P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə77/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   73   74   75   76   77   78   79   80   ...   103

277 
 
edim  ki,  evlərini  başlarına  yandırsınlar.  Onlar  bilsələr  ki, 
(məsciddə)  nəsibləri  yağlı  sümük  olacaq,  onda  namaza  tez 
gələrlər”
1
.  
Söhbət,  xüsusən  sübh  və  yatsı  namazlarından  gedir.  Çün-                
ki  münafiqlər  üçün  bu  namazlarda  iştirak  etmək  çox  çətin                  
idi... 
Biz  möminlərin  məscidləri  doldurub,  səf-səf  dayanmala-              
rını,  müasir  maddi  mədəniyyətin  cazibədarlığına  müqavi-                    
mət  göstərmələrini  alqışlayırıq.  Maddiyyat  mədəniyyəti  kiçik 
işlərlə  məşğul  olan  nəsillər  yetişdirmiş,  kütlələri  Allahın  ra- 
zılığını  qazandıracaq  işlərdən  uzaqlaşdırmışdır... 
Bununla  yanaşı,  biz  hər  nə  qədər  savabı  az  olsa  da,  nama-               
zını  evdə,  bazarda,  iş  yerində...  qılanlara  “namazın  heçdir”  – 
demirik... 
Bu  haqda  hədisçi  alimlərin  müəyyən  görüşləri  vardır.  Mə-
sələn,  İbn  Ümmi-Məktuma  istinadən  Əbu  Davud  və  İbn                  
Macə  rəvayət  edirlər  ki,  İbn  Ümmi-Məktum  bir  dəfə  Pey-
ğəmbərdən
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  soruşubmuş:  “Ey  Alla-                 
hın  rəsulu,  mən  kor  adamam.  Məni  gəzdirən,  amma  mənim-                  
lə  xoş  rəftar  etməyən  bələdçim  var.  Evimdə  namaz  qılmağı-                   
ma  icazə  vardırmı?”  Peyğəmbər  ona  deyir:  “Çağırışı  (azanı) 
eşidirsənmi?”  İbn  Ümmi-Məktum:  “Bəli”,  –  deyə  cavab  verir. 
Peyğəmbər  deyir:  “Elə  isə  sənə  icazə  düşmür”
2

                                                 
1
 Hədisi İmam  Buxari,  Əhməd  ibn  Hənbəl  və  Darimi  rəvayət  etmişlər. 
2
 Hədisi  Əbu  Davud,  İbn  Macə,  İmam  Malik  və  Əhməd  ibn  Hənbəl  rə-              
vayət  etmişlər.  


278 
 
Hədisi  Əbü  Hüreyrəyə  istinadən  İmam  Müslim  və  Nəsai 
aşağıdakı  versiyada  rəvayət  etmişlər:  
“Peyğəmbərin
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  yanına  kor  bir  kişi 
gəlib...”. 
Bu  hədis  göstərir  ki,  camaat  namazı  fərzi-eyndir.  Amma 
Qümari  etiraz  edir:  
“Bu  hədis  “şaz”dır.  Buna  da  Ütban  ibn  Malikin  rəvayət                
etdiyi  hədis  dəlalət  edir.  Belə  ki,  Ütban  ibn  Malik  Peyğəm-              
bərin 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  yanına  gəlib  deyir:  “Ey  Alla-                  
hın  rəsulu,  mən  kor  adamam.  Qəbiləmlə  birlikdə  namaz  qı-            
lıram.  Yağışlar  olduqda  mənimlə  qəbiləmin  arasındakı  vadiyə               
sel  gəlir.  Mən  də  onların  məscidinə  gedib  namaz  qıla  bilmi-             
rəm.  Ey  Allahın  rəsulu,  istərdim  ki,  sən  gəlib  evimdə  namaz 
qılasan  (bizə  namaz  qıldırasan)  və  mən  də  oranı  namaz-              
gahıma  çevirim.”  Peyğəmbər
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  de-                    
yir:  “İnşallah,  gələrəm”.  
Hədisi  Müslim  və  başqaları  rəvayət  etmişlər.  
Bu  hədisdən  məlum  olur  ki,  üzrlü  səbəblərdən  camaat 
namazında  iştirak  etməmək  olar.  Bu  məsələdə  “icma”  vardır.  
Bəzi  alimlər  demişlər:  “İbn  Ümmi-Məktuma  ona  görə  icazə 
verilməmişdi  ki,  o,  namazlarını  Peyğəmbər  məscidində  qılır-             
mış.  Bu  məsciddə  camaatla  namaz  qılmaqdan  imtina  etmək 
olmaz.  Çünki  Peyğəmbər 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  bu  məsci-               
də  gəlir,  möminlərə  namaz  qıldırırmış”. 
Biz  heç  bir  ədəbsizlik  və  qabalığa  yol  vermədən  bu  mə-              
sələdə  Şeyx  Qümari  ilə  razılaşmırıq.  Biz  bu  məsələdə  haqqı                
əsas  tuturuq. 


279 
 
Qurani-Kərimdən  öyrənirik  ki,  Mağaradakıların  (Əshabi- 
Kəhf 
) cəsədlərinə  rast  gələnlər  ixtilafa  düşmüşdülər:  
“...O  zaman  (Tərsusdakı  möminlər  və  kafirlər)  öz  arala-            
rında  onların  (əshabi-kəhfin)  işi  (və  ya  insanın  öləndən                 
sonra  dirilib-dirilməyəcəyi,  dirilmənin  yalnız  ruhla,  yaxud  ruh               
və  bədənlə  birlikdə  olacağı  kimi  dini  məsələlər)  barəsində 
mübahisə  edirlər.  (Nəhayət,  əshabi-kəhf  öldükdən  sonra  ka- 
firlər)  dedilər:  “Onların  üstündə  bir  bina  tikin.  Rəbbi  (on-                   
ların  öldüyünü,  yaxud  yenidən  yuxuya  getdiyini  və  nəyə                 
etiqad  etdiyini)  daha  yaxşı  bilir!”  Onların  (əshabi-kəhfin) 
haqqındakı  mübahisədə  qalib  gələnlər  (möminlər)  isə:  “On-              
ların  (məzarı)  üstündə  (Allaha  ibadət  etmək  məqsədilə)  bir 
məscid  tikəcəyik!” – dedilər” (əl-Kəhf, 21). 
Bu  ayə  göstərir  ki,  saleh  bəndələrin  qəbirləri  üstündə                
məscid  tikmək  əvvəlki  dövrlərdə  yayğın  iş  imiş.  İslam  gəldiyi 
zaman  qəbirlərin  üstündə  namaz  qılmağı  “məkruh”  saymışdır. 
Belə  ki,  Peyğəmbər  deyib:  
“Qəbirləri  məscidlərə  çevirməyin.  Bunu  sizə  qadağan  edi-
rəm”
1

Mümkündür  ki,  məscidlərdə  ibadət  edənlərin  qəlbi  orada  
dəfn  olunmuşlara  zaman  keçdikcə  bağlansın  və  onlar  öl-              
müşləri  özlərinə  şəfaətçi  tutsunlar.  “əl-Cin”  surəsində  deyi-                 
lir: 
“Şübhəsiz  ki,  (bütün)  məscidlər  Allaha  məxsusdur.  Allah-              
dan  başqa  heç  kəsə  ibadət  etməyin!” (əl-Cin, 18).  
                                                 
1
 Hədisi  İmam  Buxari,  İmam  Müslim,  Əbu  Davud,  Nəsai,  Darimi  və                  
Əhməd  ibn Hənbəl  rəvayət  etmişlər.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə