Yaşadığı dövrün tanınmış hədis hafizlərindən idi. Hədis dinləmək üçün səyahət etmiş,
Bağdad, Şam diyarı, İsfəhan, Misir və Məkkədəki ravilərdən hədis dinləmişdi. Onun
ulu əcdadı Ruzman, Cərir ibn Abdullah əl-Bəcəlinin
1635
köləsi olmuş, daha sonra Cərir
ibn Abdullah əl-Bəcəli tərəfindən azad edilmişdi
1636
. Hafiz Əbu’n-Nəcib Əbdülğəffar
Urməvi Misirdə Muhəmməd ibn Nuzeyf əl-Misridən, Bağdadda Əbü’l-Qasım
Əbdülməlik ibn Muhəmməd ibn Buşran, Əbu Abdullah Əhməd ibn Abdullah əl-
Mühamili, Əbu Əmr Osman ibn Muhəmməd ibn Yusif ibn Dostdan, İsfahanda Əbu
Nueym əl-İsfəhanidən (947-1039) və daha onlarla ravidən hədis dinləmiş və nəql
etmişdi. Bir müddət Dəməşqdə yaşamış və burada hədis nəql etmişdi. Əbdüləziz ibn
Əhməd əl-Kinani, Əbu’n-Nəcib Muhəmməd ibn Mənsur Maraği, Nəca ibn Əhməd, Əbu
İmran Musa əs-Səqəli və daha onlarla ravi ondan hədis dinləmişdilər. Əbu’n-Nəcib
Əbdülğəffar ibn Əbdülvahid Urməvi həm də şair idi və gözəl şerlər yazırdı. İbn Əsakir
onun h. 433-cü ilin şəvval ayında (iyun 1042) Dəməşq yaxınlığında vəfat etdiyini qeyd
etmişdir
1637
.
Vaiz Əbü’l-Vəfa Reyhan ibn Əbdülvahid ibn Əhməd ibn Nəsr ibn Hişam ibn
Ruzman Urməvi
Səduq hədis ravisi və hafiz Əbu’n-Nəcib Əbdülğəffar Urməvinin qardaşı idi. Bağdada
gəlmiş və burada təhsil almış, hədis dinləmişdi. Xətib Bağdadi əsərində onun Əbu Əli
ibn Həbəş Dinəvəridən hədis nəql etdiyini və özünün də ondan hədis dinlədiyini qeyd
etmişdir. Əbu Tahir Muhəmməd ibn Əli əl-Əşnani ondan hədis dinləmişdi. Əbü’l-Vəfa
Reyhan Urməvi h. 430-cu ildə (1039) Urmiyədə vəfat etmişdi
1638
.
Şeyx Fəthəddin Əbü’l-Fəzl Əbdülhəmid ibn Muhəmməd ibn Səid Urməvi
1635
Cərir ibn Abdullah əl-Bəcəli (ا. öl. 674) Allah Rəsulunun (م) səhabələrindən idi. Buveyb döyüşü
qəhrəmanlarından biri, Hulvan şəhərinin fatehi idi. İranın və Azərbaycanın fəthi vaxtı Səid ibn Əsin (ا)
başkomandanlığı altındakı İslam ordusundakı hərbi hissələrdən birinə əmirlik etmişdi. Bax: NƏSIROV, Raşidi
Xəlifələr Dövründə Azərbaycanın Fəthi, s. 42, 46.
1636
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. II, s. 116.
1637
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. XXXVI, s. 389-391; İBN MAKULA, İkmal, C. I, s. 65; KƏTTANİ, Zeyl
Tarixi-Məvlid, s. 181.
1638
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. VIII, s. 427.
Fütuvvət əhlinə mənsub şeyx idi. İbnü’ş-Şəhir adı ilə məşuh olmuşdu. Onun ata və
babaları da zöhd və abidlikləri ilə tanınmış təsəvvüf şeyxlərindən idilər. İbnü’ş-Şəhir
Urmiyədə öz adı ilə tanınan zaviyədə irşad və mənəvi tərbiyə ilə məşğul olmuşdu.
Bundan başqa onun zaviyəsində şəhərə gəlmiş qonaqlar, kimsəsizlər, qəriblər və
yetimlər sığınacaq tapırdılar. Şeyx İbnü’ş-Şəhir gözəl əxlaq, həya sahibi, saleh insan idi.
Əxi şeyx Ömər ibn Muhəmməd əl-Xubbaz əş-Şirazi onun yaxın dostu idi
1639
. Ölüm
tarixi məlum deyil. Təqribən XIII əsrdə yaşamışdır.
İbrahim ibn Nasir Urməvi
Mühəddis idi. Qəzvində Əbü’l-Həsən Əli ibn Həsən Cə’duyə, şeyx Əbu Tahir
Muhəmməd ibn Əhməd ibn Əli Urməvi kimi alimlərdən hədis dinləmiş və hədis
elmlərinə dair bilikləri öyrənmişdi
1640
. Ölüm tarixi məlum deyil. X-XI əsrlərdə
yaşamışdır.
Əbu Tahir Qasım ibn Əhməd əs-Saiği Urməvi
Mühəddis idi. H. 477-ci (1084) ildə Qəzvində hədis dərsləri vermişdi. Fəqih Əbü’l-
Qasım Əbdülkərim ibn Həsən əl-Kərəci, Əbü’l-Həsən Əbdüləziz ibn İsmayıl Həsnuyə,
İsmayıl ibn Hibətullah əl-Kəmmuni kimi mühəddislər onun tələbəsi olmuş, dərslərini
dinləmişdilər
1641
. Alimin ölüm tarixi məlum deyil. XI əsrdə yaşamışdır.
Siracəddin Əbü’l-Abbas Əhməd ibn Mahmud ibn Əhməd Urməvi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Qaziü’l-Hüseyniyyə ləqəbi ilə tanınmışdı.
Qahirədəki Əmr ibnü’l-As məscid-mədrəsə kompleksində fiqh dərsləri vermişdi. H.
667-ci ilin cəmaziələvvəl ayında (yanvar 1269) Qahirədə vəfat etmiş və Qələtü’l-
Cəbəlin
1642
ətəklərindəki bağda dəfn olunmuşdu
1643
.
1639
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 36.
1640
RAFİ’İ, Tədvin, C. II, s. 54.
1641
RAFİ’İ, Tədvin, C. IV, s. 136.
1642
Qələtü’l-Cəbəl-hərfi tərcümədə dağ qalası, dağdakı qala mənasını ifadə edir. Qələtü’l-Cəbəl Əyyubi hökmdarı
Səlahəddin Yusif Əyyubi (1169-1193) tərəfindən Qahirə yaxınlığındakı əl-Müqəttəm dağı üzərində inşa etdirilmiş
qala idi.
1643
MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. I, s. 658.
Əbü’l-Məali Məs’ud ibn Şüca’ Urməvi
H. 510-599-cu (1116-1203) illərdə yaşamış şafi’i məzhəbinə mənsub fəqih idi. Onun
müəllifi olduğu ‚Mültəqatat minə’l-Məsaili’l-Vaqeat‛ adlı əsərin əlyazma nüsxəsi
Türkiyə Amasiya Bəyazid İHK-də saxlanılır.
Loqman ibn seyyid Hüseyn əl-Aşuri Urməvi
Osmanlı dövlətində yaşamış tarixçi, astronom və dövlət xadimi idi. Sultan III Murad
(1574-1595) və III Mehmedin (1595-1603) hakimiyyətləri dövründə rəsmi saray tarixçisi
və şahzadə müəllimi olan Loqman Urməvinin əsərləri yaşadığı dövr Osmanlı siyasi,
ictimai, mədəni tarixi, həmçinin saray həyatının təsviri baxımından əvəzedilməz
mənbələrdir. Alim h. 1010-cu (1601) ildə vəfat etmişdir. ‚Qiyafətü’l-İnsaniyyə fi
Şəmailü’l-Osmaniyyə‛ adlı əsərində III Murada qədərki Osmanlı sultanlarının zahiri
görünüşü, geyimləri və dövrlərində baş vermiş mühüm hadisələr haqqında məlumat
vermişdir. Onun bir digər əsəri ‚Hünərnamə‛ adlanır. Bu əsərində sultan Yavuz I Səlim
(1512-1520) və Qanuni I Süleymanın (1520-1566) hakimiyyəti dövründə baş vermiş
mühüm hadisələrdən bəhs etmişdir. ‚Səlim Şahnamə‛ adlı əsərində sultan II Səlimin
(1566-1574) hakimiyyəti dövrü təsvir olunmuşdur. ‚Şahənşahnamə‛ adlı əsəri isə sultan
III Muradın hakimiyyəti dövründə baş vermiş hadisələr haqqındadır. Alimin
‚Mücməlü’t-Tomar‛ adlı əsərində bir neçə risalə yazılmışdır. Buna ‚Nəsəbnameyi-
Humayun‛, ‚Tarixçeyi-Mehr və Müştəri li-Muhəmməd Əssar‛, ‚Tərcümə Ləmiətü’l-
Ənvar‛, ‚Sələfnamə‛, ‚Xələfnamə‛, ‚Müasirnamə‛, ‚Moğolnamə‛, ‚Zəfərnamə‛,
‚Risalətu-Alati’l-Rəsədiyyə‛ adlı risalələr daxil idi. Loqman Urməvi sultan III Muradla
birlikdə bir sıra hərbi səfərlərdə iştirak etmişdi. Məsələn 1596-cı ildə Əyri qalasının
1644
fəthində Loqman Urməvi də iştirak etmişdi
1645
. Bundan başqa Loqman Urməvi
‚Şahnaməyi Ali-Osman‛, ‚Silsilənamə‛, ‚Zübdətü’t-Təvarix‛ kimi əsərlərin müəllifi
idi. İstanbul Topqapı sarayı muzeyinin kitabxanasında alimin ‚Qiyafətü’l-İnsaniyyə fi
1644
Əyri (türkcə Eğri, macarca Eger, almanca Erlau) şəhəri Macarıstanda, Budapeştin təqribən 110 km şimali-şərqində
yerləşir.
1645
BURSALI, Osmanlı Müəllifləri, C. III, s. 135.
Dostları ilə paylaş: |