yandan tövbə edib bir yandan günahlara davam edən şəxs tövbənin dadından məhrum
qalar‛
1738
.
İbn Yəzdanyara görə yüksək əxlaqa sahib olmanın ilk şərti həya sahibi olmaqdır
1739
.
Özünün zöhd anlayışını İbn Yəzdanyar belə ifadə etməkdə idi: ‚İnsanlarla ünsiyyəti
xoşlayırsansa əsla Allahla ünsiyətdə olmağa tamah salma. Boş və lüzumsuz şeyləri
xoşlayırsansa əsla Allah eşqinə tamah etmə‛
1740
. İbn Yəzdanyara görə hədis alimləri
Muhəmmədin (م) sünnəsinin gözətçiləridirlər
1741
.
İbn Yəzdanyar özü də tez-tez tənqid və təzyiqlərə məruz qalırdı. Bir dəfə Bağdadda
ikən onu sınamaq və utandırmaq üçün məsciddə və’z etməsi istənmişdi. Ehtimal ki,
onlar İbn Yəzdanyarın ərəb olmadığı üçün ərəbcə və’z etməkdə çətinlik cəkəcəyini və
ya ləhcəsi ilə gülünc vəziyyətə düşəcəyini düşünmüşdülər. Məscidin kürsüsünə qalxan
İbn Yəzdanyar ‚əcəm kimi yatıb ərəb kimi oyandım‛ deyə sözə başlayaraq fəsih ərəbcə
ilə bəlağətli və’z etmiş, onu çətin vəziyyətə salmaq istəyənləri utandırmışdı
1742
. Əbu
Bəkr Hüseyn ibn Yəzdanyar Urməvi h. 332-ci ildə (944) vəfat etmişdir
1743
.
İbn Yezdanyarın qələm aldığı hər hansı bir əsəri müəyyən etmək mümkün olmamışdır.
Lakin onunla yaxın qohumluq əlaqəsinin olduğunu güman etdiyimiz Əbu Cə’fər
Muhəmməd ibn Hüseyn ibn Əhməd İbn Yəzdanyar adlı şəxsin müəllifi olduğu
‚Rəvzətü’l-Müridin‛ və ‚Kitabü’s-Söhbə məə’s-Sufiyyə‛ adlı əsərlər İstanbulda,
Köprülü əlyazma əsərlər kitabxanasında saxlanılır. ‚Rəvzətü’l-Müridin‛in bir nüsxəsi
də ABŞ-nın Princeton universitetinin kitabxanasında saxlanılır. Bu nüsxənin üzü Qasım
ibn Nasir ibn Salman adlı müstənsix tərəfindən h. 28 rəcəb 728-ci ildə (26 sentyabr 1383)
köçürülüb başa çatdırılmışdır. Eyni əsərin h. 980-ci ildə (1572) üzü köçürülmüş bir
nüsxəsi də Paris milli kitabxanasında mühafizə edilir
1744
.
İbn Yəzdanyar, sonrakı əsrlərdə İslam coğrafiyasında geniş tərəfdar kütləsinə sahib
olan, fütuvvət məfkurəsinin müəllifi hesab olunur. Onun vəfatından sonra fütuvvətlə
1738
SÜLƏMİ, yenə orada; ŞƏ’RANİ, yenə orada.
1739
ŞƏ’RANİ, Təbəqatü’l-Kübra, C. I, s. 472-473.
1740
QÜŞEYRİ, Risalə, s. 137.
1741
SÜLƏMİ, Təbəqatü’s-Sufiyyə, s. 140-141; CAMİ, Nəfəhatü’l-Üns, s. 231-232.
1742
BAKUVİ, Təlxisü’l-Asar, s. 81; TƏRBİYƏT, həmin əsər, s. 178; GÖLPINARLI, həmin əsər, s. 116.
1743
SÜLƏMİ, Təbəqatü’s-Sufiyyə, s. 140-141; ŞƏ’RANİ, Təbəqatü’l-Kübra, C. I, s. 473.
1744
DE SLANE, həmin əsər, 261.
bağlı çox sayıda əsər qələmə alınmışdır. Fütuvvətin ilk pilləsi mürüvvətdir (mərdlik,
igidlik). Fütuvvətin mürüvvət anlayışına görə bu yola qədəm qoyan şəxs hər şeydən
əvvəl şəhvət və qəzəb kimi pis xüsusiyyətlərdən, duyğu və düşüncələrdən nəfsini
təmizləməli, özünü ali və ülvi hisslərə təchiz etməli idi. İkinci pillə lətafət idi ki, bu da
iffət, şücaət və ədalət kimi əxlaqi keyfiyyətlərlə təchiz olmağı ifadə edirdi. Fütuvvətin
üçüncü və ən ali pilləsi vəlayətdir. Fütuvvət əhlinə görə vəlayət dünyəvi ləzzətləri
ayağının altına alıb, onlardan qurtulmaq mənasını ifadə edirdi
1745
.
Fütuvvət əhli məfkurələrində özlərinə Əli ibn Əbu Talibi (ا) və Əshabi-Kəhfi nümunə
götürməkdə idilər. Bunu da Rəsulullahın (م) Əli ibn Əbu Talibə (ا) xitabən dediyi ‚Sən
bu ümmətin gəncisən (igidisən)‛ (Əntə fəta həzihi’l-ümmə) sözünə əsaslandırırdılar
1746
.
Fütuvvət əhlinə görə tövbə iffət və saleh əməlin başlanığıcı idi. Fütuvvət mənsubu
təkəbbür və ücubdan uzaq olmalı idi. Onlara görə təvazö qəzəbin qarşısında sədd və
şücaətin ilk şərti idi
1747
. Fütuvvət yoluna qədəm qoyan şəxs müəyyən təlim və tərbiyə
mərhələlərindən keçməli idi. Bunlar sıra ilə hidayət, nəsihət və vəfa mərhələləri idi
1748
.
Fütuvvət mənsubu bu yoldakı ən ali məqama elm, əhval və müşahidə yolu ilə çata
bilərdi. Onlara görə vəlayət məqamı fənayi-xilqətdə sona çatır ki, bu da həqiqətin
gözüdür
1749
.
İbn Yəzdanyardan sonra fütuvvət cərəyanının ən məşhur təmsilçisi Azərbaycanın
Zəncan şəhərindən
1750
olan Əxi Fərəc Zəncanidir (öl. 1065). Əbü’l-Abbas Nəhavəndinin
müridlərindən olan Əxi Fərəc Zəncani ilk əxi zaviyəsini quran şəxsdir. Bir qədər şübhə
doğursa da Hacı Zeynəlabdin Şirvani və Əlişir Nəvayi öz əsərlərində məşhur fütuvvət
şeyxi Şihabəddin Ömər Sührəvərdinin əmisi və mürşidi Əbu’n-Nəcib Sührəvərdinin
Əxi Fərəc Zəncaninin müridi olduğunu, onun əlindən xirqə geydiyini qeyd
etmişdilər
1751
. Sonrakı əsrlərdə Abbasi xəlifəsi Nasir li-Dinillah (öl. 1225) fütuvvət
1745
ANONİM,
Tuhfətü’l-İxvan dər Bəyani-Üsuli-Fütuvvət və Adabi-Fityan, (Nşr. M. Damadi), s. 5-9, Tehran 1351.
1746
Tuhfətü’l-İxvan, s. 13.
1747
Tuhfətü’l-İxvan, s. 27.
1748
Tuhfətü’l-İxvan, s. 21-25, 37-40, 44-48.
1749
Tuhfətü’l-İxvan, s. 9. ]ﺤﻘﻴﻘﺖ ﺩﺭﻋﻴﻦ ﺧﻠﻴﻘﺖ ﺑﻔﻨﺂ ﺷﻮﺩ ﻣﻨﺗﻬﻰ ﻭ[
1750
HİMYƏRİ,
Nisbə ilə’l-Məvazi’, C. I, s. 368.
1751
Hacı Zeynəlabdin ŞİRVANİ,
Riyazü’s-Səyahə, s. 91, 365, Tehran 1339; NƏVAYİ,
Nəsayimü’l-Məhəbbə, s. 694. Şeyx
Əbu’n-Nəcib Sührəvərdi Əxi Fərəc Zəncaniyə, böyük ehtimalla, intisab silsiləsi ilə bağlıdır, yəni onun müridlərindən
birinin müridi olmuşdur. Onların görüşmələri mümkün deyil. Zeynəlabdin Şirvani və Əlişir Nəvayinin burada
yanıldıqlarını və ya əskik məlumat nəql etdiklərini düşünürük. Belə ki, 1097-ci ildə dünyaya gəlmiş Əbu’n-Nəcib