Mühəddis idi. Yuxarıda həqqında məlumat verdiyimiz Əbu Muhəmməd Abdullah
Əbhərinin əmisi oğlu olan Əbu Bəkr Muhəmməd, hafiz Əbu Bəkr Əhməd ibn Musa ibn
Mərduyə və Əbu Abdullah Muhəmməd ibn İbrahim əl-Yəzdi əl-Cürcani kimi hədis
alimlərinin tələbəsi olmuşdu. Əbu Bəkr Muhəmməd Əbhəri təhsilini başa vurduqdan
sonra hədis elmləri sahəsində tədrislə məşğul olmuşdu. Əbu Sə’d Əhməd ibn
Muhəmməd Bağdadi, Əbu Mübarək Əbdüləziz ibn Muhəmməd əl-Adəmi Şirazi, Əbu
Tahir Əhməd əs-Süləfi İsfəhani, hafiz Əbu Məs’ud Əbdülcəlil Kütah kimi hədis alimləri
Əbu Bəkr Muhəmməd Əbhərinin tələbəsi olmuşdular
541
. Ölüm tarixi məlum deyil. XI-
XII əsrlərdə yaşamışdır.
İbrahim ibn Yəhya ibn Həkəm əl-Hüzuri Əbhəri
Hədis ravisi idi. Hafiz Əbu Davud Süleyman Təyalisi (öl. 819) və Bəkir ibn Bəkkar kimi
mühəddislərdən hədis dinləmiş və nəql etmişdi. Oğlu Muhəmməd ibn İbrahim
atasından hədis dinləmiş və nəql etmişdi
542
. Ölüm tarixi məlum deyil. VIII-IX əsrlərdə
yaşamışdır.
Əbu Cə’fər Əhməd ibn Muhəmməd ibn Mərzban ibn Azər Əbhəri
Maliki məzhəbinə mənsub mühəddis idi. Əbu Cə’fər Muhəmməd ibn İbrahim əl-
Hüzuri Əbhərinin tələbəsi olmuş, ondan hədis dinləmişdi. Əbü’l-Qasım Əbdürrəhman
ibn Mundə, Mütəhhər ibn Əbdülvahid əl-Bəzzani, Əbu Bəkr Muhəmməd ibn Əhməd
ibn Macə, Əbu Bəkr Muhəmməd ibn Ömər Tehrani ondan hədis dinləmiş və hədis
elmlərini öyrənmişdilər
543
. Ölüm tarixi məlum deyil. Təqribən X-XI əsrlərdə yaşamışdır.
Müqais ibn Əmr ibn Kə’b ibn Sə’d ibn Zeyd Mənat ibn Təmim Əbhəri
Maliki məzhəbinə mənsub fəqih idi. Əbu Ərubə Hüseyn əl-Hərrani, Muhəmməd ibn
Ömər əl-Bağəndi, Muhəmməd ibn Hüseyn əl-Əşnani, Abdullah ibn Zeydan Kufi, Əbu
Bəkr ibn Əbu Davuddan hədis dinləmişdi. İbrahim ibn Müxəllid, onun oğlu İshaq ibn
541
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 86.
542
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 341.
543
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 426.
İbrahim ibn Müxəllid, Əbu Bəkr Birqani, Əbü’l-Qasım ət-Tənuxi, Əbu Muhəmməd əl-
Cəvhəri ondan hədis dinləmiş və nəql etmişdilər. Maliki fiqhinə dair qiymətli əsərlərin
müəllifi idi. Müqais ibn Əbhəri abid, zahid, vəra’ sahibi şəxs idi. Ona Bağdad qaziliyi
vəzifəsi təklif olunmuş, lakin o, imtina etmişdi. Alim h. 289-cu ildə (902) anadan olmuş,
h. 375-ci il şəvval ayında (fevral 986) Bağdadda vəfat etmişdi
544
.
Əbu Abdullah Muhəmməd ibn Əbdürrəhman ibn Muhəmməd ibn Əbdürrəhman
ibn Müslüm Əbhəri
Maliki məzhəbinə mənsub mühəddis və fəqih idi. Misirdə Əbü’l-Bərəkat Hüseyn ibn
Yəhya ibn Əbi Mərağədən hədis dinləmiş və hədis elmlərinə dair bilikləri öyrənmişdi.
Fəqih Əbü’l-Fəth Nəsr ibn İbrahim əl-Məqdisi ondan hədis dinləmişdi. Dəməşqə getmiş
və burada hədis dərsləri vermişdi. Dərslərində tələbələrə əsasən imam Müslümün
‚Səhih‛ adlı hədis külliyatını oxudurdu. Alim h. 3 rəbiəlaxir 472-ci ildə (1 oktyabr 1079)
Dəməşqdə vəfat etmişdir
545
.
Əbu’r-Rəşid Əhməd ibn Muhəmməd əl-Xəfifi Əbhəri
Hədis ravisi idi. Bağdadda yaşamış, burada Zahir ibn Tahir əş-Şəhhamidən hədis
dinləmişdi. Süleyman ibn Muhəmməd əl-Məvsili ondan hədis dinləmişdi
546
. Ölüm
tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Seyfəddin Əhməd Əbhəri
XV əsrdə yaşamış hənəfi məzhəbinə mənsub fəqih və mütəkəllim idi. O, fiqh və kəlam
elmlərinə dair bir sıra əsərlərin müəllifi idi. ‚Haşiyə ələ Şərhi Müxtəsəri’l-Müntəha‛,
‚Haşiyə ələ Şərhi Müntəxasi Sual və’l-Əməl‛, ‚Şərhu Müxtəsər fi İlmi’l-Əxlaq‛,
‚Məvahibü’r-Rəhman fi Məzhəbi’n-Nu’man‛, ‚Haşiyə Şərhü’l-İşarat li’t-Tusi‛ adlı
əsərlər Seyfəddin Əhməd Əbhərinin qələmindən çıxmışdı. Bu əsərlərin əlyazma
nüsxələri Türkiyənin Diyarbəkir İHK, Çorum Həsən paşa İHK, Manisa İHK və Ankara
544
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 69.
545
MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. VI, s. 46; Hibətullah ibn Əhməd ƏKFANİ, Zeylu-Zeyl Tarixi-Məvlidi’l-Üləma və
Vəfayatihim, (Nşr. A. Həməd), s. 10, Riyad 1409.
546
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 707.
Milli kitabxanasında saxlanılır. Seyfəddin Əhməd Əbhərinin ölüm tarixi h. 800-cü
(1397) ildən sonraya təsadüf edir.
Şihabəddin Əhməd ibn Muhəmməd Əbhəri
XV əsrdə yaşamış dilçi alim idi. Onun ərəb dilinin qrammatikasına dair qələmə aldığı
‚Şərhu Müqəddimətü’l-Əcurrumiyyə‛
547
adlı əsərinin əlyazma nüsxələrindən biri
Ankara Milli kitabxanada saxlanılır. Şihabəddin Əhməd Əbhəri h. 800-860-cı (1398-
1456) illərdə yaşamışdır.
Qazi Əbu Əli Hüseyn ibn Əbdürrəzzaq Əbhəri
Şafi’i məzhəbinə mənsub fəqih və Həmədan şəhərinin qazisi olan Hüseyn Əbhəri h.
456-cı (1064) ildə anadan olmuşdu. O, Bağdadda təhsil almış, şeyx Xətib Əli ibn
Muhəmməddin tələbəsi olmuş, fiqh elmini ondan öyrənmişdi. O, fəzilət sahibi, saleh və
mötəbər insan kimi tanınmışdı. Alim h. 530-cu (1136) ildə vəfat etmişdir
548
.
Əbu Zeyd Şükr ibn Əhməd ibn Həməd əl-Müəddib Əbhəri
Mühəddis idi. İsfəhanda Əbu Abdullah Qasım ibn Fəzl əs-Səqəfidən hədis dinləmiş və
nəql etmişdi. Hafiz Əbü’l-Qasım Əli ibn Əsakir (öl. 1175) onun tələbələrindən olmuş,
onun hədis dərslərində iştirak etmişdi
549
. Ölüm tarixi məlum deyil. XII-XIII əsrlərdə
yaşamışdır.
Qazi Fəxrəddin Muhəmməd ibn Xalid ibn Şuheyr Əbu Mənsur əl-Xəfifi Əbhəri
Şafi’i məzhəbinə mənsub fəqih və qazi idi. Seyyid Ziyaəddin Fəzlullah ibn Əli ibn
Abdullah ibn Həsən əl-Həsəni ər-Ravəndinin tələbəsi olmuş və h. 570-ci ildə (1175)
icazətini (diplom) ondan almışdı. Qazi Fəxrəddin Əbhəri alim, fəzilətli və saleh insan
547
İbn Əcurrum adı ilə məşhur olmuş Əbu Abdullah Muhəmməd ibn Muhəmməd ibn Davud ibn Əcurrum əs-
Sinhəci 1273-1323-cü illərdə yaşamış Mərakeşli ərəb filoloqu idi. Onun dilçilik sahəsində qələmə aldığı
‚Müqəddimətü’l-Əcurrumiyyə‛ adlı kitab bu gün də bu sahədə ən samballı əsərlərdən biri hesab olunur. Bu əsərə
bir çox filoloq şərh yazmışdır. Azərbaycanlı filoloqlar Şihabəddin Əhməd Əbhəri və Əbu Bəkr Şirvani də bu əsərə
şərh yazmışdılar.
548
İBN KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, v. 112b-113a.
549
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. III, s. 435.
Dostları ilə paylaş: |