P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə79/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   75   76   77   78   79   80   81   82   ...   103

284 
 
Bu  insanların  hər  biri  islamın  rəsmi  sözçüsü  olmaq  fikrinə            
düşüb.  Onların  kamil  şüura,  dərin  biliyə  əsaslanmayan  id-             
diaları  alova  yağ  tökür,  onu  daha  da  gücləndirir.  Rafeinin               
dediyi  kimi,  onların  hər  biri  özünü  Əbu  Hənifə  sanır,  amma 
rəydən  xəbərləri  yoxdur,  İmam  Malik  sanır,  ancaq  Sünnə                
nədir  bilmirlər,  Şafei  sanır,  amma  üsuldan  başları  çıxmır,                  
İmam  Əhməd  sanır,  lakin  rəvayətə  bələd  deyillər... 
İki  şeyi  çox  zəruri  hesab  edirəm:  
Birincisi
,  geniş  biliyə  sahib  olmaq  lazımdır.  Çünki  məh-              
dud  bilik  bir  bəladır.  Xüsusən  də  fitva  və  hökm  çıxarma-                      
da,  məhkəmə  və  dəvət  işində  dəryalar  qədər  bilik  tələb  olu-             
nur. 
İkincisi
,  Allahı  və  axirəti  nəzərə  almaq  çox  vacibdir.  Dini 
dünyəvi  maraqlara  tabe  etmək  cinayətin  cinayətidir.  
Bəzən  alimlər  (imamlar)  fərqli-fərqli  hökmlər  çıxarırlar.               
Buna  baxmayaraq,  bir  şeyi  başa  düşməliyik  ki,  bunun  müs-                
bət  və  mənfi  tərəfləri  eynidir.  Əsas  olanı  budur  ki,  elmə  sa-              
rılaq,  obyektivliyi  də  əlimizdə  bayraq  edək.  
“Şəriət  siyasəti”  (əş-Şəriət  əs-siyasiyyə)  kitabında  Şey-   
xülislam  İbn  Teymiyyə  yazır  ki,  “hədd”  cəzası  vacibdir,  tövbə 
buna  əngəl  deyildir.  Amma  “Fitvalar  toplusu”  (Məcmu  əl-
Fətava)  çoxcildliyində  İbn  Teymiyyə  bunun  əksini  deyir  və 
bildirir  ki,  düzgün  (səmimi)  tövbə  edənə  hədd  cəzası  düş-           
mür... 
İbn  Həzmin  “əl-Mühəlla”  kitabında  oxumuşam  ki,  İmam              
Şafei  əvvəlki  məzhəbinə  görə  tövbə  edənə  “hədd”  cəzasının 
kəsilməyəcəyini  bildirmişdir.  Amma  Misirə  getdikdən  sonra 
hökm  çıxarmışdır  ki,  tövbə  “hədd”  cəzasını  qüvvədən  salmır! 


285 
 
Hər  iki  şəxsiyyətin  əvvəlki  görüşləri  sonrakı  görüşləri  ilə                
üst-üstə  düşmür.  Qoy  olsun!  Belə  etmək  müctəhidin  haq-              
qıdır.  Ağıllı  kəslər  bunu  inkar  etməzlər... 
Biz  isə  öz  növbəmizdə  ya  bu  görüşlərdən  birini  təqlid            
etməklə,  ya  da  təqvalı,  ixlaslı  elm  əhlinin  verdiyi  yeni  ictihad-             
lara  əsaslanmaqla  insanların  işlərini  yoluna  qoymağa  çalış-
malıyıq... 
Fikrimcə,  ictihadın  fərdi  və  ya  kollektiv  olmağının  heç  biri 
mənfi  tərəfi  yoxdur.  Hərçənd  ki  mənə  görə,  kollektivin  ic-             
tihadı  daha  xoşdur,  daha  faydalıdır! 
İndiki  dövrdə  dünyamız  böyük  bir  şəhər  halına  gəlib;  el-                
min  inkişafı  imkan  verir  ki,  zamana  və  məkana  qənaət                      
edək:  böyük  məsafələri  qısa  müddətə  qət  edək,  çox  işi  qısa 
müddətə  görək,  məlumatı  uzaq  məsafəyə  qısa  zaman  kəsiyin-               
də  ötürək...  Elə  isə  İslam  coğrafiyası  “iplər”i  qopuq  coğrafiya 
olmamalıdır;  bir  müsəlman  ölkəsinin  uzaq  və  yaxın  digər 
müsəlman  ölkələrindən  elmi  və  praktik  cəhətdən  təcrid  edil-            
məsi  qəbuledilməzdir... 
Bir  müsəlman  ölkəsi  islam  elmlərindən  nə  isə  bir  şey 
öyrənərsə,  digərinə  ötürməlidir.  Müsəlmanlar  yeni  bilikləri               
açıq  bəsirət  və  doğru-dürüst  fəhm  əsasında  qəbul  etməlidir-            
lər... 
Belə  bir  qısa  xülasədən  sonra  keçirəm  fiqh  və  hədis  elmlə-           
rinə.  Bu  elmlərdə  fərqli  məzhəb  və  metodları  olan  çoxlu               
alimlər  yetişmişdir.  Qeyd  edim  ki,  sözügedən  elmlərin  tarixini 
diqqətlə  öyrənməliyik.  Gələcəyimizin  parlaq  olmağı  üçün  bu 
olduqca  vacibdir.  


286 
 
İslamda  nəqli  və  əqli  metodlara  əsaslanan  məktəblər  çox-               
dur.  Məhz  bu  məktəblər  müsəlman  mədəniyyətinin  tərəqqisi               
və  ümmətin  inkişafı  yolunda  əsas  rola  sahibdirlər... 
Bəziləri  üsulşünas  alimlərin  məktəbinə  torpaq  atıb,  üfüq-              
lərini  qara  buludla  örtmək  istəyirlər!  Fiqh  məzhəblərini                
aradan  qaldırıb,  dərin  ümmanını  qurutmaq  istəyənlərə  də  rast 
gəlirik.  Bütün  təfsirləri  “müsadirə”  edib,  rəvayət  təfsirlərini 
saxlamaq  istəyən  “qəhrəmanlar”  da  tapılır.  Elələri  də  vardır                  
ki,  “zəif”  hədisləri  möhkəm  “qiyas”dan  üstün  tuturlar!  İslam 
fəlsəfəsi  sözünü  eşitdiyində  özündən  gedənlər  də  az  deyil! 
Tərbiyəyə,  təsəvvüf  və  qəlb  əməllərinə  dair  bütün  hədisləri              
rədd  edənlər  də  istisna  olunmur... 
Bunlar  da  getsə,  din  elmlərindən  nə  qalar?!  Qisas  haqqında 
ayə  və  hədislərmi,  yoxsa  şüursuz  şəkildə  hədis  rəvayətimi?!  
Bu  məqamda  şair  Buhturinin  sözləri  yada  düşür: 
 
Sanki  zəmanə  də  səfehlərə  hamilədir, 
Axmaqlardan  boylu  qalmaq  necə  də  iyrəncdir. 
 
Elə  isə  biz  belə  bir  donuq  zehniyyətlə,  daşlaşmış  qafalarla              
necə  inkişaf  edəcəyik?! 


287 
 
 
 
Hədisdə istinad və mətn  
(məzmun) anlayışları 
 
 
Görəsən,  əvvəlki  dövrlərin  hədis  alimləri  istinadla  maraq-   
lanıb,  mətni  bir  kənaramı  qoymuşlar?  Əgər  hədis  alimləri 
arasında  yalnız  rəvayət  və  raviləri  araşdırmış  şəxslər  olmuş-           
dursa,  yaxşı  bəs  fəqihlər  nə  etmişlər?  Onlar  da  hədislərin 
məzmununu  müzakirə  edib  araşdırmağı  düşünməyiblərmi?  
Bu  məqamda  biz  doktor  Mustafa  Sibainin  (1915-1967) 
“Sünnə  və  onun  islam  qanunvericiliyində  yeri”  adlı  kitabın-                
dan  iqtibaslar  gətirmək  istəyirik.  Doktor  Sibai  bu  kitabında 
hədislərin  uydurma  olduğunu  göstərən  “əlamətlər”dən  danış-   
mış,  onları  iki  yerə  ayırmışdı:  
 
Hədisin istinadında uydurma əlamətləri 
 
1. Hədisin ravisi yalançılıqda ad qazanmış birisi olmalı, onun 
rəvayət  etdiyi  hədisləri  heç  bir  mötəbər  ravi  nəql  etməməli-              
dir; 
2. Hədis uyduranın uydurmaçılığı öz təsdiqini tapmalıdır; 
3.  Bir  rəvayətçi  elə  bir  rəvayətçidən  hədis  nəql  etməlidir                 
ki,  onların  görüşməsi  öz  təsdiqini  tapmasın;  vəfatından  son-               
ra  doğulsun,  qulaq  asdığını  iddia  etdiyi  yerdə  olmağı  isbat-
lanmasın; 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə