kitabxana, Amasiya Bəyazid İHK və Çorum Həsən paşa İHK-də mövcuddur. ‚Kitabü’l-
Qəvafi‛ ədəbiyyat, şe’r və qafiyə qaydalarına dair əsərdir. Müəllif bu əsərini 1189-cu
ildə yazıb bitirmiş və sultan İzzəddin II Qılıncarslana ithaf etmişdir.
Astronomiyaya dair əsərləri: ‚Bəyanü’n-Nücum‛, ‚Mədxəl ilə İlmü’n-Nücum‛,
‚Məlhamətü’d-Daniyal‛. Bu son əsərinin əlyazma nüsxəsi İstanbul Aya Sofiya
kitabxanası Nr. 2706-da saxlanılır. Həmçinin Çorum Həsən paşa İHK-də bir nüsxəsi
mövcuddur. ‚Kamilü’t-Tə’bir‛ adlı əsəri isə yuxu yozmaları sahəsində yazılmışdır.
‚Kamulü’t-Tə’bir‛in bir nüsxəsi Antaliya Təkəlioğlu kitabxanası Nr. 2142-də
saxlanılmaqdadır. Həmçinin İstanbul Süleymaniyyə əlyazma əsərlər kitabxanası və
Konya Yusifağa kitabxanasında da əlyazma nüsxələri mövcuddur.
Rus şərqşünası Georgi Mixaleviç Kəmaləddin Hübeyş Tiflisinin ‚Bəyanü’s- Sənə‘ət‛
adlı əsərini rus dilinə tərcümə və nəşr etmişdir. Bu əsərin molla Qurban ibn Cəlil
tərəfindən h. 1217-ci (1802) ildə istinsax edilmiş əlyazma nüsxəsi AMEA Əİ Fondu Nr.
B-796/3830-da saxlanılan məcmuənin (vərəq 301b-321a) içində yerləşir. Əsər iyirmi
fəsildən ibarətdir. Kəmaləddin Tiflisi əsərin müqəddiməsində belə yazır: ‚Mən
Bəyanü’n-Nücum adlı əsəri yazıb bitirəndən sonra bu kiçik risaləni yazmağa başladım.
Məqsədim müxtəlif sən’ətlər haqqında söhbət açmaqdır. Onlar haqqında müxtəlif
ərəbcə risalələrdən məlumatlar topladım və müxtəlif sirrləri bəyan etdim. Hansı ki,
bunları müəlliflər öz əsərlərində sirr kimi saxlamışdılar. Kitabı ‚Bəyan-üs-Sən’ət‛
adlandırdım. Hər bir başlığın altında haqqında danışılan sən’ətin müdrikliyini izah
etdim ki, inşaallah oxucu asan dərk etsin. Əgər bu kitab hər hansı bir şəxsin əlinə keçsə
və həmin şəxs bu kitabdan fayda hasil etsə qoy məni xeyirli dualarla yada salsın. Bu
mənim haqqımda xoş xatirə olaraq qalsın. Bu kitabda 20 fəsil var. Mən onları sıra ilə
sadalayacağam. İnşaallah oxucu istədiyini asanlıqla tapa bilər‛
1626
.
Müəllif ilk fəsil olan əl-Kimyada misi və ya qalayı gümüşə çevirə bildiyini iddia
edənləri tənqid edərək onları yalançı adlandırır, sonra isə onların bu saxtakarlığı necə
etdiklərini açıqlayır
1627
. Əsərin yeddinci fəsli isə o dövrdə silah industriyasının inkişaf
səviyyəsi haqqında təsəvvür yaranması üçün yetərli məlumatı ehtiva edir. Kəmaləddin
1626
TİFLİSİ, Bəyanü’s-Sənə‘ət, s. 65.
1627
Həmin əsər, s. 66-67.
Tiflisi burada qılınc, ox ucu, nizə və.s silahların necə daha kəskin və öldürücü gücə
sahib ola biləcəyini və bunların yollarını açıqlayır. Oxların və nizələrin hədəfdən
yayınmaması üçün alim maqnitin odda qızarana qədər saxlanılıb sonra suya atılmasını,
daha sonra isə ox, nizə ucları və ya qılıncın da odda qızarana qədər saxlanaraq həmin
suda soyudulmasını təklif edir. Belə edildikdə silahların dəmir əşyaları maqnit kimi
özünə çəkəcəyini və zirehləri daha asan deşəcəyini bildirir. Bununla yanaşı müəllif
zirehli döyüş geyimləri, ox və nizə uclarının hazırlanma qaydalarını da izah edir
1628
.
Əsərin digər fəsillərində isə Kəmaləddin Hübeyş Tiflisi rəngli və şəffaf şüşələrin
istehsalı, qiymətli daşların müəyyən edilməsi və emalı, şüşə qablar, stəkanlar və
çıraqların hazırlanma üsullarını açıqlayır.
Kəmaləddin Hübeyş Tiflisi 1204-cü ildə vəfat etmişdir
1629
. Alimin öldüyü və dəfn
edildiyi yer haqqında mənbələrdə heç bir məlumata rast gəlmək mümkün olmamışdır.
Ehtimal ki, Kəmaləddin Hübeyş Tiflisi Kayseri şəhərində vəfat etmiş və orada dəfn
edilmişdir.
Əbu Abdullah Hüseyn ibn Abdullah ibn Hüseyn ibn Muhəmməd ibn Hüseyn ibn
Muhəmməd ibn Şuveyx Urməvi
Mühəddis idi. Bağdadda və Bəsrədə təhsil almışdı. Bağdadda Əbu Muhəmməd
Abdullah ibn Übeydullah ibn Yəhya İbnü’l-Bəyi’dən, Bəsrədə Əbu Əmr Muhəmməd
ibn Muhəmməd ibn Bəkr əl-Hizanidən hədis dərsləri almış, hədis dinləmişdi. Misirə
getmiş və orada hədis dərsləri vermişdi. Hafiz Əbü’l-Qasım Hibətullah ibn Əbdülvaris
Şirazi, Əbü’l-Fityan Ömər ibn Əbdülkərim ər-Rəvvasi ondan hədis dinləmiş və nəql
etmişdilər. H. 460-cı ildə (1068) Misirdə vəfat etmişdi
1630
.
Əbu Bəkr Muhəmməd ibn Hüseyn ibn Ömər Urməvi
1628
Həmin əsər, s. 90-91.
1629
Səid Nəfisiyə görə Kəmaləddin Hübeyş Tiflisinin h. 629-cu (1232) ildə vəfat etmişdi. Bax: Tarixi-Nəzm və Nəsr, C. I,
s. 128.
1630
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 74-75; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 154; İBNü’l-ƏSİR, Lübab fi
Təhzibü’l-Ənsab, C. I, s. 44-45.
Şafi’i məzhəbinə mənsub fəqih idi. H. 465-ci ildə (1073) Bağdada gəlmiş, Nizamiyyə
mədrəsəsində oxumuş və Əbu İshaq Şirazidən fiqh təhsili almışdı. Əbü’l-Hüseyn ibn
Mühtədi Billah əl-Haşimi və Əbü’l-Hüseyn ibnü’n-Nuqəvvərdən hədis elmlərini
öyrənmiş və hədis dinləmişdi. Təhsilini başa vurduqdan sonra Bağdadda qalmış və
buradakı mədrəsələrdə tədris fəaliyyəti ilə məşğul olmuşdu. Əllamə Əbu İshaq İbrahim
ibn Mənsur əl-Misri Əbu Bəkr Muhəmməd Urməvinin tələbəsi olmuş, ondan fiqh
elmini öyrənmişdi
1631
. Əbu Müəmmər əl-Ənsari isə ondan hədis dinləmişdi. Alim h.
537-ci ilin məhərrəm ayında (avqust 1142) vəfat etmiş və Kərəc qəbrisatnında dəfn
edilmişdi
1632
.
Əbü’l-Fəzl Muhəmməd ibn Ömər ibn Yusif Urməvi
Mühəddis idi. Əbü’l-Qənaim Əbdüssəməd ibn Əli ibn Mə’mun, Əbu Cə’fər ibnü’l-
Məsləmə, Əbu Ömər əl-Adəmi kimi mühəddislərdən hədis dinləmişdi. Əbü’l-Həsən Əli
ibn Ömər Darəqutni (öl. 995) Əbü’l-Fəzl Muhəmməd Urməvidən hədis dinləmiş
alimlərdən biridir
1633
. Alimin ölüm tarixi məlum deyil. IX-X əsrlərdə yaşamışdır.
Əbu Cə’fər Muhəmməd ibn Hibətullah ibn Firuz Urməvi
Mühəddis idi. H. 529-cu ildə (1135) Qəzvinə getmiş və bu şəhərdə təhsil almışdı. Onun
hədis dinlədiyi alimlərdən Əbu İshaq əş-Şəhhazinin adını çəkmək olar. Əbu Cə’fər
Muhəmməd Urməvi Əbu Mə’şər Əbdülkərim ət-Təbəri kimi ravilərdən hədis nəql
etmişdi
1634
. Ölüm tarixi məlum deyil. XII əsrdə yaşamışdır.
Hafiz Əbu’n-Nəcib Əbdülğəffar ibn Əbdülvahid ibn Muhəmməd ibn Əhməd ibn
Nəsr ibn Hişam ibn Ruzman Urməvi
1631
İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 5.
1632
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, c.6, s.52; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 62; İBN KƏSİR əl-ƏNSARİ, Zeyl
Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, v. 119b.
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 74-75. Səm’ani, Əbu Bəkr Muhəmməd Urməvinin h. 636-cı ildə (1239) vəfat etdiyini
qeyd etmişdir.
1633
RAFİ’İ, Tədvin, C. I, s. 122.
1634
RAFİ’İ, Tədvin, C. II, s. 41.
Dostları ilə paylaş: |