Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix21.06.2023
ölçüsü0,84 Mb.
#118375
1   2   3   4   5   6   7   8   9   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait (2)

Nəzərdən keçirərək oxu 
üsulundan kitabla ilkin tanışlıq üçün istifadə edilir. Bu, 
oxunun vacib üsullarındandır. Məşhur rus kitab həvəskarı N.A.Rubakinin mükəmməl 
oxu texnikası bu cür təsvir olunur: "O, insanı təəccübləndirəcək dərəcədə sürətlə 
oxuyurdu, daha doğrusu, kitaba bir neçə dəqiqədə nəzər salaraq onu qiymətləndirməyi 
bacarırdı. Kitabı götürürdü, ön sözə göz gəzdirirdi, mündəricatda müəllifin mövqeyini 
bildirən əsas fikirləri axtarırdı və nəticədə, kitabın məzmununu qiymətləndirirdi”. 
Oxu üsulları bizə təbii və sadə görünən oxu prosesinin əslində nə qədər mürəkkəb 
və müxtəlif olduğunu göstərir. Bu üsullara yiyələnmək isə sürətli oxu vərdişi qədər 
vacib məsələdir. 
Qeydlər aparmaqla oxu 
Məqsəd
şagirdlərin oxu prosesində fəallığını artırmaq, vacib məlumatları, fikir və 
hadisələri yadda saxlamağına şərait yaratmaqdır. Səsli və səssiz oxu zamanı 
şagirdlərdən oxunun məzmunu ilə bağlı qeydlər aparmaq tələb olunur. Bunun üçün 
şagirdlərə müxtəlif tapşırıqlar verilir. Səsli oxuya başlamazdan əvvəl mətnin növü və 
mövzusu haqqında məlumat verilir, qeydlər apararkən diqqət ediləcək məqamlara 
toxunulur. Müəllim şagirdlərin diqqətini həmin istiqamətə yönəltmək üçün əsas 
cümlələri və ya hissələri ikinci dəfə oxuyur. Şagirdlər iş vərəqlərinə oxuduqları mətndə 
əhəmiyyətli hesab etdikləri məqamları qeyd edirlər. Oxu bitdikdən sonra şagirdlərin 
qeydləri dəyərləndirilir.
İşarələyərək oxu 
Məqsəd
şagirdlərə mövzunu anlamağa kömək edən açar sözləri 
müəyyənləşdirməyi və əsas hissələri ayırd etməyi öyrətməkdir. “Qeydlər aparmaqla 
oxu” üsulundan fərqli olaraq bu üsulda şagirdlər əsas hissələri mətn üzərində 
işarələyirlər. Sonra isə seçdikləri həmin hissələri öz cümlələri ilə ifadə edərək yeni bir 
mətn hazırlayırlar. Beləliklə də, onlar həm də mətnin əsas ideyasını anlayırlar. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə