Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə171/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   167   168   169   170   171   172   173   174   ...   187

dəyişməmişdisə  Səfiyəddin  Muhəmməd  Urməvi  sələfin  minhəcinə  deyil,  təsəvvüf 

əhlinə yaxınlığı ilə tanınan kəlam alimi idi. Bununla belə Zəhəbinin verdiyi məlumatın 

da  doğru  olma  ehtimalı  az  deyil.  Səfiyəddin  Urməvinin  sonradan  sələfi-salihin 

mənhəcini  mənimsəmiş  olması  mümkündür.  Çünki  Şəmsəddin  Zəhəbi  Səfiyəddin 

Urməvini  şəxsən  tanıyırdı,  onun  müasiri  idi  və  onlar  eyni  şəhərdə,  Dəməşqdə 

yaşamışdılar. Hətta Zəhəbi Səfiyəddin Urməvinin dəfn mərasimində də iştirak etmişdi. 

Səfiyəddin  Urməvi  h.  29  səfər  715-ci  ildə  (3  iyun  1315)  Dəməşqdə,  Zahiriyyə 

mədrəsəsində vəfat etmişdi

1779

.  


 

Qazi İzzəddin Urməvi 

Qazi  İzzəddin  Urməvi  Anadolu  Səlcuqlu  sultanı  Qiyasəddin  III  Keyxosrovun  (1266-

1284)  hakimiyyəti  dövründə,  1266-cı  ildə  Sivas  şəhəri  qaziliyinə  təyin  edilmişdi.  Qazi 

İzzəddin Urməvi fiqh  və kəlam elmləri sahəsində öz dövrünün tanınmış alimlərindən 

idi

1780


.  O,  Sivas  qaziliyindən  əvvəl  Ağsaray  şəhərində  öz  adı  ilə  tanınan  mədrəsənin 

müdərrisi idi. Bu mədrəsə sonralar Osmanlı imperatorluğunun hakimiyyəti illərində də 

fəaliyyət göstərmişdi

1781


.  

Misir  Məmlüklü  sultanı  Rüknəddin  Zahir  Bəybars  (1260-1277)  bəzi  Səlcuqlu  dövlət 

məmurlarının  təşviqi  ilə  Anadolunu  moğol  işğalından  xilas  etmək  üçün  1276-cı  ildə 

Anadolu  səfərinə  başlamış,  15  aprel  1277-cü  ildə  Əlbistan  ovalığında  baş  verən  döyüş 

Rüknəddin  Bəybarsın  ordusunun  qələbəsi  ilə  başa  çatmışdı.  Todaun  noyan  və  Toku 

ağanın  əmrindəki  10  min  nəfərlik  moğol  ordusunun  6700-ü  məhv  edilmiş,  geri  qalanı 

əsir  götürülmüşdü.  Bu  Əyn-Cəlut  döyüşündən  (3  sentyabr  1260)  sonra  Misir 

Məmlüklərinin  moğollar  üzərindəki  ikinci  böyük  qələbəsi  idi.  Lakin  başda  vəzir 

Muinəddin  Süleyman  olmaqla  bəzi  Səlcuqlu  dövlət  məmurlarının  qətiyyətsizliyi  və 

səbatsızlıqları ucbatından Məmlüklü ordusu Anadoluda möhkəmlənə bilməyərək geri, 

Suriyaya qayıtmışdı. Elxanlı hökmdarı Abaqa xan Misir Məmlüklüləri ilə əməkdaşlıqda 

şübhəli bilinən bir çox Səlcuqlu dövlət məmurunu, o cümlədən qazi İzzəddin Urməvini 

                                                 

1779


 İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 75-76; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 600. 

1780


 AQSARAYİ, Müsamərətü’l-Əxbar, s. 90 

1781


 UZLUK, Fatih Devrinde Karaman Eyaleti Vakıfları Fihristi, s. 43. 

 



1277-ci ildə edam etdirmişdi

1782


. Bu hadisə ilə əlaqəli edam edilənlərin arasında digər bir 

azərbaycanlı alim Qarahisar (Afyon) qazisi Tacəddin Xoyi də var idi.  

 

Əbu Cə’fər Muhəmməd ibn Həfs Uşnuhi  

Mühəddis  idi.  Həyatı  haqqında  ətraflı  məlumata  rast  gəlinməmişdir.  Tanınmış  tarixçi 

və mühəddis, ‚Tarixi-Buxara‛ əsərinin müəllifi Əbu Abdullah Muhəmməd ibn Əhməd 

əl-Qəncar  əl-Buxari  (948-1019)  Əbu  Cə’fər  Uşnuhinin  tələbəsi  olmuş,  ondan  hədis 

dinləmişdi

1783


.  Alimin  ölüm  tarixi  məlum  deyil.  Əbu  Abdullah  əl-Qəncarın  ustadı  və 

müasiri  olduğunu  nəzərə  alaraq  Əbu  Cə’fər  Uşnuhinin  X  əsrdə  yaşadığını  təxmin 

etmək olar.  

 

Şeyx Əbü’l-Fəzl Əbdüləziz ibn Əli ibn Əbdüləziz ibn Hüseyn Uşnuhi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  Bağdadda  təhsil  almış,  şeyxülislam 

Əbu  İshaq  İbrahim  Şirazinin  tələbəsi  olmuş,  ondan  şafi’i  fiqhini  öyrənmişdi.  Hədis 

dinləmək  məqsədiylə  səyahət  etmiş,  bir  çox  mühəddislərlə  yanaşı  Əbu  Cə’fər  ibn 

Məsləmədən  də  hədis  dərsləri  almışdı.  Səyahətini  başa  vurduqdan  sonra  Bağdada 

getmişdi.  Bir  müddət  Bağdadda  yaşadıqdan  sonra  Azərbaycana  qayıtmış,  vətənində 

tədris  və  tədqiqatla  məşğul  olmuşdu.  Fəzl  ibn  Muhəmməd  ən-Nəvqani  ondan  hədis 

dinləmişdi.  Əbü’l-Fəzl  Əbdüləziz  Uşnuhi  çox  ibadət  edən,  zahid  insan  idi.  O,  İslam 

vərəsəlik hüququna dair ‚əl-Uşnuhiyyə fi’l-Fəraiz‛ adlı əsər qələmə almışdı

1784

. Bu əsər 



daha  çox  ‚Fəraizü’l-Uşnuhiyyə‛  adı  ilə  tanınmışdı.  Cəmaləddin  Əsnəvi  onun  öz 

vətənində vəfat etdiyini yazsa da ölüm tarixini qeyd etməmişdir. Alimin ‚əl-Uşnuhiyyə 

fi’l-Fəraiz‛  adlı  əsərinin  öz  dəsti  xətti  ilə  h.  505-ci  ildə  (1111)  yazılmış  nüsxəsi 

                                                 

1782

Hüseyn  ibn  Muhəmməd  İBN  BİBİ,  Əxbari-Səlacuqe-Rum,  (Nşr.  M.C.Məşkur),  s.  317,  Tehran  1971.  İbn  Bibinin 



əsərini tədqiq və nəşr etmiş Muhəmməd Cavad Məşkur Sivas qazisi İzzəddin Urməvi ilə Anadolu Səlcuqlu sultanı 

İzzəddin II Keykavusun vəziri qazi İzzəddin Muhəmmədi eyni şəxs hesab edərək kitabın fihristində də bu şəkildə 

qeyd  etmişdi.  Halbuki  Vəzir  qazi  İzzəddin  Muhəmməd  14  oktyabr  1256-cı  ildə  Ağsaray  yaxınlığındakı  Sultanxanı 

döyüşündə  Səlcuqlu  ordusunun  moğollara  məğlub  olmasından  sonra  Baycu  noyanın  əmri  ilə,  əsir  düşmüş  14 

Səlcuqlu dövlət xadimi ilə birlikdə, edam edilmişdi. Sivas qazisi İzzəddin Urməvi isə, yuxarıda qeyd etdiyimiz kimi, 

1277-ci  ildə  qətlə  yetirilmişdi.  Vəzir  İzzəddin  Muhəmmədlə  bağlı  ətraflı  məlumat  üçün  bax:  Mikayıl  BAYRAM, 

‚Selçuklu Veziri Kadı İzzeddin Tarafından Düzenlenen bir Vakıf-Name‛, Ata Dergisi, S. 8, Konya 1997, ss. 48-49. 

1783


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 116. 

1784


  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  I,  s.  58;  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  I,  s.  135;  SÜBKİ,  Təbəqatü’ş-

Şafi’iyyə əl-Kübra, C. VII, s. 94; İBN XƏLLİKAN, Vəfayatü’l-Əyan, C. VI, s. 148. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə