P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə70/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   66   67   68   69   70   71   72   73   ...   103

250 
 
rin  çıxarılmasına  səbəb  olmuşdur.  Məsələn,  İmam  Malik  belə 
rəvayət  edir:  
“Rəbiə  ibn  Əbdürrəhman  bir  dəfə  Səid  ibn  Müseyyib-                    
dən  soruşur:  “Qadının  bir  barmağına  nə  qədər  düşür?”

                  
Deyir:  “On  dəvə.”  Yenə  soruşur:  “Bəs  iki  barmağa?”  Cavab              
verir:  “İyirmi  dəvə.”  Təkrar  sual  edir:  “Üç  barmağa  bəs  nə              
qədər  düşür?”  Səid  deyir:  “Otuz  dəvə.”  Rəbiə  bir  daha  so-               
ruşur:  “Yaxşı,  bəs  dörd  barmaq  necə,  nə  qədər  qanbahası 
verilməlidir?”  Səid:  “İyirmi  dəvə”,  –  deyə  cavab  verir.  Rəbiə  
Səidə  baxır:  “Yəni,  yaraları  çoxalıb,  müsibəti  şiddətləndikcə               
ağlı  azalır  (qanbahası  miqdarı  azalır).”  Səid  ona  deyir:  “Sən 
iraqlısanmı?  (Yəni,  İraqda  Əbu  Hənifənin  başçılıq  etdiyi                  
“rəy”  məktəbindənsənmi?)”  Rəbiə  deyir:  “Əksinə,  ehtiyatlı 
davranan  alim,  ya  da  öyrənən  nadanam!”  Səid  deyir:  “Bu 
Sünnədir  (yəni,  mən  Sünnəyə  əsasən  danışıram),  qardaşoğ-            
lu!”
1
  
Alimlər  bildirmişlər  ki,  burada  Sünnə  dedikdə  Mədinə              
əhlinin  görüşü  nəzərdə  tutulur!  Söhbət  Peyğəmbərdən
  (Ona                            
Allahın  xeyir-duası  və  salamı  olsun!)
  bizə  səhih  və  aşkar  istinadla  gəlib  çat-                 
mış  Sünnədən  (hədisdən)  getmir... 
Rəbiənin  etirazı,  şübhəsiz  ki,  doğrudur.  Səidin  verdiyi  ca-                
vab  da  bu  etirazın  həqiqiliyinə  xələl  gətirə  bilmir.  Etiraza                      
tuş  gəlməmək  üçün  ölüm  və  ya  yaralanma  halında  qadın  və   
kişiyə  eyni  qanbahasını  vermək  lazımdır.  Tutarlı  sayılan  bu              
                                                 

  Yəni,  bir  barmağı  yaralanarsa,  nə  qədər  qanbahası  ödənməlidir  –  tər-
cüməçinin qeydi.
  
1
 İmam Malik. Müvətta, “Qanbahası” fəsli, bab № 11. 


251 
 
görüş  hənəfiləri  ittiham  etməyə  əsas  vermir.  Zəif  hədislər                   
əqli  dəliləri  puça  çıxara  bilməz. 
Yeri  gəlmişkən,  deyim  ki,  Şeyx  Əllamə  Yusif  əl-Qərdavi 
(anadan  olub  –  1926)  fiqhi  “ixtilaf”ın  mahiyyəti  və  təsirləri  
haqda  sanballı  yazı  qələmə  alıb.  Onu  burada  dərc  etmək                
mənim  üçün  çox  xoşdur.  Ağıl  sahibləri  və  şəriətin  məq-
sədlərindən  baş  çıxaranlar  üçün  faydalı  yazıdır.  Belə  insanlar 
“ixtilaf”dan  təfriqə  qayırmazlar,  “ixtilaf”ları  bölünmə  vasitə-               
sinə  çevirməzlər.  Onsuz  da,  ümmət  tarix  boyu  təfriqə  və  par-
çalanmadan  əziyyət  çəkmişdir.  Düşmən  də  bundan  faydalana- 
raq  müsəlmanların  axırına  çıxmaq  istəmişdir... 
 


252 
 
 
 
İctihad məsələlərində  
qətiyyətlə “yox” deməyin! 
 
 
Ustad Yusif əl-Qərdavi yazır: 
“Bir  neçə  məna  daşıyan  və  fərqli  izahlara  açıq  olan  ic-                   
tihad  məsələlərində  qəti  fikir  söyləməkdən  çəkinmək  mü- 
bahisəli  mövzulara  görə  islam  dəvətçiləri  arasında  yaranmış 
məsafəni,  bəlkə  də,  qısaldacaqdır.  Həmçinin,  başqalarının  belə 
məsələlərə  dair  görüşlərini  inkar  etməmək  bu  məsafəni  qı-            
saldan  əsas  amildir.  Bu  səbəbdən  alimlərimiz  demişlər:  
“İctihad  məsələlərinə  görə  kimsə  kimisə  inkar  edə  bilməz. 
Müctəhid  digər  müctəhidin  fikirlərini  inkar  etməməlidir. 
“Müqəllid”in  də  (təqlidçinin)  digər  “müqəllid”i  inkar  etmək 
haqqı  yoxdur,  o  ki  qaldı  bir  müctəhidi  inkar  etsin”. 
Şeyxülislam  İbn  Teymiyyədən 
(Allah  rəhmət  etsin!)
  soruşurlar:  “İc-
tihad  məsələlərində  bəzi  alimləri  təqlid  edən  və  ya  mövcud                    
iki  yanaşmadan  (görüşdən)  birini  əsas  götürən  şəxs  məzəm-            
mətə  layiqdirmi?  Ona  digər  görüşlərdən  istifadəni  qadağan 
etmək  olarmı?”  
Alim  belə  cavab  verir:  “Allaha  həmd  olsun!  İctihad  mə-
sələlərində  bəzi  alimlərin  dediklərinə  riayət  edənləri  bu  sə-
bəbdən  qınamaq  olmaz.  İki  görüşdən  birinə  əməl  edəni 
məzəmmətləmək  yolverilməzdir.  Əgər  bir  məsələ  ətrafında  iki 
görüş  (yanaşma)  mövcuddursa  və  bir  insana  onlardan  biri    
üstün  tutulmağa  daha  layiq  görünürsə,  ona  əməl  edə  bilər.                  


253 
 
Əks  halda,  üstün  tutulmağa  ən  layiq  görüş  haqda  etibar  et-                
diyi  alimləri  təqlid  etməlidir.  Doğrusunu  Allah  bilir”
1

Həmçinin,  Şeyxülislama  belə  bir  sual  verilmişdi:  “Bir  şəxs 
müsəlmanların  əmiri  təyin  edilir.  Bu  əmirin  məzhəbində  “şir-      
kəti-əbdan”

  caiz
∗∗
  hesab  olunmadığı  halda  o,  insanlara  bunu 
(“şirkəti-əbdan”ı – mütərcim)  qadağan  edə  bilərmi?” 
Belə  cavab  verir:  “Həmin  əmir  ictihada  açıq  bu  və  bən-                 
zəri  məsələləri  qadağan  edə  bilməz.  Belə  ki,  bu  cür  məsəl-                     
ləri  qadağan  edən  nə  bir  ayə,  nə  bir  hədis,  nə  icma
∗∗∗
,  nə  də                 
bu  qəbildən  bir  dəlil  vardır.  Alimlər  bu  cür  məsələlərin  caiz 
olmağı  haqda  çox  danışmışlar.  Bütün  məmləkətlərdə  mü-
səlmanlar  bu  cür  şərikliklər  qururlar. 
Habelə,  hakim  (qazı)  bu  qəbil  məsələlər  haqda  başqaları-               
nın  çıxardığı  hökmü  inkar  etməməlidir.  Nə  bir  alim,  nə  də  bir 
müfti  belə  məsələlərdə  insanları  özünə  təhkim  edə  bilməz. 
                                                 
1
 Şeyxülislam İbn Teymiyyə. Fitvalar toplusu, cild XX, səh. 207. 

  Şirkəti-əbdan:  İki  və  daha  artıq  insanın  müəyyən  bir  işdə  (odun-               
çuluq,  ovçuluq,  faydalı  qazıntıları  çıxarma  və  s.)  şərik  olmalarıdır.  Əldə 
olunan  gəlir  razılaşdıqları  şərtlərə  əsasən  bölünür.  İmam  Şafei  bu  cür 
ortaqlığı  məqbul  hesab  etmədiyi  halda  digər  üç  məzhəb  imamı  edirlər  – 
tərcüməçinin qeydi. 
 
∗∗
  Caiz:  (ərəb.  “icazəli”).  Fiqh  termini  olub  şəriət  baxımından  icrası  
qadağan olunmayan əməli, işi ifadə edir – tərcüməçinin qeydi. 
∗∗∗
  İcma:  İslam  alimlərinin  dini  bir  məsələnin  şəriət  statusu  ətrafında               
yekdil  qərara  gəlmələri  və  bütün  müsəlmanların  bu  qərarı  qəbul  etmələ-             
rini  ifadə  edən  termin;  konsensus;  müsəlman  hüququnun  (fiqhin)  üç 
mənbəyindən  biri.  Azərbaycan  dilindəki  “icma”  sözü  ilə  qarışıq  sa-
lınmamalıdır – tərcüməçinin qeydi.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə