Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix21.06.2023
ölçüsü0,84 Mb.
#118375
1   ...   4   5   6   7   8   9   10   11   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait (2)

Tənqidi oxu 
Məqsəd şagirdləri suallarla mövzu üzərində düşündürmək, oxuduqları mətnin 
müsbət və mənfi tərəflərini dəyərləndirərək öz fikirlərini bildirməyə şərait 
yaratmaqdır. Onlar həm də mətndə təsvir olunan hiss, düşüncə və hadisələr arasında 
səbəb-nəticə əlaqəsi qurmağa çalışır, öz təcrübələri əsasında oxuduqlarını 
mənalandırırlar. 
Xorla oxu 
Məqsəd
şagirdlərin oxu və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməkdir. Bu zaman 


13 
şagirdlər şeiri və ya nəsr əsərini hissələrə ayıraraq xorla oxuyurlar.
Şagirdlər qruplara ayrılırlar və müəllim əvvəlcə mətni oxuyub izah edir. Sonra isə 
şagirdlər mətni xorla oxuyurlar. Xorla oxu üç formada təşkil oluna bilər: 
l. Bütün siniflə: bu zaman mətni bütün sinif oxuyur. 
2. Qruplarla: mətn hissələrə ayrılır və hər qrup bir hissəsini oxuyur. 
3.
Qarşılıqlı oxu: şagirdlər iki qrupa ayrılır, mətnin müəyyən hissəsini bir qrup, 
digər hissəsini isə ikinci qrup oxuyur. 
Müzakirəli oxu 
Məqsəd
şagirdlərin mətnin mövzusu ilə bağlı biliklərini, hiss və düşüncələrini 
başqaları ilə paylaşmağına, qarşılıqlı fikir mübadiləsi aparmağına şərait yaratmaq
bununla da onlarda məsələyə müxtəlif tərəflərindən baxmaq bacarığı qazandırmaqdır. 
Bu metodda mətni hissə-hissə və ya bütöv şəkildə oxumaq olar və müzakirə bütün 
siniflə, yaxud qruplarla keçirilə bilər. Müzakirənin sonunda isə ümumi fikirlərdən 
ibarət mətn tərtib olunur.
Müzakirədə bütün şagirdlərin iştirakını və bir-birlərinin fikrinə hörmətlə 
yanaşmağını təmin etmək lazımdır.
Rollu oxu 
Məqsəd
şagirdlərin mətnin quruluşunu, dilini, obraz və personajların xarakterini 
anlamağına nail olmaqdır. Şagirdlər mətni oxuduqdan sonra onu dialoq şəklində tərtib 
edir və teatr ssenarisi hazırlayırlar. Ancaq bir şərtlə ki, mətnin məzmununda heç bir 
dəyişiklik edilmir, adi danışıq cümlələri və hadisələr əsasında hər bir şagird özü 
oxuyacağı hissəni hazırlayır. Dialoq tərtib edərkən mətnin şagirdlər tərəfindən 
qavranılmasına da fikir vermək lazımdır. Yəni şagirdlər mətnin məzmunundan asılı 
olaraq oxuduqları hissələri izah etməyi bacarmalıdırlar. 
Əzbərləmə 
Məqsəd
 
şagirdlərin yaddaşını gücləndirmək, onlara cümlələrin quruluşunu, lüğət 
tərkibini, ana dilindən düzgün, səlis və gözəl istifadə etməyi öyrətməkdir. Bu metodda 
şagirdlər yaş səviyyələrinə, ehtiyac və maraq dairələrinə uyğun mətnləri (şeirləri, nəsr 
əsərlərini, kəlamları və s.) müəyyən müddət ərzində əzbərləyirlər. Sonra əzbərlənən 
mətnləri sinifdə və ya sinifdanxaric fəaliyyətlərdə təqdim edirlər. Əzbərləmə üsulu ilə 


14 
şagirdlərin söz ehtiyatı, özünəinamı artır, onlarda ana dilindən düzgün istifadə 
bacarıqları formalaşır. 
Müqayisəli oxu 
Məqsəd müqayisələr aparmağı öyrədərək şagirdlərin təfəkkürünü və bacarıqlarını 
inkişaf etdirməkdir. Oxudan sonra müəllim şagirdlərdən əvvəl oxuduqları mətnlərlə 
həmin mətnin oxşar cəhətlərini soruşur, onlara mətnləri məkan, zaman, obraz, mövzu, 
ideya, hadisə və personajlara görə müqayisə etməyi və onlar arasında əlaqə yaratmağı 
tapşırır. 
"Bu əsərin mövzusu ilə əvvəllər oxuduğunuz əsərin mövzusu arasında nə əlaqə 
var?", "Bu iki əsərin obraz və personajları arasında hansı oxşarlıqlar var?"
tipli 
suallarla şagirdlərə istiqamət vermək olar. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə