P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə76/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   72   73   74   75   76   77   78   79   ...   103

273 
 
Bir  qoyunun  otağa  girib,  Quran  ayəsi  yazılmış  kağızı    ye-               
məyi  ağlasığmaz  bir  şeydir.  Bu  necə  mümkün  ola  bilər  axı?! 
Qoyun  kağızı  yeyir,  heç  kəsin  də  xəbəri  olmur,  –  bu  ki               
başdan-ayağa  yalan  qoxusu  verən  uydurmadır!  Quranda  nəs-               
xin  olduğunu  bildirənlərin  iddiasına  uyğun  olaraq,  “mənsux” 
ayənin  yazıldığı  kağızı  qoyunun  yeməsini  mümkün  saysaq,              
onda  qeyri-mənsux  ayələrin  də  yazıldığı  başqa  kağızların  ye-
yilməsini  mümkün  saymış  olarıq.  Bununla  da,  bütövlükdə 
Qurana  olan  inam  sarsılar.  Qurandan  bir  hissənin  “yeyilmə-                
si”  ehtimalı  yaranar.  Halbuki  Allah  təala  buyurur: 
“Şübhəsiz  ki,  Quranı  Biz  nazil  etdik  və  sözsüz  ki,  Biz  də                 
onu  (hər  cür  təhrif  və  təbdildən;  artırıb-əskiltmədən)  qo-              
ruyub  saxlayacağıq!” (əl-Hicr, 9). 
Quranda  göstərilir  ki,  dünya  altı  günə  yaradılıb.  Necə  ola              
bilər  ki,  birisi  bu  həqiqəti  unudub,  dünyanın  yeddi  günə 
yaradılması  haqda  hədis  rəvayət  etsin?!  Bununla  da  kifa-
yətlənməyib,  onun  Qurandakı  faktiki  məlumata  əks  təfsila-               
tını  versin?!  Əbu  Hüreyrəyə 
(Allah  ondan  razı  qalsın!)
  istinadən  İmam 
Müslim,  Nəsai  və  başqaları  rəvayət  edirlər  ki,  Peyğəmbər
  (Ona             
Allahın xeyir-duası və salamı olsun!)
  deyib:  
“Allah  şənbə  günü  torpağı  yaratdı.  Bazar  günü  orada  dağ-                
lar  ucaltdı.  Bazar  ertəsi  ağacları,  çərşənbə  axşamı  bəyənilmə-              
yən  şeyləri,  çərşənbə  də  işığı  xəlq  etdi.  Cümə  axşamı  orada                
                                                                                                                   
əzbərlədirmiş.  Kağız  it-bat  olsa  da,  həmin  ayələr  şifahi  şəkildə  səhabə-             
lərin  yaddaşlarına  həkk  olunmuşdu.  Bu  ayələr  olsaydı,  dildən-dildən  bizə 
gəlib  çatardı – tərcüməçinin qeydi.  


274 
 
(yer  üzündə)  heyvanları  yaratdı.  Cümə  günü  isə  ikindidən             
sonra  gecəyədək  Adəmi  xəlq  etdi”
1

Bu  hədis  “şaz”dır,  çünki  yer  üzünün  və  orada  olanların               
yeddi  gündə  yaradıldığını  bildirir.  Halbuki  Quranda  deyilir                    
ki,  yer  və  göylər  altı  günə  xəlq  edilib.  Buxari  bu  hədisi                     
“Tarix”  kitabında  “nöqsanlı”  hesab  etmiş  və  demişdir:  “Bə-               
ziləri  onu  Əbu  Hüreyrə  və  Kə`b  əl-Əhbardan  rəvayət  et-               
mişlər.  Səhih  olan  görüş  də  elə  budur”.  
Kə`b  əl-Əhbar  öz  tayfasının  xurafatlarını,  uydurmalarını  rə-
vayət  etmiş  şəxsdir.  Bu  səbəbdən  heç  bir  “çəki”si  yoxdur. 
Məsələnin  təəccüblü  tərəfi  budur  ki,  belə  bir  yalançı  necə                     
olub  ki,  Əbu  Hüreyrə  kimi  ravini  aldatmağı  bacarıb... 
 
 
                                                 
1
 Hədisi İmam  Müslim  və  Əhməd  ibn  Hənbəl  rəvayət  etmişdir.  


275 
 
 
 
Camaat namazı haqda “ixtilaf”lar 
 
 
Camaat  namazı  barədə  fəqihlər  “ixtilaf”a  düşmüşlər.  Bir                 
qrup  fəqih  camaatla  namaz  qılmağı  “fərzi-eyn”

,  digərləri  də 
“fərzi-kifayə”
∗∗
  hesab  etmişlər.  Bu  namazın  “sünneyi-müək-
kədə”
∗∗∗
  olduğunu  deyənlər  də  vardır... 
Sonuncu  görüş  ürəyimə  daha  çox  yatır.  Belə  ki,  Peyğəmbər       
 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  təkbaşına  qılınan  namazları  inkar 
etməmiş,  əksinə  bildirmişdir  ki,  bu  namazların  savabı  az                  
olur.  Bu  haqda  deyilmiş  hədis  də  məhz  bunu  ifadə  edir: 
“Camaat  namazı  təkbaşına  qılınan  namazdan  iyirmi  yed-                  
di  dəfə  fəzilətlidir  (üstündür)”
1

Bu  iki  savab  miqdarı  arasındakı  fərq  çox  böyükdür.                      
Çünki  camaat  (birlikdə  olmaq)  islamın  əsaslarından  biridir. 
                                                 

  Fərzi-eyn  (ərəb.  “özlüyündə  vacib”):  bütün  müsəlmanların  yerinə 
yetirmələri  zəruri  sayılan  ibadət  növlərinin  ümumi  adı  –  tərcüməçinin  
qeydi

∗∗
  Fərzi-kifayə  (ərəb.  “mümkün  vacib”):  hər  hansı  bir  ərazidə  yaşayan 
müsəlman  toplumundan  bir  nəfər  və  ya  bir  qrupun  etdiyi  təqdirdə  yer-                
də  qalanların  etməsindən  azad  olduqları  vacib  ibadət  növü  –  tərcümə-            
çinin qeydi

∗∗∗
  Sünneyi-müəkkədə  (ərəb.  “qəti  sünnə”):  Peyğəmbərin  davamlı             
şəkildə,  az  hallarda  isə  edə  bilmədiyi  “nafilə”  (vacib  sayılmayan)  iba-            
dətlərin ümumi adı – tərcüməçinin qeydi
1
 Hədisi  İmam  Buxari,  İmam  Müslim,  Nəsai,  İmam  Malik  və  Əhməd                   
ibn  Hənbəl  rəvayət  etmişlər.  


276 
 
Sübhdən  yatsıyadək  davam  edən  görüşmələr  müsəlmanlar 
arasındakı  münasibətləri  möhkəm  edir...  
Məsciddə  toplaşmağın  mənəvi  və  sosial  təsirləri  çoxdur.             
Allahı  və  peyğəmbərini  sevənlər  məscidlərdən  bezikməz-                  
lər... 
Qədimdə  məscidlər  kafir  və  münafiqlərin  əhvalını  pozur-               
du.  Onlar  camaatla  bir  yerdə  olmağa  ərinir,  tənbəllik  gös-
tərirdilər.  Bəlkə  də,  onlar  vacib  namazlardan  yaxa  qurtarmaq 
üçün  öz  evlərində  və  ya  yığıncaq  yerlərində  bir  araya  gəlir-               
dilər.  Görünür,  ayədə  də  deyildiyi  kimi,  münafiq  və  kafirlər 
namazı,  ona  çağırışı  lağa  qoyurmuşlar:  
“Ey  iman  gətirənlər!  Sizdən  əvvəl  kitab  verilmiş  olanlar-                
dan  dininizi  oyun-oyuncaq  hesab  edənləri  və  kafirləri  özünüzə 
dost  tutmayın.  Əgər  möminsinizsə  Allahdan  qorxun! 
Siz  (bir-birinizi)  namaza  çağırdığınız  zaman  onlar  onu               
oyun-oyuncaq  sayarlar.  Bu,  onların  anlamaz  bir  tayfa  ol-
malarındandır” (əl-Maidə, 57-58).  
Peyğəmbər  də 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  öz  növbəsində  bu               
lağ-lağı  insanlara  qarşı  hücuma  keçməyi,  şərlərinə  son  qoy-             
maq  üçün  evlərini  yandırmağı  düşünmüşdür.  Amma  sonra-               
dan  hədə-qorxu  gəlməklə  kifayətlənmişdir.  Bəlkə  də,  həmin  
hədə-qorxu  onları  pərən-pərən  salıb,  səflərini  parçalamışdır. 
Çünki  kafir  və  münafiqlər  qorxaq  olurlar.  Fikrimizcə,  Əbu 
Hüreyrəyə  istinadən  rəvayət  olunmuş  hədisin  də  mənası  bu               
cür  başa  düşülməlidir.  Əbu  Hüreyrə  rəvayət  edir  ki,  Peyğəm-              
bər  bəzi  namazlara  insanların  az  gəldiyini  görüb  deyibmiş: 
“Düşündüm  ki,  bir  şəxsə  insanlara  namaz  qıldırmaq  əmri                
verim,  özüm  də  namaza  gecikənlərə  müxalif  olum.  Və  əmr              


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə