P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə71/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   67   68   69   70   71   72   73   74   ...   103

254 
 
Bu  səbəbdəndir  ki,  xəlifə  Harun  ər-Rəşid  belə  məsələlər-                   
də  insanlara  “Müvətta”  kitabını  qəbul  etdirmək  üçün  İmam 
Maliklə  məsləhətləşdiyində  sonuncu  onu  bu  işdən  çəkindi-            
rərək  demişdi:  “Peyğəmbərin 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  səha-  
bələri  müxtəlif  ölkələrə  dağılışdılar.  Bununla  da,  hər  bir  xalq                
ona  çatan  elmdən  öz  payını  götürdü”. 
“İxtilaf”a  dair  kitab  yazan  birisinə  İmam  Əhməd  demiş-                   
di:  “Onu  “İxtilaf kitabı”  deyil,  “Sünnə  kitabı”  adlandır”. 
Odur  ki,  bəzi  alimlər  demişlər:  
“Onların  (səhabələrin  –  mütərcim)  bir  məsələ  ətrafında 
həmrəy  olmaqları  (icma)  qəti  dəlil,  “ixtilaf”a  düşməkləri  isə   
geniş  lütfkarlıqdır  (rəhmətdir)”. 
Ömər  ibn  Əbdüləziz  deyirdi: 
“Əgər  Peyğəmbərin 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  səhabələri 
“ixtilaf”a  düşməsəydilər,  heç  sevinməzdim.  Çünki  onlar  bir            
görüş  ətrafında  həmrəy  olsaydılar,  onlarla  razılaşmayanlar  zə- 
lalət  əhlindən  sayılardılar.  Halbuki  səhabələr  “ixtilaf”a  düş- 
müşlər;  bir  qrup  insan  bu  görüşü,  başqaları  da  digər  görüşü 
mənimsəmişlər – bu  ki  genişlik  və  rahatlıqdır”. 
İmam  Malik  istisna  olmaqla  digər  imamlar  demişlər:  
“İnsanları  yalnız  öz  məzhəbinə  təhkim  etməyə  fəqihin  haqqı 
yoxdur”. 
Yaxşılığa  çağırıb,  pis  işlərdən  çəkindirmək  mövzusunda  ki-
tablar  yazmış  şafei  alimləri  və  başqaları  demişlər: 
“Bu  cür  ictihad  məsələlərini  əlin  tərsi  ilə  bir  kənara  at-                   
maq  olmaz.  Heç  kəs  insanları  bu  məsələlərdə  yalnız  özü-                    
nün  arxasınca  getməyə  məcbur  etməməlidir.  Bu  məsələlər   
haqda  yalnız  elmi  dəlillərə  əsaslanıb  danışmaq  lazımdır.  Kimə              


255 
 
ki  iki  görüşdən  birinin  doğruluğu  aydın  oldu,  ona  əməl  et-               
mək  haqqı  vardır.  Kim  də  ki  digər  görüşdə  olanları  təqlid                    
etdi,  onu  məzəmmətləmək  olmaz”. 
Bu  qəbil  ictihad  nümunələri  çoxdur.  Məsələn,  alimlər 
aşağıdakı  məsələlərdə “ixtilaf”a  düşmüşlər: 
1. Yaşıl paxlanın (lobyanın) qabığı ilə birlikdə satılması;  
2.  Qabaqcadan  pulunu  ödəməklə  alış-veriş  etmək  (bey`i-
müatat
); 
3. Malı dərhal təhvil almaq; 
4.  İçərisinə  nəcis  düşmüş,  amma  tərkibi,  rəngi  dəyişilmə-               
miş  çox  miqdar  sudan  istifadə  etmək; 
5.  Tənasül  orqanına  və  qadına  toxunduqda,  qabaq  və  ar-             
xadan  savayı  digər  yerlərdən  nəcis  çıxdıqda  dəstəmazın  alı-              
nıb-alınmamağı; 
6.  Qəhqəhə  ilə  güldükdə  dəstəmazın  pozulub-pozulmama-            
ğı; 
7.  Namazda  gizli  və  ya  aşkar  şəkildə  “bismilləhir-rah-               
mənir-rahim” sözünün deyilib-deyilməməyi; 
8.  Əti  yeyilən  heyvanların  sidik  və  peyinlərinin  nəcis                     
olub-olmamağı; 
9. Necəliyi  bilinməyəm  malın  satılıb-satılmamağı; 
10.  Təyəmmüm  üçün  əllərin  içini  neçə  dəfə  torpağa  vur-              
maq  lazımdır;  təyəmmüm  zamanı  əllərin  hansı  hissəsi  və  hara 
qədər  məsh  edilməlidir;  
11.  Hər  bir  namaz  üçün  ayrıca  təyəmmüm  edilməlidir,              
yoxsa  bir  təyəmmüm  bütün  namazlar  üçün  kifayətdirmi; 


256 
 
12. Bir  zimmi  digər  zimmiyə  şahidlik  edə  bilərmi  və  sair”
1
.  
Bəli,  səhabələr  yuxarıdakı  məsələlərdə  “ixtilaf”a  düşmüş,             
fərqli  fikirlər  səsləndirmişlər.  
Rəvayət  olunur  ki,  bir  dəfə  Həzrəti  Ömər 
(Allah  ondan  razı  qalsın!)
 
“məsəleyi-hücəriyyə”  adlandırılan  vərəsəlik  məsələsində  hökm 
çıxararaq,  ana-ata  bir  qardaşları  ana  bir  qardaşlardan  fərq-
ləndirərək,  onları  mirasda  ortaq  tutmamışdı.  Daha  sonra    
Həzrəti  Ömər  eyni  məsələdə  fərqli  hökm  çıxarmışdı.  Bunu 
görənlər  ona  deyirlər:  “Axı  sən  filan  vaxt  valideynləri  bir 
qardaşları  mirasda  ortaq  tutmamışdın?”  Xəlifə  belə  cavab       
verir:  “O  hökmü  həmin  vaxt  vermişdik.  Bunu  isə  indi  veri-                
rik”. 
Həzrəti  Ömərin 
(Allah  ondan  razı  qalsın!)
  Əbu  Musa  əl-Əş`əriyə    
yazdığı  məktubu  sonralar  İbn  əl-Qəyyim  də  bu  cür  izah  et- 
mişdir.  Həmin  məktubda  deyilir: 
“Bugün  verdiyin  hökm  onu  yenidən  nəzərdən  keçirmə-               
yinə,  yanılmışsansa,  haqqa  qayıtmağına  mane  olmamalıdır! 
Çünki  haqq  əzəlidir  və  onu  heç  nə  puç  edə  bilməz.  Hök-                  
mün  doğru  olub-olmadığını  gözdən  keçirmək  hey  batil  içə- 
risində  olmaqdan  yaxşıdır”
2

Belə  rəvayət  olunur  ki,  Həzrəti  Ömər  bir  məsələ  ilə  əla-               
qədar  olaraq  qazıya  müraciət  etmiş  kəslə  görüşdüyündə  so- 
ruşur:  “Nə  edə  bildin?”  Həmin  şəxs  deyir:  “Mənim  və  Zey-                 
din  barəsində  filan  hökmü  çıxardılar.”  Həzrəti  Ömər  deyir:  
“Əgər  mən  olsaydım,  başqa  hökm  çıxarardım.”  Həmin  şəxs 
                                                 
1
 Şeyxülislam  İbn  Teymiyyə.  Fitvalar  toplusu, cild XXX, səh. 79-81. 
2
 İbn  əl-Qəyyim.  E`lam  əl-Müvəqqəin,  cild  III, səh. 99. 


257 
 
Ömərə  baxır:  “Elə  isə  sənə  nə  mane  olur?  Aramızda  hökmü                
sən  kəs.”  Həzrəti  Ömər  deyir:  “Səni  Allahın  kitabı  və  pey-
ğəmbərinin 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  sünnəsinə  qaytarmaq  is-
təsəydim,  bunu  edərdim.  Amma  mən  istəyirəm  ki,  sən  “rəy”ə

 
müraciət  edəsən.  Çünki  “rəy”  ortaq  məsələdir”
1

İxtilaflı  məsələlərdə  dözümlülüyü  artırıb,  üzrxahlıq  mədə-
niyyətini  formalaşdıran  amillərdən  biri  də  alimlərin  müxtəlif 
fikirləri  ilə  tanış  olmaqdır.  Bizə  məlum  olacaqdır  ki,  müxtəlif 
məzhəblər,  fərqli  mənbələr  mövcuddur;  hər  bir  alimin  öz   
görüşü,  öz  dəlili  vardır;  bütün  alimlər  şəriət  dəryasından  su 
içmişlər.  Və  bu  ümman  necə  də  genişdir! 
Bu  səbəbdən  alimlərimiz  bildirmişlər  ki,  fəqihlərin  həm-                  
rəy  olduqları  məsələlərdən  xəbərdar  olmaq  nə  qədər  vacib-             
dirsə,  “ixtilaf”a  düşdükləri  problemləri  də  öyrənib  bilmək                      
bir  o  qədər  zəruridir.  Fəqihlərin  ixtilafı  rəhmət,  həmrəyliyi                  
isə  höccətdir  (istinad  olunacaq  dəlildir).  Bu  məqamda  deyi-                
lib:  “Fəqihlərin  “ixtilaf”ına  bələd  olmayanlar  alim  sayılmaz-                
lar.  Kim  ki  fəqihlərin  “ixtilaf”ından  xəbərsizdir,  deməli,  fiqh 
elminin  qoxusunu  ala  bilməyib!” 
 
                                                 

  Rəy  islam  fikrində  problemlərə  ilk  rasional  yanaşma  olub,  Peyğəmbərin                
və  səhabələrin  zamanında  da  bu  və  ya  digər  şəkildə  istifadə  edilmişdir                      
– tərcüməçinin qeydi. 
1
 İbn əl-Qəyyim. E`lam əl-Müvəqqəin, cild I, səh. 74. 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə