P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə78/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   74   75   76   77   78   79   80   81   ...   103

280 
 
Şəxsən  mən  şahidi  olmuşam  ki,  insanlar  bunu  edirlər.  
Məsələn,  Tofiq  əl-Həkim  kitablarının  birini  Xanım  Zeynəbə  
ithaf  edərək  yazmışdı:  “Pak  himayədarıma  ithaf  edirəm!” 
Həmçinin,  kitabının  105-ci  səhifəsində  Şeyx  Qümari  Əbu 
Hüreyrəyə,  İbn  Abbas  və  Həzrəti  Aişəyə  istinadən  rəvayət 
olunmuş  hədisdən  danışır.  Hədisdə  deyilir  ki,  Peyğəmbər
  (Ona   
Allahın xeyir-duası və salamı olsun!)
 buyurub:  
“Allah  yəhudilərə  lənət  etmişdir.  Çünki  onlar  peyğəmbər-
lərinin  qəbirlərini  məscidlərə  (səcdəgahlara) çevirmişlər”.  
Bu  hədis  İmam  Buxarinin  “Came  əs-Səhih”,  İmam  Müs-              
limin  “Səhihi-Müslim”  kitablarında  və  digər  hədis  toplu-               
larında  müxtəlif  istinadlarla  qeyd  olunub.  Əvvəlki  və  son-                    
rakı  alimlərin  çoxu  bu  hədisin  səhihliyini  təsdiqləsələr  də,             
ondakı  “illət”i

  görməmişlər.  Bu  illətə  görə  hədis  qanuni  qüv-
vəsini  itirir.  Çünki  üç  cəhətdən  Quranla  üst-üstə  düşmür.  
Bu  üç  cəhəti  belə  xülasə  edə  bilərik:  
Yəhudilər  Allaha  və  peyğəmbərinə  iyrənc  ittihamlarla  əziy-           
yət  etdikləri  üçün  lənətə  tuş  gəlmişlər.  Onlar  peyğəmbər-                    
ləri  öldürmüş,  Həzrəti  İsa  və  Həzrəti  Məhəmmədə  də  sui-                
qəsd  qurmuşlar.  Əgər  yəhudilər  peyğəmbərlərə  ədavət  bəslə-
mişlərsə,  necə  ola  bilər  ki,  onların  qəbirlərini  məscidlərə 
çevirsinlər?!  Bu  ki  mümkün  deyildir.  
Cavab  veririk  ki,  Allah  təala  yəhudiləri  belə  təsvir  edib: 
                                                 

  “İllət”  (ərəb.  “səbəb”,  “zəif  cəhət”,  “qüsur”):  Zahirən  sağlam  görü-                 
nən,  əslində  isə  hədisin  səhihliyinə  xələl  gətirən  gizli  qüsur  –  tərcümə-             
çinin qeydi
.  


281 
 
“(Yəhudiləri)  yer  üzündə  (ayrı-ayrı)  dəstələrə  parçaladıq. 
İçərilərində  əməlisaleh  olanlar  da,  olmayanlar  da  var  idi.  On-               
ları  yaxşı-yamanla  imtahan  etdik  ki,  bəlkə,  (haqq  yola)  dön-
sünlər” (əl-Əraf, 168). 
Əməlisaleh  yəhudilər  peyğəmbərlərə  düşmənçilik  göstər-
məmişdilər.  Günahkarları  isə  onların  qanını  axıtmışlar.  Pey-
ğəmbərlərin  öldürülməsindən  sonra  onlara  ehtiram  əlaməti 
olaraq,  qəbirləri  üstündə  məscidlər  tikilmişdir.  
Amma  bu  qəbirlər  Müqəddəs  Torpaqlar  yadellilər  tərə-                 
findən  viran  edildiyi  zaman  dağıdılmışdır.  Hal-hazırda  orada 
peyğəmbərlərə  aid  bir  qəbir  də  olsun  yoxdur!  İtib-getmiş 
qəbirlərin  yerində  indi  kilsələrdəki  bütlər,  heykəllər  və  qur-
bangahlar  durur.  Bu  kilsələrə  “müqəddəslər”in  adı  verilib. 
“Müqəddəs”  sözü  mübahisəli  mövzudur.  Çünki  məsum  (gü-
nahsız)  olan  qadın  və  ya  kişi  yoxdur.  Odur  ki,  onların  adla-                
rını  və  ya  heykəllərinə  pənah  aparmaq  olmaz. 
Bəzi  yazılarımızda  da  demişdik  ki,  Romadakı  “müqəddəs” 
Pyotr  heykəlinin  ayaq  hissəsi  tez-tez  bərpa  olunur.  Çünki 
öpənlərin,  əl  sürtənlərin  çoxluğundan  ayaq  hissə  yeyilir.  
İslam  bütün  bunları  haram  etmiş,  məbədləri  bütpərəstli-                
yin  təzahürlərindən  uzaq  tutmağın  vacibliyini  göstərmiş,  məs-
cidləri  yalnız  Allaha  xas  qılmışdır.  
 
 


282 
 
 
 
Fiqh və hədis elmlərinin  
bir-birindən təcridi  
 
 
Mədəni  tənəzzül  əsrlərində  fiqh,  kəlam  və  sufilik  məz-             
həbləri  arasında  süni  (həm  də  saxta)  sərhədlər  yaradıl-                
mışdır.  Nəticədə,  hər  bir  məktəb  ayrıca  “bayrağ”a  və  “və-
təndaşlığ”a  sahib  müstəqil  quruma  çevrilmişdi...  
Bu  anormal  və  zəlil  vəziyyət  ümmətin  birliyinə  mənfi  tə-                 
sir  göstərmiş,  düşmənin  qabağında  müsəlmanların  səflərini  par-
çalamış,  islamı,  mahiyyətini,  missiyası  və  məqsədlərini  zədələ-
mişdir! 
Bir  müsəlmanın  Əbu  Hənifənin  və  ya  Əhməd  ibn  Hən-              
bəlin  davamçısı  olmağı  nə  deməkdir? 
Nə  üçün  bir  müsəlman  bu  alimlərdən  birinin  metodunu               
ideal  həyat  tərzi  sayır?  Nə  üçün  o,  həmin  məzhəblərdən  bi-               
rini  insanlara  təqdim  edəcəyi  ideal  məzhəb  hesab  edir?  Nə              
üçün  bir  müsəlman  başqa  məzhəbləri  saxta  sayır,  onlara  yağı 
kəsilir? 
Bir  çox  müsəlman  ölkəsində  olmuşam.  Görmüşəm  ki, 
müəyyən  bir  fiqhi  yanaşma  (görüş)  minlərə  hökm  edib,  on-               
ları  öz  “qala”sının  dustaqlarına  çevirib.  Və  bu  minlər  o                     
“qala”  olmazsa,  nəfəs  ala  bilmirlər;  dostluqlarını  da,  düşmən-
liklərini  də  bu “qala”da  müəyyənləşdirirlər... 
İslamdan  bixəbər  ölkələrə  də  səfər  etmişəm.  İslamı  tək-                    
zib  edənlərlə  yanaşı,  bizdəki  filankəsin  görüşlərini  təsdiqlə-


283 
 
yənlərin,  yaxud  da  müəyyən  qrupun  dediklərinə  yaxın  bir                     
şey  söyləyənlərin  şahidi  olmuşam... 
Axırıncı  kitabımı  –  “Fəqihlər  və  hədisşünaslara  görə  Pey-
ğəmbərin  sünnəsi”  kitabını  yazdığımda  bəzilərinin  təqiblə-               
rinə,  yersiz  iradlarına  tuş  gəldim.  Bu  kəslər  araşdırdığım       
məsələ  barədə  İbn  əs-Səlahdan  savayı  heç  kəsin  görüşlərinə  
bələd  deyillər.  Onların  əl-İraqi,  Nəvəvi  və  başqa  alimlərin    
məlum  problemə  dair  fikirlərindən  xəbərləri  belə  yoxdur! 
İslama  dəvət  etdiyimdə  dostlarıma  deyirəm:  
“Dinimizə  hər  tərəfdən:  sağdan,  soldan,  ortadan  savaş  elan 
etmişlər.  Əgər  mən  onu  müdafiə  etmək  istəyirəmsə,  bir  yerdə 
yayğın,  digər  yerdə  də  “üzünə  baxılmayan”  görüşləri  əsas 
götürməməliyəm.  Bu  məqamda  mənə  vacibdir  ki,  bütün 
imamların  (alimlərin)  görüşlərini  nəzərdən  keçirim,  bütün 
adətkərdə  və  qeyri-ənənəvi  yanaşmalardan  faydalanım...”. 
Əbu  Hənifənin  qalasında  qərar  tapıb  zəkatdan,  İbn  Tey-
miyyənin  qalasında  qərar  tapıb  talaqdan,  İmam  Malikin  də 
qalasında  dayanıb  qidalar...  haqda  danışmağım  qəbahət  de-           
yildir.  Onlar  islamın  qüdrətli  simaları,  risalətin  cəfakeşlə-                
ridir!  Qarşılaşdığım  problemlərin  həllində  onların  görüşlərini 
özümə  həmdəm  seçməyim,  hər  halda,  qəbahət  deyildir... 
Mənə  görə,  mühüm  olan  şey  bütöv  islamdır,  bu  və  ya  di-                
gər  məzhəbin  görüşü  deyil!  
Qeyd  edim  ki,  bizdə  “din  alimləri”  adlandırılan  bəzi  şəxs-                
lər  nəinki  daxildə:  evdə,  küçədə...,  həm  də  çöldə  –  Müsəl-                  
man  dünyasından  kənarda  islama  çağırışın  adını  qara  çıxar- 
mışlar.  Onlar  islama  və  dəvətə  müsəllət  olmuş  bəladırlar!  
Əslində,  onları  ala-yarımçıq  “tələbə”lər  də  adlandırmaq  olar.                 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə