P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə74/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   70   71   72   73   74   75   76   77   ...   103

266 
 
Fikrimcə,  bu  kitablar  İmam  Əhmədin  təxminən  otuz                      
min  hədisi  ehtiva  edən  “Müsnəd”indən  daha  dəqiqdir.  Qə-                 
bul  olunub  ki,  “Müsnəd”dəki  hədislərin  bir  hissəsi  uydur-             
madır.  
O  da  məlumdur  ki,  bu  imamlar  hicri  II  əsrin  sonların-                      
da  toplanmış  hədis  kütləsini  araşdırmışdılar.  İmam  Buxari 
hədisləri  xüsusi  şəkildə  araşdırıb,  saf-çürük  etsə  də,  Əhməd                 
İbn  Hənbəl  hədisləri  kitab  halında  toplayarkən  üzüyumşaq-                
lıq  göstərmişdir... 
Buxarinin  bir  kənara  qoyduğu  hədisləri  başqaları  səhih               
hesab  etdiyi  kimi,  Buxari  də  İmam  Əbu  Hənifə  və  İmam 
Malikdən  “yan  keçmiş”  hədislərin  səhih  olub-olmadığını  araş-
dırmışdır.  Çünki  İmam  Əbu  Hənifə  və  İmam  Malik  Buxari-                 
nin  bir  hədis  alimi  kimi  yetişməsindən  qabaqkı  dövrdə  ya-
şamışlar.  
İmam  Malikə  görə,  itin  ağız  suyu  və  təri  təmizdir.  O,    
kitabının  “Öyrədilmiş  itlə  ov”  fəslində  buna  aşağıdakı  ayəni     
dəlil  göstərmişdir: 
“(Ya  Rəsulum!)  Səndən  hansı  şeylərin  halal  edildiyini 
soruşurlar.  De:  “Bütün  pak  nemətlər  sizə  halal  buyurul-             
muşdur.  Allahın  sizə  öyrətdiyi  (ov  üsulları)  ilə  təlim  edib 
əhliləşdirdiyiniz  yırtıcı  heyvanların  (ov  iti,  şahin  və  s.  )  ovla-
dıqları  da  sizə  halaldır.  Onların  sizin  üçün  tutub  gətirdik- 
lərindən  yeyin  və  ona  görə  (təlim  etdiyiniz  heyvan  və  quş-                     
ları  ov  üzərinə  qısqırtdığınız,  silah  işlətdiyiniz  və  ovu  kəs-          
diyiniz  zaman)  Allahın  adını  çəkin  (“bismillah,  Allahu-                    
əkbər”  deyin).  Allahdan  qorxun.  Şübhəsiz  ki,  Allah  tezliklə               
haqq-hesab  çəkəndir!”  (əl-Maidə, 4). 


267 
 
İmam  Əbu  Hənifə  hesab  edirdi  ki,  azad  bir  insanı  və  ya            
köləni,  kişini  və  ya  qadını,  mömini  və  ya  kafiri  öldürən 
müsəlmana  cəza  olaraq  ölüm  hökmü  kəsilməlidir.  Bunu                  
iddia  edərkən  Əbu  Hənifə  aşağıdakı  ayələrin  zahiri  mənasına 
əsaslanmışdı: 
-  “Biz  yazıb  hökm  etdik  ki,  canın  qisası  can,  gözün  qisası                
göz,  burununku  burun,  qulağınkı  qulaq,  dişinki  diş  və  ya- 
ralarınkı  yaralardır...” (əl-Maidə, 45); 
-  “O  halda  onların  arasında  Allahın  nazil  etdiyi  Kitabla               
hökm  et...” (əl-Maidə, 49). 
Bu  deyilənlərdən  belə  bir  nəticə  çıxarmaq  mümkündür-                   
mü  ki,  İmam  Malik  və  İmam  Əbu  Hənifə  hökmlərin  mən-                   
bəyi  olmada  Sünnənin  rolunu  inkar  etmişlər?  Çünki  onla-                      
rın  bu  görüşlərinə  zidd  hədislər  mövcuddur.  Təbii  ki,  ağıllı 
insanlar  bu  cür  düşünməzlər.  Habelə,  on  minlərlə  hədisin 
arasından  təxminən  2700  hədisi  seçib  qalanlarını  bir  kənara 
qoyduğu  üçün  heç  kəs  Buxarinin  Sünnə  düşməni  olduğunu 
düşünmür.  
Hədisin  səhihliyini  isbatlamaq  üçün  həm  məzmun  (mətn), 
həm  də  istinadla  (sənəd)  bağlı  bəzi  şərtlər  mövcuddur.               
Alimlər  bu  şərtlərin  nədən  ibarət  olmağı  barədə  fərqli  fikirlər 
səsləndirmişlər.  Çünki  Quran  və  hədislər  əsasında  hökm 
çıxarmaq  qabiliyyəti  (söhbəti  intellektual  və  fitri  qabiliyyət-               
dən gedir)  hamıda  eyni  deyildir.  
Həm  sələf,  həm  də  xələf  həmrəydir  ki,  Peyğəmbərin
  (Ona  Alla-                    
hın  xeyir-duası  və  salamı  olsun!)
  hədisləri  islamı  izahda,  təlimlərini  açıqla-            
mada  Quranın  “dostu”dur... 


268 
 
İndiki  dövrdə  bəzi  şəxslər  fiqh  imamlarına  yağı  kəsiliblər. 
Onlar  məzhəblərin  təqlid  edilməsini  rədd  edirlər.  Müzakirə 
etdikləri  hədislərdən  istədikləri  mənanı  çıxarır,  qəribə  fikirlər 
səsləndirirlər.  Həmin  bu  fikirlər  Qurana  əksdir,  məşhur 
imamların,  ağıllı  insanların  dedikləri  ilə  üst-üstə  düşmür.  Elə                 
ki  onları  sabit  dini  qaydalar  əsasında  hökm  çıxarmağa  ça-            
ğırırsan,  kobudcasına  və  sərt  şəkildə  deyirlər:  “Sən  Sünnəni             
inkar  edirsən,  Peyğəmbərə  düşmən  kəsilirsən!” 
Doğrudan  da,  biz,  müsəlmanlar  bugün  həm  mədəniyyət,               
həm  də  əxlaq  sarıdan  korluq  çəkirik.  Bir  şeyi  ala-yarımçıq              
bilmək  böyük  müsibətdir.  Ala-yarımçıq  elm,  üstəgəl,  insan-               
larla  kobud  davranıb,  onlarda  eyib  axtarmaq  –  bütün  bunlar  
daha  dəhşətlidir! 
Hədisləri  inkar  və  ya  təsdiq  etmək  hər  adamın  işi  de-                  
yildir!  Həmçinin,  fərdi  və  beynəlxalq  münasibətlərdə  Alla-                    
hın  şəriətinin  yerinin  müəyyənləşdirilməsi,  ailə  məsələləri, 
ümumi  və  şəxsi  kapitalın  tədavülü,  hakimiyyət  formaları,  şura                 
və  digər  problemlər  haqqında  yalnız  elm  sahibləri  danış-
malıdırlar.  Fəhlələrə,  əkinçilərə,  bədəvilərə  gəlincə,  onlar  hara,  
bu  işlər  hara! 
 


269 
 
 
 
Qeyri-məqbul hədislər barədə 
 
 
İndiki  vaxtda  hədis  elmləri  ilə  iki  böyük  alim  məşğul                       
olur:  Şeyx  Məhəmməd  Nasirəddin  Əlbani  və  Şeyx  Abdul-                    
lah  Siddiq  əl-Qümari

.  Onların  yazdıqlarını  oxuyur,  qiymət-                 
li  biliklər  əldə  edirəm.  Onlar,  mənə  görə,  din  elmlərinin  bu 
sahəsində – hədisşünaslıqda  dərin  bilik  sahibidirlər... 
Aralarındakı  “ixtilaf”  mənim  üçün  əhəmiyyətli  deyildir.  Şeyx 
Əlbani  sələfilərə,  Şeyx  Qümari  də  əş`ərilərə  yaxınlığı  ilə  tanı-             
nır... 
Əqidə  mövzularını  araşdırdığım  zaman  sələfilərlə  əş`əri-               
lərin  arasında  yaranmış  “ixtilaf”lara  heç  bir  qrupa  meyl 
göstərmədən,  obyektiv  şəkildə  nəzər  salıram.  Elmi  tariximizə 
hücum  çəkmiş  qədim  yunan  fəlsəfəsinin  müsbət  və  mənfi 
təsirlərinə  “yox”  deyirəm.  Həm  materiyanı,  həm  də  materi-             
yadan  kənar  mahiyyətləri  Quran  metodu  ilə  araşdırıram... 
Bu  səbəbdən  mən  sələfilər  və  əş`ərilərin  nəzəri  kəlam 
məsələləri  ilə  bağlı  görüşlərindən  uzağam.  Məni  fiqhin  prak-                
tik  tərəfləri,  əxlaqi  davranışlar,  dinin  praktik  tətbiqi  yolları 
maraqlandırır.  
                                                 

  Kitabın  yazıldığı  dövrdə  (1991)  hər  iki  alim  həyatda  idi.  Ancaq  indi                  
hər  ikisi  haqqın  dərgahına  qovuşub.  Şeyx  Qümari  1901-1993,  Şeyx  Əl-               
bani  isə  1914-1999-cu  illər  arasında  yaşamışlar.  Allah  hər  ikisinə  rəh-                   
mət etsin! – tərcüməçinin qeydi.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə