ildə (1461) onun dərslərini dinlədiyini qeyd etmişdir. Ölüm tarixi məlum deyil. XV
əsrdə yaşamışdır
1655
.
Əbü’l-Fəth Nəsr ibn Əhməd ibn Sinat Urməvi
Fəqih idi. Təhsil almaq üçün Mərvə getmiş və burada Yusif ibn Əyyub Həmədani (öl.
1141) və Əbu Mənsur əl-Kərrainin tələbəsi olmuşdur. Daha sonra doğma şəhəri
Urmiyəyə qayıtmış və bu şəhərin qazisi təyin olunmuşdu
1656
. Ölüm tarixi məlum deyil.
XII əsrdə yaşamışdır.
Əbü’l-Ənəs Xəlil ibn Osman ibn Məkki Urməvi
Təsəvvüf əhlinə mənsub mühəddis, zahid və abid insan idi. Bağdadda Əbü’l-Hüseyn
əl-Əbbadidən hədis dinləmiş və onun söhbət məclislərində iştirak etmişdi. Bir müddət
Fələstinin Əsqəlan şəhərində yaşamış, daha sonra Misirin Dimyat şəhərinə köçmüş və
burada ailə qurub yaşamışdı. Misirin məşhur alimləri ilə görüşmüş və onların elmindən
faydalanmışdı. Əbu Tahir Əhməd əs-Süləfi İsfəhani onun haqqında ‚o, Qur’an əhlindən
idi‛ demişdi. Əbü’l-Ənəs Xəlil Urməvi h. 536-cı ildə (1142) vəfat etmişdi
1657
.
Fəxrü’l-quzat Əbü’l-Fəzl Muhəmməd ibn Ömər ibn Yusif ibn Muhəmməd Urməvi
Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih idi. İbnü’l-İmad onun siqa, mötəbər
mühəddislərdən biri olduğunu qeyd etmişdi
1658
. H. 459-cu (1066-1067) ildə anadan
olmuş və o, azyaşlı ikən ailəsi ilə birlikdə Bağdada köçmüşdü
1659
. Bağdadda təhsil almış,
şeyxülislam Əbu İshaq İbrahim Şirazinin tələbəsi olmuşdu. Şərif Əbü’l-Hüseyn
Muhəmməd ibn Əli ibnü’l-Mühtədi Billah əl-Haşimi, şərif Əbü’l-Qənaim Əbdüssəməd
ibn Əli ibnü’l-Mə’mun əl-Haşimi, Əhməd ibn Muhəmməd ibnü’n-Nəfur əl-Bəzzaz,
1655
SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 245.
1656
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 74-75.
1657
ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 76.
1658
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. IV, s. 403.
1659
Səm’ani onun h. 457-ci ildə (1065) anadan olduğunu, atası ilə birlikdə Bağdada köçdüyünü (Kitabü’l-Ənsab, C. I, s.
75), YAQUT əl-HƏMƏVİ h. 459-cu ildə (1067) anadan olduğunu (
Mu’cəmü’l-Büldan, C. I, s. 154), Tacəddin Sübki isə
h. 459-cu ilin səfər ayında (dekabr 1066) və Bağdadda anadan olduğunu qeyd etmişdirlər (Təbəqatü’ş-Şafi’iyyə əl-
Kübra, C. VI, s. 91).
Əbü’l-Qasım Yusif ibn Muhəmməd əl-Mehrvani, Əbu Cə’fər ibnü’l-Məsləmə əl-
Müəddəl və hafiz Əbu Bəkr Əhməd ibn Əli ibn Sabitdən hədis elmlərinə dair dərslər
almış, hədis dinləmişdi. Daha sonra Deyru’l-Aqul
1660
qaziliyinə təyin olunmuş və bir
müddət bu vəzifəni icra etmişdi. İbn Əsakir
1661
, İbnü’s-Səm’ani, Əbu Tahir əs-Süləfi
İsfəhani, Əbdülxaliq ibn Əsəd ibn Təbərzəd, Fəth ibn Əbdüssəlam ondan hədis
dinləmişdilər. Şeyx Əbü’l-Fərəc ibnü’l-Cəvzi ondan fiqh dərsləri almışdı. Əbü’l-Fəzl
Muhəmməd Urməvi siqa hədis ravisi olmaqdan başqa, çox ibadət edən, fəzilətli, saleh,
xoşrəftar insan idi və Qur’ani-Kərimi çox tilavət edərdi
1662
. O, uzun ömür yaşamış, 85
yaşında vəfat etmişdi. Səm’aninin qeyd etdiyinə görə onunla həmyaş olan hədis
ravilərinin hamısı vəfat etmişdilər
1663
. Bağdadda hədis təhsili almış ravi və
mühəddislərin bir çoxu fəxrü’l-quzat Əbü’l-Fəzl Urməvidən hədis dinləmişdilər. Alim
h. 547-ci ilin rəcəb ayında (oktyabr 1152) vəfat etmişdi
1664
.
Əbu İshaq Yusif ibn Muhəmməd ibn Muhəmməd ibn Ömər ibn Yusif Urməvi
Yaşadığı dövrdə Bağdadın tanınmış mühəddislərindən olan Əbu İshaq Yusif Urməvi
yuxarıda haqqında danışdığımız fəxrü’l-quzat Əbü’l-Fəzl Muhəmməd Urməvinin
nəvəsi idi. Babasından və şeyx Əbü’l-Həsən ibn Əbdüssəlamdan hədis dərsləri almış,
hədis dinləmişdi. Bağdadda hədis dərsləri vermişdi. Ziya əd-Dəməşqi, Nəcib Əbdüllətif
kimi hədis alimləri onun tələbəsi olmuşdular. Alim h. 612-ci ilin rəbiəlaxir ayında
(avqust 1215) Bağdadda vəfat etmişdi
1665
.
1660
Deyru’l-Aqul-İraqda, təqribən indiki Vasit vilayətinin ərazisində yerləşirdi. Deyru’l-Aqul haqqında daha ətraflı
məlumat üçün bax: Əbü’l-Qasım Übeydullah ibn Əhməd İBN XORDADBEH, Məsalikü’l-Məmalik, s. 19, Leiden 1889;
İbrahim ibn Muhəmməd İSTƏXRİ, Məsalikü’l-Məmalik, s. 34, 39, Leiden 1927.
1661
İbn Əsakir öz əsərində qazi Əbü’l-Fəzl Muhəmməd Urməvi ilə Bağdadda görüşdüyünü və onun dərslərini
dinlədiyini qeyd etmişdir. Bax:
Mu’cəmü’ş-Şüyux, s. 260.
1662
SÜBKİ,
Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, c.6, s. 91; İBNü’l-FUVATİ,
Məcməü’l-Adab , C. IV/3, s. 358.
1663
SƏM’ANİ,
Kitabü’l-Ənsab, C. I, s. 75.
1664
ƏSNƏVİ,
Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 64; SƏM’ANİ,
yenə orada; İBNü’l-FUVATİ,
Məcməü’l-Adab , C. IV/3, s. 358;
YAQUT əl-HƏMƏVİ, yenə orada; SÜBKİ, yenə orada; İBNü’l-İMAD, yenə orada; İBN KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-
Füqəhai’ş-Şafi’iyyə, v. 125b-126a; YAQUT əl-HƏMƏVİ,
Mu’cəmü’l-Büldan, C. I, s. 154. Yaqut əl-Həməvi və Tacəddin
Sübki alimin h. 547-ci ilin rəcəb ayında (oktyabr 1152) vəfat etdiyini qeyd etmişdir.
1665
ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, s. 379.