yaşamışdır.  

 

İbrahim ibn Nasir Urməvi 

Mühəddis  idi.  Qəzvində  Əbü’l-Həsən  Əli  ibn  Həsən  Cə’duyə,  şeyx  Əbu  Tahir 

Muhəmməd  ibn  Əhməd  ibn  Əli  Urməvi  kimi  alimlərdən  hədis  dinləmiş  və  hədis 

elmlərinə  dair  bilikləri  öyrənmişdi

1640


.  Ölüm  tarixi  məlum  deyil.  X-XI  əsrlərdə 

yaşamışdır.  

 

Əbu Tahir Qasım ibn Əhməd əs-Saiği Urməvi 

Mühəddis  idi.  H.  477-ci  (1084)  ildə  Qəzvində  hədis  dərsləri  vermişdi.  Fəqih  Əbü’l-

Qasım Əbdülkərim ibn Həsən əl-Kərəci, Əbü’l-Həsən Əbdüləziz ibn İsmayıl Həsnuyə, 

İsmayıl  ibn  Hibətullah  əl-Kəmmuni  kimi  mühəddislər  onun  tələbəsi  olmuş,  dərslərini 

dinləmişdilər

1641


. Alimin ölüm tarixi məlum deyil. XI əsrdə yaşamışdır.  

 

Siracəddin Əbü’l-Abbas Əhməd ibn Mahmud ibn Əhməd Urməvi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Qaziü’l-Hüseyniyyə  ləqəbi  ilə  tanınmışdı. 

Qahirədəki  Əmr  ibnü’l-As  məscid-mədrəsə  kompleksində  fiqh  dərsləri  vermişdi.  H. 

667-ci  ilin  cəmaziələvvəl  ayında  (yanvar  1269)  Qahirədə  vəfat  etmiş  və  Qələtü’l-

Cəbəlin


1642

 ətəklərindəki bağda dəfn olunmuşdu

1643

.   


                                                 

1639


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 36. 

1640


 RAFİ’İ, Tədvin, C. II, s. 54. 

1641


 RAFİ’İ, Tədvin, C. IV, s. 136. 

1642


  Qələtü’l-Cəbəl-hərfi  tərcümədə  dağ  qalası,  dağdakı  qala  mənasını  ifadə  edir.  Qələtü’l-Cəbəl  Əyyubi  hökmdarı 

Səlahəddin  Yusif  Əyyubi  (1169-1193)  tərəfindən  Qahirə  yaxınlığındakı  əl-Müqəttəm  dağı  üzərində  inşa  etdirilmiş 

qala idi.  

1643


 MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. I, s. 658. 


 

Əbü’l-Məali Məs’ud ibn Şüca’ Urməvi 

H.  510-599-cu  (1116-1203)  illərdə  yaşamış  şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Onun 

müəllifi  olduğu  ‚Mültəqatat  minə’l-Məsaili’l-Vaqeat‛  adlı  əsərin  əlyazma  nüsxəsi 

Türkiyə Amasiya Bəyazid İHK-də saxlanılır. 

 

Loqman ibn seyyid Hüseyn əl-Aşuri Urməvi 

Osmanlı  dövlətində  yaşamış  tarixçi,  astronom  və  dövlət  xadimi  idi.  Sultan  III  Murad 

(1574-1595) və III Mehmedin (1595-1603) hakimiyyətləri dövründə rəsmi saray tarixçisi 

və  şahzadə  müəllimi  olan  Loqman  Urməvinin  əsərləri  yaşadığı  dövr  Osmanlı  siyasi, 

ictimai,  mədəni  tarixi,  həmçinin  saray  həyatının  təsviri  baxımından  əvəzedilməz 

mənbələrdir.  Alim  h.  1010-cu  (1601)  ildə  vəfat  etmişdir.  ‚Qiyafətü’l-İnsaniyyə  fi 

Şəmailü’l-Osmaniyyə‛  adlı  əsərində  III  Murada  qədərki  Osmanlı  sultanlarının  zahiri 

görünüşü,  geyimləri  və  dövrlərində  baş  vermiş  mühüm  hadisələr  haqqında  məlumat 

vermişdir. Onun bir digər əsəri ‚Hünərnamə‛ adlanır. Bu əsərində sultan Yavuz I Səlim 

(1512-1520)  və  Qanuni  I  Süleymanın  (1520-1566)  hakimiyyəti  dövründə  baş  vermiş 

mühüm  hadisələrdən  bəhs  etmişdir.  ‚Səlim  Şahnamə‛  adlı  əsərində  sultan  II  Səlimin 

(1566-1574) hakimiyyəti dövrü təsvir olunmuşdur. ‚Şahənşahnamə‛ adlı əsəri isə sultan 

III  Muradın  hakimiyyəti  dövründə  baş  vermiş  hadisələr  haqqındadır.  Alimin 

‚Mücməlü’t-Tomar‛  adlı  əsərində  bir  neçə  risalə  yazılmışdır.  Buna  ‚Nəsəbnameyi-

Humayun‛,  ‚Tarixçeyi-Mehr  və  Müştəri  li-Muhəmməd  Əssar‛,  ‚Tərcümə  Ləmiətü’l-

Ənvar‛,  ‚Sələfnamə‛,  ‚Xələfnamə‛,  ‚Müasirnamə‛,  ‚Moğolnamə‛,  ‚Zəfərnamə‛, 

‚Risalətu-Alati’l-Rəsədiyyə‛ adlı risalələr daxil idi. Loqman Urməvi sultan III Muradla 

birlikdə  bir  sıra  hərbi  səfərlərdə  iştirak  etmişdi.  Məsələn  1596-cı  ildə  Əyri  qalasının

1644

 

fəthində  Loqman  Urməvi  də  iştirak  etmişdi



1645

.  Bundan  başqa  Loqman  Urməvi 

‚Şahnaməyi  Ali-Osman‛,  ‚Silsilənamə‛,  ‚Zübdətü’t-Təvarix‛  kimi  əsərlərin  müəllifi 

idi.  İstanbul  Topqapı  sarayı  muzeyinin  kitabxanasında  alimin  ‚Qiyafətü’l-İnsaniyyə  fi 

                                                 

1644


 Əyri (türkcə Eğri, macarca Eger, almanca Erlau) şəhəri Macarıstanda, Budapeştin təqribən 110 km şimali-şərqində 

yerləşir.  

1645

 BURSALI, Osmanlı Müəllifləri, C. III, s. 135. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə