136
piĢtaxtalarla kərəvizlərin durduğu yerdən tamaĢa
eləyib çəkərdilər. Bu gün firəng ustadlarının
məğrurcasına öyündüyü perspektiv üsulundan da
xəbərsiz olduqlarına görə bu, onların aləmini itin və
kərəvizin görə biləcəyi qədər məhdud və dar
eləyirdi. Sonra bir Ģey baĢ verdi, bütün nəqĢ
aləmimiz dəyiĢdi. Sizə oradan baĢlayıb məlumat
verim.
ÜÇ NAXIġ VƏ ZAMAN HEKAYƏSĠ
ƏLĠF
Bundan üç yüz əlli il qabaq Bağdad
monqolların əlinə düĢüb rəhmsizcəsinə talandığı
soyuq fevral günü Ġbn ġakir yalnız bütün ərəb
aləminin deyil, bütün Ġslamın ən adlı-sanlı, ən usta
xəttatıydı. Cavan olmasına baxmayaraq, Bağdadın
dünyada məĢhur kitabxanalarında onun yazdığı,
əksəriyyəti Qurani-Kərim olan çoxlu kitab vardı.
Həmin kitabların qiyamətə qədər qalacağına
inandığına görə Ġbn ġakir dərin və sonsuz zaman
fikriylə yaĢayırdı. Bir neçə gün ərzində monqol
xaqanı Hülakünün əsgərləri tərəfindən hamısı
vərəq-vərəq cırılıb, parçalanıb, yandırılıb Dəclənin
sularına atılan, bu gün məlum olmayan həmin
əfsanəvi kitablardan sonuncusu üçün bütün gecəni
downloaded from KitabYurdu.org
137
Ģamların titrək iĢığında qəhrəmancasına çalıĢmıĢdı.
GünəĢin doğmasına arxasını çevirib günbatana,
üfüqə baxmağın ənənəyə və kitabların ölümsüzlüyü
fikrinə sadiq ustad ərəb xəttatlarının beĢ əsrdən bəri
korluğa qarĢı gözü dincəltmək üçün müraciət
elədikləri yol olduğuna görə Ġbn ġakir səhərin
sərinliyində Xəlifə camesinin minarəsinə çıxdı, beĢ
yüz ildən bəri mövcud olan bütöv bir yazı ənənəsini
axıra çatdıracaq hər Ģeyi əvvəlcə Ģərəfədən gördü.
Qabaqca Hülakünün qəddar əsgərlərinin Bağdada
girməsini görüb minarənin baĢında qaldı. Bütün
Ģəhərin talanıb yandırılmasını, yüz minlərlə adamın
qılıncdan keçirilməsini, beĢ yüz ildən bəri
Bağdadda hökm sürən Ġslam xəlifələrinin
sonuncusunun öldürüldüyünü, qadının namusuna
toxunulduğunu, kitabxanaların yandırılmasını, on
minlərlə cild kitabın Dəcləyə atılmasını gördü. Ġki
gün sonra cəsəd qoxuları və ölüm fəryadları
içərisində atılan kitablardan çıxan mürəkkəbin
rəngiylə qırmızıya çalan Dəclənin sularına tamaĢa
eləyəndə gözəl yazıyla yazdığı, indi yox olmuĢ bu
qədər cildin bu dəhĢətli qətliam və təxribatın
qarĢısının alınmasına heç yaramadığı barədə
düĢünüb bir daha yazı yazmamağa and içdi.
Sonrasa ürəyindən o günə qədər Allaha etiraz hesab
eləyib saya almadığı rəsm sənətiylə dərdini və
gördüyü fəlakəti ifadə eləmək keçdi, həmiĢə
downloaded from KitabYurdu.org
138
yanında gəzdirdiyi kağızda minarədən gördüklərini
çəkdi. Monqol istilasından sonra İslam rəsminin üç
yüz il sürən gücünü, onu bütpərəstlərin və
xristianların rəsmindən fərqləndirən şeyi – Allahın
gördüyü yerdən, yuxarıdan üfüq cizgisiylə cızılıb,
səmimi kədərlə rəsm edilməsini həmin xoşbəxt
möcüzəyə bağlamaq olar. Bir də Ġbn ġakirin
qətliamdan sonra əlindəki rəsmlər və ürəyindəki
nəqĢ əzmiylə quzeyə, monqol ordularının gəldiyi
tərəfə gedib çinli ustaların rəsmini öyrənməsinə...
Beləcə, beĢ yüz ildən bəri ərəb xəttatlarının
könlündə yatan sonsuz zaman fikrinin yazıda yox,
rəsmdə gerçəkləşəcəyi məlum oldu. Bunun isbatı
kitabların, cildlərin parçalanıb yox olması, amma
içindəki rəsmli səhifələrin, baĢqa kitabların, baĢqa
cildlərin içində sonsuzluğa qədər yaĢayıb, Allahın
aləmini göstərməyə davam eləməsidi.
BE
Hər Ģeyin hər Ģeyi təkrar elədiyi, buna görə də
qocalıb ölmək olmasa, insanın zaman deyilən bir
Ģeyin mövcudluğunu qətiyyən sezə bilmədiyi,
aləmin də zaman heç yoxmuĢ kimi eyni hekayələr
və rəsmlərlə rəsm edildiyi həm qədim, həm yeni bir
zamanda Fahir Ģahın kiçik ordusu Səlahəddin xanın
əsgərlərini, səmərqəndli Səlimin qısa tarixində də
downloaded from KitabYurdu.org
139
söz açdığı kimi, «pəriĢan» elədi. Müzəffər Fahir Ģah
əsir aldığı Səlahəddin xanı iĢgəncəylə öldürəndən
sonra, ənənəyə görə, əvvəlcə öz möhürünü vurmaq
üçün rəhmətliyin kitabxanasına və hərəmxanasına
baĢ çəkdi. Kitabxanada təcrübəli cildçisi ölmüĢ
Ģahın kitablarını parçalayıb, səhifələrini qarıĢdırıb,
yeni cildlər düzəltməyə baĢladılar. Eyni zamanda
xəttatları xütbələrdəki «hər zaman qalib»
Səlahəddin xanın adını «müzəffər» Fahir Ģahın
adıyla dəyiĢdirməyə, nəqqaĢları kitabların ən gözəl
rəsmlərinə ustalıqla iĢlənmiĢ rəhmətlik Səlahəddin
xanın indidən unudulmağa baĢlamıĢ üzünü silib,
yerinə Fahir Ģahın daha cavan sifətini çəkməyə
giriĢdilər. Hərəmxanaya girəndə Fahir Ģah ən gözəl
qadını dərhal tapmaqda heç bir çətinlik çəkmədi,
amma ona zorla sahib olmaq əvəzinə, kitabdan və
nəqĢdən baĢ çıxaran incə bir adam olduğuna görə
könlünə girməyə qərar verib onunla söhbət elədi.
Beləcə, rəhmətlik Səlahəddin xanın gözəllər gözəli
və gözüyaĢlı arvadı Nəriman sultan yeni əri olacaq
Fahir Ģahdan bircə Ģey istədi. Ġstəyi Leyliylə
Məcnunun eĢqindən bəhs eləyən bir kitabda Leyli
kimi çəkilmiĢ Nəriman sultanın qarĢısında Məcnun
sifətində təsvir edilmiĢ Səlahəddin xanın üzünün
pozulub silinməməsiydi. Ərinin illərdən bəri
hazırlatdığı kitablar vasitəsilə əldə eləməyə
çalıĢdığı əbədiyyət haqqı heç olmasa bir səhifədə
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |