Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə33/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   29   30   31   32   33   34   35   36   ...   191

 

 

140 



 

rəhmətlikdən əsirgənməməliydi. Müzəffər Fahir Ģah 

bu  adi  istəyi  comərdliklə  qəbul  elədi,  nəqqaĢlar  da 

təkcə  o  rəsmə  toxunmadılar.  Beləcə,  Nərimanla 

Fahir dərhal seviĢdilər, qısa müddətdə bir-birilərini 

sevib, keçmiĢin dəhĢətlərini unutdular. Amma Fahir 

Ģah  «Leyli  və  Məcnun»un  cildindəki  o  rəsmi 

yaddan  çıxara  bilmədi.  Yox,  onu  kədərləndirən 

arvadının  keçmiĢ  əriylə  rəsm  edilməsi,  ya  da 

qısqanclıq  hissi  deyildi.  Ġçini  gəmirən  o  möcüzəli 



kitabda, 

qədim 

əfsanələrin 

içində 

rəsm 

edilmədiyinə  görə  arvadıyla  birgə  sonsuz  zamana, 

əbədilərin  sırasına  qarışmamağıydı.  Bu  Ģübhə 

qurdu  beĢ  il  içini  gəmirəndən  sonra  Fahir  Ģah 

Nərimanla  uzun-uzadı  seviĢdiyi  gecənin  axırında 

oğru kimi əlində Ģam gizlicə öz kitabxanasına girdi. 

«Leyli  və  Məcnun»  cildini  açdı,  Nərimanın 

rəhmətlik ərinin yerinə Məcnun sifətində öz üzünü 

iĢləməyə  baĢladı.  Amma  naxıĢ  sevən  bir  çox  xan 

kimi naĢı nəqqaĢ idi, öz üzünü yaxĢı çəkə bilmədi. 

Beləcə,  Ģübhə  üzündən  səhər  kitabı  açan  kitabdarı 

Nəriman  üzlü  Leylinin  qarĢısında  rəhmətlik 

Səlahəddin  xanın  üzü  əvəzinə  yeni  üz  peyda 

olduğunu, amma həmin üzün Fahir Ģahın yox, onun 

əsas düĢməni gənc və yaraĢıqlı Abdulla Ģahın rəsmi 

olduğunu  elan  elədi.  Bu  dedi-qodu  Fahir  Ģahın 

əsgərlərinin  mənəviyyatını  pozduğu  kimi,  qonĢu 

məmləkətin  gənc  və  davakar  yeni  hökmdarı 

downloaded from KitabYurdu.org



 

 

141 



 

Abdulla  Ģaha  da  cəsarət  verdi.  O  da  ilk  savaĢda 

Fahir Ģahı məğlubiyyətə uğratdı. Əsir alıb öldürtdü, 

hərəmxanasına  və  kitabxanasına  öz  möhürünü 

vurdu, həmiĢə gözəl olan Nəriman sultanın yeni əri 

oldu.  


 

CĠM 


 

Ġstanbulda  nəqqaĢ  Uzun  Mehmet,  Əcəm 

ölkəsində  Məhəmməd  Xorasani  kimi  tanınan 

nəqqaĢın  hekayəsi  çox  zaman  nəqqaĢlar  arasında 

uzun  ömür  və  korluğa  misal  təki  danıĢılır,  amma 

bu,  əslində,  nəqĢ  və  zaman  barədə  rəvayətdi. 

Doqquz  yaĢında  bir  Ģəyird  kimi,  həmin  fikrə 

düĢdüyü  nəzərə  alınsa,  təqribən  yüz  on  il  kor 

olmadan  naxıĢ  vuran  o  ustadın  ən  böyük 

xüsusiyyəti xüsusiyyətsizliyi idi. Amma burada söz 

oyunu  aparmır,  səmimi  nəsihət  sözü  söyləyirəm. 

Hər  Ģeyi  hər  kəs  kimi,  daha  çox  da  qədim  böyük 

ustadların  tərzində  rəsm  eləyərdi,  buna  görə  də  ən 

böyük  ustad  idi.  Təvazökarlığı,  Allaha  xidmət 

saydığı naxıĢ iĢinə tamamilə bağlılığı onu çalıĢdığı 

bütün nəqqaĢxanaların daxilindəki davalardan, yaĢı 

uyğun  gəlməsinə  baxmayaraq,  baĢ  nəqqaĢ  olmaq 

həvəsindən  uzaqda  saxladı.  Bütün  naxıĢ  həyatı 

ərzində yüz on il küncdə-bucaqda qalmıĢ detalları, 

səhifənin  küncünü  doldurmaq  üçün  çəkilən  otları, 

downloaded from KitabYurdu.org



 

 

142 



 

ağacların minlərlə yarpağını, buludların əlçimlərini, 

atların  bir-bir  daranmalı  olan  yalmanlarını,  kərpic 

divarları,  bir-birini  hey  təkrar  eləyən  saysız-

hesabsız  divar  bəzəyini,  qıyıq  gözlü,  incə  çənəli, 

hamısı  bir-birinin  eyni  olan  minlərlə  sifəti  səbirlə 

nəqĢ  elədi.  Çox  xoĢbəxt,  çox  sakit  idi.  Heç  özünü 

gözə  soxmağa,  üslub  və  Ģəxsiyyət  tələbləri  irəli 

sürməyə  cəhd  eləmədi.  Həmin  məqamda  hansı 

xanın,  ya  da  Ģahzadənin  nəqqaĢxanası  üçün 

çalıĢırdısa,  oranı  ev,  özünü  də  o  evin  bir  əĢyası 

saydı.  Xanlar,  Ģahlar  bir-birilərini  boğazlayıb, 

nəqqaĢlar  da  hərəm  qadınlarıtək  Ģəhərdən  Ģəhərə 

yeni  əfəndilərin  yanına  gedən  kimi,  yeni 

nəqqaĢxananın  üslubu  əvvəlcə  onun  çəkdiyi 

yarpaqlarda,  çəməndə,  qayaların  qıvrımında,  onun 

səbrinin gizli qatlarında üzə çıxırdı. Səksən yaĢında 

olanda  fani  olduğu  da  unuduldu,  rəsm  elədiyi 

əfsanələr  içində  yaĢadığına  inanmağa  baĢladılar. 

Bəlkə  də  buna  görə  bəziləri  onun  zamandan  xaric 

mövcud  olduğunu,  buna  görə  də  heç  vaxt  qocalıb 

ölməyəcəyini  deyirdi.  Evsiz,  yurdsuz  həyatını 

nəqqaĢxana  otaqlarında,  çadırlarında  gecələyə-

gecələyə,  vaxtının  çoxunu  kağıza  baxa-baxa 

keçirməsinə baxmayaraq, axırda kor olmamasını da 

ondan  ötrü  zamanın  dayanması  möcüzəsiylə 

bağlayanlar da vardı. Bəziləri isə, əslində, onun kor 

olduğunu,  amma  hər  Ģeyi  əzbərdən  çəkdiyinə  görə 

downloaded from KitabYurdu.org



 

 

143 



 

görməsinə  artıq  ehtiyac  qalmadığını  söyləyirdi. 

Ömründə  heç  evlənməyən,  heç  seviĢməyən  bu 

əfsanəvi  ustad  yüz  il  çəkdiyi  qıyıq  gözlü,  sivri 

çənəli  və  ay  üzlü  gözəl  adam  nümunəsi,  çinli  və 

xorvat qarıĢığı, qanlı-canlı on altı yaĢlı bir Ģəyirdinə 

kimi,  ġah  Təhmasibin  nəqqaĢxanasında  yüz  on 

doqquz yaĢında rast gələn kimi haqlı olaraq dərhal 

aĢiq  oldu.  Ağlagəlməz  dərəcədə  gözəl  olan  oğlan 

Ģəyirdi  ələ  gətirmək  üçün  həqiqi  aĢiqin  eləyəcəyi 

kimi  nəqqaĢlar  arasında  iqtidar  davalarına,  ara 

qarıĢdırmağa  giriĢib  özünü  yalan-palana,  hiyləyə 

həsr  elədi.  Yüz  il  ərzində  uzaq  qalmağı  bacardığı 

günün tələblərinə çatmağa çalıĢmaq istəyi xorasanlı 

ustad  nəqqaĢı  əvvəlcə  canlandırdısa,  qədim  əfsanə 

zamanların  sonsuzluğundan  da  qopardı.  Gözəl 

Ģəyirdə tamaĢa elədiyi bir ikindi vaxtı açıq pəncərə 

qabağında  Təbrizin  soyuq  küləyilə  üĢüdü,  ertəsi 

gün  asqıranda  kor  oldu,  iki  gün  sonra  da 

nəqqaĢxanasının  hündür  daĢ  pilləkənindən  yıxılıb 

öldü. 

Qara:  «Xorasanlı  Uzun  Mehmetin  adını 



eĢitmiĢdim, amma bu hekayəni bilmirdim», – dedi. 

Bu  sözləri  hekayənin  sona  çatmasını  baĢa 

saldığını,  beynini  danıĢdıqlarımla  dolu  olduğunu 

bildirmək  üçün  nəzakətlə  söyləmiĢdi.  Bir  az 

susdum  ki,  mənə  doyunca  tamaĢa  eləsin.  Çünki 

əllərimin boĢ durması məni rahatsız elədiyinə görə 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə