Şəmailü’l-Osmaniyyə‛, ‚Silsilənamə‛ və ‚Zübdətü’t-Təvarix‛ adlı əsərləri mühafizə
edilir. British Library-də isə Loqman Urməvinin ‚Şahnaməyi Ali-Osman‛ və
‚Mücməlü’t-Tomar‛ adlı əsərləri saxlanılır.
İmam Əbü’l-Fəzl Surxab ibn Əbü’l-Qərib ibn Yəhya Urməvi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Bir müddət Hələbdə yaşamış və buradakı
mədrəsələrdən birinə rəhbərlik etmiş, müdərris olmuşdu. Hələb şəhərinin tarixini
yazmış Kəmaləddin ibnü’l-Adim onunla bağlı maraqlı bir hadisəni öz əsərində qeyd
etmişdir. İmam Əbü’l-Fəzl Surxab Urməvinin müdərrisi olduğu Hələbəki mədrəsənin
həyətində bulaq var idi. Bulağın ətrafında içində balıqların olduğu hovuz tikilmişdi. Bir
gün həmin mədrəsənin müəllimi olan fəqihlərdən bir neçəsi öz paltarlarını bu hovuzda
yumuşdular. Sabunun təsirindən hovuzdakı balıqlar ölmüş və Əbü’l-Fəzl Surxab
Urməvi bundan xəbər tutan kimi həmin fəqihləri mədrəsədən qovmuşdu. Mədrəsədəki
işlərindən qovulan şəxslər bununla bağlı Hələb hakimi Məlikü’z-Zahirə (öl. 1216)
şikayət etmişdilər. Məlikü’z-Zahir isə xeyli ədalətsiz bir qərar verərək imam Əbü’l-Fəzl
Surxab Urməvini tutduğu vəzifədən azad etmiş və Ərbilə göndərmişdi. Əbü’l-Fəzl
Surxab Urməvi buradakı Müzəffəriyyə mədrəsəsinə müəllim təyin olunmuşdu. Lakin
o, bu mədrəsədə dərs verdiyi vaxtlarda xəstələnmişdi. İbnü’l-Adim alimlə həmin
mədrəsədə görüşdüyünü qeyd etmişdi. Bir müddət sonra Əbü’l-Fəzl Surxab Urməvi
Ərbildəki Darü’l-Zayf qonaq evinə aparılmış və burada yaşamağa başlamışdı. O,
vəfatından bir müddət əvvəl sahib olduğu qul və kənizləri azad etmiş, bütün var-
dövlətini onlara və ehtiyacı olan insanlara paylamışdı. O, cümlədən şəxsi kitabxanasını
da xeyriyyə məqsədiylə bağışlamışdı. Onun kimsəsi, yəni övladı yox idi. Alim h. 11
cəmadiəlaxir 607-ci ildə (30 noyabr 1210) Ərbildə, Darü’l-Zayfda vəfat etmişdi
1646
.
Şeyx Fəxrəddin Əbu Əli İbrahim ibn Yusif ibn Abdullah Urməvi
Mühəddis idi. H. 642-ci ildə (1244) qardaşı Şərəfəddin Muhəmmədlə birlikdə Misirdə
şeyxü’ş-şərif Kəmaləddin Əbü’l-Həsən Əli ibn Şüca’ əl-Abbasidən hədis dərsləri almış,
1646
İBNü’l-ADİM,
Buğyətü’t-Tələb, C. VIII, s. 225-226.
onun yanında imam Buxarinin ‚Səhih‛ini oxumuşdu
1647
. Ölüm tarixi məlum deyil. XIII
əsrdə yaşamışdır.
Zeynəddin Əli ibn Əhməd ibn Əli ibn Urməvi
Hənbəli məzhəbinə mənsub fəqih idi. Həyatı haqqında ətraflı məlumat yoxdur.
Zeynəddin Əli Urməvi ‚Cəvahirü’t-Təbsir fi İlmü’r-Ruya‛ adlı əsərin müəllifi idi. Alim
h. 835-ci ildə (1432) vəfat etmişdir
1648
.
Əbu’r-Ruh Fərəc ibn Əbu Bəkr ibn Fərəc Urməvi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Əbu’r-Ruh Fərəc Urməvi fəzilətli, saleh və xoşrəftar
insan idi. Xorasanın Nəvqan
1649
şəhərində təhsil almış, Muhəmməd ibn Əbü’l-Abbasdan
fiqh öyrənmişdi. Əbu Səd Nasir ibn Səhl Bağdadi, Muhəmməd ibn Əbu Sə’d ibn Həfs
Nəvqani və Əbu Səid Fərruxzadədən hədis və təfsir dərsləri almışdı. Mərv və İraqa
səyahət etmiş və burada tədrislə məşğul olmuşdur
1650
. Ölüm tarixi məlum deyil. XI-XII
əsrdə yaşamışdır.
Fəxrəddin Həsən ibn Əli ibn Əhməd ibn Əli ibn Hüseyn əl-Hüseyni Urməvi
Seyyid Şərəfəddin Əbü’l-Hüseyn Əli Urməvinin (öl. 1356) nəticəsi idi. Ulu babası kimi
o, da naqibü’l-əşraflığa təyin olunmuşdu. Bir müddət Misir Məmlüklü dövlətində
qaziəsgər müvini vəzifəsini də icra etmişdi. Fəxrəddin Həsən Urməvi yaxşı təhsil
almasına və alim olmasına baxmayaraq bədxərc idi. Bədxərcliyi onun müflisləşməsinə
səbəb olmuşdu. Fəxrəddin Həsən Urməvi büdcədən ayrılmış vəsaitin aidiyyatı üzrə
xərclənməməsi səbəbiylə, əmir Ərənbuğa adlı başqa bir məmurla birlikdə, tutduğu
vəzifədən azad edilmişdi. H. 853-cü ilin səfər ayında (aprel 1449) vəfat etmişdi
1651
.
Həkim Əbu Səid Urməvi
1647
İBNü’l-FUVATİ,
Məcməü’l-Adab , C. IV/3, s. 67-78.
1648
KƏHHALƏ,
Mu’cəmü’l-Müəllifin, C. II, s. 396.
1649
Nəvqan-İranın şimali-şərqində, Tus şəhəri yaxınlığında, indiki Məşhəd vilayəti ərazisində yerləşirdi.
1650
SƏM’ANİ,
Kitabü’l-Ənsab, C. I, s. 74-75.
1651
SƏXAVİ,
Zəvu’l-Lami’, C. II, s. 44.
XII əsrdə yaşamış tanınmış azərbaycanlı təbiblərindən biri idi. Nişaburda yaşayan
həkim Əbu Səid Urməvi burada Fəxrülmülkün
1652
övladlarına müxtəlif fənnlərdən
xüsusi dərslər vermişdi. O, Fəxrülmülkdən aldığı məvacibi toplayaraq 1000 dinara
çatdırdıqdan sonra tədrisdən və insanlarla ünsiyyətdən uzaqlaşaraq sadəcə elmi
tədqiqatla məşğul olmaq istəmiş, lakin 880 dinar toplaya bildikdən sonra vəfat etmiş və
arzusuna qovuşa bilməmişdi. Həkim Əbu Səid Urməvi kəlama dair ‚Kitab fi’l-Alih‛,
fəlsəfə sahəsində ‚Kitabü’l-Məntiq‛, ehtimal ki, həndəsəyə dair ‚Şərhü’l-Məqaləti’l-
Əvvəli və’s-Saniyə min Kitabi-Uqlidis‛ adlı əsərlərin müəllifi idi. Bunlardan sonuncusu
qədim yunan alimi Evkidin əsərlərindən birinə yazılmış şərhdir. Ölüm tarixi məlum
deyil. Vəzir Fəxrülmülkün ölüm tarixi ilə müqayisə edərək həkim Əbu Səid Urməvinin
XII əsrdə yaşadığını söyləmək olar. Zəhirəddin Beyhəqi öz əsərində həkim Əbu Səid
Urməvinin söylədiyi dəyərli kəlamlardan iqtibaslar etmişdi
1653
.
Qiyasəddin Əbü’l-Fəzl Muhəmməd ibn Muhəmməd ibn Əbu Bəkr Urməvi
XIII əsrdə yaşamış təsəvvüf əhlinə mənsub qari idi. Vətəni Urmiyəni tərk edib şərq
ölkələrinə gedərək buradakı alimlər və fəzilətli insanlarla görüşüşdü. Daha sonra
Bağdada gəlmiş və h. 650-ci ildə (1252) Bağdadın mühəddislərindən hədis dinləmişdi.
H. 666-cı ildə (1268) Marağaya qayıtmışdı. İbnü’l-Fuvati onun mülayim və xoşrəftar
insan olduğunu, gündüzlər demək olar ki, əksər hallarda, oruclu oldğunu qeyd
etmişdir
1654
. Ölüm tarixi məlum deyil.
Şeyx Əbdürrəhim ibn Əbdülkərim Urməvi
Hənəfi məzhəbinə mənsub mühəddis idi. Dəməşqdə yaşamışdı. Şeyx Şihabəddin əl-
Hisbaninin tələbəsi olmuş, ondan hədis dərsləri almışdı. Şəmsəddin Səxavi h. 865-ci
1652
Fəxrülmülk 1094-cü ilə qədər Suriya Səlcuqlu sultanı Tutuşun vəziri olmuşdu. Bu tarixdən sonra isə Böyük
Səlcuqlu imperatorlarından Rüknəddin Börkyaruqun (1093-1104) vəziri olmuşdu. 1095-1096-cı illərdə Böyük
Səlcuqlu imp-nda baş vəzir olan Fəxrülmülk atası vəzir Nizamülmülk kimi batıni-xaşxaşilər tərtib etdikləri sui-qəsdə
uğrayaraq öldürülmüşdü. Daha ətraflı məlumat üçün bax: Aydın TANERİ, ‚Büyük Selçuklu İmparatorluğu’nda
Vezirlik‛ , AÜTAD, C. V/8, İstanbul 1967, s. 75-187.
1653
BEYHƏQİ,
Tətimmət Səuəni’l-Hikmə, v
b
47; həmçnn bax: TƏRBİYƏT, Danişməndan, s. 106.
1654
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1214-1215.