Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə29/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   25   26   27   28   29   30   31   32   ...   191

 

 

123 



 

olan  eĢqindən  əzab  çəkdiyini,  Məcnunla  Leylinin 

bir-birilərini 

görüb 


heyranlıq 

və 


həsrətlə 

baxıĢmalarını,  ya  da  Xosrovla  ġirinin  cənnətmisal 

əfsanəvi  bağçasında  bir-birilərini  qarĢılıqlı  anlayıb 

vurğun 


baxıĢlarla 

süzmələrini 

bir 

kitabın 


səhifəsində  rəsm  eləyəndə  aĢiqlərin  əvəzinə  xanla 

tatar gözəlinin rəsmini cızırmıĢ. Xanla sevgilisi bu 

səhifələrə  baxanda  öz  xoĢbəxtliklərinin  heç  baĢa 

çatmayacağına  əməlli-baĢlı  inanır,  ustad  nəqqaĢı 

tərif  və  qızılla  boğurlarmıĢ.  Ġltifat  və  qızılın 

çoxluğu  usta  nəqqaĢı  axırda  yolundan  çıxarmıĢ, 

Ģeytanın  da  təhrikiylə  rəsmlərinin  qüsursuzluğuna 

görə  qədim  ustadlara  borclu  olduğunu  unutmuĢ, 

qürurla  öz  Ģəxsiyyətindən  də  bir  parça  qatsa, 

rəsmlərinin daha da bəyəniləcəyini güman eləmiĢdi. 

Amma  usta  nəqqaĢın  elədiyi  bu  yenilikləri, 

insansayaq  üslub  izlərini  xanla  sevgilisi  tamamilə 

qüsur  sayıb  kədərlənirlər.  Uzun-uzadı  baxdığı 

rəsmlərdə  keçmiĢ  xoĢbəxtliklərinin  orasından-

burasından  pozulduğunu  hiss  eləyən  kimi  xan 

əvvəlcə səhifələrdə onun rəsm edildiyinə görə tatar 

gözəlini  qısqanır.  Sonra  o,  gözəl  tatar  qızını 

qısqandırmaq  üçün  baĢqa  bir  cariyəylə  seviĢir. 

Hərəm  dedi-qoduçularından  bunu  öyrənmək  tatar 

qızını  o  qədər  kədərləndirir  ki,  dinməz-söyləməz 

özünü  hərəmxana  həyətindəki  sədr  ağacından  asır. 

Elədiyi  səhvi  baĢa  düĢən,  bunun  arxasında  da 

downloaded from KitabYurdu.org




 

 

124 



 

nəqqaşın  öz  üslub  marağının  olduğunu  görən  xan 

da  Ģeytanın  yoldan çıxardığı ustanı həmin  gün kor 

etdirir.  

 

BE 



 

Doğu  məmləkətlərinin  birində  naxıĢsevər 

xoĢbəxt  və  yaĢlı  bir  padĢah  varmıĢ,  yeni  evləndiyi 

gözəllər gözəli çinli qızıyla çox xoĢbəxt yaĢayırmıĢ. 

Sən  demə,  padĢahın  əvvəlki  arvadından  yaraĢıqlı 

oğluyla  gənc  arvadının  könülləri  bir-birini 

tutubmuĢ.  Atasına  xəyanətdən  bağrı  yarılan  oğul 

yasaq eĢqindən utanıb nəqqaĢxanaya çəkilir, özünü 

rəsmə  həsr  eləyir.  EĢqinin  kədəri  və  gücüylə 

çəkdiyinə  görə  rəsmlərinin  hər  biri  o  qədər  gözəl 

olurmuĢ ki, baxanlar qədim ustadların rəsmlərindən 

ayıra  bilməzlərmiĢ,  padĢah  –  ata  da  oğluyla  çox 

fəxr eləyirmiĢ. Çinli gənc arvadısa rəsmlərə baxıb: 

«Bəli,  çox  gözəldi»,  –  deyirmiĢ.  «Amma  imza 

atmasa, illər keçəcək, bu gözəlliyi onun yaratdığını 

kimsə  bilməyəcək».  «Oğlum  rəsmlərə  imza  atsa, 

qədim ustadları təqlid eləyə-eləyə çəkdiyi bu rəsmi 

haqsız  olaraq  öz  adına  çıxmazmı?»  –  padĢah 

deyirmiĢ.  «Üstəlik  imza  atsa,  demiĢ  olmazmı  ki, 

rəsmim  mənim  nöqsanımı  saxlayır?»  YaĢlı  ərini 

inandıra  bilməyəcəyini  baĢa  düĢən  çinli  arvadı 

axırda  həmin  imza  laqqırtılarını  nəqqaĢxanada 

downloaded from KitabYurdu.org



 

 

125 



 

qapanıb  qalan  gənc  oğula  çatdırmağı  bacarır. 

Ardınca  eĢqini  içində  dəfn  eləməyə  məcbur 

olduğuna  görə  qüruru  sınmıĢ  oğul  gözəl  və  gənc 

ögey  anasının  verdiyi  bu  məsləhətə  Ģeytanın  da 

təĢviqiylə inanıb bir rəsmin küncünə – divarla otlar 

arasında  heç  görünməyəcəyini  güman  elədiyi  bir 

guĢəyə  imzasını  atır.  Ġmzaladığı  ilk  rəsm  «Xosrov 

və  ġirin»dən  bir  məclismiĢ.  Yəqin,  bilirsiniz: 

Xosrov  ġirinlə  evlənəndən  sonra  ilk  evliliyindən 

olan  oğlu  ġiruyə  ġirinə  aĢiq  olur,  bir  gecə 

pəncərədən  girib  xəncərini  ġirinin  yanında  yatan 

atasının ciyərinə soxur.  Bəli,  qoca  padĢah  oğlunun 

çəkdiyi  həmin  məclisin  rəsminə  baxanda  qəfildən 

rəsmdə bir nöqsan sezir: imzanı gördüyünə, amma 

bir  çoxumuzun  elədiyimiz  kimi,  gördüyünə  fikir 

vermədiyinə görə rəsmdən ona yalnız belə bir hiss 

qalır ki, «bu qüsurlu rəsmdi». Qədim ustadlar belə 

bir iĢ tutmadıqlarına görə qoca padĢah təlaĢa düĢür. 

Çünki  bu  o  deməkmiĢ  ki,  oxuduğu  cild  hekayə, 

əfsanə  barədə  yox,  kitaba  ən  yaraĢmaz  Ģey  – 

həqiqət  barədə  söhbət  açır.  Qoca  bunu  sezəndə 

qorxur. Elə həmin məqamda da nəqqaĢ oğlu eynilə 

çəkdiyi  rəsmdəki  kimi  pəncərədən  içəri  girir,  

atasının  qorxudan  böyüyən  gözlərinə  baxmadan 

rəsmdəki qədər iri xəncərini onun sinəsinə sancır.  

 

CĠM 


downloaded from KitabYurdu.org


 

 

126 



 

 

Bundan  iki  yüz  əlli  il  qabaq  Qəzvində  kitab 



bəzəməyin,  xəttin  və  nəqĢin  ən  etibarlı,  ən  sevilən 

sənətlər  olduğu  barədə  RəĢidəddin  Qəzvini  öz 

tarixində  müfəssəl  yazıb.  O  zamanlar  Qəzvin 

taxtında oturan, Bizansdan Çinəcən qırx məmləkətə 

hökm eləyən (nəqş sevgisi bu böyük gücün sirri ola 

bilər)  zaman  Ģahının,  nə  yaxĢı  ki,  oğlu  yox  imiĢ. 

Ölümündən  sonra  fəth  elədiyi  məmləkətlər 

bölünməsin  deyə  Ģah  gözəl  qızına  ağıllı  nəqqaĢ  ər 

tapmaq qərarına gələn kimi nəqqaĢxanasındakı üçü 

də  subay  olan  üç  böyük  gənc  ustad  arasında  yarıĢ 

təĢkil  eləyib.  RəĢidəddinin  tarixinə  görə,  yarıĢın 

çox  sadə  mövzusu  varmıĢ:  kim  ən  gözəl  rəsmi 

çəkəcək! Eynilə RəĢidəddin kimi, gənc nəqqaĢlar da 

bunun  qədim  ustadlar  təki  rəsm  eləmək  olduğunu 

bildiklərinə görə üçü də ən sevilən məclisi çəkiblər. 

Cənnətmisal  bir  bağçada  sərv  və  sədr  ağacları, 

ürkək  dovĢanlar  və  təlaĢlı  qaranquĢlar  arasında 

eĢqin kədərindən boğulan, gözlərini yerə dikmiĢ bir 

qız.  Bir-birindən xəbərsiz  eyni  rəsmi  eynilə  qədim 

ustalar kimi çəkən üç nəqqaĢdan ən çox fərqlənmək 

istəyənisə  rəsmin  gözəlliyinə  sahib  çıxmaq 

məqsədilə  bağın  ən  dərin  yerində,  nərgiz 

çiçəklərinin  arasında  imzasını  gizlədir.  Amma 

özünü 


qədim 

ustadların 

təvazökarlığından 

uzaqlaĢdıran  bu  ədəbsizliyi  üzündən  dərhal 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə