P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə75/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   71   72   73   74   75   76   77   78   ...   103

270 
 
Axır  ki  Şeyx  Abdullah  ibn  Məhəmməd  əs-Siddiqin  “Şaz”                   
və  qeyri-məqbul  hədislər  haqda  faydalı  izahlar”  (əl-Fəvaid              
əl-Məqsudə  fi  Bəyan  əl-Əhadis  əş-Şazzə  əl-Mərdudə)  adlı  ki-            
tabı  işıq  üzü  gördü  (Darülbeyza  (Kasablanka):  “Dar  əl-Für-            
qan”  nəşriyyatı).  
Kitabı  oxuduqda  gördüm  ki,  müəllif  istinadları  səhih  olsa                 
da,  məzmunundakı  ziddiyyətlərə  görə  qırx  üç  hədisi  “şazz” 
saymışdır.  
Kitabı  diqqətlə  araşdırdım,  deyilənlərin  əksəriyyəti  ilə  ra-
zılaşsam  da,  bir  hissəsində  tərəddüd  göstərdim.  Məsələn,  ki-   
tabın  92-ci  səhifəsində  müəllif  Əbu  Hüreyrəyə  istinadən  rə-                
vayət  olunmuş  bu  hədisi  qeyri-məqbul  hesab  edir.  Hədisə                 
görə  Peyğəmbər 
 (Ona Allahın xeyir-duası və salamı olsun!)
  deyib:  
“Rəbbimdən  anam  üçün  bağışlanma  diləmək  icazəsi  is-             
tədim.  İcazə  vermədi.  Qəbrini  ziyarət  etmək  üçün  izn  is-              
tədikdə  izn  verdi”
1

Bu  hədis  “şaz”dır,  çünki  Quran  ayələrinə  ziddir.  Allah  təala 
buyurur: 
-  “...Biz,  peyğəmbər  göndərməmiş  (heç  bir  ümmətə)  əzab 
vermərik!” (əl-İsra, 15); 
-  “Bu,  (peyğəmbərləri  göndərmək)  ona  görədir  ki,  Rəb-                 
bin  məmləkətlərin  əhalisini,  onlar  qafil  ola-ola  (özlərinə  pey-
ğəmbər  gəlmədiyi  üçün  dini  vəzifələrini  bilməyib  icra  etmə-
dikləri  halda)  zülmlə  məhv  etməyi  özünə  rəva  bilməz!”  (əl-
Ənam,  131). 
                                                 
1
 Hədisi  İmam  Müslim,  Əbu  Davud,  Nəsai,  İbn  Macə  və  Əhməd  ibn              
Hənbəl rəvayət etmişlər.  


271 
 
Pak  və  Uca  Allah  ərəblər  haqqında  buyurur: 
-  “...səndən  əvvəl  də  özlərinə  (Allahın  əzabı  ilə)  qorxudan                 
bir  peyğəmbər  göndərməmişdik”  (Səba, 44); 
-  “...Xeyr,  o  səndən  əvvəl  peyğəmbər  göndərilməmiş  bir 
qövmü  (Allahın  əzabı  ilə)  qorxutmağın  üçün  Rəbbindən            
(nazil)  olan  bir  haqdır.  Bəlkə,  doğru  yola  yönələlər!”  (əs-        
Səcdə, 3). 
Peyğəmbərin
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  anası  fətrət

  döv-              
ründə  yaşayıb.  Onun  yaşadığı  dövrdə  heç  bir  peyğəmbər 
göndərilməyib  və  onun  da  bundan  xəbəri  olmayıb.  Elə  isə               
ayələr  açıq-aşkar  göstərir  ki,  Peyğəmbərin  anasına  əzab  yox-             
dur.  Bu  səbəbdən,  onun  üçün  bağışlanma  diləməyi  qadağan  
edən  hədis  “şaz”dır.  Quran  ayələri  olan  yerdə  “ahad”  hədis-                
ləri  dəlil  göstərmək  yolverilməzdir!  Bu  ki  açıq-aşkar  məsələ-              
dir.  
“Müsnəd”  kitabında  Əbu  Rəzin  əl-Üqeyliyə  istinadən  Əh-             
məd  ibn  Hənbəlin  rəvayət  etdiyi  hədis  də  bu  qəbildən-                       
dir.  Hədisin  istinadı  çox  “zəif”dir.  Belə  ki,  əl-Üqeyli  deyib:  
“Peyğəmbərdən  soruşdum:  “Ey  Allahın  rəsulu,  anam  ha-
radadır?”  Dedi:  “Anan  cəhənnəmdədir.”  Sual  etdim:  “Bəs  sə-              
nin  ailəndən  keçib-getmişlər  haradadır?”  Dedi:  “Ananın  mə-    
nim  anamla  birlikdə  olmağı  xoşuna  gəlmirmi?” 
Bu  hədis  “zəif”  olmaqla  yanaşı,  həm  də “şaz”dır.  
                                                 

  Fətrət  (ərəb.  “zaman  kəsiyi”):  peyğəmbərlərin  göndərilmədiyi  və                
vəhyin  kəsildiyi  zaman  kəsiyini;  bir  peyğəmbərin  vəfatından  digər  pey-
ğəmbərin  göndərilməsinə  qədər  olan  müddəti;  xüsusilə  də  İsa  peyğəm-             
bərlə  Məhəmməd  peyğəmbərin  arasındakı  dövrü  ifadə  edən  dini  ter-              
min – tərcüməçinin qeydi.  


272 
 
Qurana  zidd  rəvayətlərin  səhih  olub-olmadığını  araşdır-            
maqla  insanlar  risk  edirlər.  Şəxsən  mən  bunu  qeyri-məqbul 
səfehlik  hesab  edirəm... 
İbn  Məsudun  “Nas”  və  “Fələq”  surələrini  Qurandan  say-
madığını  iddia  etmək  gülməli  deyildirmi?  Kim  inana  bilər  ki,              
İbn  Məsud  kimi  böyük  şəxsiyyət  bu  sözləri  söyləsin?! 
Boş-boş  rəvayətləri  məqbul  saymaqla  iyrəncliyin  zirvəsinə 
“təntənə”  ilə  yüksəlmək  mümkün  imiş! 
Bəzən  mənə  elə  gəlir  ki,  “Müsnəd”  kitablarının  sahibləri, 
əvvəlcə,  hər  deyiləni  qaralama  şəklində  toplamış,  uydurma  və 
əsassız  rəvayətləri  axırda  müəyyənləşdirib  rədd  etməyi  dü-
şünmüşlər.  Amma  ömür  əta  etməmiş,  bu  iş  yarımçıq  qal-              
mışdır!  Bu  səbəbdən  onların  kitablarında  uydurma  hədislərə              
rast  gəlirik. 
Məsələn,  “Müsnəd”  kitabının  VI  cildinin  269-cu  səhifə-              
sində  Həzrəti  Aişəyə 
(Allah  ondan  razı  qalsın!)
  istinadən  rəvayət  olun-              
muş  belə  bir  “hədis”  mövcuddur.  Guya  Həzrəti  Aişə  deyib: 
“Rəcm”  və  “On  dəfə  əmizdirmə”  ayəsi  enmişdi.  Evimdə,  çar-
payının  altında  bir  kağızda  yazılmış  halda  idi.  Peyğəmbər                     
 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  xəstəliyindən  şikayətləndiyində  ba-              
şımız  qarışdı.  (Və  bu  zaman)  evə  bir  qoyun  girərək  onu  (ka-              
ğızı)  yedi”. 
Qümari  yazır:  “Bu,  qeyri-məqbul  və  “şaz”  rəvayətdir.  Çün-               
ki  tilavəti  nəsx  etmək  qeyri-mümkündür

.  “Zövq  əl-Hilavət”             
adlı  kitabımda  bu  məsələyə  hərtərəfli  toxunmuşam.  
                                                 

  Yəni,  itib-batan  şey  kağızdır.  Tutaq  ki,  həmin  ayələrin  yazıldığı  ka-                   
ğızı  qoyun  yeyib.  Axı  Quranın  bütün  ayələrini  Peyğəmbər  səhabələrinə 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə