P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə73/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   69   70   71   72   73   74   75   76   ...   103

262 
 
Şəxsi  görüşləri  ilə  digərlərindən  fərqlənmiş  tabein  dövrü 
alimləri  də  vardır.  Bu  “ixtilaf”  onların  görüşlərinin  mötəbər-              
liyini  əsla  zədələməmişdir.  Əsas  olan  şey  dəlildir,  çoxluq  de-               
yil!  
Dörd  İmamdan  eləsi  olmuşdur  ki,  digər  üçünün  dediyi  ilə 
razılaşmamış,  fərqli  mövqedən  çıxış  etmişdir.  Onların  bu  fərq-               
li  görüşlərini  davamçıları  doğru  sayıb  mənimsəmişlər.  
Əhməd  ibn  Hənbəlin  məzhəbi  dini  mətnlərə  köklənmiş 
məzhəbdir.  Bu  məzhəb  özünəməxsus  görüşləri  (müfrədat)                     
ilə  məşhurdur.  Çoxları  bu  görüşlər  haqqında  şer  yazmış,                
əsərlər  qələmə  almışlar.  Tədqiqatçılar  fiqh  kitablarında  tez-                
tez  bu  cümləyə  rast  gəlirlər:  “Filan  görüş  hənbəlilərin  “müf-
rədat”ındandır”. 
Müsəlmanların  böyük  əksəriyyətinin  nəzərində  etibar  qa- 
zansa  da,  Dörd  Məzhəb  Allahın  dininə  aid  yeganə  höccət 
deyildir.  Əksinə,  höccət  o  şeydir  ki,  nəqli  və  əqli  dini  dəlillərə 
əsaslansın. 
Bəzi  görüşləri  “şazz”  (anormal,  müstəsna),  “köhnəlmiş” 
(məhcur)  və  “zəif”  adlandırmaq  ümumi  və  mütləq  mənada  
doğru  deyildir.  
Neçə-neçə  “köhnəlmiş”  görüş  vardır  ki,  sonradan  yayğın                
hala  gəlmişdir.  Vaxtı  ilə  “zəif”  qəbul  edilən  görüşlər  gün               
gəlmiş,  alimlər  tərəfindən  təsdiqlənərək  mötəbər  sayılmışdır. 
Sonradan  alimlərin  sahib  çıxıb,  dəlillərlə  mötəbərliyini  əsas-
landırdıqları,  fitvalarında  başlıca  arqument  olaraq  seçdikləri  
“şaz”  fikirlərə  də  tarixdə  rast  gəlinir.  
Misal  üçün  götürək  Şeyxülislam  İbn  Teymiyyənin  bir  sıra 
görüşlərini.  İmam  bu  görüşləri  üzündən  hansı  əziyyətlərə  qat-


263 
 
laşmamışdı  ki?!  Əsrlər  boyu  alimlər  onun  bu  görüşlərini  “ic-           
manı  yarıb  keçən”  (icmaya  zidd)  görüşlər  adlandırmışdılar.                  
XX  əsr  tarixə  qədəm  basdığında  hamı  anladı  ki,  şeyxülisla-                    
mın  bu  görüşləri  ailə  təsisatını  dağılmaqdan  qoruyan  xilase-               
dici  gəmi  rolunu  oynayır. 
 
 


264 
 
 
 
Doqquzuncu fəsil 
SÜNNƏYƏ DAİR KOMMENTARİLƏR 
 
  
Peyğəmbərin  hədislərinin  toplandığı  Altı  Kitab  hicri  üçün-             
cü  əsrin  əvvəllərində  qələmə  alınmışdır.  Biz  bunu  onların 
müəlliflərinin  yaşadıqları  tarixdən  də  aydın  şəkildə  görürük. 
Hədis  imamları  bu  işdə  bacarıqlı  idilər;  onların  zəhməti  və 
xidmətləri  danılmazdır.  
Belə  ki,  hicri  tarixlə  İmam  Buxari  194-256,  İmam  Müslim  
204-261,  İmam  Nəsai  215-303,  İmam  Əbu  Davud  202-275, 
İmam  Tirmizi  209-270,  İmam  İbn  Macə  isə  207-273-cü  il-              
lərdə  yaşamışdır.  
İlk  iki  əsr  ərzində  Peyğəmbərin
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
 
hədisləri  şifahi  şəkildə  nəsillərdən-nəsillərə  ötürülmüş,  müəy-            
yən  hissəsi  də  yazıya  köçürülmüşdü.  Həmin  vaxt  həm  səhih,             
həm  də  “zəif”  hədislər  xalq  arasında  geniş  yayılmışdı.  Alim-                 
lər  insanlara  islamı  öyrədir,  “çeşmə”sini  imkanları  daxilində               
saf  saxlamağa  çalışırdılar... 
Məlumdur  ki,  İmam  Əbu  Hənifə  İraqda,  İmam  Malik  isə 
Hicazda  öz  məzhəblərini  qurmuşlar.  Müsəlmanlar  arasında 
xüsusi  çəkisi  olan  bu  məzhəblər  Qurana  və  Sünnəyə  əsasla-               
nır.  Ümumiyyətlə,  islam  tarixində  elə  bir  kəs  olmamışdır  ki, 
Sünnəni  Quranın  möhtərəm  “əlavə”si  hesab  etməsin.  Düzdür,  
bu  və  ya  digər  hədisin  səhihliyi,  Peyğəmbərə  aidliyi  mə-                   
sələsi  ətrafında  mübahisələr  istisna  olunmur.  Amma  bu  mü-


265 
 
bahisələr  danılmaz  bir  həqiqətə  əsla  xələl  gətirməmişdir:  Al-            
lahın  kitabı  və  Peyğəmbərin  sünnəsi  İslamın  əsas  mənbələ-              
ridir!  
Alimlər  müşahidə  etmişlər  ki,  məlum  altı  kitab  müəllif-              
lərinin  (Buxari,  Müslim,  Nəsai,  Əbu  Davud,  Tirmizi,  İbn               
Macə  –  mütərcim)  qoyduqları  səhihlik  şərtləri  (meyarları) 
fərqlidir.  Çünki  bu  müəlliflər  nəhəng  hədis  irsi  ilə  qarşı-qar-               
şıya  gəlmişdilər.  Odur  ki,  hədislərin  səhihliyindən,  Peyğəm-              
bərə 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  aidliyindən  əmin  olmaq  üçün            
yollar  axtarmalı  olmuşdular.  
İmam  Buxari 
(Allah  rəhmət  etsin!)
  həqiqəti  axtarıb  dəqiqləşdirmək-               
də  çox  mühafizəkar  olmuşdur.  Məsələn,  Buxariyə  görə,  bir 
hədisin  məqbul  sayılması  üçün,  eyni  dövrdə  yaşamış  və  hə-               
min  hədisi  rəvayət  etmiş  iki  ravinin  bir-biri  ilə  görüşüb-
görüşmədiyini  isbatlamaq  şərtdir.  Buxari  özünün  “Səhih”  
kitabını  çoxsaylı  hədis  kütləsini  “ələklədikdən”  sonra  yazmış- 
dır... 
Buxarinin  “Səhih”ində,  təkrarları  çıxsaq,  təxminən  2600  hə-            
dis  vardır... 
İmam  Müslimə  gəlincə,  nisbətən  az  mühafizəkar  idi.  O, 
ravilərin  eyni  dövrdə  yaşamasını  hədisin  səhihlik  şərtlərindən  
biri  hesab  etsə  də,  onların  görüşüb-görüşmədiyini  araşdır-
mamışdır.  İmam  Müslim  güman  edirdi  ki,  eyni  dövrdə  yaşa-            
maq,  həm  də  görüşməkdir  və  ya  bu  qəbil  şey  deməkdir.  Odur             
ki,  onun  kitabındakı  hədislərinin  sayı  daha  çoxdur... 
Altı  kitabdan  yerdə  qalanlarına  gəlincə,  onlarda  səhih,  “hə- 
sən”,  “zəif”  və  uydurma  (mövzu)  –  belə  hədislərin  sayı  çox                
azdır – hədislər  toplanıb.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə