Oxu təLİMİ Müəllimlər üçün vəsait


İSOAT -  “İzlə”, “Soruş”, “Oxu”, “Anlat”, “Təkrarla”



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix21.06.2023
ölçüsü0,84 Mb.
#118375
1   ...   5   6   7   8   9   10   11   12   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait (2)

İSOAT - 
“İzlə”, “Soruş”, “Oxu”, “Anlat”, “Təkrarla” 
1960-cı ildə psixoloq Rohm tədris prosesində apardığı araşdırmalar əsasında oxu 
sürətinin, qavramanın, yaddasaxlamanın və oxuyub anlamanın keyfiyyətini artırmaq 
üçün oxu prosesini 5 mərhələdə təşkil etməyi təklif etmişdir. 
“İSOAT”ın açılışı belədir:
 “İzlə”, “Soruş”, “Oxu”, “Anlat”, “Təkrarla”. 
1.
İzlə ̶
mətnin əvvəldən sona qədər nəzərdən keçirilməsi, ilkin baxış mərhələsidir. 
Burada verilmiş mətni bütöv oxumaq vacib deyil, bu zaman mövzunun adına, hər bir 
abzasın ilk və son cümləsinə, mətn daxilində xüsusi işarə və formalarla fərqləndirilən 
söz və ifadələrə diqqət yetirilir.
2.
Soruş. 
Bu addımda “izlə” mərhələsində oxunulanlarla bağlı suallar vermək 
şərtdir. Əgər oxuyarkən suallar yaranmayıbsa, deməli, mövzu kifayət qədər 
qavranılmayıb. Mövzu başlıqlarına, oxşar və fərqli cəhətlərə nəzər salarkən yaranan 
sualları imtahan sualları kimi bir vərəqdə qeyd etmək lazımdır. Bu addım cəmi 5-10 
dəqiqə vaxt aparır. 
3.
Oxu. 
Burada “Soruş” mərhələsində yazılan suallara cavab tapmaq və ehtiyac 
olarsa, onları qeyd etmək lazımdır. Eyni zamanda əsas fikirlərin, xüsusi işarəli söz və 
ifadələrin diqqəti daim cəlb etməsi üçün həmin hissənin (hissələrin) altından xətt 
çəkmək, yaxud xüsusi işarələrlə fərqləndirmək lazımdır. 


15 
4.
Anlat (İzah et). 
Bu mərhələdə “Soruş” mərhələsindəki sualların cavabları başqa 
bir adama anladılırmış kimi uca səslə izah edilir. 
5.
Təkrarla. 
Nəzərə alsaq ki, öyrənilən biliklərin təxminən 70 %-i ilk bir saatda 
unudulur, onda “Anlat” mərhələsində məlumatın yenidən təkrarına ehtiyac yaranır. 
Məlumdur ki, kifayət qədər öyrənilməmiş məlumatları nəql etmək mümkün deyil. 
Buna görə də təkrarlar çatışmazlıqları görmək və tamamlamaq üçün faydalıdır. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə