P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə81/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   77   78   79   80   81   82   83   84   ...   103

291 
 
mübhəmlik  vardır;  qəlbə  xoş  gəlmir;  nəfs  ondan  xatircəm                  
deyil  və  s.”. 
Ustad  Məhəmməd  Səbbağ  (anadan  olub  –  1930)  hədis-               
lərin  məzmunu  ilə  bağlı  ənənəvi  uydurma  əlamətlərini  sa-
daladıqdan  sonra  bir  mühüm  əlamətdən  də  danışmışdı:  
“Əgər  hədis  şəriətin  məqsədlərindən  və  ya  əsas  qayda-
qanunlarından  birinə  ziddirsə,  uydurmadır.  Məsələn,  aşağıdakı 
hədisə  baxaq:  
“İki  yüz  il  sonra  sizin  ən  yaxşınız  arvadı  və  oğul-uşağı 
olmayandır”. 
Hədis  uydurmadır,  çünki  insan  nəslini  qorumaq  şəriətin                
əsas  məqsədlərindəndir.  
Habelə,  bu  yaxınlarda  Ustad  Səlahəddin  Əhməd  əl-İdlibi 
(anadan  olub  –  1948)  bu  mövzuda  sanballı  bir  kitab  qələm                
alıb.  Kitab  “Hədis  alimlərinə  görə  mətn  tənqidi  metodu”  ad-  
lanır.  Allah  uğur  versin! 
Kitabında  müəllif  yuxarıda  göstərilmiş  qaydaların  tətbiqi 
tərəflərindən  söz  açmış  və  bildirmişdir  ki,  özünün  məşhur                   
“əl-Mövzuat”  (Uydurma  hədislər)  kitabını  qələmə  alarkən             
İbn  əl-Cövzi  belə  hədislərə  dair  qəti  qayda-qanunlardan  il-               
ham  almış,  hənbəli  olmağına  baxmayaraq,  “Müsnəd”dəki                
bəzi  uydurma  hədisləri  göstərməkdə  tərəddüd  keçirməmiş-             
di.  Həmin  hədislərdən  bir  neçəsinə  nəzər  salaq: 
Ənəs  ibn  Malikə  istinadən  İmam  Əhməd  rəvayət  edir  ki, 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!)
 deyib:  


292 
 
“Əsqəlan  iki  sevgilidən  biridir

.  Qiyamət  günü  orada  yet-                
miş  min  insan  dirildiləcək.  Bu  insanlar  sorğu-suala  çəkil-
məyəcəklər.  Orada  əlli  min  şəhid  dirildiləcək  və  onlar  dəstə-             
dəstə  Allaha  sarı  axışacaqlar.  Orada  şəhidlər  səf-səf  dayana- 
caqlar.  Kəsilmiş  başlarını  əllərində  tutacaqlar  və  boğaz  da-
marlarından  qan  axacaqdır.  Deyəcəklər:  “Ey  rəbbimiz,  pey-
ğəmbərlərinə  vəd  verdiyini  bizə  bəxş  et.  Sən  ki  vədinə  xilaf 
çıxmazsan.”  Allah  buyuracaqdır:  “Qullarım  düz  deyirlər.  On-               
ları  Ağ  Çayda  yuyun.”  Onlar  da  oradan  təmizlənmiş  və              
ağappaq  çıxacaq,  cənnətdə  istədikləri  yerdə  sevinib-fərəhlə-
nəcəklər”. 
Peyğəmbərin
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  zamanında  Əsqə-             
landa  islam  hələ  yayılmamışdı.  
Qəribədir  ki,  İbn  Həcər  əl-Əsqəlani  bu  cür  hədislərin  qız-                
ğın  müdafiəçisi  olmuş,  onları  səhih  saymağa  cəhd  gös-             
tərmişdir.  Əslində,  bu  hal  təəccüblü  deyil.  “Qəraniq”  hədi-                
sini  səhih  hesab  edən,  bununla  da,  şərə  qapı  açan  da  məhz                  
İbn  Həcərin  özüdür.  İftiraçılar  bizə  əziyyət  etmək  üçün  hələ                 
də  bu  “qapı”dan  istifadə  edirlər.  Allah  bizi  də,  onu  da  bağış-               
lasın! 
Həqiqət  bundan  ibarətdir  ki,  “Müsnəd”də  qəbul  edilməsi 
qeyri-mümkün  “hədis”lər  vardır.  Bu  cür  hədislər  haqda  in-              
sanları  xəbərdar  etmək  alimlərin  borcudur.  Biz  isə  “Müs-                  
nəd”in  müəllifini  bu  işdə  üzrlü  sayırıq.  Şair  demişkən: 
                                                 

  Hədisin  ərəbcə  mətnində  “əhədul-əruseyn”,  yəni  “iki  sevgilidən  biri”                
sözü  işlənmişdir.  Fələstinin  Qəzza  və  Əsqəlan  ərazilərini  ərəblər  “İki            
sevgili” adlandırırlar – tərcüməçinin qeydi.  


293 
 
Bütün  keyfiyyətlərindən  razı  qaldığın  kəs  vardırmı, 
Eyiblərini  saymaqdansa  böyük  adamın  böyüklüyü  iləkifayətlən 
 
Əhməd  ibn  Hənbəl  islamın  əzəmətli  şəxsiyyətlərindəndir. 
 
 


294 
 
 
 
Qadınlar və Sünnəyə xidmət 
 
 
Sünnə  elmləri  ən  mühüm  dini  elmlərdən  sayılır.  Bu  elm-            
lərdə  söz  sahibi  olmaq  üçün  tənqidçi  və  universal  zəkaya, 
möhkəm  yaddaşa  ehtiyac  vardır.  
Əvvəllər  elə  güman  edirdim  ki,  qadınlar  nəinki  bu  elm-                
lərlə  məşğul  olacaq  ən  axırıncı  kəslərdir,  hətta  bu  işdə 
məşhurlaşıb,  imamlıq  dərəcəsinə  yüksələ  bilməzlər.  Amma 
professor  Mahmud  İbrahim  Deykin  “Hicri  altıncı  əsrdə  Sün-              
nə”  monoqrafiyasını  oxuduqdan  sonra  bu  fikirdən  vaz  keç-              
dim.  Məlum  oldu  ki,  tarixdə  Sünnəni  dərindən  bilən,  tayı-
bərabəri  olmayan  alim  qadınlar  yaşamışlar.  Özü  də  sayları  az 
olmamışdır.  Onlarla  mötəbər  alim  qadın! 
Altıncı  əsr  tariximizdə  elmin  çiçəkləndiyi  əsr  hesab  olun-               
mur.  Altıncı  əsr  ikinci  Abbasi  dövrünün  sonudur:  dövlətin  
günəşi  qüruba  yaxınlaşmış  və  nəhayət,  yeddinci  əsrin  orta-            
sında  tatarların  caynağı  arasında  süquta  uğramışdır. 
Bu  əsr  hər  nə  qədər  ölgünləşib,  solğunlaşsa  da,  siyasi  və-            
ziyyət  bərbad  olsa  da,  hakimlərin  əməlləri  alçaqlıq  qoxusu              
versə  də,  müsəlman  alimlər  cəmiyyəti  bərpa  edib  həyata  hə-               
yat  qatmaq  üçün ölüm-qalım  savaşına  girmişdilər... 
Amma  sonradan  çox  qəribə  vəziyyət  yarandı:  qalib  tatar-               
lar  məğlub  ümmətin  dinini  qəbul  etdilər.  Çünki  o  dövrdə 
müsəlmanların  elmi-mədəni  səviyyəsi  tatarlarınkından  yüksək 
idi. 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə