Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə167/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   163   164   165   166   167   168   169   170   ...   187

aşağıdakı sözlərlə mədh etmişdi: ‚Qazi Siracəddin Urməvi bütün sahələrdə alim, fəzilət 

dəryası, şəriət asimanının günəşi, həqiqət və təriqət mühitinin mərkəzi, din və hikmət 

elmlərində  alimlərin  lideri  idi.  Onun  elm  məclislərində  iştirak  və  onun  elmindən 

faydalanmaq  üçün  paytaxt  Konyaya  gələnlərin  hər  biri  ülkər  ulduzu  kimi  buradan 

ətrafa saçılırdılar‛

1725


.  

Siracəddin Mahmud Urməvi h. 682-ci ildə (1283) Konyada vəfat etmişdi

1726

. Onun dəfn 



edildiyi türbə Konyanın ‚Müsəlla‛ qəbrisatınının şimal-şərq hissəsində idi. Hal-hazırda 

mövcud deyil. Ehtimal ki, şəhərdə aparılan abadlıq işləri vaxtı dağıldılmışdı

1727

.  


Siracəddin  Urməvinin  yetişdirdiyi  tələbələr  arasından  Osmanlı  dövlətinin  quruluş 

dövründə  mühüm  vəzifələr  tutaraq  bu  dövlətin  təşəkkülünə  xidmət  etmiş  şəxslər 

yetişmişdir.  Orxan  ğazinin  hakimiyyəti  dövründə  (1324-1362)  İznikin  fəthindən  sonra 

burada  açılan  mədrəsənin  baş  müdərrisliyinə  Siracəddin  Urməvinin  tələbəsi  şeyx 

Davud  Qeysəri  təyin  olunmuşdu

1728


.  Onun  başqa  bir  tələbəsi  Tacəddin  Kürdi  də  bu 

mədrəsədə dərs vermişdi

1729

.  


Siracəddin Urməvi fiqh, fiqh üsulu, kəlam və  cədələ dair bir sıra əsərlərin müəllifidir. 

Onun qələmə aldığı ən məşhur əsər məntiq elminə aid olan ‚Mətaliü’l-Ənvar‛dır. Alim 

‚Lübabü’l-Ərbəin  fi  Üsuliddin‛  adlı  əsərini  Fəxrəddin  Razinin  ‚Ərbəin  fi  Üsuliddin‛ 

adlı  əsərinə  şərh  olaraq  qələmə  almışdır

1730

.  Bundan  başqa  Siracəddin  Urməvinin 



qələmindən  ‚Ləvamiü’l-Mətali‛,  ‚Bəyanü’l-Həqq  fi’l-Məntiq  və’l-Hikmə‛,  ‚Mənahic 

fi’l-Məntiq  və’l-Hikmə‛,  ‚Risalə  fi  Əmsilətü’t-Təərüd‛,  ‚Risalə  fi  İlmü’l-Cədəl‛,  ‚əl-

Əs’ilə‛,  ‚ət-Təhsil‛

1731


,  ‚Şərhü’l-İşarat  və’t-Tənbihat  fi’l-Məntiq  və’l-Hikmə‛  və 

‚Lətaifü’l-Hikmə‛  adlı  əsərlər  də  çıxmışdır

1732

.  ‚Şərhü’l-Vəciz  li’l-Qəzzali‛, 



                                                 

1725


 AQSARAYİ, Müsamərətü’l-Əxbar, s. 121. 

1726


  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  I,  s.  80;  SÜBKİ,  Təbəqatü’ş-Şafi’iyyə  əl-Kübra,  C.  VIII,  s.  205;  İBN  QAZİ  ŞUHBƏ, 

Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 61. 

1727


 Bu haqda daha ətraflı məlumat üçün bax: Elnur NƏSİROV,  XIII Yüzyıl Başlarında Anadolu-Azerbaycan İlişkileri, s. 

176, Konya 2003 (Nəşr olunmamış Ph. Doktorluq dissertasiyası). 

1728

 XACƏ SƏDƏDDİN Mehmed, Tacü’t-Təvarix, C. I, s. 43, İstanbul 1279; NİŞINCI, Hadisat, s. 110. 



1729

 NİŞINCI, Hadisat, s. 110. 

1730

 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 122. Ömər Rza Kəhhalə bu əsərin adını ‚Təlxisü’l-Ərbəin fi Üsuli’d-Din‛ 



olaraq qeyd etmişdir. Bax: Mu’cəmü’l-Müəllifin, C. III, s. 801.   

1731


 Bu əsər Fəxrəddin Razinin ‚əl-Məhsul‛ adlı əsərinə yazılmış haşiyədir.  

1732


  KATİB  ÇƏLƏBİ,  Kəşfü’z-Zünun,  C.  I,  s.  161,  362,  1045,  1109;  C.  II,  s.  1033;  MƏMMƏDOV,  Orta  Əsr  Azərbaycan 

Filosof və Mütəfəkkirləri, s. 39. 


‚Müxtəsərü’l-Məhsul‛,  ‚Təhsilü’l-Üsul  min  Kitabü’l-Məhsul‛

1733


  adlı  əsərlər  də  alimin 

zehninin  məhsuludur.  Siracəddin  Urməvinin  bu  vaxta  qədər  məlum  olmayan,  fiqhə 

dair qələmə aldığı ‚Kitab Təkmilətü’t-Təhrir və’t-Təqrir‛ adlı əsəri bizim tərəfimizdən 

aşkar  edilmişdir.  Əsər  6  zilhiccə  666/cı  ildə  (18  avqust  1269)  Konyada  istinsəx 

edilmişdir.  Bu  kitab  Konya  Darü’l-Hüffazında  dərs  kitabı  olaraq  tələbələrə 

oxudulmuşdu

1734



 



Əbu Bəkr Hüseyn ibn Əli ibn Yəzdanyar Urməvi 

Şafi’i məzhəbinə mənsub vaiz və fəqih idi. Haqqında məlumat verən mənbələrdə onun 

təsəvvüfdə özünə xas yolu olduğu qeyd edilmişdir. İbn Yəzdanyar adı ilə şöhrət tapmış 

bu  şəxs  fiqh,  hədis  və  təfsir  elmlərində  öz  dövrünün  tanınmış  alimlərindən  olmaqla 

yanaşı zahid, abid və vəra’ sahibi insan idi

1735


. İbn Yəzdanyar mənəvi tərbiyə və irşadın 

İslamın  təməl  prinsiplərinə  uyğun  və  həmahəng  olmalı  olduğu  barədə  fikirlər 

səsləndirirdi. Öz müasiri olan bəzi ifrat cərəyanlara mənsub şəxslərin İslama zidd olan 

hal,  hərəkət  və  sözlərini  kəskin  şəkildə  tənqid  edən  İbn  Yəzdanyar  bu  mənada 

bidətçilərə  qarşı  mübarizə  aparmışdı.  Buna  görə  də  özü  ilə  eyni  dövrdə  yaşamış  bəzi 

şəxslərin tənqid və təzyiqlərinə məruz qalmışdı

1736

.  


İbn  Yəzdanyar  ifrat  cərəyanlara  mənsublarını  tənqid  etməkdə  məqsədini  belə  izah 

edirdi:  ‚Siz  mənim  onlar  haqqında  danışdığımı  eşidirsiniz.  Allaha  and  olsun  ki,  bu 

sözləri  sadəcə  onlara  yazığım  gəldiyi  üçün  deyirəm.  İdrak  sahibi  olan  bir  qrup  insan 

sözlərimin qiymətinin anladı. Əsl məqsədim  onları bu saxtakarların əlindən xilas edib 

Haqqın  yolunu  göstərməkdir.  Sözlərimdəki  məqsəd  bundan  ibarət  idi‛

1737


.  İbn 

Yəzdanyar  bəzi  ifrat  cərəyan  mənsublarını  tənqid  edərkən  belə  deyirdi:  ‚Bir  yandan 

tövbə  və  istiğfar  edir,  digər  tərəfdən  günah  işləməyə  davam  edirlər.  Belə  olarmı?  Bir 

                                                 

1733

 KƏHHALƏ, yenə orada. Buradakı son iki əsər Fəxrəddin Razinin ‚əl-Məhsul‛ adlı əsərinin ixtisarı və şərhi idi.  



1734

  Siracəddin  Urməvinin  ‚Kitab  Təkmilətü’t-Təhrir  və’t-Təqrir‛  adlı  əsəri,  eləcə  də  digər  əsərləri  ilə  bağlı  ətraflı 

məlumat üçün bax: NƏSİROV, XIII Yüzyıl Başlarında Anadolu-Azerbaycan İlişkileri, s. 176-179. 

1735


  Əbu  Əbdürrəhman  Muhəmməd  SÜLƏMİ,  Təbəqatü’s-Sufiyyə,  (Hzr.  Ə.  Şərbas),  s.  140-141,  Qahirə  1998; 

Əbdülvəhhab ŞƏ’RANİ, Təbəqatü’l-Kübra, (Trc. A. Akçiçek), C. I, s. 472-473, İstanbul 1968; Əbdülbaqi GÖLPINARLI, 



Mövlana Cəlaləddin, s. 115-116, İstanbul 1959. 

1736


 SÜLƏMİ, Təbəqatü’s-Sufiyyə, s. 140-141; ŞƏ’RANİ, Təbəqatü’l-Kübra, C. I, s. 472-473; CAMİ, Nəfəhatü’l-Üns, s. 231-

232; Əbü’l-Qasım Əbdülkərim QÜŞEYRİ, Risalə fi İlmü’t-Təsəvvüf, s. 137, Qahirə 1986. 

1737

 SÜLƏMİ, Təbəqatü’s-Sufiyyə, s. 140-141; ŞƏ’RANİ, Təbəqatü’l-Kübra, C. I, s. 472-473. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə