P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə72/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   68   69   70   71   72   73   74   75   ...   103

258 
 
 
 
Təqlidi qadağan etsələr də,  
özləri təqlidçidirlər! 
 
 
Elmdən  bixəbər  kəslər  ancaq  bir  görüşdən,  nöqteyi-nəzər-             
dən  yapışarlar  ki,  bu  da  qəbuledilməzdir.  Onlar  yalnız  bir             
şeyxin  (alimin)  görüşlərindən  istifadə  edir,  təkcə  bir  mək-                
təblə  kifayətlənirlər.  Başqalarının  görüşünü  əsla  dinləməzlər,             
əks  nöqteyi-nəzərlərin  müqayisəsini  aparmazlar,  digər  mək-
təblərin  fərqli  fikirlərini  nəzərə  almazlar. 
Təəccüblüsü  budur  ki,  təqlidi  qeyri-məqbul  davranış  he-                 
sab  edən  bu  insanlar  özləri  təqlidçidirlər;  onlar  əvvəlki   
imamların  təqlid  edilməsinə  qarşı  çıxsalar  da,  nədənsə  özləri 
indiki  dövrün  bəzi  alimlərinin  təqlidçilərinə  çevriliblər.  Onlar 
məzhəbləri  inkar  edirlər,  amma  özlərinə  aid  beşinci  məz-                      
həb  yaratmışlar;  onlar  həmin  “məzhəb”i  beyinlərə  yeritmək             
üçün  hamı  ilə  vuruşur,  ondan  qeyri  məzhəbləri  rədd  edir-                     
lər.  Və  bu  insanlar  ənənəvi  kəlam  elminin  üstündən  xətt     
çəksələr  də,  yeni  kəlam  elmi  təsis  etmişlər.  Bu  “kəlam  el-                      
mi”nin  işi-gücü  əqidədə  mübahisə  etmək  “sevgi”sini  qəlblərə 
aşılamaqdan  ibarətdir! 
Bu  insanların  həqiqətə  dair  təsəvvürləri  korların  fil  haq- 
qındakı  təsəvvürlərinə  oxşayır.  Qədim  hind  nağılında  deyilir: 
“Filin  ayrı-ayrı  yerlərinə  toxunan  korların  hər  biri  elə  tə-               
səvvür  edir  ki,  fil  elə  toxunduğu  hissədən  ibrətdir”.  


259 
 
Həmin  kəslər  bir  az  geniş  düşünsələr,  görəcəklər  ki,  mə-                
sələ  zənn  etdiklərindən  daha  mürəkkəbdir,  müxtəlif  yanaş- 
malara  açıqdır;  görüşlər  hər  nə  qədər  müxtəlif  olsa  da,  on-                  
ları  məqbul  hesab  etmək  mümkündür.  Mühüm  olanı  budur                 
ki,  insaflı  davranıb,  təəssübkeşliyi  bir  qırağa  ataq,  başqaları-                 
nın  da  dediyini  dinləyək.  Nə  bilirsən,  bəlkə  də,  məhz  on-                 
ların  dediyi  daha  doğrudur. 
Neçə-neçə  insaflı  tədqiqatçı  biləndə  ki,  bu  və  ya  digər  
problem  haqda  bir  neçə  mötəbər  alimin  fərqli  görüşləri 
mövcuddur,  təəssübkeşlikdən  əl  çəkmişlər. 
Misal  üçün  götürək  həcdə  daş  atmaq  məsələsini.  Bəziləri              
deyir  ki,  günəş  əyilməkdən  qabaq  daş  atanların  həcci  Sünnə-              
yə  əks  davrandıqları  üçün  batildir.  
Səhabələrdən  Cabir  deyib:  
“Peyğəmbər 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  qurban  kəsilən  günü  
züha  vaxtında,  sonrakı  günlərdə  isə  günəş  səmada  əyildik-                 
dən  sonra  daş a tdı”
1

Vəbərə  deyib:  “İbn  Ömərdən 
(Allah  ondan  razı  qalsın!)
  soruşdum:              
“Daşı  nə  vaxt  atım?”  O  da:  “İmamın  (həcc  rəhbərin)  nə                      
vaxt  atdı,  sən  də  o  vaxt  at.  Biz  gözləyərdik.  Elə  ki  günəş                          
səmada  əyildi,  daşlarımızı  atardıq”
2

“Fəth  əl-Bari”  kitabının  müəllifi  yazır: 
“Bu  (rəvayət)  göstərir  ki,  qurbankəsmə  günündən  sonra-                   
kı  günlərdə  günəş  səmada  əyildikdən  sonra  daş  atmaq  sünnə-              
dir.  “Cümhur”  da  bunu  təsdiqləmişdir. 
                                                 
1
 Hədisi  İmam Buxari  rəvayət  etmişdir.  
2
 Hədisi  İmam  Buxari  rəvayət  edib.  


260 
 
Alimlərindən  Əta  və  Tavus  bu  görüşlə  razılaşmamışlar.               
Onlar  demişlər:  “Günəş  səmada  əyilməzdən  qabaq  daş  atmaq 
mütləq  mənada  caizdir.  Hənəfilər  də  Minadan  enmə  günündə, 
yəni  qurbankəsmə  günü  günəş  səmada  əyilməzdən  qabaq                     
daş  atmağa  izn  vermişlər.  İshaqdan  da  bu  haqda  rəvayət                     
bizə  gəlib  çatmışdır”
1

Otuz  ildən  çoxdur  ki,  bu  məsələ  Ustad  Abdullah  ibn  Zeyd 
Mahmud  və  ər-Riyad  alimləri  arasında  ixtilafa  səbəb  olub.              
Ustad  bu  haqda  “İslamın  asanlığı”  adlı  risalə  qələmə  aldığı   
zaman  həmin  şeyxlər  qətiyyətlə  ona  qarşı  çıxmışdılar.  Hal-               
buki  İbn  Ömərin  –  Sünnəyə  riayətdə  mühafizəkarlığı  ilə  ta- 
nınırdı  –  yuxarıdakı  cavabı  onun  bu  məsələyə  asanlaşdırıcı 
münasibət  bəslədiyini  göstərir.  Müsəlman  daş  atmaq  mə-
sələsində  tez  də  atsa,  gec  də  atsa,  həcc  rəhbərinə  uymalı-                    
dır.  
Bu  bir  yana  qalsın,  fəqihlər  hətta  daş  atmağın  hökmü  ət- 
rafında  “ixtilaf”a  düşmüşlər.  “Fəth  əl-Bari”  kitabında  deyi-                  
lir: 
“Cümhur”a  görə,  daş  atmaq  vacibdir.  Kim  atmazsa,  qur-                  
ban  kəsməlidir.  Malikilər  daş  atmağı  sünneyi-müəkkədə  he-                
sab  edirlər.  Onlarda  belə  bir  görüş  mövcuddur  ki,  Əqəbədə                
daş  atmaq  həccin  əsaslarındandır  və  onu  etməyənlərin  həc-                    
ci batildir.  
Bəzi  alimlər  isə  demişlər:  
“Daş  atmaq  “Allahu  Əkbər”  sözlərini  davamlı  demək  üçün- 
dür.  Birisi  daş  atmayıb,  “Allahu  Əkbər”  sözlərini  deməklə 
                                                 
1
 İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, cild III, səh. 580. 


261 
 
kifayətlənərsə,  caizdir.  Bunu  Həzrəti  Aişəyə  və  digərlərinə 
istinadən  İbn  Cərir  rəvayət  etmişdir”
1

Bəzi  qardaşlarımız  deyirlər:  “Alimlərin  böyük  əksəriyyəti                 
ilə  (“cümhur”la)  razılaşmamış  bir  və  ya  iki  fəqihin  görüşü 
mötəbər  sayıla  bilməz”. 
Bəziləri  isə  iddia  edirlər  ki,  müsəlmanların  məqbul  say-              
dıqları  dörd  məzhəbə  zidd  olan  hər  bir  şey  kənara  atıl-                   
malı,  mötəbər  qəbul  edilməməlidir.  
Əslində,  bu  iddialar  əsassızdır,  nə  Qurana,  nə  də  Sün-                  
nəyə müvafiqdir.  
Məlumdur  ki,  dəlil  mənasında  “icma”  dedikdə  bütün 
müctəhidlərin  bu  və  ya  digər  məsələnin  dini  hökmü  ətrafın-                 
da  ortaq  fikrə  gəlmələri  başa  düşülür.  Heç  kəs  iddia  etmə-             
mişdir  ki,  icma  əksəriyyətin  və  ya  böyük  əksəriyyətin  – 
“cümhur”un  ortaq  fikrə  gəlməsidir.  Məsələ  say  məsələsi  de-  
yildir.  
O  da  düzdür  ki,  “cümhur”un  rəyi  çox  mühümdür.  Bu 
səbəbdən  ona  əks  görüşləri  diqqətlə  araşdırmalıyıq.  “Cüm- 
hur”un  görüşü  ilə  o  vaxt  razılaşmaya  bilərik  ki,  daha  tutarlı 
dəlillər,  daha  sağlam  əsaslandırmalar  mövcuddur.  Hər  halda 
“cümhur”  məsum  deyildir.  
Neçə-neçə  səhabə  vardır  ki,  fikirləri  ilə  başqa  səhabələr-                  
dən  fərqlənmişlər.  Səhabələr  həmin  fikirlərlə  razılaşmasalar                
da,  bunun  onlara  heç  bir  ziyanı  olmamışdır.  
 
                                                 
1
 İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, cild III, səh. 579. 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə