P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə69/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   65   66   67   68   69   70   71   72   ...   103

247 
 
Əkilib-becərilən  hər  bir  məhsuldan  zəkat  çıxarmağı  va-                     
cib  sayan  İmam  Əbu  Hənifə  bəzi  axmaqların  nəzərində  ar-
zuedilməz  şəxsdir!  Onlara  görə,  Əbu  Hənifənin  məzhəbinə 
bağlanmaq  olmaz. 
Fərqli-fərqli  mühit  və  şəraitləri  nəzərdən  keçirirəm.  Baş-                
lıca  vəzifəm  bu  cəmiyyətlərdə  Allah  və  axirət  inancını  yay-              
maq,  insanları  islamın  əsasları  ilə  tanış  etməkdir.  Həmin 
cəmiyyətlərdə  sonradan  müsəlman  olub,  hicab  geyinən  qa-
dınlara  niqab  geydirməyi  əsla  düşünmədim! 
Xristian  ikən  kilsəyə  gedən  qadınlara  müsəlman  olduqla-              
rında  məscidə  getməyi  qadağan  etmədim.  Amma  ağılları  qı-                 
sır  bəzi  insanlar  mənimlə  mübahisəyə  girişdilər,  əleyhimə                     
bir  çox  ittihamlar  səsləndirdilər... 
İnsanlara  islam  haqda  danışdığımda  həmişə  deyirəm:  “İd-              
dia  edilir  ki,  qadın,  eşşək  və  qara  it  namaz  qılanların  qaba-            
ğından  keçdikdə  namaz  pozulur.  Heyrətlənirəm:  bu  sa-
dalananlar  arasında  hansı  ortaq  cəhət  var  ki,  namazı  batil            
edənlər  kateqoriyasına  daxildirlər?”  
İbadətlərlə  bağlı  ikinci  dərəcəli  məsələ  qəbilindən  sayılan                
bu  “hökm”ü  ləğv  etmək  istəyən  alimlərin  yanında  olmuşam, 
olacağam  da! 
                                                                                                                   
çilərə  (bəlkə  də  onlar  əkib  becərdikləri  torpaqların  heç  sahibi  də  deyil-                
lər,  icarəyə  götürənlərdir)  yükləyir,  hindqozu,  çay  və  kauçuk  plan-
tasiyalarının  sahiblərini  isə  bundan  azad  edir”,  –  deyə  islamı  ittiham 
edirmişlər...”  Bax:  Yusif  əl-Qərdavi.  Sünnəyə  münasibətimiz  necə  ol-
malıdır?  /  tərcümə  edən:  Elvüsal  Məmmədov.  Bakı:  “CBS  –  Polygraphic 
Production”  mətbəəsi,  2011, səh. 133-134 – tərcüməçinin qeydi.  


248 
 
Fikir  ayrılıqları  və  müxtəlif  ictihadların  mövcudluğu  bizim 
tariximizdə  adi  və  məqbul  haldır.  İctihad  doğru  olsa  da,                    
səhv  çıxsa  da,  Allah  tərəfindən  savabla  mükafatlandırılır.  İcti-
hadlar  dəvətə  mane  olub,  ümumun  mənafeyini  tapdalama-
malıdır.  
Qadının  qanbahasının  kişininki  qədər  olduğunu  bildirən 
görüşə  tərəf  çıxır,  bu  məsələdə  müəllimlərimin:  Məhəmməd              
əbu  Zəhrənin,  Mahmud  Şəltutun,  Məhəmməd  Həsəneyn   
Məxluf  və  başqalarının  yolu  ilə  gedirəm.  
Bəli,  mən  “İslam  qadına  həqarətlə  baxır,  onun  qanını                     
ucuz  tutur”  iddiasını  puça  çıxarmaq  üçün  yuxarıdakı  seçimi               
etmişəm.  
Bəzi  müsəlmanlar  bu  axmaq  fikrə  tərəfdar  çıxır,  Məhəm-              
məd  peyğəmbərin  timsalında  bütün  aləmlərə  göndərilmiş  
ümumi  rəhmətin  qabağını  maneələrlə  kəsirlər.  Onlar  islamı  
qadın  həbsxanası  halına  gətirmiş,  qadının  insanlığını  nəzərə 
almayan  quruma  çevirmişlər... 
Şeyx  Əbdülqadir  əl-Əmmari  (anadan  olub  –  1935)  qadına 
verilən  qanbahasının  kişininki  qədər  olduğunu  təsdiqləyə-                 
rək  yazır: 
“Pak Allah buyurur: 
“Heç  bir  möminə  başqa  bir  mömini  öldürmək  yaraşmaz.                 
Bu,  səhvən  (xəta  üzündən)  olduqda  müstəsnadır.  Hər  kəs                    
bir  mömini  səhvən  öldürərsə,  o  zaman  o,  mömin  bir  qul                      
azad  etməli  və  öldürülmüş  şəxsin  ailəsi  qanbahasını  sədəqə  
olaraq  bağışlamadıqda,  onlara  (ölən  şəxsin  varislərinə)  tam 
şəkildə  qanbahası  verməlidir.  Əgər  (öldürülən  şəxsin  özü) 
mömin  olduğu  halda,  sizə  düşmən  olan  bir  tayfadandırsa,                       


249 
 
o  vaxt  (öldürülən  şəxs)  mömin  bir  qul  azad  etməlidir.                       
Əgər  (öldürülən  şəxs)  sizinlə  əhd  (müqavilə)  bağlamış  bir 
tayfadan  olarsa,  o  zaman  onun  ailəsinə  qanbahası  verməklə 
bərabər,  mömin  bir  qul  dəxi  azad  etmək  lazımdır.  Hər  kəs               
(azad  etməyə  qul)  tapa  bilməsə,  o,  Allah  tərəfindən  tövbə-               
sinin  qəbul  edilməsi  üçün  bir-birinin  ardınca  (arası  kəsil-            
mədən)  iki  ay  oruc  tutmalıdır.  Allah  (hər  şeyi)  biləndir,  hik-              
mət  sahibidir!” (ən-Nisa, 92). 
Ayədə  Allah  təala  demir  ki,  qadına  veriləcək  qanbahası 
kişininkinin  yarısı  qədərdir.  Ayə  həm  kişilər,  həm  də  qadın-                 
lar  üçün  ümumidir.  Bu  ümumiliyi  konkretləşdirən  (yalnız  ya 
kişiyə,  ya  da  qadına  aid  edən)  nə  bir  ayə,  nə  də  səhih                          
hədis  mövcuddur.  Elə  isə  ümumilik  ümumiliyində  qalmalıdır. 
Əmr  ibn  Həzmə  istinadən  rəvayət  edilmiş  hədis  də  bunu 
təsdiqləyir:  “Mömin  canın  qanbahası  yüz  dəvədir”.  Hədisin 
mətnindəki  “nəfs”  (can)  sözü  həm  kişiləri,  həm  də  qadınları  
ifadə  edir.  Yəni,  kişi  və  qadın  öldürüldükdə,  hər  ikisinə                      
eyni  miqdarda  qanbahası  düşür.  
Qadınların  qanbahasının  kişilərə  düşən  qanbahasının  ya-                
rısı  qədər  olmağı  haqda  Əmr  ibn  Həzmin  rəvayət  etdiyi                 
hədisə  gəlincə,  onun  barəsində  müxtəlif  mülahizələr  irəli               
sürmək  olar.  Çünki  “Qadının  qanbahası  kişininkinin  yarısı 
qədərdir”  cümləsinə  heç  də  bütün  hədislərdə  rast  gəlmi-                     
rik.  Həmçinin,  bu  hədisin  Qurandakı  ümumi  fikri  konkret-
ləşdirəcək  qədər  güclü  istinadı  yoxdur.  
Yaralandığı  və  ya  öldüyü  təqdirdə  qadına  və  kişiyə  düşən 
qanbahası  miqdarı  arasında  fərq  qoymaq  gülməli  hökmlə-                    


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə