Основные термины информационной безопасности



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/42
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8893
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

87 
konfranslarında  qərara  alınıb.  Hazırda  OSVDB layihəsi 
ç
ərçivəsində  200-ə  yaxın  könüllü  mütəxəssis tərəfindən  boşluqlar 
üzr
ə  mərkəzləşdirilmiş  verilənlər  bazası  yaradılıb,  bazaya  giriş 
açıqdır və axtarış vasitələri var. Verilənlər bazasında hər bir boşluğa 
unikal OSVBD ID nömr
əsi verilir.  
 
Open Web Application Security Project (OWASP)  
T
ətbiqi  veb  proqramların  təhlükəsizliyi üzrə  açıq  layihə  – tətbiqi 
veb proqramların təhlükəsizliyi ilə məşğul olan onlayn cəmiyyət. 
 


88 

 
Packet sniffer 
Paket snifferi – 
şəbəkə trafikini müşahidə edən və qeydiyyata alan 
proqram t
əminatı. 
 
Padlocking 
Kilidl
əmə  –  verilənləri və  ya proqram təminatını  icazəsiz 
kopyalamaqdan qorumaq üçün xüsusi üsullardan istifad
ə edilməsi. 
 
Passive attack 
Passiv hücum – autentifikasiya protokoluna 
qarşı hücum; bu zaman 
hücum ed
ən autentifikasiya edilən və autentifikasiya edən arasında 
şəbəkədə  gedən məlumatları  ələ  keçirir,  lakin  məlumatları 
d
əyişdirmir. 
 
Passive threat 
Passiv t
əhdid  –  verilənlərin  emalı  sisteminin  vəziyyətini 
d
əyişdirmədən informasiyanın açıqlanması təhlükəsi. 
 
Passive wiretapping 
Passiv dinl
əmə  –  verilənləri  əldə  etmək məqsədilə  telefon 
m
əlumatlarının gizli dinlənilməsi. 
 
Pass the hash   
Heş  keçidi  –  hakerə  parol  əvəzinə  parolun  NTLM  və  ya  LanMan 
heş-kodundan istifadə  edərək məsafədəki sereverdə/servisdə 
autentifikasiya olunmağa imkan verən hakinq üsulu. 
 
Password 
Parol – autentifikasiya m
əlumatı kimi istifadə edilən simvol sətri. 
 
Password Authentication Protokol (PAP) 
Parolun autentifikasiya
sı protokolu – kommutasiya edilən xətlərlə 
qoşulma  protokolu  (Point-to-Point Protocol, PPP)  üçün 
autentifikasiya protokolu. Protokol istifad
əçi identifikatorunun və 


89 
parolun  şifrələnmiş  şəkildə  göndərilməsini nəzərdə  tutur. 
Autentifikasiya prosesin
ə  təşəbbüs edən  kompüter  identifikator və 
parolun 
gönd
ərilməsini  autentifikasiya sistemi  istifadəçinin 
h
əqiqiliyini təsdiq edənə və qoşulmanı kəsənə kimi davam etdirir. 
 
Patch   
Yamaq  - 
kompüter  proqramını  və  ya onu dəstəkləyən verilənləri 
yenil
əmək və  onlarda düzəlişlər  etmək üçün nəzərdə  tutulmuş 
proqram t
əminatı. 
 
PDCA (Plan-Do-Check-Act)  
PHYT  (
Planlaşdırma-Həyata keçirmə-Yoxlama-Təkmilləşdirmə
−  prosesl
ərin fasiləsiz  yaxşılaşdırılması  üzrə  məşhur  modeldir, 
informasiya t
əhlükəsizliyinin idarə  edilməsi üzrə  ISO/IEC 27001 
standartının və digər standartların əsasında dayanır. PHYT tsiklinin 
m
ərhələlərini İnformasiya Təhlükəsizliyinin İdarə edilməsi Sistemi 
(İTİS) üçün qısaca aşağıdakı kimi ifadə etmək olar: 
1. Plan
laşdırma. İTİS-i yaradın.  
2. H
əyata keçirmə. İTİS-i həyata keçirin və istismar edin.  
3. Yoxlama
İTİS-in monitorinqi və yoxlanması.  
4.  T
əkmilləşdirmə.  İTİS-i  işlək vəziyyətdə  saxlayın  və  təkmilləş-
dirin.  
PDCA tsikli Şuhart-Deminq tsikli kimi də tanınır.  
 
Penetration 
Nüfuzetm
ə − təhlükəsizlik mexanizmlərindən uğurla keçilməsi. 
 
Penetration testing 
(qısa formada pentest) 
Nüfuzetm
ə  testi  –  təşkilatın  sifariş  əsasında  informasiya 
t
əhlükəsizliyi  mexanizmlərinin  yoxlanması  üzrə  göstərilən xidmət. 
Ekspertl
ər belə testləri yerinə yetirməklə potensial bədniyyətli kimi 
istifad
ə  edilən təhlükəsizlik mexanizmlərindən yan keçməyə, 
sifarişçinin daxili şəbəkəsinə sızmağa və infrastrukturun kritik vacib 
komponentl
ərinə  giriş  əldə  etməyə  cəhd edirlər.  Nüfuzetmə 
testl
ərinin köməyi ilə təhlükəsizlik sisteminin nöqsanları aşkarlanır 
v
ə onların istismarının mümkün nəticələri qiymətləndirilir. 


90 
Perfect Forward Secrecy (PFS)  
Birbaşa  mükəmməl məxfilik  –  bəzi  açar  razılaşdırma  (ing. key-
agreement) 
protokollarının  xassəsi. Zəmanət verilir ki, uzun-
müdd
ətli açarlar toplusunun köməyi ilə generasiya edilmiş sessiya 
açarları uzunmüddətli açarlardan biri ələ keçdikdə sındırılmayacaq.   
 
Perl  –  yüks
ək səviyyəli, ümumi təyinatlı,  interpretatorla  işləyən, 
dinamik proqramlaşdırma dilləri ailəsi.  
 
Personnel security 
Şəxsi heyətin təhlükəsizliyi − kritik informasiyaya girişi olan bütün 
şəxslərin zəruri icazə və müvafiq səlahiyyətlər almasını təsdiqləyən 
prosedurlar. 
 
PGP (Pretty Good Privacy) 
−  şifrləmə  və  rəqəmsal imza 
əməliyyatlarını  yerinə  yetirməyə  imkan verən kriptoqrafik 
funksiyalar  kitabxanası.  İlkin  versiyası  1991-ci ildə  Filip 
Zimmerman t
ərəfindən işlənmişdi. OpenPGP (RFC 4880) standartı 
say
əsində  PGP-nin  funksional  imkanları  müxtəlif, lakin öz 
aralarında  və  digər proqramlarla (GnuPG, FileCrypt və  s.)  uyuşan 
bir  sıra  realizələri var.  Geniş  yayılmış  əməliyyat sistemlərinin 
hamısı  üçün  realizələri  mövcuddur.  Pulsuz  yayılan  realizələri ilə 
yanaşı, kommersiya realizələri də vardır. 
 
Pharming  
Farminq  –  veb-
saytın  trafikini  saxta sayta (adətən,  fişinq  saytına) 
yönl
əndirən kiberhücum.  Farminq hücumunu hədəf kompüterdəki 
“hosts” f
aylını dəyişməklə və ya DNS serverin proqram təminatında 
boşluğu istismar etməklə həyata keçirmək olar. DNS serverlər veb-
sayt  adlarını  real  IP-ünvanlara çevirir.  Korlanmış  DNS serverləri 
b
əzən “zəhərlənmiş” adlandırırlar.  
 
Phishing 
Fişinq  (“balıq  ovu”)  –  aldadıcı  kompüter  vasitələrinin  köməyi  ilə 
istifadəçilərin  konfidensial  fərdi  məlumatları  açıqlamağa  məcbur 
edilməsi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə