Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə155/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   151   152   153   154   155   156   157   158   ...   187

başlamışdı.  Kəmaləddin  Tiflisi  isə  Hələb  və  ətraf  vilayətlərin  qaziliyinə  təyin 

olunmuşdu.  Lakin  o,  Suriyada  uzun  müddət  qalmayaraq  1265-ci  ildən  sonra  Misirə 

köçmüşdü

1612


.  

1260-cı ildə Şam vilayəti, xüsusən də Suriya döyüş meydanına çevrilmiş, bir neçə dəfə 

əldə  ələ  keçmişdi.  Nəhayət  3  sentyabr  1260-cı  ildə  Misir  Məmlüklü  sultanı  Seyfəddin 

Müzəffər  Qutuzun  (1259-1260)  ordusu  Fələstin  ərazisində  baş  vermiş  Əyn  Calut 

dövyüşündə  Kətbuğanın  ordusunu  ağır  məğlubiyyətə  uğratmışdı.  Kətbuğa  noyan  bu 

döyüşdə  əmir  Cəmaləddin  Ağquş  tərəfindən  öldürülmüşdü.  Məğlub  olmuş  20  minlik 

moğol  ordusundan  çox  az  adam  sağ  qurtulmuşdu.  Suriya  moğol  işğalından 

təmizlənmişdi

1613

.  Bu  moğolların  ilk  ciddi  məğlubiyyəti  idi.  Bununla  da  Hülagü  xanın 



Suriyanı, Misiri, bunların ardınca da Məkkə və Mədinəni zəbt etmə planı pozulmuşdu. 

Misirə  gedən  Kəmaləddin  Tiflisi  Qahirədə  məskunlaşmış,  burada  tədris  və  elmi 

fəaliyyətlə məşğul olmuşdu. Onun dərslərinə böyük tələbə qrupları toplaşırdı. O, dərin 

biliyə  malik  alim  olmaqla  yanaşı  fəzilətli  və  izzətli  insan  idi.  Ailəsinin  böyük  və 

ehtiyacının  çox  olmasına  baxmayaraq  heç  vaxt  vəzifəsindən  sui-istifadə  etməmişdi. 

Misirə  gələndən  sonra  da  sultandan  hər  hansı  bir  vəzifəyə  təyin  olunmasını  xahiş 

etməmişdi.  Alim  h.  672-ci  ilin  rəbiələvvəl  ayında  (sentyabr  1273)  Qahirədə  vəfat 

etmişdi


1614

.  


 

Səfiyəddin Cövhər ibn Abdullah Tiflisi 

Mühəddis  idi.  Yaşadığı  dövrün  tanınmış  hədis  alimlərindən  hədis  dinləmiş  və  hədis 

elmlərinə dair bilikləri öyrənmişdi. Gözəl əxlaqlı, himmət sahibi, saleh əməlli, yumuşaq 

xasiyyətli və kəskin zəkalı şəxs idi. Şəxsi kitabxanasında hədis elmlərinə dair çox sayıda 

                                                 

1612


 Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ,  İbər fi Xəbər mən Ğəbər, C. III, s. 154, Küveyt 1966; 

İBN  TAĞRIBİRDİ,  yenə  orada;  İBN  TOLON,  yenə  orada;  İBN  QAZİ  ŞUHBƏ,  yenə  orada;  SÜBKİ,  yenə  orada;  İBNü’l-

İMAD, yenə orada

1613


  FƏHMİ,  yenə  orada,  s.  148-150;  İBN  KƏSİR,  Bidayə  və’n-Nihayə,  C.  XIII,  s.  388-392;  Mahmud  ŞƏLBİ,  Həyatü’l-

Məlikü’l-Müzəffər Qutuz, s. 285-288, Beyrut 1992.  

1614


  İBN  TOLON,  yenə  orada;  ƏSNƏVİ,  yenə  orada;  İBN  QAZİ  ŞUHBƏ,  yenə  orada;  SÜBKİ,  yenə  orada;  İBNü’l-İMAD, 

yenə orada; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIII, s. 457; MƏQRİZİ, Kitabu’s-Süluk, C. I, s. 140. 


kitab  var  idi.  Vəfatından  əvvəl  şəxsi  kitabxanasını  hədis  tələbələrinin  istifadəsi  üçün 

vəqf etmiş, bağışlamışdı. Səfiyəddin Cövhər Tiflisi h. 700-cü ildə (1301) vəfat etmişdi

1615



 



Həkim Kəmaləddin Əbü’l-Fəzl Hübeyş ibn İbrahim ibn Muhəmməd əl-Mütətəbbib 

Tiflisi 

XII  əsrdə  yaşımış  məşhur  həkim,  əczaçı,  filoloq,  astronom  və  ilahiyyatçı  idi.  Təqribən 

1113-1116-cı  illərdə  Tiflisdə  dünyaya  gələn

1616


  Kəmaləddin  Əbü’l-Fəzlin  ailəsi 

Anadoluya  köçmişdi.  Onun  ailəsinin  hansı  tarixdə  Azərbaycandan  Rum  diyarına 

köçdüyü  barədə  mənbələrdə  məlumat  yoxdur.  Ehtimal  ki,  bu  köç  münfərid 

olmamışdır, yəni 1122-ci ildə gürcülərin Tiflisi işğalından

1617

 sonra bir çox azərbaycanlı 



öz  doğma  şəhərlərini  tərk  etmək  məcburiyyətində  qalmışdır.  Uzun  müddət  Kayseri 

şəhərində  yaşayan  Kəmaləddin  Hübeyş  Tiflisi  Anadolu  Səlcuqlu  sultanı  İzzəddin  II 

Qılıncarslanın  (1155-1292)  sarayına  dəvət  olunmuş,  elmi  fəaliyyətini  sultanın 

himayəsində  davam  etdirmişdi.  Bu  səbəbdən  də  alim  əsərlərinin  çoxunu  II 

Qılıncarslana  ithaf  etmişdi.  Onunla  eyni  dövrdə  məşhur  tibb  alimləri  süryani  Həsnun 

Nəsrani  ər-Ruhavi,  əndəlüslü  yəhudi  Musa  ibn  Maymun  da  Anadolu  Səlcuqlularının 

sarayında  fəaliyyət  göstərmişdilər

1618


.  İslam  dünyasında  yaşamış  tibb  alimləri  və 

məşhur  həkimlərin  tarixini  yazmış  Cəmaləddin  Qıfti  (1172-1248)  Kəmaləddin  Hübeyş 

Tiflisinin müasiri olmasına baxmayaraq əsərində onun haqqında məlumat verməmişdi. 

Cəmaləddin  Qıfti  öz  əsərində  Hübeyş  ibnü’l-Həsən  əl-Asim  adlı  bir  təbib  haqqında 

geniş  məlumat  verərək  hicri  VI  (XII)  əsrdə  yaşamış  bu  şəxsin  bir  çox  yunanca  kitabı, 

cümlədən Qalenin (Galenios) tibbə dair bir neçə əsərini də ərəb dilinə tərcümə etdiyini 

qeyd  edir

1619


.  Cəmaləddin  Qıftinin  haqqında  məlumat  verdiyi  bu  şəxs  fikrimizcə 

Kəmaləddin  Hübeyş  Tiflisidən  başqası  deyildir.  Çünki  irəlidə  də  görəcəyimiz  kimi 

Kəmaləddin Tiflisi yunan dilini mükəmməl şəkildə bilirdi və tibbə dair bir çox yunanca 

                                                 

1615

 İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 62; İBN TAĞRIBİRDİ, Mənhəlü’s-Safi, C. I, s. 407; ƏYNİ, İqdü’l-Cüman, s. 



393. 

1616


 Kəmaləddin Əbü’l-Fəzl Hübeyş TİFLİSİ, Bəyanü’s-Sənə‘ət, (Nşr. Q. Mixaleviç), s. 13 (Önsöz qismi), Moskva 1976; s. 

13; Zəbihullah SƏFA, Tarixi-Ülume-Əqli dər Təməddüne-İslami, C. II, s. 998-999, Tehran 1329. 

1617

 BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 19-20. 



1618

  Cəmaləddin  Əbü'l-Həsən  Əli  ibn  Yusif  əl-QIFTİ,  Tarixü’l-Hükəmayi-Qıfti,  (Nşr.  B.  Darayi),  s.  s.  234,  445,  Tehran 

1347. 

1619


 QIFTİ, Tarixü’l-Hükəma, s. 244-245. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə