Əllamə Tacəddin Əbu Əhməd Muhəmməd ibn Hüseyn
1666
ibn Abdullah Urməvi
Mütəkəllim və şafi’i fəqihi idi. H. 584-cü ilin məhərrəm ayında (mart 1188) Urmiyədə
anadan olmuşdu
1667
. Fəxrəddin Razinin (öl. 1209) sevimli tələbələrindən biri idi.
Ustadının ‚əl-Məhsul‛ adlı əsərini ixtisar etmiş və bu əsərini ‚əl-Hasil‛
1668
adlandırmışdı. Tacəddin Urməvinin Abbasi sarayı tərəfindən diplomatik missayalarla
müxtəlif ölkələrə göndərildiyini Təqiyəddin Məqdisinin əsərindən öyrənirik. Müəllif
Tacəddin Urməvinin səfir olaraq Misirə, Əyyubi hökmdarı Məlik Kamilin (1218-1238)
sarayına göndərildiyini qeyd etmişdir
1669
. Misirdə qaldığı müddətdə tədris fəlayyəti ilə
də məşğul olan Tacəddin Urməvi h. 624-cü ildə (1227) Misirdən Şam diyarına
getmişdi
1670
. İbnü’l-İbrinin əsərindən biz onun Anadoluda da yaşadığını öyrənirik.
Müəllif Fəxrəddin Razinin müxtəlif ölkələrdə yaşayan tələbələrindən bəhs edərkən
Anadoluda, Konya şəhərində Razinin tələbələrindən Tacəddin Urməvi ilə Siracəddin
Urməvinin yaşadığını qeyd etimşdi
1671
. Bu dövrdə Fəxrəddin Razinin Tacəddin Urməvi
adlı başqa bir tələbəsinin olmadığını nəzərə alaraq bu şəxsin Tacəddin Əbu Əhməd
Muhəmməd ibn Hüseyn Urməvi olduğunu demək mümkündür. Səlahəddin Səfədi də
öz əsərində Tacəddin Urməvinin bir müddət ‚türk məmləkətlərində‛ yaşadığını
yazmış, lakin bunun hansı ölkə olduğunu qeyd etməmişdir
1672
. Şübhəsiz ki, müəllif
Anadolunu nəzərdə tutmuşdur. Muhəmməd Sivasi öz əsərində Tacəddin Urməvinin
dövrün böyük alimlərindən, fəzilət sahibi və şeyx Əvhədəddin Kirmaninin (öl. 1238)
müridi olduğunu qeyd etmişdir. Sivasi, Tacəddin Urməvinin Bağdadda bu şəhərin
tanınmış alimlərindən birini Əvhədəddin Kirmaninin yanına apararaq onunla tanış
etdiyini yazır
1673
. Əvhədəddin Kirmani Bağdada, uzun sürən səyahətindən sonra, 1234-
cü ildə qayıtmış
1674
və 4 il sonra burada vəfat etmişdi. Bu görüş də ehtimal ki, bu
1666
Alimin künyəsi və atasının adı mənbələrdə müxtəlif şəkildə yazılır. İbnü’l-Müqəffa onun künyəsini‚Əbu
Əhməd‛, ‚Əbu Abdullah‛, atasının adını isə ‚Hüseyn‛ kimi qeyd edir. Zəkəriyya Qəzvini onun künyəsinin ‚Əbu
Əhməd‛, Səlahəddin Səfədi və İbnü’l-Fuvati isə alimin atasının adının ‚Həsən‛ olduğunu bildirmişdilər.
1667
MƏQDİSİ,
Kitabü’l-Müqəffa, C. V, s. 585.
1668
Əsərin tam adı ‚Hasilü’l-Məhsul fi Üsulü’l-Fiqh‛dir. Bax: KƏHHALƏ,
Mu’cəmü’l-Müəllifin, C. III, s. 252.
1669
MƏQDİSİ,
Kitabü’l-Müqəffa, C. V, s. 585.
1670
Yenə orada.
1671
İBNü’l-İBRİ,
Tarixu Müxtəsərü’d-Düvəl, s. 212.( ٢ٗٞوت ١ٞٓنلاا ٖ٣كُا ضاهٌٝ ١ٞٓنلاا ٖ٣كُا ضاذ ٝ ّٝهُات
ٙ
.... ٖٓ حػأظ ٕاً ٕآىُا امٛ ٢ك ٝ
١واهُا ٖ٣كُاهفك ّآلإا جمٓلاذ)
1672
SƏFƏDİ,
Vafi bi’l-Vəfayat, C. II, s. 261.
1673
BAYRAM,
Şeyh Evhaü’d-Din El-Kirmânî ve Menâkıb-Nâmesi, s. 197-198.
1674
Yenə orada, s. 26.
tarixlərdə baş vermişdi. Dəmək ki, həmin bu tarixdə Tacəddin Urməvi artıq Bağdadda
yaşayırdı və mənaqibnamə müəllifinə görə o, burada qazi idi
1675
. Onun Anadoluya
gəlişi ehtimal ki, 1204-cü ildə olmuşdur. Çünki şeyx Əvhədəddin Kirmani də məhz bu
tarixdə, Anadolu Səlcuqlu sultanı Qiyasəddin I Keyxosrovun müəllimi şeyx Məcdəddin
İshaqın (öl. 1221) dəvəti ilə Anadoluya getmişdi. Şeyx Kirmani buraya aralarında Əbu
Cə’fər Muhəmməd Bərdəi, şeyx Nasirəddin Mahmud Urməvinin də olduğu bir qrup
alim və sufi şeyxi ilə gəlmişdi
1676
. Ehtimal ki, onların arasında gənc yaşlarında olan
Tacəddin Muhəmməd Urməvi də olmuşdu. Zəkəriyya Qəzvini Tacəddin Əbu Əhməd
Muhəmməd Urməvinin fiqh, fiqh üsulu, kəlam, ədəbiyyat kimi elm sahələrində öz
dövrünün nadir alimlərindən biri olduğunu, gözəl nitq qabiliyyətinə malik olan alimin
danışarkən zərbi-məsəllər, hikmətli sözlər, zərif misallarla öz nitqini bəzəyərək onu
dinləyənləri valeh etdiyini qeyd edir
1677
. Tacəddin Muhəmməd Urməvi Abbasi xəlifəsi
Müstənsir Billahın (1226-1242) əmri h. 628-ci ilin şəvval (1231 avqust) ayının sonlarında
Bağdada yeni inşa edilib istifadəyə verilmiş Şərəfiyyə mədrəsəsinin müdərrisliyinə
təyin olunmuşdu
1678
. Tacəddin Əbu Əhməd Muhəmməd Urməvi maddi cəhətdən
imkanlı olmaqla yanaşı son dərəcə təvazökar və ləyaqətli insan idi. Alim moğolların
Bağdadı işğalından bir müddət əvvəl, h. 656-cı ilin məhərrəm ayında (1258) bu şəhərdə
vəfat etmişdi
1679
.
Əllamə Zeynəddin Əbü'l-Vəfa Ürfə ibn Muhəmməd Urməvi
Şafi’i məzhəbinə mənsub fəqih və riyaziyyatçı idi. Dəməşqdə yaşayırdı. İbnü’l-İmad
onun daim tədqiqatda olan alim, xüsusən riyaziyyat və fəraiz sahələrində ixtisaslaşmış
olduğunu və bu sahədə şöhrət tapdığını qeyd etmişdir. O, riyaziyyat və fəraiz elmini
şeyx Şəmsəddin ibn Fəqir, əllamə Şihabəddin ibn Arslan ər-Rəmli
1680
və əllamə
Şihabəddin ibnü’l-Haimdən öyrənmişdi. Şihabəddin Gəncəvi kimi bir neçə tanınmış
1675
Yenə orada, s. 197.
1676
Yenə orada, s. 13.
1677
Asarü’l-Bilad, s. 478.
1678
İBNü’l-FUVATİ,
Həvadisü’l-Camiə’, s. 11.
1679
İBN QAZİ ŞUHBƏ,
Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 88; MƏQDİSİ,
Kitabü’l-Müqəffa, C. V, s. 585; ƏSNƏVİ,
Təbəqatu’ş-
Şafi’iyyə, C. I, s. 216. Səlahəddin Səfədi alimin h. 655-ci ildə (1257) vəfat etdiyini qeyd etmişdir. Bax:
Vafi bi’l-Vəfayat,
C. II, s. 261.
1680
Türk mənşəli bu alim Suriyanın Rəmlə şəhərindən idi.