Oxu təLİMİ Müəllimlər üçün vəsait


Təxmin edərək (proqnozlarla) oxu



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix21.06.2023
ölçüsü0,84 Mb.
#118375
1   2   3   4   5   6   7   8   9   10   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait (2)

Təxmin edərək (proqnozlarla) oxu 
Məqsəd
şagirdləri oxu prosesində daha da fəallaşdırmaq üçün müxtəlif yollarla 
onlarda mətnə qarşı maraq yaratmaqdır. Proqnozlarla oxu bir neçə yolla həyata 
keçirilir.


12 
1.
Əvvəlcə şagirdlər mətnin müəyyən hissəsini oxuyurlar. Müəllim şagirdlərə 
"Mətndə baş verən və baş verə biləcək hadisələri" iki ayrı sütunda yazmağı tapşırır. 
Sonra mətnin davamını oxuyur və şagirdlər mətndəki hadisələrin necə nəticələndiyini 
başqa bir sütunda yazırlar.
2.
Müəllim əvvəlcə mətnin bir hissəsini səsli oxuyur və mətnlə bağlı şagirdləri 
maraqlandıran ifadə və sualları lövhəyə yazır. Sonra isə mətnin davamı oxunulur və 
sualların cavabı mətndə tapıldıqca onların üstündən xətt çəkilir. 
3.
Müəllim şagirdlərə mətni oxumağa başlamazdan əvvəl mətnin başlığından, 
illüstrasiyalardan və s. istifadə edərək məzmunla bağlı fərziyyələr irəli sürməyi tapşırır.
Səsli oxu zamanı oxunu dayandırıb, "
Sizcə, ardı necə ola bilər?", "Mətnin 
davamında hadisələrin düşündüyünüz kimi baş verməsinin səbəbi nədir?"
tipli suallar 
verməklə şagirdləri mətn üzərində düşünməyə istiqamətləndirmək olar. 
Sual verməklə oxu 
 
Müəllim şagirdlərə oxudan əvvəl və oxu zamanı mətnin məzmunu ilə bağlı suallar 
hazırlamağı tapşırır. Məqsəd onları mətn üzərində düşünməyə təşviq etməkdir. Bu 
metod iki formada hayata keçirilir: 
1.
Səsli və ya səssiz oxudan sonra şagirdlər mətni oxuyarkən onlarda yaranan 
sualları yazır, sonra isə qruplara bölünərək həmin suallara cavab axtarırlar. Hər 
qrupdan (sinifdən) bir şagird yoldaşına sual verir. 
2.
Şagirdlər oxuya başlamazdan əvvəl mətnin başlığını və oxu zamanı yaranan 
sualları lövhəyə yazırlar. Sonra isə cavabları artıq mətndə tapılan sualların üstündən 
xətt çəkirlər. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə